Məhkəmə qərarları › İş №e-2(3-7)-585/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-585/2026

18.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-585/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Kazımov İlqar Rizvan oğlu və cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tаrixli qərаrdаdındаn cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1038,02 manat, cərimə qismində 103,80 manat, İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23,60 manat, cəmi 1189,02 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31,90 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə ##.##.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 957,91 manat, cərimə qismində 5 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat, cəmi 992,91 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsi( bundan sonra- Şəhər Məhkəməsi) iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə cavabdehin apellyasiya şikayətini geri qaytarmışdır. Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş prosesual müddət keçdikdən sonra vermişdir. Belə ki, Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Həmin qətnamə ##.##.2025-ci il tarixdə tarixdə qanuni qüvvəyə minmiş və ##.##.2025-ci il tarixdə icraya yönəldilmişdir. Gəncə Şəhəri üzrə İcra İdarəsinin ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi üzrə icra sənədinin icra icraatına başlanılmışdır. Bundan sonra cavabdehin ünvanına “tələbin könüllü icrası barədə bildiriş” göndərilmiş, ##.##.2025-ci il tarixdə cavabdeh Gəncə Şəhəri üzrə İcra İdarəsində izahat vermiş və ##.##.2025-ci il tarixdən onun gəlirlərinə tutma tətbiq olunmuşdur. Göründüyü kimi cavabdeh ən gec halda ##.##.2025-ci il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsində izahat verərkən, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən və onun məzmunundan xəbərdar olmuş, lakin bundan 2 ay 24 gün sonra həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin surətini rəsmi qaydada almadığı üçün ##.##.2026cı il tarixdə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra qəbzə imza etmiş və qətnaməni almışdır. Bundan sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə bu halları nəzərə almamış, nəticədə onun məhkəmədə müdafiə hüququnun pozulmasına dair məhkəmə aktı qəbul etmişdir. Şəhər Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh rəsmi qaydada təqdim edilmiş, sonuncu isə ##.##.2026-cı il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qeyd edir ki, qətnamə cavabdehə ## ###### 2026-cı il tarixdə rəsmi təqdim edildiyi üçün şikayət verilməsi üçün son müddət ## #### 2026-cı il tarixi olmuşdur. Cavabdeh isə apellyasiya şikayətini müddət daxilində, yəni ## ###### 2026-cı il tarixdə vermişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin icra və probasiya şöbəsində izahat verməsi prosessual müddətin hesablanması üçün hüquqi əsas ola bilməz. Çünki Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi müddətin başlanğıcını rəsmi təqdimetmə tarixi ilə hesablayır. Göründüyü kimi Şəhər Məhkəməsi cavabdehin apellyasiya şikayətini prosessual müddətin keçməsi əsası ilə geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və cavabdehin apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və cavabdeh Cavabdeh Gəncə Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar