Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1323/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli mülki iş üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Əliyev İbrahim Hümbət oğlu(bundan sonra- cavabdeh) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6405 manat əsas borc, 1920 manat cərimə borcu və avtomobilin təmir xərci 9060,58 manat olmaqla, ümumilikdə 17.385,58 manat pul və 143 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) ## ###### 2025ci il tarixli, e-*(***)-***/**** nömrəli nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qətnaməsi ona poçt vasitəsilə çatdırılmamamışdır. İcra şöbəsinin əməkdaşları borc barədə telefonla bildirdikdən sonra qətnamənin mövcudluğundan xəbər tutmuş və qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər(maddə 135.1). Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir(maddə 135.2). İş materiallarından görünür ki, Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin cavabdehə göndərilməsini və ya cavabdehin qətnaməni almasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının tərəfə rəsmi qaydada təqdim edildiyi andan hesablanır. Qətnamənin cavabdehə təqdim edilməsinin sübuta yetirilmədiyi şəraitdə apellyasiya şikayətinin verilməsi müddətinin başlandığını qəbul etmək mümkün deyildir. Belə olan halda, cavabdehin apellyasiya şikayətini müddəti ötürməklə verməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi işin faktiki hallarına və Mülki Prosessual Məcəllənin 135.2 və 360-cı maddəsinin tələblərinə uyğun olmadığından əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və cavabdehin apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Cavabdeh Əliyev İbrahim Hümbət oğlunun şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin və cavabdeh Əliyev İbrahim Hümbət oğlunun Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1323/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1323/2026
14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver