Məhkəmə qərarları › İş №e-2(3-6)-3497/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3497/2026

26.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3497/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Publik Hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Işin halları

1. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh ##.##.1972-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. ## ####### 2005ci il tarixdən Şamaxı rayonu, Şamaxı şəhəri, X1 küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA3954365, verildiyi tarix ##.##.2022-ci ildir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı “xxxx” Publik Hüquqi şəxsi cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2404,18 manat borcun və 43,81 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ”xxxx” publik hüquqi şəxs tərəfindən cavabdeh Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana quraşdırılmış sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2026-cı il tarixinə 2404,18 manat borcu yaranmışdır. Iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

4. Iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh (abonent kodu: 0801700400670) ödənilməmiş borca görə 2404,18 manat və 43,81 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1, 61.1, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 284-1-284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manatın ona geri qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir: 1. Iddia ərizəsindən görünür ki, qeydiyyat ünvanı ünvan 1 göstərilmişdir. Bundan əlavə, şəxsiyyət vəsiqəsi fin kodu **UA*** yazılmışdır. 2. Lakin iddiaçı elektron məhkəmə portalında əsl cavabdehin FIN kodunu yazan zaman səhvən onunkunu yazmışdır. Belə ki, şəxsiyyət vəsiqəsinin fin kodu iddiaçının yazdığı kimi **UA*** deyildir, *******-dur. Yəni iddiaçı bu fin kodda 5 rəqəmi ilə S hərfinin oxşarlığını qarışdırmaqla eyniləşdirmiş və qeyri-qanuni olaraq əsassız iddia tələbi irəli sürmüşdür. Görünür təsadüfən elə olub ki, ünvan 1 ünvanındakı mənzil də Cavabdeh adlı başqa şəxsin adına imiş. Amma o şəxs deyil. Mümkündür ki, həmin başqa şəxslə onun soyadı, adı və ata adı eyni olsun. Təsadüf elə olub ki, şəxsiyyət vəsiqəsinin fin kodunda da böyük eyniyyət olsa da amma fərqlilik də vardır. 5 rəqəmi ilə S hərfi oxşar görünüşlü olsalar da amma fərqli simvollardır. Azərbaycan Respublikası adından çıxarılan qətnamədə belə səhvliklərə və yanlışlıqlara yol verilməməli idi. Lakin fakt odur ki, birbaşa ona qarşı belə əsassız iddia tələbi verilmiş və o çox ciddi surətdə narahat edilmişdir. Iddiaçı ilə heç bir müqavilə və yaxud başqa cür razılaşma yoxdur. Aralarında hər hansı münasibət yoxdur. Iddiaçını tanımır. Cavabdeh o deyil. Heç bir öhdəliyi yoxdur. Qeydiyyat ünvanı ünvan 5 iddiaçının yazdığı kimi ünvan 1 ünvanı deyildir. Iddia ərizəsində göstərilmiş 0801700400670 abonent kodu nömrəsi onun adına deyildir. Su təchizatı üzrə ******** nömrəli ##.##.2012-ci il tarixli müqavilə qəti olaraq ona aid deyildir. Bakı şəhərindəki həmin evə qeydiyyatda deyil. Və yaxud başqa sözlə, Bakı şəhərindəki həmin ev onun adına deyil. Iddiaçı Cavabdeh qeyd edilən iş üzrə cavab verməli şəxs deyil. Cavabdeh təmamilə başqa adamdır. Qeyd edir ki, iddiaçının nümayəndəsinə onların ciddi səhv etdiyini normal ünsiyyətlə sözlə desə də, onlar başa düşmək istəmədilər. Bakı Apellyasiya Məhkəməsinə bildirir ki, ona aidiyyati olmayan məsələ üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qət edilmiş e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qət edilərək apellyasiya şikayəti təmin olunmalı və iddiaçının ona qarşı yönəlmiş qeyri-qanuni borc pul tələbi rədd edilməlidir. Həmçinin əsassız yerə 24 manat dövlət rüsumu ödədiyinə və 100 manat da pul verib bu apellyasiya şikayəti ərizəsini yazdırıb elektron məhkəmə kabineti ilə sistemə yüklətdirdiyinə görə həmin vəsaitlər iddiaçıdan alınaraq ona qaytarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

13. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

14. Maddə 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

15. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

17. Maddə 394-1.3. kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda, cavabdeh qətnaməsi mübahisələndirərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

22. Belə ki, iş üzrə iddiaçı tərəfindən cavabdeh Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2404,18 manat məbləğində borcun tutulması tələb edilmiş, iddia tələbinin əsası kimi HYPERLINK "tel:0801700400670" ************* saylı abonent kodu, ##.##.2012-ci il tarixli HYPERLINK "tel:15672988" ******** nömrəli abonent kart; və həmin abonent kodu üzrə hesablanmış borc barədə məlumatlar təqdim edilmişdir.

23. Lakin cavabdeh apellyasiya şikayətində iddiaçı ilə hər hansı müqavilə münasibətinin olmadığını, HYPERLINK "tel:0801700400670" ************* saylı abonent kodunun, habelə ##.##.2012-ci il tarixli HYPERLINK "tel:15672988" ******** nömrəli abonent kartlnln ona aid olmadığını, iddia ərizəsində göstərilən ünvan 1 ünvanında qeydiyyatda olmadığını və həmin mənzilin onun adına olmadığını bildirmişdir. Cavabdeh, həmçinin şəxsiyyət vəsiqəsinin FIN kodunun iddia ərizəsində göstərilən “**UA***” deyil, “*******” olduğunu və bu fərqliliyin digər şəxslə onun eyniləşdirilməsinə səbəb olduğunu göstərmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin normadan irəli gələn sübutetmə qaydasına görə, iddiaçı cavabdehdən borcun tutulmasını tələb edirsə, ilk növbədə həmin borcun məhz iddia ərizəsində göstərilən şəxsə aid olmasını, tərəflər arasında müvafiq hüquq münasibətinin mövcudluğunu və borcun yaranması üçün əsas olan halları sübut etməlidir.

26. Hazırkı iş üzrə isə iddiaçının təqdim etdiyi abonent kartı və abonent kodunun müəyyən şəxsə aid olması ilə bağlı məlumatın şəxsiyyətin eyniləşdirilməsini təsdiq edən digər məlumatlarla, o cümlədən şəxsiyyət vəsiqəsinin FIN kodu, ünvan məlumatları və müqavilədə göstərilən digər fərdiləşdirici məlumatlarla uyğunluğu müəyyən edilməlidir.

27. Iş materiallarından isə görünür ki, iddiaçı tərəfindən göstərilən şəxsiyyət vəsiqəsinin FIN kod ilə cavabdehin apellyasiya şikayətində bildirdiyi FIN kodu arasında fərq mövcuddur. Belə ki, Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarışa əsasən müəyyən edilir ki, hazırki iş üzrə cavabdeh Cavabdeh şəxsiyyət vəsiqəsinin FIN kodu *******-dir. Iddia ərizəsində və abonent kartında isə FIN kod “**UA***” qeyd edilmişdir. Həmçinin, abonent kartında hazırki cavabdehlə eyni ad və soyad daşıyan Cavabdeh qeyd olunmuş, lakin ata adı göstərilməmişdir. Şəxsin borc öhdəliyinin subyekti kimi müəyyən edilməsi üçün onun yalnız ad, soyad üzrə eyniləşdirilməsi kifayət hesab edilə bilməz. Xüsusilə eyni ad, soyad adına malik müxtəlif şəxslərin mövcudluğu ehtimalı olduğu halda, şəxsin fərdiləşdirilməsini təmin edən digər məlumatların da uyğunluğu müəyyən edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh ##.##.1972-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. ## ####### 2005-ci il tarixdən Şamaxı rayonu, Şamaxı şəhəri, X1 küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Abonent kartındakı ünvan isə Xətai rayonu, Məzahir Rüstəmov küçəsi., ev 4, mənzil 67-dir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, borc öhdəliyinin konkret şəxsə aid olması müəyyən edilmədən yalnız abonent məlumatlarına əsaslanmaqla həmin şəxsin üzərinə öhdəlik qoyulması mümkün deyildir.

29. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibəti mövcud olmamış, iddiaçının təqdim etdiyi abonent kartı və abonent kodunun müəyyən şəxsə aid olması ilə bağlı məlumatların cavabdehin şəxsiyyətin eyniləşdirilməsini təsdiq edən məlumatlarla uyğunluğu müəyyən edilmir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən borcun məhz cavabdeh Cavabdeh aid olması sübuta yetirilmədiyindən, ondan 2404,18 manat məbləğində borcun tutulması üçün hüquqi əsas yoxdur.

32. Beləliklə, iddiaçı tərəfindən borcun cavabdehə aid olması, tərəflər arasında müvafiq hüquq münasibətinin mövcudluğu və mübahisəli abonent kodunun cavabdeh Cavabdeh məxsusluğu mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Apellyasiya şikayətinin təmin edilməsi ilə əlaqədar apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.

35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iddia tələbi rədd edilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43,81 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 23 manat dövlət rüsumu iddiaçı “xxxx” X3 alınaraq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar