Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-592/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X6 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı qızının cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və Gəncə şəhəri * saylı notariat ofisinə qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Əliyev Mobil Süleyman oğlunun birgə nikahından ## ###### 1961-ci il tarixdə İddiaçı qızı anadan olmuşdur.
2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Mobil Süleyman oğlu ##.##.1993-cü ildə ölmüşdür.
3. Arayışdan görünür ki, X3 ## ###### 2024-cü ildə ölmüşdür.
4. * saylı Gəncə ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin ## ##### 2025-ci il tarixli **/**IS/******-** saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 aid ## ##### 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ailə tərkibində ##.##.1961-ci il tarixdə anadan olmuş İddiaçı qızı, ##.##.1963- cü il tarixdə anadan olmuş cavabdeh3, ##.##.1967-ci il tarixdə anadan olmuş cavabdeh2 və ##.##.1970-ci il tarixdə anadan olmuş cavabdeh1, ##.##.2010-cu ildə vəfat etmiş X7 göstərilmişdir.
5. ##.##.2007-ci il tarixdə Gəncə şəhər * saylı notariat ofisində reyestrdə 1S2362 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri,T.Hacıyev küçəsi ev 1 və Ş.İ.Xətai küçəsi, 14 A ünvanında yerləşən əmlakını cavabdeh1 vəsiyyət etmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (keçmiş T.Hacıyev küçəsi, Şah İsmayıl Xətai prospekti, 1/14A) ## #### 2012-ci il tarixli, 202013003916-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X4 adınadır. Fərdi yaşayış evinin ümumi sahəsi 275.7 kv.m, yaşayış sahəsi 119.9 kv.m olan dörd yaşayış otağından, 12.7 kv.m hamamdan ibarətdir.
7. Gəncə şəhəri * saylı notariat ofisinin qərarından görünür ki, İddiaçı qızı ##.##.2024cü il tarixdə vəfat etmiş mərhum anası X4 vəfatından sonra adına miras qalmış Gəncə şəhəri, T.Hacıyev küçəsi, * saylı ünvanda yerləşən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin araşdırma zamanı mərhum X4 vərəsələrinin arasında mübahisə olduğu aşkar edilmişdir. İddiaçı qızına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
8. Ərizənin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh3 anası X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını və məcburi payını qəbul etmədiyini, imtina etdiyini bildirmişdir. Ərizədə cavabdeh3 hansı vərəsənin xeyrinə imtina etdiyi göstərilməmişdir.
9. Ərizənin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh2 anası X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını və məcburi payını qəbul etmədiyini, imtina etdiyini bildirmişdir. Ərizədə cavabdeh3 hansı vərəsənin xeyrinə imtina etdiyi göstərilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı qızı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və Gəncə şəhəri * saylı notariat ofisinə qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsə tanınmaqla, həmin miras mülkə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, atası Əliyev Mobil Süleyman oğlu ilə anası X3 evliliyindən o və hazırki iş üzrə cavabdeh olan qardaşları cavabdeh2, cavabdeh3, cavabdeh1 və qardaşı X9 adlı uşaqları anadan olmuşdur. Atası Əliyev Mobil Süleyman oğlu 1993-cü ildə, X3 2024-cü ildə, qardaşı X9 isə 2010-cu ildə vəfat etmişdir. ## ###### 2024cü il tarixdə vəfat edən anası X3 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi var və həmin evə dair onun adına ## #### 2012-ci il tarixli çıxarış verilmişdir. Məhz bu səbəblərdən mərhum anasından qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etmişdir. Lakin hazırki iş üzrə cavabdeh olan Gəncə şəhəri * saylı Notariat ofisinin ## #### 2025-ci il tarixli qərarı ilə vərəsələr arasında mübahisə olmaması əsası ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ə.məmmədov) iddia tələbinin təmin edilməsi, mərhum X4 miras qalmış Gəncə şəhəri, T.Hacıyev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində İddiaçı qızının, qalan 3/4 hissəsi üzərində cavabdeh1 vərəsə payları müəyyən olunması qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum mirasqoyan X4 hazırda dörd nəfər övladı sağdır və onlardan ikisi mirasdan imtina etmişlər. Mərhum mirasqoyan X4 2007-ci ildə əmlakını cavabdeh1 vəsiyyət etdiyindən və həmin əmlak 2012-ci ildə X4 adına qeydə alındığından, miras əmlakda paylar müəyyən edilərkən həmin vəsiyyətnamə nəzərə alınmalı, cavabdeh1 payı vəsiyyətnaməyə əsasən müəyyən edilməli, ölənin qanun üzrə birinci növbəli vərəsələrindən mirasdan imtina etməmiş vərəsəsinin, yəni iddiaçı İddiaçı miras əmlakda məcburi payı müəyyən edilməlidir. X4 miras qalmış Gəncə şəhəri, T.Hacıyev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində İddiaçı qızının, qalan 3/4 hissəsi üzərində cavabdeh1 vərəsə payları müəyyən olunmalıdır.
14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-1134, 1145-1146, 1151-1152, 1166, 1193, 1243-cü və MPM-nin 14.2 88 və 217.4-cü müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(125)-5737/2025-ci il nömrəli qətnaməsini qismən ləğv edib, miras mülkdə 7/8 hissədə cavabdehin payının, 1/8 hissədə iddiaçının payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ev onun ata-anasının birgə mülkiyyətində olmuş, yeni qaydalara uyğun Dövlət Reyestrində qeydiyyatdan keçməsə də, mülkə dair Texniki Pasport və ilkin hüquqverici sənədlər olmuşdur. Ona görə də, 1993-cü ildə atanın vəfatı ilə əlaqədar evin ½ hissəsinə miras açılmış və həmin mirası orada yaşamaqla anası və o, qəbul etmişdir. 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən 1993-cü ildən sonra mülk ¾ hissədə anasına ¼ hissədə ona məxsus olmuşdur. 2024-cü ildə anası vəfat edərkən mülkün ¾ hissəsinə miras açılmış və həmin ¾ hissədə mirasa Konstitusiya Məhkəməsinin müvafiq Qərarına uyğun olaraq, o, bacısı və 2 qardaşı pay əldə etmək hüququ qazanmışdır. Miras mülkün real hüququ statusu yuxarıda qeyd etdiyi kimi olmasına baxmayaraq, onun bacısı iddia qaldırdıqdan sonra o, məhkəmə ərəfəsində vəkildən hüquqi yardım ala bilmədiyi üçün və məhkəmədə də, vəkilsiz iştirak etdiyi üçün, xeyrinə olan dəlilləri və sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, hesab etmişdir ki, atasının vəfatından sonra həmin evdə miras payının əmələ gəlməsinə baxmayaraq və eyni zamanda 1994-97-ci illərdə evdə əsaslı dəyişiklər edərək, 1 mərtəbəli evdən 2 mərtəbəli evə çevirməyinə baxmayaraq, sonrakı illərdə isə əsaslı təmir yolu ilə evi bütövlükdə yeniləməyinə baxmayaraq, 2012-ci ildə öz təşəbbüsü və vəsaiti ilə evinə anasının adına Çıxarış aldığı üçün, 2024-cü ildə anasının ölməsi ilə bütöv əmlaka miras açılmasını qəbul etməlidir. Bu əsaslardan çıxış olaraq hesab etmişdir ki, 2024-cü ildə miras açılmış bütöv mülkdə onun vəsiyyətnamə üzrə ½ hissədə payı nəzərə alınmaqla, onlar 4 vərəsənin anasının ½ hissə mirasında pay hüququ müəyyən edilməlidir. Bu hesabla mülkün 5/8 hissəsi ona, digər 3 / 8 hissəsi isə iddiaçı bacısına və 2 qardaşına çatmalıdır. Qardaşları Teymur və Ceyhun isə paylarını ona verdiklərinə görə mülkdə 7/8 hissədə onun payı, 1/8 hissədə iddiaçı bacısı Məsumənin payı müəyyən edilməlidir. Çünki Teymur və Ceyhun adlı qardaşları Notariusda ərizə verərkən miras paylardan onun xeyrinə imtina etdiklərinə dair iradələrini ifadə etsələr də, yuxarıda qeyd etdiyi səbəbdən, bu fikrin onların ərizələrinə salınmasına ehtiyac olmamışdır. Məhkəmədə iştirak edən Teymur adlı qardaşı bunu izahatında qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə onların həmin ərizələrini işin həmin faktiki baxımından qiymətləndirməyərək, pay bölgüsündə bunu nəzərə almamışdır. Nəticədə iddiaçı əsassız və haqqsız olaraq ¼ hissədə pay əldə etmişdir. Hesab etmişdir ki, məhkəmənin ona münasibətdə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Çünki əvvəlki bəndlərdə də, qeyd etdiyi kimi digər 2 qardaşı evi anasının ona bağışlanması vaxtı razılıq vermələrinə dair əvvəlki ərizələrində və mübahisə olmadığı üçün notariusda paylarından (onun xeyrinə) imtina barədə sonrakı ərizələrində niyyətləri və iradələri paylarını ona verməyə yönəlmişdir. Məhkəmə isə bunu düzgün qiymətləndirməmiş, gəldiyi nəticədə formal olaraq qeyd etmişdir ki, qardaşlarının sonrakı ərizələrində paylarından onun xeyrinə imtina etdikləri yazılmamışdır.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri, T. Hacıyev küçəsi * nömrəli ünvanda yerləşən yaşayış evi cavabdehin ata-ana evi olmuş və birgə mülkiyyətdə idi. Atası Əliyev Mobil Süleyman oğlu ##.##.1993-cü ildə vəfat etmişdir. Həmin vaxtı ata-anasını birgə mülkiyyətində olan həmin evə miras açılmışdır. Atasının vəfatından sonra həmin evdə anası Rəfiqə və o, ailəsi birlikdə yaşamaqla, atasının ¼ hissədə mirasını qəbul etmişdir. Belə ki, atasının vəfatından əvvəl digər bacı-qardaşları ailə qurub həmin evdən köçmüşlər. İddiaçı 1980-ci illərin ortalarında ailəsi ilə birlikdə Rusiyaya köçüb orada yaşamaqla, həmin vaxtdan Rusiya vətəndaşıdır. 1994-1997-ci illərdə evi Cəlal təmir etdirmiş, iki mərtəbəli ev etmişdir. Məsumə anasının adına evin rəsmiləşdirilməsinə razı olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, anası 2007-ci ildə ona vəsiyyətnamə vermişdir. cavabdeh1 bacı-qardaşları razılıq vermişlər. İddiaçı notarial ərizə vermişdir. Qardaşlardan biri Rusiya Federasiyasında uzaqda yaşadığına görə ərizə verə bilməmişdir. cavabdeh3 mirasdan imtina etdiyini məhkəmə iclasında bildirmişdir. Miras işi 2024-cü ildə açılmışdır. Gəncə Şəhər Məhkəməsi qətnaməsindən narazı qaldığımız hissə odur ki, İddiaçı payı ¼ olaraq müəyyən edilmişdir. Amma İddiaçı payı 1/8 hissə olmalı idi. Mirasdan 2 nəfər imtina etmişdir. 2 qardaş öz mövqeylərini bildirmişdirlər. Onlar cavabdeh1 nəzərən mirasdan imtina etmişdirlər. Qətnamədə İddiaçı payı ¼ hissə müəyyən edilmişdir. cavabdeh1 mirasdan payı 7/8 hissə olmalı idi.
19. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
21. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
22. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
23. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qismən mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilməlidir.
39. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X4 adına ## #### 2012-ci il tarixdə Gəncə şəhəri, T.Hacıyev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evi mülk kimi qeydə alınmışdır. X4 ## ###### 2024-cü ildə ölmüşdür. Onun vəfatından sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum X4 qanun üzrə birinci növbəli vərəsəsi olan dörd uşağı vardır. X7 2010cu ildə vəfat etmişdir. Mərhum X4 qanun üzrə birinci növbəli vərəsəsi olan uşaqları cavabdeh3 və cavabdeh2 anaları X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payından və məcburi paylarını qəbul etmədiklərini, imtina etdiklərini bildirmişlər. Ərizələrdə hansı vərəsənin xeyrinə imtina edildiyi göstərilməmişdir. Mirasqoyan X3 şəhəri,T.Hacıyev küçəsi ev 1 və Ş.İ.Xətai küçəsi, 14 A ünvanında yerləşən əmlakını ##.##.2007-ci il tarixdə cavabdeh1 vəsiyyət etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli hüquq normalarını müəyyən edərkən düzgün nəticəyə gəlsə də, həmin normaların tətbiqində səhvə yol vermiş, miras payların müəyyən edilməsində düzgün olmayan qənaətə gəlmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, 1993-cü ildə atanın vəfatı ilə əlaqədar evin ½ hissəsinə miras açılmış və həmin mirası orada yaşamaqla anası və cavabdeh cavabdeh1 qəbul etmişdir. 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən 1993-cü ildən sonra mülk ¾ hissədə anasına ¼ hissədə ona məxsus olmuşdur. 2024-cü ildə anası vəfat edərkən mülkün ¾ hissəsinə miras açılmış və həmin ¾ hissədə mirasa Konstitusiya Məhkəməsinin müvafiq Qərarına uyğun olaraq, o, bacısı və 2 qardaşı pay əldə etmək hüququ qazanmışdır. Bütöv mülkdə onun vəsiyyətnamə üzrə ½ hissədə payı nəzərə alınmaqla, onlar 4 vərəsənin anasının ½ hissə mirasında pay hüququ müəyyən edilməlidir. Bu hesabla mülkün 5/8 hissəsi cavabdeh cavabdeh1, digər 3 / 8 hissəsi isə iddiaçı bacısına və 2 qardaşına çatmalıdır. Qardaşları Teymur və Ceyhun isə paylarını ona verdiklərinə görə mülkdə 7/8 hissədə onun payı, 1/8 hissədə iddiaçı bacısı Məsumənin payı müəyyən edilməlidir.
42. Kollegiya hesab edir ki, digər 2 qardaş evi anasının cavabdeh cavabdeh1 bağışlanması vaxtı razılıq vermələrinə dair əvvəlki ərizələrində və mübahisə olmadığı üçün notariusda paylarından (cavabdeh cavabdeh1 xeyrinə) imtina barədə sonrakı ərizələrində niyyətləri və iradələri paylarını cavabdeh cavabdeh1 verməyə yönəlmişdir. Məhkəmə isə bunu düzgün qiymətləndirməmiş, gəldiyi nəticədə formal olaraq qeyd etmişdir ki, qardaşlarının sonrakı ərizələrində paylarından cavabdeh cavabdeh1 xeyrinə imtina etdikləri yazılmamışdır.
43. İşə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
44. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mərhum X4 miras qalmış Gəncə şəhəri, T.Hacıyev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində İddiaçı qızının, qalan 3/4 hissəsi üzərində cavabdeh1 vərəsə payları müəyyən olunması hissəsində dəyişdirilsin. Mərhum X4 miras qalmış Gəncə şəhəri, T.Hacıyev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi üzərində İddiaçı qızının, qalan 7/8 hissəsi üzərində cavabdeh1 vərəsə payları müəyyən olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.