Məhkəmə qərarları › İş №e-2(3-6)-3441/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3441/2026

04.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3441/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, Bakı şəhəri * saylı Xüsusi Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxslər maraqlı şəxs5, maraqlı şəxs2, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) Intizar Teyyub qızı) qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh cavabdeh4 adına verilmiş, ## ##### 2021-ci il tarixli ## ### 1970-ci il tarixdə vəfat etmiş X2 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ** saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında cavabdeh4 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsindəaparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X1 cavabdeh cavabdeh3 ilə arasında ## #### 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, cavabdeh cavabdeh3 adına verilmiş ünvan * saylı ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, cavabdeh cavabdeh4 adına verilmiş ********** nömrəli, ##.##.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi,cavabdeh cavabdeh3 cavabdeh1 ilə arasında ## ###### 2022-ci il tarixdə ünvan * saylı ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, cavabdeh1 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən ** saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair iddiaçıların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. (iddia tələbləri dəqiqləşdirilmişdir) Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia tələbi qismən təmin edilmiş, ## ### 1970-ci il tarixdə vəfat etmiş X2 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ** saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh cavabdeh4 adına verilmiş ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında cavabdeh4 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli ##.##.2021-ci il tarixli çıxarış etibarsız hesab edilmiş, cavabdeh X1 ilə cavabdeh cavabdeh3 arasında Bakı şəhəri * saylı Xüsusi Notariat Ofisində bağlanmış ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh cavabdeh3 adına verilmiş ünvan * saylı ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli ##.##.2021-ci il tarixli çıxarış etibarsız hesab edilmiş, cavabdeh cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarış etibarsız hesab edilmiş, iddiaçılar iddiaçı2 və iddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən ** saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə payları müəyyən edilmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri * saylı Xüsusi Notariat Ofisində cavabdeh3 ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 satılmış 0,04 ha torpaq sahəsi ümumi miras əmlakdan çıxılması qərara alınmışdır. Iddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş, cavabdehlər qətnaməni münahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh cavabdeh4 apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni ##.##.2026-cı il tarixdə əldə etdiyi üçün ondan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab etməsini xahiş edərək müddətin bərpasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, prosessual müddətin buraxılması onun iradəsindən asılı olmayan və obyektiv səbəblərlə bağlı olmuşdur. Belə ki, iş üzrə qəbul edilmiş qətnamənin tam məzmunu və hüquqi nəticələri ona vaxtında məlum olmamış, qətnamənin surətini faktiki olaraq yalnız ##.##.2026-cı il tarixdə əldə etmişdir. Həmin tarixədək qətnamənin əsaslandırıcı hissəsi, hüquqi nəticələri və ondan şikayət vermə qaydası barədə dolğun məlumata malik olmamışdır. Bundan əlavə, o, hüquq sahəsində xüsusi biliyə və peşəkar hüquqi hazırlığa malik olmayan şəxsdir. Hüquqi savadsızlığı və prosessual qanunvericiliyin tələblərini bilməməsi səbəbindən apellyasiya şikayətinin hansı müddətdə və hansı qaydada verilməli olduğunu bilməmişdir. O, uzun müddət hesab etmişdir ki, qətnamədən yalnız əlavə hüquqi sənədlər toplandıqdan sonra şikayət vermək mümkündür. Yalnız sonradan hüquqi yardım almaq imkanı yarandıqdan sonra ona izah edilmişdir ki, qəbul olunmuş qətnamə onun mülki və vərəsəlik hüquqlarına birbaşa təsir edir və həmin qətnamədən apellyasiya qaydasında şikayət vermək hüququ vardır. Bundan dərhal sonra apellyasiya şikayəti hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Onun məqsədi prosesi süni surətdə uzatmaq və ya məhkəmə icraatından yayınmaq olmamışdır. Əksinə, mübahisəli əmlak üzərində hüquqlarının müdafiəsi məqsədilə qanunvericiliyin verdiyi müdafiə vasitələrindən istifadə etmək niyyətindədir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, dövlət qeydiyyatı, habelə sonrakı bağışlama və alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, bu isə onun mülkiyyət və vərəsəlik hüquqlarına ciddi hüquqi nəticələr doğurmuşdur. Belə olan halda işin apellyasiya instansiyasında tam və hərtərəfli araşdırılması ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Qətnamənin gec əldə olunması, hüquqi savadsızlıq, peşəkar hüquqi yardım alma imkanının olmaması və hüquqi nəticələrin sonradan məlum olması prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxdığı müddət üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh4 qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh cavabdeh4 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, müddətin bərpa edilməsini xahiş etmişdir. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə şikayətə yazılı etiraz edərək, etirazını belə əsaslandırmışdır ki, qətnamə məhkəmə elektron sistemində ## ###### 2022-ci il tarixdə yerləşdirilmişdir. Qətnamənin iddia tələbi təmin edilmədiyi hissəsindən onlar tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, e*(***)-****/**** saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. 1-ci instansiya məhkəməsinin qətnaməsi ## ###### 2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi haqqında ərizə tam əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh cavabdeh4 ## ###### 2022-ci il tarixdə elektron kabineti mövçuddur və tərəfindən mübahisələndirilən qətnamə məhkəmə elektron sisteminə ## ###### 2022-ci il tarixdə yerləşdirilmişdir. Bundan əlavə rayon məhkəməsi qətnaməni elan etdiyi zaman məhkəmə prosesində cavabdehlər cavabdeh4 və cavabdeh3 iştirak etmişdirlər və cavabdeh cavabdeh4 işin yekun nəticəsi barədə məlumat almışdır. Qeyd olunduğu kimi həmin qətnamə ## ###### 2023-cü il tarixdə icraya yönəldikdən sonra qətnamə icra edilmiş və iş üzrə icraata xitam verilmişdir (çıxarış və texniki pasport əlavə olunur). Bundan əlavə icra zamanı DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinin mütəxəssisi evə və torpaq sahəsinə baxış keçirdiyi zaman iddiaçı iddiaçı2 və cavabdeh cavabdeh4 iştirakı ilə olmuşdur. Cavabdeh cavabdeh4 tərəfindən mübahisələndirilən qətnamə artıq icra olunmuş və artıq dörd il keçdikdən sonra cavabdeh cavabdeh4 apellyasiya şikayəti vermiş və ərizədə qeyd etdiyi kimi, prosessual müddətin buraxılması onun iradəsindən asılı olmayan və obyektiv səbəblərlə bağlı olması, qətnamənin tam məzmunu və hüquqi nəticələri ona vaxtında məlum olmaması gətirdiyi dəlillər həqiqətə uyğun və inandırıcı deyil. Cavabdeh cavabdeh4 kifayyət qədər vaxta malik olmuşdur ki, qətnamənin hüquqi nəticələrini başa düşməsədə, prosessual qanunvericiliyinin tələblərini bilməsədə peşakar hüquqi yardım göstərilməsi ilə bağlı hüquqşunasa müraciət etsin. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməməsini, ##.##.2026-cı il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olubolmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki iş materiallarından görünür ki, cavabdeh cavabdeh4 ##.##.2022-ci il tarixdən elektron kabineti vardır və rayon məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ##.##.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, həmin qətnamədən şikayətvermənin son günü ##.##.2022-ci il tarixi olmuşdur. Lakin cavabdeh ##.##.2026-cı il tarixində həmin qətnamədən şikayət verməklə, prosessual müddəti ötürmüşdür. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddəsinin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Məhkəmə cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, prosessual müddətlərin axımı məhkəmə sənədinin “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsi ilə başlayır. Cavabdehin mübahisələndirmək istədiyi qətnamə qanuni qüvvəyə minmiş, ## ###### 2023-cü il tarixdə icra yönəldilmişdir. Rayon məhkəməsi tərəfindən icra işinə baxış keçirərkən müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi artıq icra olunduğundan iş üzrə icraata xitam verilmişdir. Belə olan halda cavabdeh tərəfindən ərizədə göstərilən əsaslar, yəni qətnamədən xəbərsiz olması iş materialları ilə ziddiyyət təşkil edir. Iddiaçıların etiraz ərizəsinin dəlillərindən də müəyyən olur ki, cavabdeh cavabdeh4 qətnamənin çıxarılması, qanuni qüvvəyə minməsi, icra edilməsi barədə məlumatlı olmuşdur. Beləliklə də qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh4 prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri aşkar şəkildə əsassızdır, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar