Məhkəmə qərarları › İş №e-2(3-6)-3686/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3686/2026

01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2(3-6)-3686/2026 01.09.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: etibarnamə, əqdin təmsilçi vasitəsilə bağlanması, əldə olunanları vermək vəzifəsi, bağışlama, bağışlamadan imtina, hüquqdan sui-istifadə, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Səlimova SəadətRəşidqızındanvəİmanovAzadNizamoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçınümayəndəsi(vəkili)Vəkil, cavabdehcavabdeh2nümayəndəsi(vəkili)Nümayəndəiştirakıilə İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m olan mənzil xüsusi mülkiyyət kimi ##.##.2015-ciiltarixdətamhissədəİddiaçı adınaqeydiyyataalınmışdır.

2. İddiaçı ##.##.2024-cü il tarixdə ** saylı notariat ofisində rəsmiləşdirilmiş və reyestrdə 2610 nömrə ilə qeydiyyata alınmış etibarnamə ilə, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, o cümlədən əmlakı satmaq, almaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, icarəyə vermək, pul və digər əmlakı almaq, bank hesabları və kredit əməliyyatlarını həyata keçirmək, dövlət və qeyridövlət orqanlarında, notariat ofislərində, banklarda və digər təşkilatlarda onu təmsil etmək, ərizə və müqavilələr imzalamaq, habelə etibarnamənin icrası ilə əlaqədar digər hüquqi hərəkətləri həyata keçirmək səlahiyyətlərini cavabdeh2 etibar etmiş, etibarnamədə səlahiyyətlərin digər şəxsəötürülməsininmümkünlüyünəzərdətutulmuşdur.

3. Həmin etibarnaməyə ##.##.2025-ci il tarixdə İddiaçı tərəfindən xitam verilmişdir (ləğv etdirilmişdir).

4. İddiaçı ##.##.2025-ci il tarixdə ** saylı notariat ofisində rəsmiləşdirilmiş və reyestrdə 1276 nömrə ilə qeydiyyata alınmış etibarnamə ilə, özünə məxsus Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında onu təmsil etmək, zəruri sənədləri toplamaq və təqdim etmək, həmin əmlaka sərəncam vermək, o cümlədən satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, icarəyə vermək, pulunu almaq, bu barədə müqavilələr imzalamaq, ərizələr yazmaq və etibarnamənin icrası ilə əlaqədar digər hüquqi hərəkətləri həyata keçirmək səlahiyyətlərini cavabdeh1 etibar etmiş, etibarnamənin etibarlılıq müddəti ##.##.2027-ci il tarixədək müəyyən olunmuş, səlahiyyətlərin digər şəxsə ötürülməsinin mümkünolmadığıgöstərilmişdir.

5. Həmin etibarnaməyə ##.##.2025-ci il tarixdə İddiaçı tərəfindən xitam verilmişdir (ləğv etdirilmişdir).

6. cavabdeh2 İddiaçı qızı, cavabdeh1 isə onun kürəkənidir (cavabdeh2 həyat yoldaşıdır).

7. İddiaçı (onun əvəzinə cavabdeh1) ilə X1 arasında ##.##.2025-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış, satıcı Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 36.3 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini Renat Salayevə120000manatasatmışdır.

8. Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 36,3 kv.m olan mənzil xüsusi mülkiyyətkimiX1 adına##.##.2025-ciiltarixdə1125046569nömrəsiiləqeydiyyataalınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) cavabdeh1 və cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 140 000 manat borcun və ödənilmiş 430 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m təşkil edən 1 otaqlı * saylı mənzil xüsusi mülkiyyətində olmuşdur. Daimi olaraq Türkiyə Respublikasında İlahə adlı qızı ilə yaşayır, il ərzində bir neçə dəfə Azərbaycana gəlibgedir, digər qızı cavabdeh2 əri cavabdeh1 ilə birlikdə Bakı şəhərində özlərinə məxsus ünvan 5 ünvanda yaşayır. Azərbaycanda olmadığı vaxtlarda mənzilinə nəzarət etməyi onlara həvalə etmişdir. 2025-ci ilin fevral ayında Bakıda olarkən cavabdeh1 və qızı cavabdeh2 ona təklif etmişlər ki, ona məxsus mənzilin idarəçiliyi (kommunal xidmətləri ödəmək, müvafiq qurumlarda təmsil etmək və s.) ilə əlaqədar olaraq onlara etibarnamə versin. Onlara inanaraq razılaşmış və ## ###### 2025-ci ildə kürəkəni cavabdeh1 Bakı şəhəri ** saylı notariat ofisində baş etibarnamə vermişdir. Bundan sonra Türkiyə Respublikasına getmiş, 2025-ci ilin iyun ayında bir neçə günlük təkrar Bakı şəhərinə gələndə ona məlum olmuşdur ki, kürəkəni və qızı əlbir olaraq ona məxsus mənzili ## #### 2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. Alqı-satqı müqaviləsində mənzilin 120 000 (bir yüz iyirmi min) manata satıldığı göstərilsə də, əslində mənzil 140 000 (bir yüz qırx min) manata satılmışdır. Qızının və kürükəninin bu qanunsuz və özbaşına hərəkətlərinə etiraz edib etibarnaməni ləğv etmiş və onlardan mənzilinin satışından əldə etdikləri 140 000 manat vəsaiti tələb etmişdir. Onlar onu sakitləşdirib heç yerə şikayət etməməsini xahiş etmiş və mənzilin pulunu ona ödəyəcəklərini vəd etmişlər. cavabdeh1 öz mülkiyyətində olan ünvan 4 518 ünvanda yerləşən ** saylı mənzilini tezliklə satıb pulu ödəyəcəyini əmin etmişdir. Qızı Günel də eyni vədi verib mənzili satışa çıxardıqlarını, pulu tezliklə ödəyəcəklərini bildirib onu inandırmışdır. Kürəkəni cavabdeh1 və qızı Günellə şifahi razılıq əldə etdikdən sonra yenidən Türkiyə Respublikasına qayıtmış, həmin razılaşmadan 6 ay vaxt keçməsinə baxmayaraq, cavabdeh1 onun pulunu ödəməmişdir. Onlar hər dəfə bir bəhanə gətirib pulu ödəməkdən yayınmışlar. Bir neçə gün əvvəl yenidən Azərbaycana qayıtmış, ## ###### 2026-cı ildə Elçinin və qızının yaşadığı ünvan 9 518 ünvanda yerləşən ** saylı mənzilə gəlmiş, onlarla söhbət edib pulunun tezliklə ödənilməsini tələb etmişdir. Bu zaman həm cavabdeh1, həm də qızı Günel ona hücum edərək mənzildən çıxarmış və pulu ödəməyəcəklərini bildirmişlər. Onu mənzildən itələyib çıxararkən sağ əlinin barmağı da əzilmişdir. Kürəkəni Elçinin və qızı Günelin ona qarşı bu davranışından sonra məlum olmuşdur ki, onlar iddiaçını aldadıb mənzilini ələ keçirmiş, sataraq pulunu mənimsəmişlər. Həyatı üçün təhlükə hiss etdiyindən onlarla bir daha görüşməmək və həmin mənzilin satılmasından əldə olunan 140000 manat vəsaitin cavabdeh1 və qızı cavabdeh2 tutulub ona ödənilməsi üçün məhkəmədə müvafiq iddia qaldırmaq qərarına gəlmişdir. Belə ki, cavabdeh1 özünə məxsus mənzili satıb məsuliyyətdən yayınmaq ehtimalı vardır. Çünki həm cavabdeh1, həm də qızı cavabdeh2 öz mənzillərini də satmağı, başqa yerə köçməyi planlaşdırdıqlarını ona bildirmişdilər. Belə olan halda onların öz mənzillərini tez bir zamanda, təcili olaraq satıb pulunu gizlətmələri, yaxud üçüncü şəxsin adına mənzil alıb ona verməli olduqları pulu ödəməkdən yayınmaları ehtimalı çox böyükdür. Hesab edir ki, cavabdehlərdən müştərək qaydada 140 000 (bir yüz qırx min) manat məbləğində vəsait tutularaq ona ödənilməlidir. Onun 75 yaşı vardır, yaşı ilə bağlı səhhətində müəyyən problemlər vardır, doğma övladının və kürəkəninin ona qarşı bu cür davranışı ona xüsusilə pis təsir etmişdir. Ən başlıcası isə o, Bakı şəhərində mənzilsiz qalmışdır. Onu aldadaraq əlindən aldıqları mənzil yeganə mənzili olmuşdur, bütün şəxsi əşyaları, paltarları də mənzillə birlikdə əlindən çıxmışdır. Hazırda evsizdir, Bakıda olarkən yaxın qohumunun evinə sığınır. Qışın bu çağında küçədə qalmamaq üçün həmin qohumu ona müvəqqəti sığınacaq verir. cavabdeh1 və qızının ona qarşı etdikləri hərəkətlər onun hüquqlarını pozmaqla yanaşı, humanizmə və əxlaqi dəyərlərə də ziddir. Ona görə də, həm hüquqlarının bərpa ediləcəyini, həm də düşdüyü bu ağır vəziyyətdən çıxmaqdaədalətmühakiməsininonaköməkedəcəyinidüşünmüşdür.

11. Cavabdehlərin nümayəndələri (vəkilləri) iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını və iddiaçının əməllərində cinayətin əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsinixahişetmişdir.

12. Etiraz aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “2025-ci ilin fevral ayında cavabdeh2 maliyyə problemləri ilə bağlı Türkiyə Respublikasında yaşayan anası İddiaçı məlumat vermiş və ondan köməklik göstərilməsini xahiş etmiş, İddiaçı ona narahat olmamasını, könüllü şəkildə Bakı şəhərində yerləşən bir otaqlı mənzili satıb ona köməklik edəcəyini bildirmişdir. cavabdeh2 tərəfindən anası İddiaçı Bakıya gəlməsi üçün təyyarə bileti alınmış və o, 2025-ci ilin fevral ayında Bakı şəhərinə gəlmişdir. İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m təşkil edən 1 otaqlı mənzilin satılmasına dair kürəkəni - cavabdeh1 adına etibarnamə vermiş, lakin mənzil birgə nikah dövründə əldə olunduğu üçün İddiaçı əri X2 razılığı tələb olunmuşdur. İddiaçı qızı Günelə atasından razılıq alınmasının lazım olduğunu, lakin razılıq alınan zaman maliyyə problemlərini atasına bildirməməsini demişdir. cavabdeh2 Rusiya Federasiyasının Saratov şəhərində yaşayan atası Şikar Cabbarovla danışmış, atasına həmin bir otaqlı mənzilin plana düşəcəyini, bunun üçün əri cavabdeh1 adına müvafiq etibarnamənin verilməsini xahiş etmiş, Şikar Cabbarov buna heç bir etiraz etmədən etibarnamə vermişdir. İddiaçı həmin mənzildə olan özünə məxsus şəxsi əşyalarını qutulara yığmış, qutuların üzəri nömrələnmiş, sonra Ankara şəhərinə qayıtmışdır. Evin satılması ilə bağlı işlərə başlanıldıqda həmin əşyalar cavabdeh1 iş yerinə daşınmışdır, əşyalar hazırda da cavabdeh1 iş yerində saxlanılmaqdadır. Bundan sonra, Günel Səlimov əri cavabdeh1la birlikdə qeyd olunan mənzilin satılması ilə məşğul olmağa başlamış, mənzil ## #### 2025-ci il tarixdə ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, 120 000 manat qarşılığında X1 və bu barədə İddiaçı məlumat vermişdir. Həqiqətdə isə mənzil 140 000 manata satılmışdır. cavabdeh2 tərəfindən bu barədə anası İddiaçı məlumat verildikdə sevinmişdir. cavabdeh2 mənzildən əldə olunan məbləğlə problemlərinin bir hissəsini həll etmiş və bu barədə anasına bildirmişdir. cavabdeh2 mənzil satıldıqdan və əldə edilmiş məbləğli öz maliyyə problemlərinə sərf etdikdən sonra, 2025-ci ilin aprel ayından etibarən İddiaçı Ankara şəhərindən qızı cavabdeh2 ilə əlaqə saxlayaraq, özünün planlarının olduğunu bildirib, mənzilin geri qaytarılmasını bildirmişdir. İddiaçı daha sonra isə mənzildən əldə edilmiş pulun geri qaytarılmasını israrla tələb etmişdir. Buna cavab olaraq, cavabdeh2 anasına həmin mənzilin satılmasını özünün könüllü təklif etdiyini, mənzil satılan zaman aralarında hər hansı bir anlaşma aparılmadığını və üzərinə hər hansı bir öhdəlik götürmədiyini, ümumiyyərlə planlarının olması barədə ona heç bir məlumat vermədiyini bildirmişdir. İddiaçı mütəmadi olaraq bu mövzu ilə bağlı mesajlar yazdığından və zənglər etdiyindən cavabdeh2 ona problemlərini həll etdikdən sonra bu barədə danışacağını bildirmişdir. 2025-ci ilin iyun ayında səhər tezdən İddiaçı gözlənilməz anda Bakı şəhərində onun yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt İddiaçı, ona nikahda olduğu 17 il ərzində verdiyi, eləcə də qızı X4 hədiyyə qismində verdiyi qızıl-zinət əşyalarını, bundan başqa hər ay pensiyasını Azərbaycan Respublikada nağlaşdırıb ona göndərmək məqsədilə onda saxladığı pensiya kartını və qeyd olunan mənzilə dair etibarnamələri ondan geri alaraq çıxıb getmişdir. ## ###### 2026-cı il tarixdə İddiaçı yenidən onun yaşadığı mənzilə gəlmiş, əsəbi halda təhqiramiz ifadələr işlətmiş, onun səsinə digər otaqdan gələn əri cavabdeh1 üzərinə hücum çəkərək Elçinin sinəsini cırmış və təhqiramiz ifadələr işlətmişdir. Bu vaxt cavabdeh2 onları aralamaq istəyərkən anasının hərəkətlərindən təsirlənərək huşunu itirərək yerə yıxılmış, bunu görən qızı Nurlanə Səlimova nənəsi İddiaçı qanunsuz hərəkətləri barədə iradlar bildirmişdir. İddiaçı daha da aqressivləşərək Nurlanə Səlimovaya şillə vurmuş və təhqiramiz ifadələr işlədərək mənzilin qapısını çırparaq çıxıb getmişdir. Bundan sonra, cavabdeh2 səhhətində yaranmış problemlərlə bağlı ailə üzvləri tərəfindən yaşadığı ünvana təcili tibbi yardım çağırılmışdır. Həkim müayinəsindən sonra səhhətində ciddi problemlər olduğu üçün digər təcili tibbi yardım briqadası çağırılmış və xəstəxanada stasionar müalicəyə yerləşdirilmişdir. cavabdeh2 səkkiz gün stasionar müalicə almış, üç gün səhhəti ağır olmuş və özünə gəldikdən sonra əlavə beş gün stasionar müalicəsi davam etdirilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddiasını təşkil edən əsasların heç biri öz təsdiqini tapmır və onun tələbi tam əsassızdır. İddiaçı iddia ərizəsində bildirir ki, “2025-ci ilin fevral ayında Bakıda olarkən cavabdeh1 və qızım cavabdeh2 mənə təklif etdilər ki, mənə məxsus mənzilin idarəçiliyi (kommunal xidmətləri ödəmək, müvafiq qurumlarda təmsil etmək və s.) ilə əlaqədar olaraq onlara etibarnamə verim. Mən onlara inanaraq razılaşdım və ## ###### 2025-ci ildə Bakıda olarkən kürəkənim cavabdeh1 Bakı şəhəri ** saylı notariat ofisində baş etibarnamə verdim. Bundan sonra mən Türkiyə Respublikasına getdim. 2025-ci ilin iyun ayında mən bir neçə günlük üçün təkrar Bakı şəhərinə gələndə mənə məlum oldu ki, kürəkənim və qızım əlbir olaraq mənə məxsus mənzili ## #### 2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. Alqı-satqı müqaviləsində mənzilin 120 000 (bir yüz iyirmi min) manata satıldığı göstərilsə də, əslində mənzil 140 000 (bir yüz qırx min) manata satılmışdır.” Göründüyü kimi, iddiaçı, qızı cavabdeh2 və kürəkəni cavabdeh1 açıq şəkildə dələduzluq cinayətinin törədilməsində ittiham edir. Lakin İddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmək əvəzinə, birbaşa pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırır. Buna səbəb isə odur ki, İddiaçı qaldırdığı iddia ərizəsində irəli sürdüyü halların yalan olduğunu və hüquq mühafizə orqanlarına müraciət etdiyi halda heç bir nəticə əldə etməyəcəyini bilir. Birincisi, İddiaçı irəli sürdüyü dəlillər ağlabatan deyil. Belə ki, İddiaçı kürəkəni cavabdeh1 adına verdiyi etibarnaməni mənzilin idarəçiliyi, daha dəqiq kommunal ödənişlərin ödənilməsi və mənzilin idarəçiliyi ilə bağlı verdiyini bildirir. Halbuki hər kəsə məlumdur ki, hər hansı bir şəxsə məxsus mənzilin kommunal ödənişlərinin digər şəxs tərəfindən ödənilməsi məsədilə etibarnaməyə ehtiyac yoxdur. Zatən cavabdeh2 dediklərinə görə həmin mənzilin kommunal ödənişləri anası İddiaçı Ankara şəhərində yaşadığı üçün mütəmadi olaraq onun tərəfindən ödənilmiş və bu əməliyyatlar etibarnamə olmadan həyata keçirilmişdir. Bundan əlavə, mövcud texniki yenilikləri nəzərə alaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən notariat ofislərində İddiaçı və ya digər şəxsi aldatmaqla qeyd edilən məzmunda etibarnamənin alınması mümkün deyil. Belə ki, Bakı şəhəri ** saylı notariat ofisində İddiaçı qeyd edilən etibarnamənin məzmunu barədə məlumat verilmiş, o, həmin etibarnamənin məzmunu ilə tanış olduqdan sonra heç bir təzyiq altında qalmadan könüllü şəkildə sərəncam vermək hüququnu cavabdeh1 vermişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsində mənzilin müqavilədə 120 000 manata satıldığını göstərildiyini, əslində isə mənzilin 140 000 manat satıldığını bildirir. Əgər cavabdeh2 və cavabdeh1 mənzili İddiaçı aldatmaqla ələ keçirmişdilərsə, cavabdeh2 mənzili 140 000 manata satılmasını İddiaçı bildirməsi məntiqli deyil və bu hal iddia ərizəsinin bir daha əsasız olduğunu sübut edir. Cavabdeh cavabdeh2 dediklərinə əsasən, ən vacib məqam ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m təşkil edən 1 otaqlı mənzil onun əri X2 ilə birgə nikah dövründə əldə edilmiş mənzil olmuşdur. Onlar rəsmi nikahda olsalar da, faktiki olaraq ayrı yaşamış və münasibətləri soyuq olmuşdur. Şikar Cabbarovun qeyd olunan mənzilin İddiaçı tərəfindən satılmasına əvvəlcədən razılığı olmamışdır. Lakin cavabdeh2 tərəfindən atasına həmin mənzilin plana düşəcəyi bildirildikdən sonra müvafiq etibarnamə verilmişdir. Məhz İddiaçı cavabdeh2 atasına borc məsələsini bildirməməsini deməsi özü məqsədili olmuşdur. Belə ki, cavabdeh2 maliyyə problemlərindən məlumatlı olacağı halda mənzilin satılmasına Şikar Cabbarovun razılıq verməyəcəyi ehtimalını nəzərə alan İddiaçı qızı cavabdeh2razılıqalınmasıüçünatasınamənzilinplana düşməsinideməsinibildirmişdir.Şikar Cabbarovdan razılıq alındıqdan və mənzil satıldıqdan sonra İddiaçı irəli sürdüyü bütün tələblərində məhz mənzili deyil, mənzilin satılmasından əldə edilmiş pulu tələb etmişdir. Yəni Hicran Cabbarova qızı cavabdeh2 ondan kömək istəməsini fürsətə çevirmiş və qızı cavabdeh2 vasitəsilə Şikar Cabbarovdan mənzilin satılmasına dair razılıq almışdır. Etiraza əlavə edilmiş X2 tərəfindən arvadı İddiaçı adına Rusiya Federasiyasının Saratov şəhərindən verilmiş ## #### 2025-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, adı çəkilən şəxs Azərbaycan Respublikası, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsinin (satışının) bağlanmasına, qiymətini və şərtlərini öz mülahizəsinə uyğun müəyyən etməsinə və mülkiyyət hüququnun dövlət qeydiyyatı orqanlarında rəsmiləşdirilməsinə razılıq vermişdir. Qeyd olunan etibarnamə ilə İddiaçı qaldırdığı iddia ərizəsində irəli sürdüyü halların yalan olduğunu və cavabdehlər barəsində ağır cinayətin törədilməsində ittiham etməklə bilə-bilə yalan xəbərçilik etmişdir. Həmçinin yuxarıda qeyd etdiyi hallar hazırkı etiraza əlavə edilmiş iddiaçı Hicran Cabbarovaya məxsus, qızı cavabdeh2 "WhatsApp" tətbiqi vasitəsilə göndərdiyi səs yazıları ilə, həmçinin cavabdeh2 anası Hicran Cabbarovya göndərdiyi mətn mesajları ilə bir daha təsdiq olunur. Belə ki, İddiaçı həmin səs yazısından qızı cavabdeh2 problemlərindən məlumatlı olduğunu bilir, eləcə də mənzili cavabdeh2 onun problemlərinin həll olunması məqsədilə verdiyini və bir ana kimi onun problemlərinin həll edilməsinə köməklik etməsinin onun borcu olduğunu bildirir. Eyniz zamanda cavabdeh2 tərəfindən anası İddiaçı göndərilmiş mətn mesajlarından görünür ki, cavabdeh2 bir neçə dəfə anasına mənzilin satılmasına razılıq verən zaman ona hər hansı bir planının olmasını bildirmədiyini, yəni mənzili şərtləndirmədən verdiyini İddiaçı bildirir. Həmçinin iddiaçı İddiaçı iddia ərizəsində qeyd edir ki: "Kürəkənim cavabdeh1 və qızım cavabdeh2lə şifahi razılıq əldə etdikdən sonra mən yenidən Türkiyə Respublikasına qayıtdım. Həmin razılaşmadan 6 ay vaxt keçməsinə baxmayaraq, cavabdeh1 mənim pulumu ödəməmişdir." Bir daha qeyd edir ki, cavabdeh2 maliyyə problemləri ilə bağlı anası İddiaçı məlumat verdikdə İddiaçı özü könüllü şəkildə Bakıya gəlib bir otaqlı mənzilini satıb ona köməklik göstərəcəyini bildirmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarından aydın olur ki, iddiaçı İddiaçı qızı cavabdeh2 maliyyə çətinliklərinə köməklik göstərməsi məqsədilə mülkiyyətində olan mənzili əri Şikar Cabbarovanın razılığı ilə könüllü şəkildə vermiş və onun qeyd olunan mənzilə dair verdiyi etibarnamə mahiyyət etibarilə bağışlama müqaviləsidir. Həmçinin iddiaçı İddiaçı həmin mənzilə dair tələblərini isə mənzilüçüncüşəxsinmülkiyyətinəverildikdənsonrairəlisürmüşdür”.

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasına videozəng vasitəsilə qoşulan iddiaçı mənzili satmaq niyyətinin olmadığını, yalnız evə nəzarət etməsi və evlə bağlı işiq, qaz, su pulunu həll etməsi üçün kürəkəni cavabdeh1 etibarnamə verdiyini, etibarnaməni notariusda şəxsən verdiyini, etibarnamənin nəticələrinin notariusda ona izah olunduğunu, mənzilin satılmasına razılıq vermədiyini, mənzilin satılması barədə qızı Günelin 2025-ci ilin mart ayında ona zəng edərək məlumat verdiyini, mənzilin 140 000 manata satıldığını dediyini, qızının maliyyə problemlərindən məlumatlı olduğunu, qızı və kürəkəni tərəfindən aldadıldığını, onun məlumatı olmadan evin satılması nəticəsindəonadəymişzərərinəvəzininödənilməsini tələbetdiyinibildirmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, 2025-ci ilin əvvəllərində maliyyə problemlərinin olduğu barədə Türkiyə Respublikasında yaşayan anasına - iddiaçıya məlumat vermiş, anası problemlərini həll etməsi üçün mənzilinin satılmasına razılıq vermiş, mənzilin satılması ilə bağlı etibarnamə vermək üçün 2025-ci ilin fevral ayında Bakıya gəlmişdir. Mənzilin satışından 140 000 manat əldə olunmuş, həmin məbləği problemlərinin həllinə sərf etmiş, anasının bundan məlumatlı olmuş və buna razılıq vermiş, lakin sonradan evin pulunu tələb etməyə başlamışdır. Problemlərini həll etdikdən sonra anasına evalacaqvəonuevsizqoymayacaqdır.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, həyat yoldaşı Günelin maliyyə problemləri yarandığından qayınanası - iddiaçı öz iradəsi ilə sözügedən mənzilin satılması ilə bağlı ona etibarnamə vermiş, mənzilin satışına dair bütün məsələlər iddiaçının razılığı və məlumatı əsasında həyata keçirilmiş, alqı-satqı işləri ilə şəxsən özü məşğul olmuş, satışdan əldə edilmiş pul vəsaiti həyat yoldaşı Günelin problemlərinin həllinə sərf edilmişdir. İddiaçının sonradan pul tələbetməsininsəbəbinibilmir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri (vəkilləri) iddia tələbinə qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir.

18. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təminedilməməsiqətolunmuşdur.

19. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m olan 1 otaqlı mənzil iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. ##.##.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdeh cavabdeh1 həmin mənzilə sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, icarəyə vermək, pulunu almaq, bu barədə müqavilələr imzalamaq, ərizələr yazmaq və etibarnamənin icrası ilə əlaqədar digər hüquqi hərəkətləri həyata keçirmək səlahiyyətləri verən etibarnamə verilmiş və həmin etibarnamə əsasında ##.##.2025-ci il tarixdə mübahisəli mənzil üçüncü şəxs X1 və mənzil üzərində mülkiyyət hüququ sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada mənzilin satışından əld olunmuş 140 000 manat və ödənilmiş 430 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

 İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmeti mübahisəli mənzilin mülkiyyət hüququnun bərpası və ya alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi deyil, iddiaçının cavabdehlərdən mənzilin satışından əldə edildiyi iddia olunan 140 000 manat pul vəsaitinin müştərək qaydada tutulması tələbidir. Bu baxımdan məhkəmə tərəfindən araşdırılmalı olan əsas hüquqi məsələ cavabdehlərin iddiaçı qarşısında belə məbləğdə pul öhdəliyinin yaranıb-yaranmaması, həmin vəsaiti hüquqi əsas olmadan əldə edib-etməmələri və ya vəkalət münasibətlərindən irəli gələn öhdəlikləri pozmalarıdır.

 İş materiallarından müəyyən olunur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ## ###### 2025-ci il tarixdə cavabdeh cavabdeh1 notariat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. Həmin etibarnamənin məzmunundan açıq şəkildə görünür ki, cavabdehə yalnız mənzilin idarə olunması deyil, həm də həmin əmlaka sərəncam vermək, onu satmaq, alqı-satqı müqaviləsi bağlamaq, müqavilələri imzalamaq və bununla bağlı bütün hüquqi hərəkətləri həyata keçirmək səlahiyyətləri verilmiş və cavabdeh cavabdeh1 mənzili satarkən öz adından deyil, iddiaçının adından və onun verdiyi etibarnamə əsasında hərəkət etmişdir.

 Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, etibarnamənin məzmunu onun verildiyi notariat orqanında iddiaçıya izah edilmiş, iddiaçı özü də məhkəmə iclasında etibarnaməni şəxsən imzaladığını və notarius tərəfindən ona izahat verildiyini təsdiq etmişdir. İş materiallarında həmin etibarnamənin aldatma, zor tətbiqi, hədə-qorxu, ağır vəziyyətdən istifadə və ya iradə qüsuru nəticəsində verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur.

 Məhkəmə iddiaçının "mən yalnız kommunal məsələlərin həlli üçün etibarnamə vermişdim” arqumentini inandırıcı hesab etmir. Belə ki, etibarnamədə mənzilin satılması, satış qiymətinin alınması və sərəncam verilməsi kimi geniş hüquqlar açıq şəkildə göstərilmişdir. Üstəlik, adi kommunal ödənişlərin həyata keçirilməsi üçün belə etibarnamənin verilməsi tələb olunmur.

 Bundan başqa, iş materiallarında cavabdehlərin iddiaçıya mənzilin satışından əldə olunan 140 000 manat məbləğində pulu qaytarmağı öhdələrinə götürdüklərini və ya belə öhdəliyin hər hansı müqavilədən yarandığını təsdiq edən yazılı razılaşma, borc qəbzi, öhdəlik sənədi və ya digər mötəbər sübut mövcud deyildir. Əksinə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar iddiaçının cavabdeh cavabdeh2 maliyyə problemlərindən məlumatlı olması barədə nəticəyə gəlməyə əsas verir.

 Belə ki, məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan audioyazıda iddiaçının digər qızı İlahə Cabbarovanın cavabdeh cavabdeh2 ünvanladığı "Səni o zibildən onsuz da Hicran qurtardı, evini satdı verdi sənə” və "Get evi kimə vermisən, onun yanında qal” məzmunlu ifadələri ailə üzvlərinin mübahisəli mənzilin satılması və satışdan əldə olunan pulun cavabdeh2 istifadəsinə verilməsi barədə məlumatlı olduqlarını göstərən sübut kimi qiymətləndirilir.

 Bundan əlavə, iş materiallarında olan "WhatsApp" yazışmaları və səs mesajlarından görünür ki, tərəflər arasında mübahisə mənzilin satılmasından əvvəl deyil, satış başa çatdıqdan və pul vəsaiti istifadə olunduqdan sonra yaranmışdır. Həmin yazışmalarda cavabdehlər davamlı olaraq iddiaçının əvvəlcədən razılıq verdiyini bildirmiş, iddiaçı isə əsasən sonradan həmin pulun qaytarılmasını tələb etmişdir.

 Həmçinin, ## #### 2025-ci il tarixli etibarnamədən görünür ki, iddiaçının əri Cabbarov Şikar Dilən oğlu da mübahisəli mənzilin satılmasına razılıq vermiş və bu məqsədlə müvafiq səlahiyyət vermişdir. Bu hal da mənzilin satışının əvvəlcədən planlaşdırılmış hüquqi prosedur çərçivəsində həyata keçirildiyini göstərən əlavə sübut kimi qiymətləndirilir.

 Beləliklə, tərəflərin izahatları, “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmalar, məhkəmə iclasında tədqiq olunmuş səs yazıları və iş üzrə toplanmış digər sübutlar məcmu halında qiymətləndirildikdə, iddiaçı tərəfindən cavabdehlərin onun qarşısında 140 000 manat məbləğində pul öhdəliyi daşıdıqları, həmin vəsaiti hüquqi əsas olmadan əldə etdikləri və ya onu iddiaçıya qaytarmağa borclu olduqları sübuta yetirilməmişdir. Əksinə, iş üzrə müəyyən edilmiş hallar iddiaçının mübahisəli mənzilin satılması və əldə olunmuş pul vəsaitinin cavabdeh cavabdeh2 maliyyə problemlərinin həlli məqsədilə istifadə edilməsi barədə məlumatlı olmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 359.1-ci, 362.1-ci, 386.1-ci, 425.1-ci, 439.4-cü, 666.1-ci, 669-cu, 673.1-ci, 673.2-ci, 777.1-ci, 777.2-ci, 777.4-cü, 778.1-ci, 778.2-ci, 779.1-ci, 782.1-ci, 783.1-ci, 783.2-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1ci, 1092.3-cü, 1093.1-ci, 1093.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsi Plenumunun ## ##### 2021-ciiltarixliqərarınaistinadetmişdir.

21. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən maddi hüquq norması kimi Mülki Məcəllənin 359, 362,385, 386, 425, 439, 777, 778, 779, 782, 783, 1091, 1092, 1093-cu maddələrinə istinad etmiş, həmin maddələrin məzmununu qətnamədə qeyd etmiş, lakin iddianın təmin edilməsi üçün əsaslar yaradan həmin maddi hüquq normalarını bilərəkdən düzgün tətbiq etməmiş, qeyd olunan normaları iddianın rədd edilməsi üçün tətbiq etmişdir. Halbuki iddiaçı tələbini əsaslandırmaq üçün öz iddia ərizəsində Mülki Məcəllənin məhz 778 və 782-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 782-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Lakin məhkəmə belə hesab etmişdir ki, cavabdehlərin iddiaçı qarşısında heç bir borc öhdəliyi yaranmamışdır. Məhkəmə öz qətnaməsində yazır: “Məhkəmə tərəfindən araşdırılmalı olan əsas hüquqi məsələ cavabdehlərin iddiaçı qarşısında belə məbləğdə pul öhdəliyinin yaranıbyaranmaması, həmin vəsaiti hüquqi əsas olmadan əldə edib-etməmələri və ya vəkalət münasibətlərindən irəli gələn öhdəlikləri pozmalarıdır.” Və məhkəmə araşdırma apararaq... belə nəticəyə gəlir: “İş materiallarında cavabdehlərin iddiaçıya mənzilin satışından əldə olunan 140 000 manat məbləğində pulu qaytarmağı öhdələrinə götürdüklərini və ya belə öhdəliyin hər hansı müqavilədən yarandığını təsdiq edən yazılı razılaşma, borc qəbzi, öhdəlik sənədi və ya digər mötəbər sübut mövcud deyildir». Məhkəmənin belə nəticəyə gəlməsi onu göstərir ki, işə baxan hakim ümumiyyətlə mülki hüquqda öhdəlik institutu ilə bağlı ümumi və xüsusi normaların qarşılıqlı əlaqəsini, bir-birini tamamlayan məzmununu nəzərə almamışdır. Belə ki, məhkəməyə görə, əgər vəkalət verən və vəkalət alan arasında tapşırığın icrası nəticəsində əldə edilən vəsaitin qaytarılmalı olmasına dair “borc qəbzi, öhdəlik sənədi” yoxdursa, o halda vəkalət alanın həmin vəsaiti qaytarmaq öhdəliyi də yoxdur. Bildiririk ki, belə nəticəyə gəlməklə məhkəmə həm vəkalətnamədən irəli gələn münasibətlərin mahiyyətini təhrif etmiş, həm də Mülki Məcəllənin 386.1-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, qanunvericilik öhdəliyin əmələ gəlməsinin 4 əsasını müəyyən edir: 1. Zərər vurulması. 2. Əsassız varlanma. 3. Məcəllədə nəzərdə tutulmuş digər əsaslar. 4. Müqavilə. Heç bir şübhə yoxdur ki, həmin normada əksini tapan “Məcəllədə nəzərdə tutulmuş digər əsaslar” öz-özlüyündə Mülki Məcəllənin 782-ci maddəsi ilə müəyyən edilən öhdəlik əsaslarını da ehtiva edir. Bəlkə də bu məqamı geniş izah etməyə xüsusi ehtiyac yoxdur. Amma nəzərə alsaq ki, işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi pozuntuya yol vermişdir, bəlkə də bunu qeyd etməkdə fayda vardır. Bundan əlavə, işə baxan məhkəmə iddianın rədd edilməsi üçün əsaslar axtararkən Mülki Məcəllənin bağışlama münasibətləri ilə bağlı müvafiq normalarına- 666-cı, 669-cu və 673-cü maddələrinə də müraciət etmiş və eynilə cavabdehlər kimi düşünərək belə nəticəyə gəlmişdir ki, iddiaçı mənzilini cavabdehlərə bağışlamışdır. Halbuki məhkəmənin bu yanaşması da tamamilə əsassız və qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 668-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Lakin göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında belə bir müqavilə mövcud deyildir. Bu məqam “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarında da xüsusi qeyd olunmuşdur: “Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir”. İşə baxan məhkəmə Mülki Məcəllənin və qeyd olunan Plenum Qərarının göstərişlərinin ziddinə olaraq, belə nəticəyə gəlmişdir ki, iddiaçının İlahə Cabbarova adlı qızının adından cavabdeh cavabdeh2 ünvanlanan (hərçənd həmin yazışmalar həqiqətən bu iki şəxs arasında olub-olmayıb, bu məlum deyil, çünki İlahə Cabbarova şahid kimi prosesə cəlb edilməyib və yazışmanın digər tərəfi olduğu araşdırılmayıb) “səni o zibildən onsuz da Hicran qurtardı, evini satdı verdi sənə” mesajı, eləcə də iddiaçıya ünvanlanan “Get evi kimə vermisən, onun yanında qal” mesajı iddiaçının evin pulunu cavabdeh2 verməsini müəyyən edir. Məhkəmə bu mesajları notariat qaydada təsdiq edilən bağışlama müqaviləsinə, iddiaçı İddiaçı həqiqi iradə ifadəsinə bərabər tutur və üçüncü şəxsin rəyini iddiaçının iradə ifadəsi kimi qiymətləndirir. Bu absurddur! Əgər belədirsə, o halda sual yaranır: iddiaçı İddiaçı nə üçün pulunu tələb edir? Əgər belədirsə, o halda yenə sual yaranır: nə üçün cavabdeh2 anasına “ana, narahat olma, səni mənzilsiz qoymayacağam” mesajını yazmışdır?. İşə baxan məhkəmə işdəki ## #### 2025-ci il tarixli etibarnaməyə istinad edərək qeyd etmişdir ki, “iddiaçının əri X3 da mübahisəli mənzilin satılmasına razılıq vermiş, bu məqsədlə müvafiq səlahiyyət vermişdir”. Bununla da məhkəmə cavabdehin hərəkətlərinin qanuni və əsaslı olduğunu əsaslandırmağa çalışmışdır. Halbuki iddiaçının ərinin həmin alqı-satqıya hansı şəraitdə, hansı məlumat əsasında razılıq verdiyi cavabdehin öz yazılı etirazında açıq şəkildə göstərilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında belə qeyd etmişdir: “Şikar Cabbarovun qeyd olunan mənzilin İddiaçı tərəfindən satılmasına əvvəlcədən razılığı olmamışdır. Lakin cavabdeh2 tərəfindən atasına həmin mənzilin plana düşəcəyi bildirildikdən sonra müvafiq etibarnamə verilmişdir”. Göründüyü kimi, cavabdeh anasına qarşı sui-istifadə hərəkətləri etdiyi kimi, atası Şikar Cabbarova da yalan məlumat vermiş, onu aldadaraq mənzilin plana düşməsinə inandırmış və etibarnamə almışdır. Beləliklə, müəyyən olunur ki, cavabdehin atasının da mənzilin satılmasına həqiqi razılığı olmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehlər əvvəlcədən razılığa gələrək mənzilin satıb pulunu şəxsi məqsədlər üçün sərf etməyi planlaşdırmış və yalan məlumatlarla öz məqsədlərinə çatmışlar. İddiaçının öz pulunu tələb etməsi, cavabdehin “ana, narahat olma, səni mənzilsiz qoymayacağam” deməsi bir daha onu göstərir ki, iddiaçı heç vaxt mənzilsiz qalmağa, deməli, mənzili satmağa razı olmamışdır. Amma mənzil satılandan sonra çarəsiz qalaraq onun pulunu tələb etməyə başlamış, bu zaman qızı Günelin xahişini nəzərə alaraq ona pulu qaytarmaq üçün müəyyən qədər vaxt vermişdir. Bu hal isə qanunla həmin pulu tələb etməyə mane olmur. İşə baxan məhkəmə cavabdehin bu izahatını işdə olan digər sübutlarla yanaşı yoxlamamış və düzgün qiymətləndirməmişdir. Bundan əlavə, işə baxan məhkəmə təqdim edilən sübutlara da onlara tətbiq edilməli olan normalara uyğun hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə etibarnamənin verilməsi səbəbi ilə bağlı cavabdehlərin dəlillərini əsas götürərək belə nəticəyə gəlmişdir ki, iddiaçının “mən yalnız kommunal məsələlərin həlli üçün etibarnamə vermişdim” arqumenti inandırıcı deyil. Məhkəmə hesab edir ki, kommunal ödənişlər üçün etibarnamənin verilməsi tələb olunmur. Məhkəmə etibarnamənin məhz mənzili satmaq üçün verildiyi qənaətinə gəlmişdir. Məhkəmə də cavabdehlər kimi hesab edir ki, iddiaçı etibarnaməni qızı cavabdeh2 borcunun həll edilməsi məqsədilə mənzili satmaq üçünvermişdir.Lakinməhkəmə bunəticəyəgələrkənbirməqamıunutmağaçalışmış,gəldiyibu qərəzli nəticəni alt-üst edən işin digər hallarını “kölgədə gizlətmişdir”. Belə ki, əgər iddiaçı cavabdeh1 etibarnaməni kommunal idarəçilik üçün deyil, həqiqətən mənzili satmaq üçün vermişdisə, deməli, bunu həqiqətən cavabdeh2 borcunun həlli üçün etmişdir. Elə isə sual yaranır: cavabdeh2 bu maliyyə problemi nə vaxt yaranmışdır və bu barədə cavabdeh2 anası İddiaçı nə vaxt məlumat vermişdir?. Qətnamədə cavabdeh2 bu barədə izahatı belə qeyd olunub: “Məhkəmə iclasında iştirak edən cavabdeh2 iddianı qəbul etməyərək, 2025-ci ilin əvvəllərində maliyyə problemlərinin olduğunu, bununla bağlı Türkiyə Respublikasında yaşayan anasına - iddiaçıya məlumat verdiyini, anasının onun problemlərini həll etməsi üçün mənzilin satılmasına razılıq verdiyini, mənzilin satılması ilə bağlı etibarnamə vermək üçün 2025ci ilin fevral ayında Bakıya gəldiyini, mənzilin satışından 140 000 manat məbləğində pul əldə edildiyini, həmin məbləği probleminin həllinə sərf etdiyini, anasının bundan məlumatlı olduğunu... bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi”. İzahatdan göründüyü kimi, cavabdeh2 maliyyə problemi 2025-ci ilin əvvəllərində yaranıb. Və guya iddiaçı İddiaçı da mənzilə dair etibarnaməni mənzilin təsərrüfat idarəçiliyi üçün yox, məhz bu problemi həll etmək üçün, yəni satış üçün verib. Əgər belədirsə, sual yaranır: bəs nə üçün iddiaçı İddiaçı bundan əvvəl də, yəni ## ##### 2024-cü ildə də etibarnamə verib? Axı cavabdeh2 həmin tarixdə başqa bir etibarnamə də verilib. Bunu necə izah etmək olar? Həmin vaxt isə Səlimova Günelin maliyyə problemi olmayıb... Etibarnamə maliyyə probleminin həlli məqsədilə satış üçün verilmişdisə, əvvəlki eibarnamə niyə verilmişdi? Göründüyü kimi, iddiaçının cavabdehlərə nə üçün etibarnamələr verməsi ilə bağlı qiymətləndirmə məhkəmə tərəfindən qərəzli aparılmış, birmənalı olaraq cavabdehlərin subyektiv mövqeyi əsas götürülmüşdür. Halbuki etibarnamənin verilməsi ilə bağlı iddiaçının arqumentləri işdəki digər etibarnamənin mövcudluğu ilə daha da güclənir. Lakin məhkəmə bu məqamı “unutmağı” daha faydalı və əlverişli hesab etmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması isə zəruri hesab edilməmişdir. İşin bu məqamı obyektiv qiymətləndirilmiş olsaydı, cavabdehlərin etibarnamənin mövcudluğundan sui-istifadə etdikləri düzgün qiymətini alardı. Çünki iddiaçı heç vaxt öz mənzilini satmaq istəməmişdir. Cavabdehin sonradan ona yazdığı “ana, narahat olma, səni mənzilsiz qoymayacağam” deməsi də onu göstərir ki, iddiaçı mənzilinin satılmasından, mənzilsiz qalmasından narahat olmuşdur. Deməli, iddiaçı mənzili satmaq barədə heç vaxt düşünməmişdir. Amma mənzil artıq satılandan sonra çarəsiz qalaraq onun satışından əldə olunan pulu tələb etmişdir. İşə baxan məhkəmə bu məqamlara diqqət yetirməmiş, əvvəlki etibarnamənin mövcudluğu ilə cavabdehlərin izahatı arasında ziddiyyətə qiymət verməmişdir. İşə baxan məhkəmə iddiaçının mənzili cavabdehlərə bağışlamasına, eləcə də mənzilin satışından əldə olunan vəsaitdən cavabdehlərin xeyrinə imtina etməsinə dair heç bir halı müəyyən etməmişdir. İşdə buna dair heç bir sübut da mövcud deyildir. Əksinə, mübahisənin mahiyyətindən irəli gələn əsas məqam budur ki, iddiaçı mənzilsiz qalmasından narahatdır və cavabdehlər də bunu bildikləri üçün ona mənzil alacaqları barədə aldadıcı vədlər veriblər. Lakin məhkəmə bu halları nəzərə almamış, bağışlama müqaviləsi və ya vəsaitdən imtina barədə heç bir dəlil olmadan, iddiaçının guya cavabdehlərin xeyrinə mənzildən (onun satış pulundan) imtina etməsi barədə əsassız nəticəyə gəlmişdir. İşə baxan məhkəmə qətnamədə iddiaçının həmin mənzildən (onun satış pulundan) cavabdehlərin xeyrinə imtina etməsi nəticəsinə gəlsə də, bu nəticə işin müəyyən olunan mübahisəsiz hallarına uyğun gəlmir. İddiaçı mənzilin satışından əldə olunan vəsaiti tələb edir və bu tələbetmə iddia qaldırılana qədər cavabdehlə iddiaçı arasında danışıq və telefon yazışmalarında əksini tapmışdır. Lakin məhkəmə buhallarınəzərəalmadansəhvnəticəyəgəlmişdir”.

Apellyasiya şikayətinə etiraz

22. Cavabdehlərin nümayəndələri (vəkilləri) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etirazverilmiş,qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur. Apellyasiya baxışı, izahatlar

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş (o, birinci instansiya məhkəməsində cavabdeh1 da vəkili qismində iştirak etmişdir), digər cavabdeh cavabdeh1isəməhkəməyəgəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

24. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiəolunur.

25. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındanibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədəzərərinəvəzinindahaazmiqdarda ödənilməsinəzərdətutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldəedəcəyigəlirlər (əldənçıxmışfayda)başadüşülür.

30. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil ediləninmülkihüquqvə vəzifələrinibilavasitəyaradır,dəyişdirirvəonlaraxitamverir.

31. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarındainvestisiya şirkəti fəaliyyətiistisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

32. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitəmüvafiqüçüncüşəxsə təqdimedəbilər.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiilə istifadəedilməsiyolverilməzdir.

37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalarvəhərəkətlərisə etibarsızdır.

38. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçünbazarşəraitininxeylipozulmasıilənəticələnəbilərsə.

39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə,hədiyyənin qəbuledildiyiehtimalolunur.

40. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlakvəzifəsindənazadedilməsiolabilər.

41. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3.o,bağışlamailəbağlıöhdəlikləriəsassızolaraqicraetmədikdə.

42. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətlərikonkretnəticəəldəolunmasınatəminatvermədənicraetməyiöhdəsinə götürür.

43. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqaviləvəkalət alanıntapşırığıqəbuletməsindənsonraqüvvəyəminir.

44. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədərvicdanla icraetməməsinəticəsindəvəkalətverənədəyənzərərüçünməsuliyyətdaşıyır.

45. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalətverənəverməyəborcludur.

46. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir.

47. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

48. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alanmüstəqilpeşə fəaliyyətişəklindəbucürəqdlərbağlayırvəyaxidmətlərgöstərir.

49. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalətalanınolduğuyerdəqəbuledilmişmuzdşərtləşdirilmişmuzdsayılır.

50. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalətalanvəkalət verəndəngörülmüşişlərinhaqqınıtələbedəbilər.

51. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüşişlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüşişlərdəhansısamarağıolsun.

52. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadanbaşqaşəxsin(məhrumolanın)hesabınaəmlakəldəetsin.

53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmışəsasasöykənir.

54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldəetmədiyinə.

55. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsinəməligözlənilənməqsədəuyğunolmadıqdaverdiyinigeritələb edəbilər.

56. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallardamüddətinkeçməsiümumigöstərişlərəuyğunmüəyyənləşdirilir.

57. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd(mülkiqanunvericiliyinnormalarını pozan)əməldir(hərəkətvəyahərəkətsizlikdir).

58. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərərivurmayanşəxsin öhdəsinəqoyulabilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

61. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

64. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

66. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

67. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdəolanvəəlavətəqdimolunmuşsübutlarəsasındamahiyyətiüzrəbaxır.

68. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.

69. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

Apellyasiya baxışının həddi

70. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. Məhkəmə kollegiyasının mövqeyi

72. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq qətnamə ləğv edilməklə iddia tələbinin təmin olunmasıhaqqındayeniqətnaməçıxarılmalıdır.

73. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər - bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki hallarıvəhüquqiəsasıaraşdırılmalıdır.

74. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

75. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, qızı cavabdeh2 və kürəkəni cavabdeh1 sonuncuya verdiyi etibarnamədən sui-istifadə edərək mənzilini satmış, satışdan əldə olunan vəsaiti öz ehtiyaclarına sərf etmiş, pulu ödəyəcəklərinə vəd versələr də, vədlərini yerinə yetirməmişlər.

76. Başqa sözlə iddiaçı, cavabdehlərə 140 000 manat borc verdiyinə deyil, öz mülkiyyətində olmuş mənzilin cavabdeh cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında satılmasınəticəsindəəldəedilmiş140000manatvəsaitinonaqaytarılmadığınaəsaslanır.

77. Ona görə də birinci instansiya məhkəməsinin vurğuladığı kimi, tərəflər arasında borc müqaviləsinin, borc qəbzinin və ya 140 000 manatın qaytarılması barədə ayrıca yazılı öhdəliyin olub-olmamasınınmüəyyənedilməsimübahisəninhəlliüçünhəllediciəhəmiyyətdaşımır.

78. Öhdəlik yalnız ayrıca borc müqaviləsindən deyil, həmçinin zərər vurulması, əsassız varlanmavəMülkiMəcəllədənəzərdətutulmuşdigərəsaslardandayaranabilər (§ 34).

79. Vəkalət alanın tapşırığın icrası nəticəsində əldə olunanları vəkalət verənə vermək vəzifəsi(§ 45) məhzbeləmüstəqilöhdəliklərdənbiridir.

80. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m olan mənzil İddiaçı mülkiyyətində olmuş, ## ###### 2025-ci il tarixdə onun tərəfindən cavabdeh1 həmin mənzilə sərəncam vermək, satmaq, qiymətini almaq və bununla bağlı müqavilələri imzalamaq da daxil olmaqla geniş səlahiyyətləri ehtiva edən etibarnamə verilmiş və həmin etibarnaməəsasındamənzil######2025-ciiltarixdəüçüncüşəxsəsatılmışdır.

81. Etibarnamədə cavabdeh1 mənzilin satılması və satış qiymətinin alınması ilə bağlı səlahiyyətlərin verildiyi mübahisəsizdir; iddiaçının etibarnaməni şəxsən imzaladığı və notarius tərəfindənetibarnaməninməzmunununonaizahedildiyidəişinmüəyyənedilmişhallarındandır.

82. Lakin bu halın müəyyən edilməsi satışdan əldə edilən 140 000 manat vəsaitin cavabdehlərə məxsus olması və ya iddiaçının həmin vəsaitdən imtina etməsi nəticəsini doğurmur.

83. Əksinə, etibarnamə ilə cavabdeh1 verilmiş səlahiyyətin həyata keçirilməsi nəticəsində əldəolunanpulvəsaitininhüquqitaleyiayrıcaqiymətləndirilməlidir.

84. Tapşırıq münasibətlərində vəkalət alan başqa şəxsin – vəkalət verənin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür, tapşırıq müqaviləsi həm şifahi, həmdəyazılıformadabağlanabilər(§ 42, 43).

85. Bu münasibətin əsas nəticələrindən biri isə vəkalət alanın tapşırığın icrası nəticəsində əldəolunanlarınhamısınıvəkalətverənəverməyəborcluolmasıiləbağlıöhdəlikdir(§ 45).

86. Beləliklə, cavabdeh1 mənzili satmaq səlahiyyətinə malik olması, ona satışdan əldə edilən vəsaiti özünün və ya üçüncü şəxsin mənafeyi üçün sərbəst istifadə etmək hüququ verməmişdir.

87. Əksinə, həmin pul vəsaiti tapşırığın icrası nəticəsində əldə edilmiş və vəkalət verən İddiaçıverilməliolanvəsaitolmuşdur.

88. Bu baxımdan birinci instansiya məhkəməsi “140 000 manatın qaytarılması barədə borc qəbzi, yazılı razılaşma və ya ayrıca öhdəlik sənədi yoxdur” qənaətinə maddi hüquq normasını düzgüntətbiqetməməsinəticəsindəgəlmişdir.

89. Çünki cavabdeh1 140 000 manatı İddiaçı vermək öhdəliyinin mənbəyi borc müqaviləsi deyil,tapşırıqmünasibətindənvəbirbaşaqanundanirəligələnvəkalətalanınöhdəliyidir.

90. Kollegiya həmçinin hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar yalnız cavabdeh1 deyil,cavabdeh2da140000manatvəsaitləbirbaşaəlaqəsinitəsdiqedir.

91. Belə ki, cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında mənzilin satışından 140 000 manat əldə olunduğunu, həmin məbləği öz problemlərinin həllinə sərf etdiyini, anasının bundan məlumatı olduğunu və buna razılıq verdiyini açıq şəkildə bildirmiş, cavabdeh1 da izahatında satışdan əldə edilmiş pul vəsaitinin məhz həyat yoldaşı cavabdeh2 problemlərinin həllinə sərf edildiyinitəsdiqetmişdir.

92. Beləliklə, pul vəsaitinin əldə edilməsi və sonrakı istifadəsi ilə bağlı əsas faktiki hal cavabdehlərin öz izahatları ilə təsdiq olunur: mənzilin satışından 140 000 manat əldə edilmiş və həminpulcavabdeh2maliyyəproblemlərininhəllinəsərfolunmuşdur.

93. Beləliklə, pulun məhz cavabdeh2 problemlərinin həllinə sərf edilməsi ehtimal kimi deyil, cavabdehlərin izahatları ilə təsdiqlənmiş fakt kimi qiymətləndirilməlidir (§ 64) və həmin fakt cavabdeh2mülkiməsuliyyətininmüəyyənedilməsibaxımındanhəllediciəhəmiyyətdaşıyır.

94. Çünki cavabdeh2 İddiaçı nümayəndəsi və ya vəkalət alanı olmamışdır; buna görə də onunməsuliyyətininhüquqiəsasıcavabdeh1fərqliolaraqvəkalətalanınöhdəliyideyildir.

95. Kollegiya hesab edir ki, iddiaçıya məxsus əmlakın satılması nəticəsində yaranmış iqtisadi dəyərin cavabdeh2 mənafeyinə sərf olunması nəticəsində o, həmin dəyər hesabına varlanmışdır (§ 52, 53).

96. Çünkü iddiaçının mənzilin satışından əldə edilən 140 000 manat vəsaiti cavabdeh2 bağışlamasına və ya həmin vəsaitdən onun xeyrinə imtina etməsinə dair iradə ifadəsi müəyyən edilmir.

97. Birinci instansiya məhkəməsinin bu nəticəyə gəlmək üçün istinad etdiyi audioyazı və yazışmalardahəminhüquqinəticənidəyişmir.

98. Belə ki, audioyazıda İlahə Cabbarovanın cavabdeh2 “evini satdı verdi sənə” məzmununda ifadə işlətməsi İlahə Cabbarovanın öz qiymətləndirməsini əks etdirir; bu ifadənin İddiaçıbağışlamabarədəiradəifadəsiiləeyniləşdirilməsimümkündeyildir.

99. Eyni qaydada, “Get evi kimə vermisən, onun yanında qal” ifadəsinin mövcudluğu da İddiaçı140000manatıcavabdeh2bağışlamasınadairhüquqiiradəsinitəsdiqetmir.

100. Məhkəmənin bu cür ifadələrə (danışıqlara) qiymət verməsi zamanı onların yalnız məzmununu deyil, kim tərəfindən kimə, hansı şəraitdə və hansı faktın təsdiqi məqsədilə ifadə edildiyinidənəzərəalmasızəruridir.

101. Bundan başqa, iş materiallarında iddiaçının mənzilin satışından əldə olunan 140 000 manat vəsaitdən cavabdehlərin xeyrinə imtina etməsi barədə ayrıca, aydın və şübhəsiz iradə ifadəsidəmüəyyənedilməmişdir.

102. Əksinə, iş materiallarından görünür ki, satışdan sonra iddiaçı həmin vəsaitin ona qaytarılmasını tələb etmişdir və cavabdeh2 anasına “səni mənzilsiz qoymayacağam” məzmununda təminat verməsi də tərəflər arasında pulun qaytarılması ilə bağlı məsələnin müzakirəolunduğunutəsdiqedir.

103. Kollegiya onu da qeyd edir ki, hətta iddiaçının əmlakını, yaxud onun dəyərini cavabdeh2 bağışlama iradəsi olmuşdursa belə, o halda onun sonradan bu iradəsindən imtina etdiyiqəbuledilməlidir.

104. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü iltarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “...Nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin IV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından(fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir”.

105. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbi təmin olunmalı, cavabdehlərdən müştərək qaydada mənzilin satışı nəticəsində əldə olunmuş pul vəsaitinin əvəzi qismində 140000 (yüz qırx min) manat, dövlət rüsumunun əvəzi qismində 430 (dörd yüz otuz) manat olmaqla cəmi 140430 (yüz qırx min dörd yüz otuz) manat müştərək qaydada tutularaq İddiaçıödənilməlidir.

106. Bu cür yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.

107. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbuledərkənməhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

108. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrinirəhbərtutaraqməhkəməkollegiyası QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı iş üzrə ## #### 2026cıiltarixliqətnaməsiləğvolunsunvəişüzrəyeniqətnaməçıxarılsın. İddiaçıcavabdeh1vəcavabdeh2qarşı“puluntutulması”tələbitəminedilsin. cavabdeh1 və cavabdeh2 mənzilin satışı nəticəsində əldə olunmuş pul vəsaitinin əvəzi qismində 140000 (yüz qırx min) manat, dövlət rüsumunun əvəzi qismində 430 (dörd yüz otuz) manat olmaqla cəmi 140430 (yüz qırx min dörd yüz otuz) manat müştərək qaydada tutularaq İddiaçıödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 215 (iki yüz on beş) manat cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar