Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-3761/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 (“xxxx” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh1 MTK-ya və cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: iş üzrə icraata xitam verilməsi) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası hakimlәr Sәlimova Sәadәt Rәşid qızı (sәdrlik edәn vә mәruzәçi), Hәsәnov Elnur Mәmmәdsaat oğlu vә X1 ibarәt tәrkibdә, İddiaçılar iddiaçı2 vә iddiaçı1 (“xxxx” publik hüquqi şәxsi mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) cavabdehlәr cavabdeh1 MTKya vә cavabdeh2 qarşı “әrizәnin, protokolun vә protokoldan çıxarışın etibarsız hesab edilmәsi vә s.” tәlәbinә dair mülki iş üzrә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı iddiaçı1 tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddiaçı2 vә iddiaçı1 “xxxx” publik hüquqi şәxsi * saylı Bakı Ərazi İdarәsi mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә cavabdeh cavabdeh2 qarşı “ümumi yığıncağın qәrarının vә s. etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, iddiaçı1 tәrәfindәn verilmiş ## #### 2018-ci il tarixli әrizә, cavabdeh1 MTK tәrәfindәn verilmiş ## ###### 2019-cu il tarixli MTK üzvlәrinin ümumi iclasının ** saylı protokolundan çıxarışın, ## ###### 2019-cu il tarixli ümumi yığıncağın protokolunun vә ümumi yığıncağın qәrarının, hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindә aparılmış qeydin vә cavabdeh2 adına verilmiş ## #### 2023-cü il tarixli mülkiyyәt hüququnu tәsdiq edәn çıxarışın etibarsız hesab edilmәsi, vәkil xәrcinin vә dövlәt rüsumunun cavabdehdәn tutularaq 250 manat vәkil xәrcinin vә 100 manat dövlәt rüsumunun iddiaçı iddiaçı2, 250 manat vәkil xәrcinin vә 100 manat dövlәt rüsumunun isә iddiaçı iddiaçı1 qaytarılmasını xahiş etmişlәr. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, Yasamal rayonu, Dadaş Bünyadzadә küçәsi, b. 2, mәnzil 33 (yeni qaydalarla: Yasamal r., Abdulla Qarayev k., 42, M11, m.3) 2014-cü ildәn iddiaçılara mәxsudur vә hәmin mәnzildә onlar ailәsi ilә birlikdә yaşayırlar. Qeyd olunan mәnzil ilә bağlı cavabdeh1 MTK ilә ## ######## 2014-cü il tarixdә kooperativ mәnzil tikintisi haqqında müqavilә bağlanmışdır. Hәmin müqavilәnin 2.3-cü bәndindәn görünür ki, mәnzilin dәyәri tam olaraq ödәnilmişdir. cavabdeh1 MTK-nın sәdri tәrәfindәn verilmiş maliyyә arayışından görünür ki, hәmin mәnzilin dәyәri iddiaçılar tәrәfindәn tam olaraq ödәnilmişdir. ## ###### 2023-cü il tarixdә cavabdeh cavabdeh2 iddiaçıya qarşı Yasamal Rayon Mәhkәmәsindә iddia qaldırdı vә onun özünә mәxsus mәnzildәn çıxarılmağını tәlәb etdi. Mәhkәmәdә çıxış üçün vәkil tәyin edәndәn sonra iddiaçıya mәlum oldu ki, cavabdeh qanunsuz olaraq ona mәxsus olan evә dair mülkiyyәt hüququ әldә edib vә onu öz evindәn çıxartmaq istәyir. Halbuki, cavabdehin adına verilmiş sәnәdlәrin hamısı qanunsuzdur. Belә ki, cavabdeh1 MTK tәrәfindәn iddiaçı iddiaçı1 әrizә alınanda o aldadılmış, qohumu Abbasov Sadiqin cavabdeh2 borcu olmuş vә Sadiq ona demişdi ki, Sadiqin Aslana olan borcu geri qaytarılandan sonra mәnzili girovdan çıxarılacaqdır. Ona görә dә iddiaçıdan MTK-nın adına әrizә alındı. Lakin ona 2023-cü ilin axırıncı aylarında mәlum oldu ki, cavabdeh1 MTK tәrәfindәn qanunsuz hәrәkәtlәrә yol verilib, sözügedәn MTK tәrәfindәn ## ###### 2019-cu il tarixdә MTK üzvlәrinin ümumi iclasının ** saylı protokoldan çıxarış verilmişdir. Hәmin çıxarışdan görünür ki, guya cavabdeh2 kooperativә üzv qәbul edilmiş vә faktiki olaraq iddiaçıya mәxsus mәnzil cavabdeh2 mülkiyyәtinә verilmişdir. cavabdeh2 ## ###### 2019-cu ildә ümumi iclasın ** saylı ptorokoldan çıxarışını aldıqdan sonra mәnzilә dair ## #### 2023-cü il tarixdә mülkiyyәt hüququnu tәsdiq edәn çıxarış әldә etmişdir. 2023-cü ilin avqust ayında da mәhkәmәyә iddia verәrәk iddiaçını mәnzildәn çıxarmaq istәmişdir. İddiaçılar birgә mülkiyyәtlәrindә olan mәnzilin kiminsә adına keçirilmәsinә heç vaxt razı olmamışlar vә razı olmazlar da, MTK tәrәfindәn iddiaçı1 2018-ci il tarixdә alınan әrizә etibarsızdır vә onun әsasında cavabdeh2 adına verilәn ümumi iclasın ** saylı protokoldan çıxarışı, ümumi yığıncağın protokolu, ümumi yığıncağın qәrarı, ## #### 2023cü il tarixli mülkiyyәt hüququnu tәsdiq edәn çıxarış etibasız hesab olunmalıdır. İddiaçılara mәxsus mәnzilin cavabdehin adına keçirilmәsinә onların özlәrinin faktiki razılığı olmayıb, niyyәtlәri olmayıb, bundan başqa onların yetkinlik yaşına çatmış qızlarının da razılıq әrizәlәri olmamışdır. Mübahisә predmeti olan mәnzil iddiaçıların birgә mülkiyyәtindәdir, hәmin mәnzil birgә nikah dövründә alınıb. Ona görә dә iddiaçı1 tәrәfindәn verilmiş әrizә, MTK tәrәfindәn verilmiş ## ###### 2019-cu il tarixdә MTK üzvlәrinin ümumi iclasının ** saylı protokoldan çıxarışı, ** saylı protokolu, ümumi yığıncağın qәrarı, hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindә aparılmış qeyd vә cavabdeh2 adına verilmiş ## #### 2023-cü il tarixli mülkiyyәt hüququnu tәsdiq edәn çıxarış etibarsız sayılmalıdır. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә iddiaçı iddiaçı1 cavabdehlәr cavabdeh1 MTK-ya vә cavabdeh2 qarşı “әrizәnin, protokolun vә protokoldan çıxarışın etibarsız hesab edilmәsi vә s.” tәlәbi üzrә icraata xitam verilmәsi, dövlәt büdcәsinә dövlәt rüsumu kimi ödәnilmiş 100 (bir yüz) manat mәblәğindә pulun iddiaçı iddiaçı1 geri qaytarılması (qәbz №: 1497590967; ##.##.2024; 14:01:29) qәrara alınmışdır. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, iddiaçı iddiaçı1 iddiası әsasında çıxarılmış vә hazırda qanuni qüvvәsini almış mәhkәmә qәtnamәsi ilә hazırkı işdә mübahisәlәndirilәn sәnәdlәrin etibarlı olması qәt edilmişdir. İddiaçı iddiaçı1 hәr iki iddianı irәli sürmәkdә hәqiqi niyyәtinin mәnzillә bağlı sәnәdlәşdirmәnin etibarsız hesab edilmәklә, cavabdeh cavabdeh2 adına dövlәt reyestrindә aparılmış qeydin vә reyestrdәn verilmiş çıxarışın lәğv edilmәsindәn ibarәt olmasını müәyyәn edәn mәhkәmә hesab edir ki, mәhz iddiaçı iddiaçı1 tәlәbi üzrә icraata xitam verilmәlidir. Belә ki, mәhkәmә hesab edir ki, iddiaçı iddiaçı1 birinci dәfә iddiası tәmin edilmәdikdәn sonra tәlәbi bir az dәyişdirәrәk başqa cavabdehi dә işә cәlb etmәklә hazırkı iddianı irәli sürmәklә hüquqdan sui-istifadә etmәyә cәhd edir. Belә ki, mәhkәmә tәrәfindәn müәyyәn edilir ki, onun hәr iki iddianı irәli sürmәkdә niyyәti eynidir, başqa sözlә, bu iddialar ilә eyni nәticәni әldә etmәk istәyir. Mәhkәmә qeyd etmişdir ki, bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir. Bu, mәhkәmә aktının qanuni qüvvәsi ilә әlaqәdardır vә әvvәlki prosesdә müәyyәn edilmiş halın sonrakı mәhkәmә üçün preyudisial әhәmiyyәtә malik olmasını göstәrir. Preyudisiallıq mәhkәmә aktının qanuni qüvvәsinin tәkzibedilmәzliyi, müstәsnalığı vә mәcburiliyi kimi keyfiyyәt göstәricilәrinin nәticәsidir. Preyudisiya institutu mәhkәmә aktlarına yenidәn baxılmasının qarşısının alınmasına, mәhkәmә tәcrübәsindә eyniliyin, sabitliyin vә hüquqi müәyyәnliyin tәmin edilmәsinә yönәlmişdir. Preyudisiallığı tәnzim edәn normalar sübut etmә prosesini sadәlәşdirmәyә, işlәrә baxılma müddәtinin qısaldılmasına, mәhkәmәlәrin, elәcә dә mәhkәmә prosesi iştirakçılarının vәsaitinә qәnaәt edilmәsinә yönәlmişdir. Mәhkәmә xüsusilә vurğulamışdır ki, mәhkәmә müdafiәsi hüququndan istifadә etmәyin şәxslәr üçün o zaman istәklәrinә vә arzularına uyğun nәticәsi ola bilәr ki, bu cür mülki hüquq münasibәtlәri qurarkәn yaxud hәr hansı fәaliyyәti hәyata keçirәrkәn hüququn prinsiplәrinә vә qanunvericiliyin tәlәblәrinә riayәt etmiş olsunlar. Əks halda qanuna riayәt edilmәdәn yaranan münasibәtlәrin dә mübahisә baş verdiyi halda mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququ şәxsin arzuladığı nәticәni uğurlu etmәyәcәkdir. Bu cür tәlәblәr üzrә icraata eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduğu әsası ilә xitam verilmәsi hәm dә ona görә zәruri vә vacibdir ki, mülki dövriyyәnin iştirakçıları bu cür mülki hüquq münasibәtlәrinә girәrkәn yaxud hәr hansı fәaliyyәti hәyata keçirәrkәn hüququn prinsiplәri vә qanunvericiliyin tәlәblәrinә riayәt etsinlәr, intizamlı vә vicdanlı olsunlar, hüquqdan pis niyyәtlә sui-istifadә etmәsin yaxud hüququn verdiyi imkandan istifadә edәrkәn qanunvericiliyin imperativ vә dispozitiv şәrtinә әmәl etsinlәr. Əks halda, mülki hüquqda hüquqdan sui-istifadәnin qadağan edilmәsi institutunun yaranmasına da zәrurәt vә әsas olmazdı. İddia tәlәbinin ikinci - “cavabdeh cavabdeh2 adına dövlәt reyestrindә aparılmış qeydin vә reyestrdәn verilmiş çıxarışın lәğv edilmәsi” hissәsinә münasibәtdә mәhkәmә qeyd etmişdir ki, bu tәlәb ilk tәlәbdәn törәmiş, onun mәntiqi nәticәsi olaraq irәli sürülmüşdür. Bu sәbәbdәn mәhkәmә hesab edir ki, hәr iki tәlәb yenidәn mәhkәmә araşdırmasının predmeti ola bilmәz vә bu tәlәb üzrә dә icraata xitam verilmәlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı iddiaçı1 şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini, iddiaçı iddiaçı1 iddiasının mümkün sayılaraq icraata qәbul edilmiş hesab olunmasını vә iddiaçı iddiaçı1 hazırki iddiasına da baxılaraq qәtnamә çıxarılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qәrardadı ilә mülki iş üzrә icraata MPM-nin 261.0.2-ci maddәsinә әsasәn xitam verilmişdir. Qәrardad qanunsuz vә әsassız olduğu üçün lәğv edilmәlidir. Mәhkәmәnin istinad etdiyi әvvәlki işin predmeti kooperativ mәnzil tikintisi haqqında müqavilәnin etibarsızlığı olmuşdur. Hazırkı işdә isә tamamilә fәrqli sәnәdlәr – iddiaçı1 tәrәfindәn verilmiş ##.##.2018-ci il tarixli әrizә vә cavabdeh1 MTK-nın ##.##.2019-cu il tarixli ** nömrәli protokolu mübahisәlәndirilir. Sәnәdlәr fәrqli olduğundan iddiaların predmet vә әsasları eyni deyil. Nәticәdә o, mәhkәmә müdafiәsi hüququndan mәhrum olub. İddiaçının öz mülkiyyәtini qorumaq üçün qanuni әsaslarla yenidәn mәhkәmәyә müraciәt etmәsi hüquqdan sui-istifadә kimi qiymәtlәndirilә bilmәz. Əvvәlki mәhkәmә işindә cavabdeh1 MTK cavabdeh qismindә deyil, sadәcә üçüncü şәxs olaraq iştirak etmişdir. Hazırkı işdә isә cavabdeh1 MTK әsas cavabdehdir. Subyekt tәrkibi eyni olmadığı üçün burada preyudisiallıq tәtbiq edilә bilmәz. Mәhkәmә qәrardadında mәnzilin guya “kompensasiya qarşılığında” cavabdeh2 adına sәnәdlәşdirildiyi qeyd edilsә dә, iş materiallarında iddiaçıya hәr hansı pul vә ya kompensasiya ödәnilmәsini birmәnalı sübut edәn heç bir bank çıxarışı, qәbz vә ya sәnәdli sübut yoxdur. İddiaçının әrizәni aldadılaraq, qohumunun borcuna görә sadәcә girov mәqsәdilә yazdığı barәdә dәlillәrinin әksini sübut edәn vә mәnzilin tam mülkiyyәt olaraq verilmәsini tәsdiqlәyәn mötәbәr sübutlar mәhkәmә tәrәfindәn tәdqiq edilmәmişdir. Mübahisәli ** saylı korporativ protokolun hәqiqәtәn hüquqi qaydada tәrtib edildiyini, ümumi yığıncağın çağırıldığını vә kvorumun olduğunu sübut edәn ilkin sәnәdlәr cavabdeh cavabdeh1 MTK-dan tәlәb olunub sübuta yetirilmәmişdir. Mәnzil birgә nikah dövründә alınıb. Digәr iddiaçı olan әri (iddiaçı2) öz әmlak hüququndan imtina etmәsinә vә ya әmlakın digәr şәxsә ötürülmәsinә dair heç bir rәsmi, notarial vә ya yazılı razılıq sübutu olmadığı halda, mәhkәmә mәnzilә dair addan ada keçidi qanuni hesab etmişdir. İddia rәsmi olaraq hәm dә cavabdeh1 MTK-ya qarşı yönәldiyi halda, kooperativ tәrәfindәn protokolların tәrtib edilmәsi, kooperativ üzvlüyünә qәbul vә pay bәdәlinin ötürülmәsi prosedurlarının qanuniliyi mәhkәmә tәrәfindәn yoxlanılmamışdır. Bu halların aydınlaşdırılmaması mәhkәmәnin qәnaәtinin obyektivliyini tamamilә istisna edir. Mülki prosessual qanunvericiliyin tәlәbinә görә, mәhkәmә qәtnamәsi vә ya qәrardadı qanuni vә әsaslı olmalıdır. Maddi vә prosessual faktlar tam, hәrtәrәfli araşdırılmadan icraata xitam verilmәsi iddiaçının әdalәtli mәhkәmә araşdırması hüququnu kobud şәkildә pozur. Birinci instansiya mәhkәmәsi iş üzrә icraata formal әsaslarla xitam verәrkәn, iddia tәlәbinin әsasını tәşkil edәn vә mülki dövriyyәnin sabitliyinә birbaşa tәsir edәn mühüm halları tamamilә araşdırmamışdır. Belә ki, iddiaçının aldadılması, cavabdeh1 MTK tәrәfindәn qanunsuz sәnәdlәrin tәrtib edilmәsi faktları vә tәrәflәrin hәqiqi iradә ifadәsi mәhkәmә tәrәfindәn araşdırma predmeti edilmәmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsi Ali Mәhkәmәnin әvvәlki qәrarına istinad edәrәk iddiaçının sәnәdlәri vaxtında mübahisәlәndirmәdiyini әsas gәtirsә dә, hazırkı iddiada hәmin sәnәdlәrin (##.##.2018-ci il tarixli әrizә vә ** saylı protokol) birbaşa mübahisәlәndirildiyini nәzәrә almamışdır. Mülki Mәcәllәnin tәlәblәrinә görә, aldatma tәsiri altında bağlanmış әqdin formal olaraq mövcudluğu onun hüquqi baxımdan qüvvәli olması demәk deyil. Mәhkәmә bu sәnәdlәrin hansı şәraitdә alındığını vә mülkiyyәt hüququnun hansı hüquqi әsasla keçdiyini aydınlaşdırmalı olduğu halda, işә baxmaqdan yayınmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı ailәsi ilә birlikdә sözügedәn mәnzildә 10 ildәn çox yaşayıb, bütün kommunal vә xidmәt müqavilәlәri onun adına olub. Birinci instansiya mәhkәmәsi bu mühüm faktiki halı, yәni mәnzilin faktiki sahibliyi ilә cavabdeh adındakı çıxarış arasındakı ciddi ziddiyyәti vә bunun hansı hüquq pozuntusundan qaynaqlandığını araşdırmamış, işin hәlli üçün mühüm olan bu hallara hüquqi qiymәt vermәmişdir. İddia rәsmi olaraq hәm dә cavabdeh1 MTK-ya qarşı yönәldiyi halda, kooperativ tәrәfindәn protokolların tәrtib edilmәsi, kooperativ üzvlüyünә qәbul vә pay bәdәlinin ötürülmәsi prosedurlarının qanuniliyi mәhkәmә tәrәfindәn yoxlanılmamışdır. Bu halların aydınlaşdırılmaması mәhkәmәnin qәnaәtinin obyektivliyini tamamilә istisna edir. Mülki Prosessual Qanunvericiliyin tәlәbinә görә, mәhkәmә qәtnamәsi vә ya qәrardadı qanuni vә әsaslı olmalıdır. Maddi vә prosessual faktlar tam, hәrtәrәfli araşdırılmadan icraata xitam verilmәsi iddiaçının әdalәtli mәhkәmә araşdırması hüququnu kobud şәkildә pozur. Mәhkәmә hazırkı işin әvvәlki işlә eyni predmet vә әsaslara malik olduğunu әsas gәtirmişdir. Lakin işin halları göstәrir ki, әvvәlki işin predmeti müqavilә, hazırkı işin predmeti isә әrizә vә protokoldur. Predmetlәr tam fәrqli olduğu üçün mәhkәmәnin preyudisiallıq barәdә gәldiyi nәticә işin real hallarına uyğun gәlmir. Mәhkәmә tәrәflәrin eyniliyinә әsaslansa da, işin hallarına әsasәn әvvәlki prosesdә üçüncü şәxs olan cavabdeh1 MTK hazırkı işdә әsas cavabdehdir. Cavabdehin dәyişmәsi işin halları baxımından preyudisiallığı tamamilә istisna edir. Belәliklә, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qәrardadı lәğv edilmәsini, iddiaçı iddiaçı1 iddiasının mümkün sayılaraq icraata qәbul edilmiş hesab olunmasını vә iddiaçı iddiaçı1 hazırki iddiasına da baxılaraq qәtnamә çıxarılmasını xahiş edir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı iddiaçı1 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, şikayәtin işlә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şikayәtә Azәrbaycan Respublikası MPM-in 10.8-1 vә 397.2-ci maddәlәrinә uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddә 261.0. Hakim iş üzrә icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa; Maddә 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk; Maddә 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2.kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq hesab edir ki, şikayәtdә qeyd edilmiş hallar qәrardadın lәğvi üçün әsas ola bilmәz, qәrardadla gәlinmiş nәticә işin hallarına uyğun olduğundan şikayәt tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli qәrarından görünür ki: “iddiaçı1 cavabdeh2 qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh cavabdeh2 adına olan ##.##.2023-cü il tarixli kooperativ mәnzil tikintisi haqqında müqavilәnin etibarsız hesab edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. İkinci iddia tәlәbi onunla әsaslandırılmışdır ki, mübahisәli mәnzil iddiaçı1 mәxsusdur vә ailәsi ilә birlikdә orada yaşayır. ## ###### 2017-ci il tarixli qazın alğı-satqı müqavilәsinә әsasәn iddiaçıya mәxsus mәnzil qaz ilә tәmin edilir qaz sayğacı onun adınadır, sәrfiyyata görә ödәnişlәr dә onun tәrәfindәn ödәnilir. ## #### 2023-cü il tarixdә bağlanmış su tәchizatı vә tullantı sularının axıdılması haqqında müqavilәyә әsasәn iddiaçıya mәxsus mәnzilin su sayğacı onun adınadır vә ödәnişlәri dә hәmişә özü etmişdir. ## ###### 2023-cü il tarixli arayışa әsasәn qeyd olunan mәnzilә dair telefon nömrәsi iddiaçının adınadır, ödәnişlәr onun tәrәfindәn olunur, telefon borcu vә internet borcu mövcud deyildir. Bütün bunlara baxmayaraq cavabdeh özü dә ## #### 2023-cü il tarixdә müqavilә bağlayaraq ona mәxsus evi qanunsuz vә әsassız olaraq öz adına keçirmişdir. Belә ki, hәmin müqavilәdә yazılır ki, gәlәcәkdә inşa edilәcәk ev cavabdehә tәklif edilir, hәmin müqavilәdә cavabdehә hәlә inşa olunmamış mәnzil tәklif edilib, halbuki ona mәxsus olan ev çoxdan inşa olunmuş vә o, orada 10 ilә yaxın vaxtdır yaşayır. Buna baxmayaraq cavabdeh qanunsuz yollarla iddiaçıya mәxsus olan evә dair mülkiyyәt hüququ әldә etmiş vә onu öz evindәn çıxarmaq istәyir. Halbuki onun adına verilmiş sәnәdlәrin hamısı qanunsuzdur. İddiaçıya mәxsus mәnzilin cavabdehin adına keçirilmәsinә onun hәyat yoldaşının, onun yetkinlik yaşına çatmış qızlarının razılıq әrizәlәri olmamışdır. Qeyd olunan mübahisә predmeti olan mәnzil iddiaçının hәyat yoldaşıyla birgә mülkiyyәtindәdir. Hәmin mәnzil yoldaşıyla nikah dövründә alınmışdır. İddiaçıdan MTK tәrәfindәn әrizә alınanda o, aldanmışdır. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli ## #### 2024-cü il tarixli qәtnamәsi ilә (hakim Günel Əkbәrli) birinci iş üzrә iddia tәmin edilәrәk, cavabdehlәrin Bakı şәhәri, Yasamal rayonu, D.Bünyadzadә küçәsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mәnzil 33 (yeni qaydalarla ünvan 1) ünvanında yerlәşәn mәnzildәn çıxarılması, ikinci iş üzrә iddianın rәdd edilәrәk ödәnilmiş dövlәt rüsumlarının tәrәflәrin özlәrinә aid edilmәsi qәt edilmişdir. İkinci tәlәb üzrә iddiaçı iddiaçı1 müqavilәnin etibarsızlığına dair dәlillәrinә münasibәtdә mәhkәmә qeyd etmişdir ki, әvvәla o, mәnzilin cavabdeh2 adına rәsmilәşdirilmәsi ilә bağlı rәsmi nikahda olan әrinin razılığının olmadığını bildirmişdir. Mәhkәmә hesab etmişdir ki, iddiaçı1 qeyd olunan әsasla müqavilәnin etibarsızlığını tәlәb etmәyә subyektiv hüququ yoxdur. Belә ki, o, MTKya onun adından verilmiş razılıq әrizәsinin etibarlılığını mübahisәlәndirmәmişdir. Dolayısı ilә әrizәdә qeyd olunan razılığın onun könüllü iradәsini ifadә etdiyini qәbul etmişdir. Hazırkı mübahisә onun birgә nikahda olduğu әrinin maraqlarına toxunacağı halda, onun müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edә bilәrdi vә ya әri özü oxşar tәlәblә mәhkәmәyә müraciәt edә bilәrdi. Odur ki, mәhkәmә iddiaçının dәlilini әsassız hesab etmişdir. Mәhkәmә iddiaçı1 müqavilәnin etibarsızlığına dair digәr dәlili olan razılıqla, maliyyә arayışı vә müqavilәnin tarixlәrinin uyğunsuzluğuna dair dәlilini әsassız hesab etmişdir. Belә ki, işin faktiki hallarından müәyyәn edilmişdir ki, müqavilә, razılıq әrizәsi tәrәflәrin iradә ifadәsinә әsasәn qeyd olunan formada rәsmilәşdirilmışdır. Aldanılması ilә bağlı dәlilinә münasibәtdә mәhkәmә qeyd etmişdir ki, bu hissәdә mәhkәmәyә mötәbәr sübut tәqdim edilmәmişdir. Elәcә dә, onun hazırda mәnzildә yaşayıb kommunal xәrclәri ödәmәsi müqavilәnin etibarsız hesab edilmәsi üçün hüquqi әsas deyildir. Mәhkәmә müәyyәn etmişdir ki, iddiaçı1 ##.##.2014-cü il tarixdә cavabdeh1 MTK-nin ünvan 2 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mәrtәbәsindә yerlәşәn 3 otaqlı, sahәsi 105,4 kv.m. olan, ** saylı mәnzili almış, daha sonra ##.##.2018-ci il tarixdә әrizә ilә MTKya müraciәt edәrәk hәmin mәnzili ailә münasibәtlәri ilә әlaqәdar kompensasiya qarşılığında cavabdeh2 adına sәnәdlәşdirilmәsini xahiş etmiş vә qeyd olunan ##.##.2023-cü il tarixdә mәnzil cavabdeh2 adına qeydiyyatdan keçmişdir vә hazırda mülkiyyәtindәdir. Mәhkәmә hesab etmişdir ki, birinci iddia tәlәbi tәmin, ikinci iddia tәlәbi rәdd edilmәlidir. Belә ki, mübahisә predmeti olan mәnzil ##.##.2023-cü il tarixli çıxarış әsasәn cavabdeh2 mülkiyyәtindәdir. İkinci iddia tәlәbi ilә bağlı mәhkәmә hәmçinin qeyd etmişdir ki, mübahisә predmeti olan müqavilәnin etibarsızlığına dәlalәt edәn hallar aşkar edilmәdi. Belә ki, qanunvericilikdә әqdlәr üçün tәlәb olunan etibarlılıq şәrtlәrinә әmәl edilmiş, müqavilәnin etibarsız hesab edilmәsi üçün әsaslar mövcud deyildir. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli # #### 2025-ci il tarixli qәtnamәsi ilә (hakimlәr Fuad Talışinski (sәdrliyi vә mәruzәsi ilә), Azad İmanov vә Mәmmәd Mәmmәdov) Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli ## #### 2024-cü il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. Mәhkәmә kollegiyası qeyd etmişdir ki, iddiaçı iddiaçı1 qarşılıqlı iddiası üzrә tәlәbin yönәldiyi şәxs cavabdeh2dur, tәlәb isә cavabdeh2 ilә cavabdeh1 MTK arasında olan müqavilәnin etibarsızlığıdır, iddiaçı tәrәfindәn müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs cavabdeh1 MTK tәrәfindәn müqavilә bağlanan zaman icra edilmiş hәrәkәtlәr mübahisә edilir, lakin sözügedәn müqavilә bağlanarkәn cavabdeh2 tәrәfindәn mülki hüquq pozuntusuna dair hәr hansı dәlil irәli sürülmәmiş, ikitәrәfli müqavilәdә tәlәbin yalnız ona (tәrәfin birinә) yönәlmәsi anlaşılan deyildir. Bundan әlavә, adlarından iddia vermәk hüququ olmayan iddiaçı1 әrinin vә yetkinlik yaşına çatmış övladlarının hüquqlarının pozulmasından irәli gәlәn dәlillәrinin baxılan iş üzrә subyektiv tәrkib baxımından müzakirә edilmәsi üçün әsası yoxdur. Mәhkәmә kollegiyası hәmçinin qeyd etmişdir ki, kassasiya instansiyası mәhkәmәsi cavabdeh2 verilmәsi barәdә mәnzil-tikinti kooperativi üzvlәrinin ümumi yığıncağının qәrarının iddiaçı1 tәrәfindәn ümumiyyәtlә mübahisәlәndirilmәdiyini vurğulayaraq, qeyd etmişdir ki, iddiaçı1 müqavilәnin etibarsız hesab edilmәsi barәdә ikinci iş üzrә iddia tәlәbindә mәnzilin cavabdeh2 adına keçirilmәsi barәdә әrizәni yazarkәn onun aldadılmasını göstәrdiyindәn, iddianın qanuni әsası kimi Mülki Mәcәllәnin 339.3-cü maddәsi qәbul olunaraq hәmin normanın tәlәblәri baxımından işin faktiki hallarının hüquqi dәyәrlәndirilmәsi zәrurliyini göstәrmişdir ki, bu dәlillәrin sübutedici әsalarını yuxarıda qeyd edilәn subyektiv tәrkib çәrçivәsindә müzakirәsi belә mümkün olmasa da, әqdin tәrәfi olan MTK-nın nümayәndәsinin bağlanmış müqavilәyә münasibәti öyrәnilmiş vә onun tәrәfindәn rәsmilәşdirmәnin tәrәflәrin razılığı ilә aparıldığı, zorakılığın, tәzyiqin vә aldanılma hallarının olmasının müşahidә edilmәdiyi müәyyәn edilmişdir. Qeyd edildiyi kimi ona qarşı tәlәb irәli sürülmәdiyindәn, habelә reyestrin hәqiqiliyi prezumpsiyası baxımından bu halların da müzakirәsi prosessual cәhәtdәn (sәlalahiyyәtlәr hәddindә) mümkün olmamışdır. cavabdeh2la MTK arasında bağlanmış müqavilә vә digәr sәnәdlәr әsasında onun hüquqları dövlәt reyestrindә qeydә alınmış vә bu sәnәdlәrin yoxlanılması proseduru qeydә alan müvafiq icra hakimiyyәtinin sәlahiyyәtli strukturu tәrәfindәn hәyata keçirilmişdir. Mәhkәmә kollegiyasının qәnaәtinә görә kassasiya instansiyası mәhkәmәsinin tәkzib edilmәyәn mövqeyi üzrә müәyyәn edilir ki, cavabdeh Sadiq Abbasovun borcun mövcudluğunu etiraf etmәsi iş materialları ilә tәsdiqini tapdığından, hәmçinin mübahisәlәndirilәn müqavilәnin mәhz cavabdehlәrin borcuna görә rәsmilәşdirilmәsini qәbul etdiyi halda, iddiaçı1 iddiasına әsasәn cavabdeh2la MTK arasında bağlanmış müqavilәni etibarsız hesab etmәk iddiaçı1 әsassız olaraq varlanmasına şәrait yaratmış olur. İşin yenidәn baxılması zamanı Sadiq Abbasov mәhkәmә iclaslarında iştirak etmәmiş, onların iddiaçı1 ilә birgә hәrәkәtlәrinin әsasları izah edilmәmişdir. Kassasiya instansiyası mәhkәmәsinin göstәrişlәri üzrә mülki dövriyyә iştirakçılarının sәrbәst seçimi olaraq hazırki iddia tәlәblәri üzrә müqavilәnin etibarsızlığı faktının, iradәnin formalaşmasına vә ifadә edilmәsinә әsas olmuş şәrait vә motivin müәyyәn edilmәsi qeyd edilәn vә iddiaçı1 tam aydın olmayan formada izah etmәmәsi kimi sәbәblәrdәn dispozisiya şәrtlәrinә müvafiq müәyyәn etmәk mümkün olmamışdır. Nәticәdә kassasiya şikayәti tәmin edilmәmiş, Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli # #### 2025-ci il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır”. Hazırkı mülki iş üzrә iddiaçı iddiaçı1 iddia tәlәblәrindәn müәyyәn olunur ki, o, özü tәrәfindәn verilmiş ##.##.2018-ci il tarixli әrizәnin, cavabdeh1 MTK tәrәfindәn verilmiş ##.##.2019-cu il tarixli cavabdeh1 MTK-nın iclasının ** nömrәli protokolunun vә hәmin protokoldan çıxarışın etibarsız hesab olunmasını, bunun nәticәsindә daşınmaz әmlakın dövlәt reyestrindә cavabdeh cavabdeh2 adına aparılmış qeydin vә onun adına verilmiş ##.##.2023-cü il tarixli mülkiyyәt hüququnu tәsdiq edәn çıxarışın lәğv olunmasını xahiş edir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli qәrarından müәyyәn olunur ki, iddiaçı iddiaçı1 daha әvvәl cavabdeh cavabdeh2 adına olan ##.##.2023-cü il tarixli kooperativ mәnzil tikintisi haqqında müqavilәnin etibarsız hesab edilmәsi barәdә qәtnamә çıxarılmasına dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmiş, araşdırma zamanı iddiaçı1 tәrәfindәn verilmiş әrizә hazırkı tәlәbindә mübahisәlәndirdiyi digәr sәnәdlәr yoxlanılaraq hәmin sәnәdlәrin etibarlı olması sәbәbindәn әqdin dә etibarlı olması müәyyәn edilmişdir. Göründüyü kimi iddiaçı iddiaçı1 hәr iki mülki iş üzrә iddia tәlәblәrindә hüquqi marağı mәnzillә dair müqavilәnin bağlanmasına әsas olan sәnәdlәri etibarsız hesab edilmәklә, mәnzilә dair müqavilәnin etibarsız olmasını tәsbit etmәk vә hәmin müqavilә әsasında cavabdeh cavabdeh2 adına dövlәt reyestrindә aparılmış qeydin vә reyestrdәn verilmiş çıxarışın lәğv edilmәsinә nail olmaqdır. Kollegiya tәdqiq olunmuş sübutlara mәcmu halında hüquqi qiymәt verib belә qәnaәtә gәlir ki, iddiaçı iddiaçı1 hazırkı mülki iş üzrә iddia tәlәblәrinә dair qanuni qüvvәsini alan mәhkәmә aktı olduğundan eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin olması әsası ilә iddiaçı1 münasibәtdә iddia tәlәblәri üzrә icraata xitam verәn birinci instansiya mәhkәmәsi düzgün nәticәyә gәlmişdir. Ona görә dә şikayәt tәmin edilmәmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)- ***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 397- 402-ci maddәlәrini rәhbәr tutaraq Mәhkәmә kollegiyası Qərara aldı: Şikayәt tәmin edilmәsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardaddan rәsmi qaydada verildiyi gündәn 10 gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasına kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3761/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3761/2026
20.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver