Məhkəmə qərarları › İş №e-2(3-7)-545/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-545/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-545/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı İstehsalat Birliyinin nümayəndəsi İsayev Emin Aydın oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə iddiaçı İddiaçı İstehsalat Birliyinin (bundan sonra- Birlik) cavabdeh Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-ci il tаrixli qətnaməsindən Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik ilə cavabdeh arasında ##.##.2018-ci il tarixdə *****-**-** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə(bundan sonra- Müqavilə) imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. Abonentin saldosundan görünür ki, abonent Cavabdeh(cavabdehin) 2012-ci ilin yanvar ayından 2025-ci ilin sentyabr ayına qədər 3080,63 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Birlik iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, cavabehdən təbii qazdan istifadəyə görə yaranmış 3080,93 manat borcun və 50,80 manat dövlət rüsumunun tutularaq Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birlik tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsi ilə cavabdeh Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən cavabdeh İddiaçı İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin cavabdeh Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinə 3080,93 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə göstərilən borcun ödənilməsi barədə ## #### 2025-ci il tarixli, HS- **/**-*** saylı xəbərdarlıq məktubunun rəsmi verilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Borc əsaslıdır, istehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina edir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, 2014-cü ildən həmin ünvanda yaşamır və qazdan istifadə etməmişdir. Eyni zamanda bildirir ki, iddiaçı Birlik tərəfindən təqdim edilmiş abonentin saldo çıxarışından da görünür ki, onun fərdi yaşayış evində qaz sərfiyyatı qeydə alınmamışdır. İddiaçı tərəfindən hesablanmış məbləğ faktiki istifadə edilmiş qaz borcu deyil, debitor borcu adı altında cərimə xarakterli borc kimi formalaşdırılmışdır. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-*(***)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Əliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş “Abonentin saldosu” sənədindən görünür ki, uzun müddət 2011-2016-cı illər ərzində cavabdehin borcu olmamış, sonrakı illərdə isə borc fasilələrlə və kəskin artımla formalaşmışdır. Bu hal cavabdehin qazdan istifadə etmədiyini göstərir. Göründüyü kimi, 2024-2025-ci illər üzrə hesablanmış məbləğlər əvvəlki illərdə olduğu kimi aylıq sərfiyyata əsaslanan mexaniki sayğac göstəricilərinə deyil, sonradan aparılmış toplu (debitor xarakteli) hesablamaya əsaslanır. Eyni zamanda iş materiallarından göründüyü kimi, 2017-ci il tarixdən 2024-cü il tarixədək faktiki qaz sərfiyyatı qeydə alınmamışdır. Məhkəmə onu da nəzərə alır ki, qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən düzgün hesablamalı və hər ay istehlakçıya müvafiq hesab təqdim etməlidir. İstehlakçı tərəfindən qazın dəyəri vaxtında və tam ödənildikdən sonra, qaz paylayıcısının yol verdiyi texniki və ya təşkilati səhvlər nəticəsində düzgün hesablanmamış məbləğin sonradan istehlakçıdan tələb edilməsi yolverilməzdir. İş materiallarında olan sənədlərdən də görünür ki, cavabdeh qaz sərfiyyatına görə ödənişlərini mütəmadi olaraq həyata keçirmişdir. Qaz sayğacında baş vermiş hər hansı nasazlığa, qüsura və ya texniki müdaxiləyə görə istehlakçı deyil, qaz paylayıcısı məsuliyyət daşıyır və bu halların nəticələri istehlakçının üzərinə yüklənə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına”, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Məhkəmə icraatı zamanı Birlik tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunmuş və ünvanda sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə olunduğu üçün 1944 manat dəymiş ziyanın və 1136,93 manat qaz sayğacı vasitəsilə istehlak edilmiş qazın dəyərinin, həmçinin 50,80 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə məhkəmə aktı çıxarılması xahiş edilmişdir. Cavabdeh məcburi köçkün statusunda olan şəxs olduğundan ##.##.2017-ci il tarixdən sonra istehlakçının abonent hesabında yaranacaq borcların dövlət tərəfindən deyil, müavinət verilən abonentlər tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Dövlət tərəfindən köçkün və onlara bərabər tutulan şəxslərə kommunal xərclərini qarşılamaq üçün köməklik göstərilmiş, ünvan üzrə (həmin ünvanda 4 nəfər qeydiyyatda olmaqla 240 manat) ayrılmış müavinət abonent tərəfindən təyinatı üzrə istifadə edilməmişdir. Belə ki, həmin müavinət başqa məqsədlər üçün deyil, yalnız istifadə olunmuş kommunal (işıq, su, qaz.) xərclərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Ödənilən məbləğin bu və ya digər qaydada kommunal xərclər ödənilmədən istifadəsi yolverilməzdir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Aparılmış yoxlama zamanı sayğacdan kənar əlavə xətlə bağlı abonentin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) yerində ##.##.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, faktiki istismarda olan qazişlədici avadanlıqların qeydiyyatı aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Birliyin nümayəndəsi İsayev Emin Aydın oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş abonentin saldosu X1 adına rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh 2025-ci ildən qeyd olunan ünvanda, yəni Goranboy rayonu, Aşağı Ağca kəndində yaşamır. Həmin ünvana dair artıq X2 ilə müqavilə bağlandığından hazırda saldo sənədində məhz sonuncunun adı qeyd edilib. Cavabdehin debitor borcu isə 2012-ci ildən yaranan borcdur. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, Xocalı rayonundan məcburi köçkündür. İki ildir ki, dövlətin ona müvəqqəti yaşamaq üçün verdiyi Goranboy rayonu, Aşağı Ağca kəndində yerləşən evində yaşamır. O, sözügedən evdə 2004-cü ildən 2014-cü ilədək yaşamış, sonradan həmin evi yaşamaları üçün iki nəfər hərbçiyə vermişdir. Onun qanunsuz çəkilmiş əlavə xətdən xəbəri yoxdur, evdə yaşadığı dövrdə isə istifadə etdiyi qaza görə pulunu ödəyib. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Birlik apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir(2022-ci il ###ın #-dən qüvvəyə minib). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, Birlik cavabdehin sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə etməsi barədə ## ###### 2024-cü il tarixli akt tərtib etmiş və akt əsasında istifadə edilmiş qazın dəyəri 360 gün müddətində və günlük iş rejimi 12 saat nəzərə alınmaqla 16.200 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 1944 manatdır. Məhkəmə qeyd edir ki, Birlik cavabdehin qanunsuz olaraq qazdan istifadə etdiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəmələrə təqdim etməmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun ## ### 2022-ci ildən qüvvədə olan 8.1-ci maddəsində qeyd olunur ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, Birlik tərəfindən qanunsuz qoşulma halı ilə bağlı müvafiq quruma müraciət olunduğu və cavabdehin qazın talanmasında təqsirli olması iş materialları ilə öz təsdiqini tapmır. Abonentin saldosundan həm də o müəyyən olunur ki, cavabdeh 2012-ci ilin yanvar ayından 2016-cı ilin sentyabr ayına qədər Goranboy rayonu, Aşağı Ağça kəndində yerləşən yaşayış evində təbii qazdan istifadə edib və həmin dövr üçün cavabdehin 1314,19 manat borcu yaranıb. Göründüyü kimi cavabdehin Müqavilə üzrə ödənilməmiş öhdəliyi var və istehlak etdiyi qazın dəyərini ödəmək cavabdehin vəzifəsidir. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Birliyin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia qismən təmin edilərək, 1136,63 manat(3080,63-1944=1136,63) borc cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 31 manatı, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən Birliyin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-ci il tаrixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış 1136,63 manat borc və 46 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı İstehsalat Birliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar