Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-3555/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadından cavabdeh cavabdeh2 şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdehlәr “İnşaat Konstruksiyaları” MMC, cavabdeh2 vә cavabdeh1 İsmayıl oğluna qarşı mənzilin qanunsuz sahiblikdən alınması və iddiaçıya təhvil verilməsi tәlәbinә dair iddia әrizәsi, elәcә dә iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk ünvan 1 ünvanında inşa olunan yüksәk mәrtәbәli yaşayış binası 2-ci blok 14-cü mәrtәbәsindә yerlәşәn ümumi sahәsi 140.9 kv.m olan, 157 (***) nömrәli mәnzilә dair “İnşaat Konstruksiyaları” MMC ilә cavabdeh2 arasında bağlanmış ##.##.2019cu il tarixli müqavilәnin etibarsız hesab edilmәsi, hazırda hәmin mәnzildә yaşayan cavabdeh1 İsmayıl oğlunun vә cavabdeh2 qanunsuz sahibliyindәn alınması vә hәmin mәnzilin iddiaçıya tәhvil verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş edib. İddiaçı “İnşaat Konstruksiyaları” MMC dә cavabdeh cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinә müraciәt edib. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә (hakim Rauf Əhmәdov) Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin hakimi Fuad Hüseynovun icraatında olan e-*(*-***)-****/**** saylı işә baxılıb yekun mәhkәmә aktı çıxarılana vә qanuni qüvvәsini alanadәk hazırda Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin icraatında olan iddiaçı İddiaçı cavabdehlәr “İnşaat Konstruksiyaları” MMC, cavabdeh2 vә cavabdeh1 İsmayıl oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi. mənzilin qanunsuz sahiblikdən alınması və iddiaçıya təhvil verilməsi tәlәbinә dair e-*(***)-****/**** saylı mülki iş üzrә icraat dayandırılması qәrara alınıb. cavabdeh2 (nümayәndәsi vә vәkili vәkil1) hәmin qәrardaddan verdiyi şikayәtdә lәğv edilmәsini xahiş edib göstәrmişdir ki, iddiaçı İddiaçı cavabdehlər “İnşaat Konstruksiyaları” MMC, cavabdeh2 və cavabdeh1 İsmayıl oğluna qarşı “mənzilin qanunsuz sahiblikdən alınması və iddiaçıya təhvil verilməsi” tələbinə dair e-*(***)-****/**** saylı mülki iş iddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin cavabdeh cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsindən asılı deyil, onun nəticələrinə bağlı deyil. Məhkəmə mülki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edərək cavabdeh2 məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Bu hüquq konstitusion hüquqdur, X1 ilə vətəndaşın məhkəmə müdafiəsi hüququna təminat verdiyini bəyan edir. Məhkəmə qərardadı ilə Konstitusiyanın 60-cı maddəsinin İ hissəinin tələbini pozmuşdur. Məhkəmə qərardadında mümükünsüzlüyün və aslılığın nədən ibarət olmasını əsaslı izah etməmişdir. Məhkəmə qərardad çıxararkən MPMnin 254-cü maddəsinin tələbini pozmuşdur. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmiş, lakin işdә iştirak edәn şәxslәr tәrәfindәn sübut, etiraz vә ya izahat mәhkәmәyә tәqdim edilmәmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Mәcәllәnin 43.1-ci maddәsinә әsasәn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Hәmin Mәcәllәnin 43.2-ci maddәsinә әsasәn bir-biri ilә әlaqәli olan işlәrin bir icraatda birlәşdirilmәsi hәm işdә iştirak edәn şәxslәrin vәsatәti, hәm dә mәhkәmәnin öz tәşәbbüsü ilә hәyata keçirilә bilәr. Hәmin Mәcәllәnin 169.3-cü maddәsinә әsasәn, hakim hәmin mәhkәmәnin icraatında eyni tәrәflәrin iştirak etdiyi eyni növlü bir neçә işin, yaxud bir iddiaçının müxtәlif cavabdehlәrә, yaxud müxtәlif iddiaçıların eyni cavabdehә iddiaları üzrә bir neçә işin olduğunu müәyyәn etdikdә, bu işlәrin birlәşdirilmәsini mәqsәdә müvafiq hesab edәrsә, onları birlikdә baxılmaq üçün bir icraatda birlәşdirmәyә haqlıdır. Hәmin Mәcәllәnin 254.1.4-cü maddәsinә әsasәn, Konstitusiya Mәhkәmәsinin icraatı qaydasında, mülki, cinayәt, inzibati xәta vә ya inzibati mübahisә üzrә mәhkәmә icraatı qaydasında baxılan başqa bir iş hәll edilmәyincә işә baxmaq mümkün olmazsa, mәhkәmә iş üzrә icraatı dayandırmalıdır. Konstitusiya Mәhkәmәsi Plenumunun Mülki Prosessual Mәcәllәnin 254.1.4-cü maddәsinin şәrh edilmәsinә dair ## #### 2004-cü il tarixli qәrarında göstәrilmişdir ki,... mәhkәmә prosesi zamanı elә hallar meydana çıxır ki, onlar mübahisәnin operativ vә obyektiv hәll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstәrilәn әsaslarla vә mәhkәmә icraatının davam etmәsinә mane olan halların meydana çıxması ilә mümkündür. Belә vәziyyәtdә mübahisәnin hәll olunması üçün müvәqqәti mane olan hallara başqa bir icraatda aydınlıq gәtirilәnә qәdәr hәmin iş üzrә icraat dayandırılır. X2 Mәcәllәdә mәhkәmәnin üzәrinә iş üzrә icraatı dayandırmaq vәzifәsi qoyan (MPM-nin 254-cü maddәsi) vә mәhkәmәyә belә hüququ verәn (MPM-nin 255-ci maddәsi) konkret hallar müәyyәn edәrәk, icraatın dayandırılması hallarını mәcburi vә qeyri-mәcburi növlәrә ayırır. İcraatın dayandırılmasının mәcburi hallarından biri Mülki Prosessual Mәcәllәnin 254.1.4-cü maddәsindә nәzәrdә tutulan Konstitusiya Mәhkәmәsinin icraatı qaydasında, mülki, cinayәt vә ya inzibati qaydada baxılan başqa bir iş hәll edilmәyincә işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Mәcәllәnin 254.1.4-cü maddәsindә nәzәrdә tutulmuş hallarda iş üzrә icraatın dayandırılması üçün işlәrin istәnilәn qarşılıqlı bağlılığı deyil, yalnız elә bir asılılığı nәzәrdә tutulur ki, mübahisәli hüquq münasibәtinin hüdudlarından kәnara çıxan mәsәlә nizamlananadәk hәmin işә baxılması ümumiyyәtlә mümkün olmasın. İş üzrә icraatın dayandırılması - mәhkәmә vә ya inzibati orqan tәrәfindәn işә baxılmasının qeyri-mümkünlüyünün müәyyәn edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrә preyudisial әhәmiyyәt kәsb edәn faktların müәyyәn edilmәsidir. İşә baxan bütün mәhkәmәlәr tәrәfindәn hәr hansı bir iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı vә ya hökmü ilә müәyyәn edilmiş faktlar yoxlanılmadan sübut kimi qәbul olunmalıdır. Əvvәla, MPM-in 254.1.4-cü maddәsinin tәlәbinә әsasәn mülki mübahisә üzrә mәhkәmә icraatı qaydasında baxılan başqa bir iş hәll edilmәyincә işә baxmaq mümkün olmazsa, mәhkәmә iş üzrә icraatı dayandırmalıdır. Göründüyü kimi, işin icraatı o vaxt dayandırılmalıdır ki, başqa bir işә baxılıb hәll edilmәyәnәdәk bu işә baxılması mümkün olmasın. Hazırkı işә baxılmasının isә, başqa işә baxılmasından hәr hansı bir asılılığı olmadığından sonuncu işә baxılıb hәll edilmәyәnәdәk gözlәmәyә dә heç bir әsas yoxdur. Əksinә müxtәlif mәhkәmәlәrin icraatında olsa da hәr iki iş biri-biri ilә әlaqәlidir, ona görә dә әdalәt mühakimәsinin düzgün hәyata keçirilmәsi üçün onlara birgә baxılmalı vә yekun mәhkәmә aktı çıxarılmalıdır. Bu mәqsәdlә iş(işlәr) bir-biri ilә әlaqәli işlәrdәn birini ilkin olaraq icraata qәbul etmiş mәhkәmәyә göndәrilmәlidir. Demәk ki, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin icraatında olan iddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin cavabdeh cavabdeh2 qarşı müqavilәnin lәğv edilmәsi tәlәbinә dair mülki iş ilkin olaraq icraata qәbul edilmiş hazırkı işlә birgә baxılması üçün Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Mülki işlәr hazırda әrazi aidiyyәti baxımından fәrqli mәhkәmәlәrdә olsa da, eyni mәhkәmә instansiyalarının (birinci instansiya mәhkәmәlәrinin) icraatında olduğundan onların bir icraatda birlәşdirilmәsi mülki prosessual qanunvericiliyin tәlәblәri baxımından mәcburidir. Buna görә dә, şikayәt tәmin edilmәli, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin e- *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı lәğv edilmәli vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә göndәrilmәlidir. Mülki Prosessual Mәcәllәnin 398.0 vә 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib, işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.2, 399, 400-cü maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiya mәhkәmәsi q ə r a r a a l d ı: Şikayәt tәmin edilsin. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı lәğv edilsin vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә göndәrilsin. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3555/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3555/2026
10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver