Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3587/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərər və borc) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Gasan Guseinovun, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları
1. ##.##.2024-cü il tarixli Cavabdeh (lizinq alan) və “xxxx” MMC (lizinq verən) arasında bağlanmış AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
2. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə ## ###### 2025-ci il tarixli aktdan görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-yə təhvil verilmişdir. Təhvil zamanı nəqliyyat vasitəsinin çox yerində əzik və cızıqlar mövcud olmuşdur.
3. Arayışdan görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə 256,50 manat əsas borcu, 288,41 manat mükafat borcu və 386,69 manat cərimə borcu vardır.
4. AECS MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilir ki, “Chevrolet Cobalt” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3,054 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı “xxxx” MMC - cavabdeh Cavabdeh qarşı «zərər və borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 256,50 manat əsas borc, 288,41 manat mükafat, 386,69 manat dəbbə pulu, avtomobilin təmir-bərpası üçün tələb edilən 4259,20 manat pulun və ödənilmiş 71,91 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh arasında bağlanmış ## #### 2024-cü il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №*) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YV-***dövlət qeydiyyat nişanlı avtomobil ## ###### 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə4259.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-**** saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ###### 2025-ci il tarixə ümumilikdə 931.60 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ilkin Rüstəmli) iddianın qismən təmin edilməsi, 256,50 manat əsas borc, 288,41 manat mükafat və 30 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 574,91 manat pulun, həmçinin avtomobilə dəymiş zərərin əvəzi olaraq 3,054 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 40 manat hissəsinin cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulması, AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 150 manat hissəsinin "xxxx" MMC-dən, 150 manat hissəsinin isə Cavabdeh tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AIIB400600F9443401807112, Bank “xxxx” ASC Mərkəz Filialı,KOD200026;VÖEN **********;Müxbirhesab AZ37NABZ01350100000000001944 S.W.İ.F.T. AIIBAZ2XXXX) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 386.1, 448.1, 449.4, 462.1, 467, 747.1, 747-1.2, 748-2.1, 748-11.1.4, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 220.5, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil və qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş edir. Belə ki, iddiaçı iddia tələbini əsaslandırarkən gŏstərmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YV- *** dŏvlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ŏdənişləri cədvəlinə (Əlavə No3) əsasən lizinq alan illik 19% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553,83 manat, ümumilikdə isə 37729 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin ödəməyi öhdəsinə gŏtürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YV-*** dŏvlət qeydiyyat nişanlı avtomobil ##.##.2025ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3054 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda AZL-**** saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə gŏrə ##.##.2025-ci il tarixə ümumilikdə 931 .60 manat məbləğində gecikmə borcu yaranmışdır. Bununla bağlı qeyd edir ki, hazırkı işdə 3054 manat məbləğində zərər yalnız iddiaçının tabeliyində olan “xxxx Servis” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən edilmişdir. Müstəqil məhkəmə ekspertizası keçirilməmişdir. Belə olan halda zərərin məbləği obyektiv və qəti sübut hesab edilə bilməz. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyektinin qorunması ilə bağlı risklər onun faktiki qəbulu anından lizinq alanın üzərinə keçir. Lakin avtomobil geri gŏtürülərkən, tərəflər arasında avtomobilin texniki vəziyyətini əks etdirən ayrıca təhvil-təslim aktı tərtib edilməmiş, avtomobil iddiaçı tərəfindən ŏzbaşına gŏtürülüb aparılmışdır. Bu səbəbdən qüsurların hansı tarixdə yarandığı, onların cavabdehin istifadəsi dŏvrünə aid olubolmaması, yaxud avtomobil geri gŏtürüldükdən sonra yaranıb-yaranmaması müəyyən edilə bilməz. Məhkəmə bu mühüm halı araşdırmamışdır. Iddiaçının hazırda məhkəmədə tələb irəli sürdüyü tərtib olunmuş əsassız və heç bir sübuta istinad edilməyən aktı, sadəcə olaraq onun əlavə ŏdənclərə cəlb edilməsindən ibarət olmuşdur. Hazırkı işdə 3054 manat məbləğində zərər yalnız iddiaçının tabeliyində olan “xxxx Servis” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən edilmişdir. Müstəqil məhkəmə ekspertizası keçirilməmişdir. Belə olan halda zərərin məbləği obyektiv və qəti sübut hesab edilə bilməz. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq işin faktiki hallarında gŏstərilənləri nəzərə almamışdır. Məhkəmə ziyanın hesablanmasının əsaslarını, təmir xərclərinin faktiki çəkilib çəkilmədiyini, ehtiyat hissələrinin dəyişdirilməsini, foto və video sübutları araşdırmadan qətnamə qəbul etmişdir. Iş üzrə təqdim edilmiş ziyanın dəyməsinə dair akt üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yaransa da, məhkəmə bunu nəzərə almamış və işə birtərəfli baxaraq, iddiaçının sübutlarını qəbul etmişdir. Məhkəmə avtomobilin geri götürülmə anındakı faktiki vəziyyətini, təmirin həqiqətən aparılıb-aparılmadığını, təmirə dair fakturaları və ödəniş sənədlərini, habelə zərərin hesablanma metodikasını araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Gasan Guseinov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
18. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
21. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
22. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
23. 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
24. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, məhkəmə araşdırma nəticəsində işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 19 faiz mükafat məbləği ilə 60 ay müddətinə lizinqə, yəni həmin əmlakı Cavabdeh müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh tərəfindən saz vəziyyətdə qəbul edilmişdir. Avtomobil Cavabdeh tərəfindən iddiaçı şirkətin dayanacağına yerləşdirilərkən məlum olmuşdur ki, cavabdehin istifadəsi nəticəsində avtomobilə 3,054 manat dəyərində ziyan dəymişdir. Cavabdeh həmçinin müqavilə öhdəliklərini tam yerinə yetirməyərək iddiaçının hesabına tam ödəniş etməmiş və nəticədə müqavilə üzrə 256,50 manat əsas borcu, 288,41 manat mükafat borcu və 386,69 manat cərimə borcu yaranmışdır.
38. Belə ki, Daxili lizinq müqaviləsi ilə lizinq verənin lizinq obyektini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alanın isə həmin müqavilə ilə müəyyən edilmiş vaxtda və məbləğdə lizinq ödənişlərini həyata keçirmək öhdəlikləri əmələ gəlmişdir.
39. Yuxarıda sadalanan Mülki Məcəllənin müvafiq normalarına və sübutlara əsasən cavabdeh Cavabdeh iddiaçı “xxxx” MMC-dən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.
40. Iş materiallarında olan arayışdan görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə 256,50 manat əsas borcu, 288,41 manat mükafat borcu və 386,69 manat cərimə borcu vardır.
41. Iş materiallarında olan ## #### 2024-cü il tarixli daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən görünür ki, cavabdeh müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 1 %-i miqdarında dəbbə pulu hesablanır.
42. Kollegiya hesab edir ki, iddiaçı “xxxx” MMC-nin lizinq obyekti olmuş “Chevrolet Cobalt” markalı ** YV *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş istifadə haqqını tələb etməsi tam əsaslı olmuşdur.
43. Birinci instansiya məhkəməsi əsas borca nisbətdə cərimə formasında hesablanmış 386,69 manat məbləğini tənasübsüz surətdə yüksək hesab etməklə cərimə məbləğini azaldaraq 30 manat müəyyən edilməsini tərəflərin mənafeləri baxımından daha məqsədəuyğun hesab etməklə ağlabatan və əsaslı mövqe göstərmişdir.
44. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından görünür ki, avtomobil cavabdeh tərəfindən iddiaçının müvəqqəti duracağına yerləşdirilərkən cavabdehin istifadəsi nəticəsində avtomobildə qüsurlar olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, aparılmış qiymətləndirmə nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 3,054 manat məbləğin tələb olunduğu müəyyən edilmişdir.
45. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilmir və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə əsas yaratmır.
46. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. “Mahmudovun Rusiyaya qarşı” işi üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsi ## #### 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
49. “Qavazovun Bolqarıstana” qarşı işi üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsi ## #### 2008-ci il tarixli qərarında bir daha vurğulamışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.