Məhkəmə qərarları › İş №e-2(3-7)-621/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-621/2026

06.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Gәncә şәhәri İş № e-2(3-7)-621/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X1 (sәdrlik edәn vә mәruzәçi), Qәhrәmanov Əkrәm Sabir oğlu vә Muradov Rәhman Şaban oğlundan ibarәt tәrkibdә, Tovuz Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından cavabdeh Cavabdeh nümayәndәsi, vәkil Vәkil oğlu tәrәfindәn verilmiş şikayәtә Gәncә Apellyasiya Mәhkәmәsinin binasında, yazılı icraat qaydasında baxaraq, mәhkәmә kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı xxxx QSC cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kәnarlaşdırılması tәlәbinә dair” iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Bakı-Böyük Kәsik dәmir yolu xәttinin 436 km pk 3-dә mühafizә zolağında, Tovuz stansiyasının sәrhәdi daxilindә inşa edilmәkdә olan qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülәrәk dәmir yolunun mühafizә zonasından kәnarlaşdırılması vә 100 (yüz) manat mәblәğindә ödәnilmiş dövlәt rüsumu cavabdeh Cavabdeh tutularaq “xxxx” QSC-nin hesabına ödәnilmәsinә dair qәtnamә qıbul edilmәsini xahiş etmişdir. Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadı ilә iş üzrә rәy verilmәsi üçün Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsin ** saylı Tovuz Ərazi Idarәsinin mütәxәssisi işә cәlb edillmiş vә iş üzrә icraat rәy alınanadәk dayandırılması qәrara alınmışdır. Qәrardadın iş üzrә icraatın dayandırılması hissәsindәn cavabdehin nümayәndәsi şikayәt verәrәk qәrardadın lәğv olunmasını xahiş etmişdir. Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәyәrәk baxılması üçün işlә birlikdә Gәncә Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Hazırkı şikayәtә Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrә tәrәflәrә işә yazılı icraat qaydasında baxılması barәdә bildiriş göndәrilәrәk, şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmişdir. Mәhkәmә kollegiyası iş materiallarını vә şikayәtin dәlillәrini araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Tovuz Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qәrardadı lәğv edilmәli vә işә baxılması davam etdirilmәsi üçün mülki iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadından görünür ki, mәhkәmә iş üzrә rәy verilmәsi üçün Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsin ** saylı Tovuz Ərazi Idarәsinin mütәxәssisi işә cәlb etmiş vә iş üzrә icraat rәy alınanadәk dayandırmışdır. Birinci instansiya mәhkәmәsi iş üzrә icraaatı dayandırarkәn MPM-nin 255.0.5-ci maddәsinә istinad etmişdir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 255.0.5-ci maddәsinә әsasәn, mәhkәmә tәrәfindәn ekspertiza tәyin olunduqda mәhkәmә işdә iştirak edәn şәxslәrin әrizәsi üzrә vә ya öz tәşәbbüsü ilә iş üzrә icraatı dayandıra bilәr. Göründüyü kimi, birinci instansiya mәhkәmәsi iş üzrә ekspertiza tәyin etmәdiyi halda hәmin әsasla iş üzrә icraatı dayandırmışdır. Qeyd edilәnlәri nәzәrә alan mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Tovuz Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı iş üzrә icraatın dayandırılması hissәsindә lәğv edilmәli vә iş mahiyyәti üzrә baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398.0.2. maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib, işi birinci instansiya mәhkәmәsinә göndәrә bilәr. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә kollegiyası qeyd edir ki, apellyasiya instansiya mәhkәmәsinin qәrardadlarından kassasiya şikayәti verilә bilәn qәrardadların dairәsi mülki prosessual qanunvericilikdә müәyyәnlәşdirilmişdir (maddә 402.2.). Hazırki iş üzrә çıxarılan qәrardaddan kassasiya şikayәtinin verilmәsi hәmin maddәdә nәzәrdә tutulmamışdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 254, 263, 264, 398, 399 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh nümayәndәsi, vәkil Vәkil oğlu tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Tovuz Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı iş üzrә icraatın dayandırılması hissәsindә lәğv edilsin. Iddiaçı xxxx QSC cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kәnarlaşdırılması tәlәbinә dair” tәlәbinә dair iş mahiyyәti üzrә baxılması üçün Tovuz Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar