Məhkəmə qərarları › İş №e-2(3-7)-1217/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1217/2026

24.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1217/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə (Açar sözlər: prosessual hərəkətlərin edilməsi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı QSC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, MLZNG**-****** saylı, 14200 manat məbləğində daxili lizinq müqaviləsinə əsasən cavabdeh Cavabdeh lizinq obyektinə vurduğu maddi zərərə görə 2245 manat, ekspert rəyinin verilməsi üçün ödənilmiş rüsum olaraq 68 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 44 manat olmaqla ümumilikdə cəmi 2357 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Ərizəsini onunla əsaslandırmışdır ki, təşkilatları İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixli, MLZNG**-****** saylı, 14200 manat məbləğində daxili lizinq müqaviləsi bağlanıb. Həmin müqavilənin lizinq obyekti **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı, rubin metallik rəngli, 2018-ci il istehsalı, “Chevrolet” markalı, “Malibu” model minikavtomobili olub. Cavabdeh həmin lizinq müqaviləsinin şərtlərini pozaraq lizinq obyekti olan həmin minik avtomobilinə maddi zərər vurub. Müstəqil ekspert rəyinə əsasən minik avtomobilinə dəymiş maddi zərərin məbləği 2245 manat təşkil edib. Cavabeh tərəfindən lizinq obyektinə vurulmuş maddi ziyan ödənilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdehin VÖEN-i olmasına baxmayaraq cavabdeh daxili lizinq müqaviləsi üzrə istifadə etdiyi minik avtomobilini şəxsi istifadə üçün əldə edib. Cavabdeh həmin lizinq obyektindən sahibkar kimi faydalanmayıb.

3. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində cavabdeh Cavabdeh rəsmi xəbərdarlıq və ya bildirişin təqdim edilməsinə dair sübutu iddia ərizəsinə əlavə etməmişdir.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, Məhkəmə tərəfindən iddiaçı İddiaçı QSCyə iddia tələbinə məhkəmədə baxılması zərurəti ilə əlaqədar olaraq cavabdeh Cavabdeh tərəfindən hansı əmlaka zərər vurulması, zərər vurulmuş əmlakın sığorta olunubolunmaması, zərərin nədən ibarət olması, zərər vurmuş şəxsin təqsirinin nə ilə sübut edilməsi, zərərin hansı səlahiyyətli şəxs və orqan tərəfindən müəyyən edilməsi, zərəri müəyyən edən şəxsin bu fəaliyyətlə məşğul olmasına dair lisenziyasının olub-olmaması barədə sənədlərin və digər zərərin vurulmasını təsdiq edən sübutların ## #### 2026-cı il tarixədək Göygöl Rayon Məhkəməsinə təqdim edilməsi barədə sorğu verilsə də, iddiaçı İddiaçı QSC məhkəməyə ərizə göndərərək hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin sorğusuna münasibət bildirilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. Həmin qərardaddan iddiaçı şikayət verərək ləğv edilməsini, iddia ərizəsi üzrə işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsində hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul”tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması barədə ##.##.2026-cı il tarixli e-2(5-124)-478/2026 №- li qərardad qəbul edib. Məhkəmə qərardadı iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziyaqaydasında) həll edilməsi barəsində cavabdeh Cavabdeh rəsmi xəbərdarlıq və ya bildirişin təqdim edilməsinə dair sübutu iddia ərizəsinə əlavə etmədiyi ilə əsaslandırıb. Həmin qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddia ərizəsinin Göygöl Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi barədə yeni qərardad çıxarılmalıdır. Çünki məhkəmə təcrübəsində analoji işlərə aid iddia ərizəsi ilə bağlı Gəncə Şəhər Məhkəməsi tərəfindən çıxarılmış e-2(5-121)-*/**** №-li ##.##.2026-ci il tarixli qərardad Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(3- 7)-***/**** №li04.02.2026-cı il tarixli qərardadı ilə ləğv edilərək iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilib. Həmin qərardadda apellyasiya instansiya məhkəməsinin mövqeyi mülki prosessual qanunvericilikdə pretenziyanın hansı formada, hansı üsulla göndərilməsinə dair konkret göstəriş nəzərdə tutulmadığı ilə əsaslandırıb. Digər analoji hal Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin eyni əsaslarla qəbul etdiyi e-2(5103)- ****/**** №-li ##.##.2026-cı il tarixli qərardadın iddiaçı tərəfindən verilən şikayətə əsasən həmin məhkəmə tərəfindən qəbul edilən e-2(5-103)-1956/2026 №- li ##.##.2026-cı il tarixli qərardadla ləğv edilərək iddia ərizəsi üzrə işin məhkəmə tərəfindən icraata götürülməsidir. Məhkəmə təcrübəsində analoji hallara aid fərqli qərarların qəbul edilməsi yolverilməzdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı, Van de Hurk Hollandiyaya qarşı və Perez Fransaya qarşı iş üzrə qərarına əsasən məhkəmə prosesinin tərəfləri işlərinə müvafiq hesab etdikləri qeydlərini təqdim etmək hüququna malikdir. Hüquq yalnız bu qeydlər dinlənilən zaman, yəni birinci instansiya məhkəməsində müvafiq qaydada baxıldıqda effektiv ola bilər. Başqa sözlə, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə tərəfindən qəbul edilən qərarın səthi olduğunu şərtləndirən halların dairəsinə eyni zamanda qərarın nəticəvi hissəsində istinad edilən normalarla bağlıdır. Belə ki, məhkəmənin istinadları üzrə müəyyən olunur ki, məhkəmə heç iddia növünü belə düzgün müəyyən etməmişdir. Beləliklə məhkəmə qərarı formal və əsassız mülahizələrə istinad edilməklə qəbul olunmuşdur. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirlər ki, barəsində şikayət olunan Göygöl Rayon Məhkəməsinin e-2(5-124)-478/2026 №- li ##.##.2026-cı il tarixli qərardadı qanunsuz və əsassızdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## ###### tarixli, 2009-cu il ## ###### tarixli, 2009- cu il 13 iyul tarixli, 2015-ci 11 fevral tarixli Qərarları). İnzibati Prosessual Məcəllənin 58.7- ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Mülki prosessual Məcəllənin 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Avropa Məhkəməsinin Obermeier Avstriyaya qarşı iş üzrə qərarına əsasən Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrdən effektiv məhkəmə araşdırması tələb edir. Avropa Məhkəməsinin Dombo Beheer B. V. Hollandiyaya qarşı iş üzrə qərarında qeyd edilmişdir ki, məhkəmə hər zaman bildirmişdir ki, milli hakimiyyət orqanlarıKonvensiyanın mənasına görə hər bir məhkəmə işi üzrə ədalətli məhkəmə araşdırması tələbinə əməl edilməsini təmin etməlidir. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı, Van de Hurk Hollandiyaya qarşı və Perez Fransaya qarşı iş üzrə qərarına əsasən məhkəmə prosesinin tərəfləri işlərinə müvafiq hesab etdikləri qeydlərini təqdim etmək hüququna malikdir. Hüquq yalnız bu qeydlər dinlənilən zaman, yəni birinci instansiya məhkəməsində müvafiq qaydada baxıldıqda effektiv ola bilər. Başqa sözlə, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Avropa məhkəməsinin Avropa Konvensiyasına istinadən formalaşdırdığı hüquqi mövqe, hüquqi presedent ondan ibarətdir ki, məhkəmə araşdırmasının vacib şərtlərindən biri və məhkəmə araşdırmasına olan vacib tələblərdən biri məhz ədalətlilikdir. Bu şərtin pozulması və ya bu şərtlə bağlı hər hansı nöqsana yol verilməsi mübahisə üzrə obyektiv həqiqətin müəyyən olunmasını istinsa edərək, məhkəmənin həqiqi məzmununa və təbiətinə zidd davranış olmaqla birbaşa AR Konstitusiyasının 60.1-ci maddəsinin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6- cımaddəsinin 1-ci bəndinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqlarının pozulmasıdır. Məhkəmə barəsində şikayət edilən e-2(5-124)-***/**** №-li ##.##.2026-cı il tarixli qərardadda qeyd edir ki, “Belə ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziyaqaydasında) həll edilməsi barəsində cavabdeh Cavabdeh rəsmixəbərdarlıq və ya bildirişin təqdim edilməsinə dair sübutu iddia ərizəsinə əlavə etməmişdir”. Bu fikir tamamilə əsassızdır. Çünki elektron məhkəmə portalı vasitəsi ilə göndərilən sənədlər qanuni qüvvəyə malikdir və cavabdeh tərəfin elektron kabinetinin olub-olmaması həmin pretenziyanın qanunsuz olmasına dəlalət etmir. Dövlət tərəfindən vətəndaşa elektron məhkəmə portalının yaradılması vətəndaşa həmin portalın imkanlarından istifadə edərək elektron sənəd dövriyyəsindən tam şəkildə faydalanmağa məhdudiyyət tətbiq etmir. Cavabdehin elektron pretenziyanı alıb-almaması və ya oxuyub-oxumaması işin baxılmasına mane ola bilməz. Məhkəmənin barəsində şikayət edilən qərardadda qeyd etdiyi “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmədən öncə mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsinə riayətetməmiş, məhkəmənin sorğusuna diqqət edilməmiş və bununla da tərəflər arasındamübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanı itirilməmişdir. Bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır” fikirləri əsassızdır. Çünki məhkəməyə iddia ərizəsi verilən zaman iddia ərizəsinə pretenziya əlavə edilib və bu məhkəmə tərəfindən qəbul edilib. Elektron məhkəmə portalına baxdıqda sənədlərin içində pretenziyanın elektron formada göndərildiyi aydın şəkildə görünür. AR MPM-də pretenziyanın hansı formada, şəkildə, qaydada verilməsi ilə bağlı heç bir göstəriş, tələb və məhdudiyyət yoxdur. İddiaçı pretenziyanı məhz ya elektron ya da digər formada cavabdehə göndərməyə və mütləq şəkildə cavabdehdən pretenziyanı alması barədə bildiriş alıb sonra məhkəməyə müraciət etməli olması barədə heç bir tələb AR MPM-də göstərilməyib. Məhkəmənin iş üzrə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsi barədə əvvəlcədən məhkəməyə elektron formada ərizə göndərilməsinə baxmayaraq məhkəmə həmin ərizəni də nəzərə almayıb. Bütün sənədlər və həmin sənədlərin reyestri elektron məhkəmə portalında var.

9. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları

12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 259.0.9. dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və ərizəçinin ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

15. İşdən görünür ki, iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, MLZNG**-****** saylı, 14200 manat məbləğində daxili lizinq müqaviləsinə əsasən cavabdeh Cavabdeh lizinq obyektinə vurduğu maddi zərərə görə 2245 manat, ekspert rəyinin verilməsi üçün ödənilmiş rüsum olaraq 68 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 44 manat olmaqla ümumilikdə cəmi 2357 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində cavabdeh Cavabdeh rəsmi xəbərdarlıq və ya bildirişin təqdim edilməsinə dair sübutu iddia ərizəsinə əlavə etməməsini əsas gətirərək ərizəni baxılmamış saxlamışdır. İddiaçı şikayət verərək, iddia ərizəsi üzrə işin icraata götürülməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən əsaslarla iş üzrə iddia ərizəsini baxılmamış saxlamaqla yanlış nəticəyə gəlmişdir.

1. Belə ki birinci instansiya məhkəməsi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair müvafiq pretenziya sənədinin məhkəməyə təqdim edilmədiyini qeyd etsə də, kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə pretenziyanın hansı formada, hansı üsulla göndərilməsinə dair konkret göstəriş nəzərdə tutulmamışdır. Hazırkı halda iddiaçı tərəfindən cavabdehə pretenziya EMİS vasitəsilə göndərilmişdir.

17. Həmçinin cavabdeh Cavabdeh tərəfindən hansı əmlaka zərər vurulması,zərərin nədən ibarət olması, zərər vurmuş şəxsin təqsirinin nə ilə sübut edilməsi, zərərin hansı səlahiyyətli şəxs və orqan tərəfindən müəyyən edilməsi, zərəri müəyyən edən şəxsin bu fəaliyyətlə məşğul olmasına dair lisenziyasının olub-olmaması barədə sənədlərin və digər zərərin vurulmasını təsdiq edən sübutların təqdim edilməməsi işin baxılmamış saxlanılması üçün əsas deyildir. Belə olan halda, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olmadığından iddia ərizəsi icraata qəbul edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin və iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dаir ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar