Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-658/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli ALY-**** nömrəli X3ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən-İddiaçı MMC lizin alan-Cavabdeh sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan tərəfdən bu müavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Həmin müqavilənin 2.4cü bəndinə görə bu müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz.
2. ##.##.2024-cü il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns ****** saylı. ##.##.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ALY-**** saylı "X3” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, **PX*** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS*A*ASE*MD******, mühərrik № L*CT******, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir.
3. Etibarnamələrdən görünür ki, İddiaçı MMC ##.##.2024-cü il tarixdən başlayaraq Cavabdeh Changan Alsvin markalı, **PX*** qeydiyyat nişanlı maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün etibarnamələr vermişdir. Sonuncu etibarnamə isə 21. ##.##.2025-ci il tarixdə verilmişdir.
4. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı MMCnə ##.##.2024-cü ildə 540 manat, ##.##.2024-cü ildə 550 manat, ##.##.2024-cü ildə 550 manat, ##.##.2024-cü ildə 550 manat, ##.##.2024-cü ildə 550 manat, ##.##.2025-ci ildə 550 manat, ##.##.2025-ci ildə 535 manat, ##.##.2025-ci ildə 540 manat, ##.##.2025-ci ildə 540 manat, ##.##.2025-ci ildə 550 manat, ##.##.2025-ci ildə 530 manat, ##.##.2025- ci ildə 540 manat ödəniş etmişdir.
5. İddiaçı MMC-nin ## ###### 2025-ci il tarixli, **** nömrəli Arayışından görünür ki, borclu Cavabdeh ## #### 2024-cü il tarixli, ALY-**** saylı X3 üzrə ##.##.2025-ci il tarixə gecikdirilmiş 1940,50 manat əsas borc, 106,77 manat mukafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 1161,13 manat dəbbə pulu olmaqla, cəmi 3208 manat 40 qəpik borcu vardır.
6. ##.##.2025-ci il tarixli *** nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh yaranmış borcu dərhal ödəməsi və lizinq obyektinə istifadə hüququ verən sənədin alınması tələb edilmiş, əks təqdirdə X3nin 9-cu bəndinə əsasən müqavilənin 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış ## #### 2024-cü il tarixli ALY-**** saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, cavabdeh Cavabdeh ## #### 2024-ci il tarixli ALY-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ###### 2025-ci il tarixə 1940.50 manat gecikdirilmiş əsas, 106.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1161.13 manat dəbbə pulu olmaqla, cəmi 3208.40 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı İddiaçı MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2024-ci il tarixli ALY-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10190 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №*) əsasən Cavabdeh illik 15% hesablanmaqla 22 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 532.66 manat, ümumilikdə isə 11718 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ###### 2025-ci il tarixə 1940.50 manat gecikdirilmiş əsas, 106.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1161.13 manat dəbbə pulu olmaqla, cəmi 3208.40 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
9. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2024-cü il tarixli, ALY-**** nömrəli X3nin ləğv edilməsi, cavabdeh Cavabdeh 1940,50 (bir min doqquz yüz qırx manat 50 qəpik) manat məbləğində əsas borc, 106,77 (bir yüz altı manat 77 qəpik) manat məbləğində gecikdirilmiş mükafat, 100 (bir yüz) manat məbləğində cərimə və 41,47 (qırx bir manat 47 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2188,74 (iki min bir yüz səksən səkkiz manat 74 qəpik) manat məbləğində vəsaitin alınaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh ##.##.2024cü il tarixli ALY-**** nömrəli X3nə əsasən İddiaçı MMC-dən 10190 manat dəyərində Changan Alsvin markalı, **PX*** qeydiyyat nişanlı avtomobil almış, 22 ay hər ay ödəniş cədvəli üzrə 532,66 manat, sonuncu ay isə 532,54 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyin çox hissəsini icra etmiş, ##.##.2025-ci il tarixə iddiaçıya 1940,50 manat əsas və 106,77 manat gecikdirilmiş mükafat borcu qalmışdır. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində lizinq müqaviləsinin ləğv edilməsini, cavabdehdən lizinq obyekti olan avtomobilin alınaraq qaytarılmasını, eyni zamanda isə ödəniş üzrə qalan borcu tələb etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 1940,50 manat məbləğində əsas borcu və 106,77 manat gecikdirilmiş mükafat borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh Cavabdeh da məhkəmə iclasında verdiyi izahatında iddiaçıya qeyd olunan məbləğdə borcunun olduğunu etiraf etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Cavabdeh iddiaçıdan 10190 manata razılaşaraq Changan Alsvin markalı, **PX*** qeydiyyat nişanlı avtomobili lizinqə götürmüş, 22 ay hər ay ödəniş cədvəli üzrə 532,66 manat, sonuncu ay isə 532,54 manat ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 1940,50 manat əsas və 106,77 manat gecikdirilmiş mükafatı iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2024cü il tarixli ALY-**** saylı X3 ləğv edilməli, cavabdehdən 1940,50 manat əsas borc, 106,77 manat gecikdirilmiş mükafat alınaraq iddiaçıya verilməlidir. İddiaçının lizinq obyekti olan 2021ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh 10190 manata lizinqə götürdüyü avtomobilin lizinq ödənişinin çox hissəsini ödəmiş, əsas məbləğdən cəmi 1940,50 manat olmaqla az miqdarda borcu qalmışdır. Qalan az məbləğdə lizinq ödənişi borcuna görə həm qalan məbləğin tələb edilərək alınması, eyni zamanda lizinq obyektinin cavabdehdən geri alınması ədalətsizlik olardı. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi lizinq predmetinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair hissədə təmin edilməməlidir.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747.2, 747.3, 747-1.1, 747-1.2, 747-1.3, 747-1.4, 747-2, 748-1.1, 748-1.2, 748-1.3, 748-1.4, 748-1.5, 748-1.6, 748-1.7, 748-1.8, 748-1.9, 748-1.10, 748-1.11, 748-1.12, 748-1.12.1, 748- 1.12.2, 748-1.12.3, 748-1.12.4, 748-1.13, 748-2.1, 748-2.2, 748-2.5, 324.1, 324.2, 324.4, 329.2, 329.3, 385, 425.1, 427.1, 427.2, 427.3, 427.4, 442, 445.2.1, 462.1, 463.2, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixlie-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.12-ci və 748-1.8-ci, 748-1.9-cu maddələrin tələblərini və “Daxili lizinq” müqaviləsinin 2.1 ,2.4, 4.4.3, 9.1.4, 9.2, 10.1, 10.5-ci bəndlərini nəzərə almamışdır. Hesab edirlər ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən “Lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Həmin Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. “Daxili Lizinq” müqavilənin 2.1, 2.4, 4.4.3, 9.1.4, 9.2, 10.1, 10.5-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi AR Mülki Məcəllənin 748-1.12-ci, 748-1.8-ci, 748-1.9-cu maddələrini və “Daxili Lizinq” müqaviləsinin 2.1 ,2.4, 4.4.3, 9.1.4, 9.2, 10.1, 10.5-ci bəndlərinin tələbini nəzərə almayaraq qətnamə qəbul etmişdir. Bununla da, Bərdə Rayon Məhkəməsi lizinq obyektinin mülkiyyətçiyə geri qaytarılmasını təmin etməməklə yanlış nəticəyə gəlmişdir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2021ci ildə lizinq müqaviləsinə əsasən avtomobil almışdır. Avtomobili olan təhvil verən zaman avtomobilin sığortasının olmasını ona bildirmişlər. Bir müddət sonra avtomobilin sürət qutusu sıradan çıxmışdır. O, öz hesabına sürət qutusunu təmir etdirmişdir. Lakin, təmir edildikdən sonra avtomobil yenidən xarab olmuş və bu zaman lizinq təşkilatı müraciət etmişdir. Lakin, lizinq təşkilatı ona avtomobilin təmir etdirməsini və ona bununla bağlı kömək edəcəklərini bildirmişlər. Lakin, avtomobilin təmiri ilə bağlı ona heç bir köməklik edilməmiş, hətta o faiz borcunun hesablanmamasını xahiş etsə də, iddiaçı kredit təşkilatı bundan imtina etmişdir. Daha sonar o qalan 2200 manat borcunu ödəmək üçün kredit təşkilatına müraciət etdikdə ona 7500 manat ödəyəcəyini bildirmişlər.
16. Məhkəmə iclasında iddiaçı tərəf nümayəndəsinin iştirakını təmin etməməmişdir və “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
18. Maddə 747.1. Lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
19. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
20. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
21. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasının təmin edilməməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbin təmin edilməlidir.
38. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2024-ci il tarixli “Daxili lizinq” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10190 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinə görə Cavabdeh illik 15% hesablanmaqla 22 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 532.66 manat, ümumilikdə isə 11718 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini vaxtında icra etməmiş və nəticədə onun 1940.50 manat gecikdirilmiş əsas, 106.77 manatgecikdirilmiş mükafat və həmin günə hesablanmış 1161.13 manat dəbbə pulu olmaqla, cəmi 3208.40 manat borcu yaranmışdır. İddiaçı MMC isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
39. Birinci instansiya məhkəməsi iddianı “lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasının təmin edilməməsi” hissəsində rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli ALY- **** nömrəli X3nə əsasən İddiaçı MMC-dən 10190 manat dəyərində Changan Alsvin markalı, **PX*** qeydiyyat nişanlı avtomobil almış, 22 ay hər ay ödəniş cədvəli üzrə 532,66 manat, sonuncu ay isə 532,54 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyin çox hissəsini icra etmiş, ##.##.2025-ci il tarixə iddiaçıya 1940,50 manat əsas və 106,77 manat gecikdirilmiş mükafat borcu qalmışdır. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində lizinq müqaviləsinin ləğv edilməsini, cavabdehdən lizinq obyekti olan avtomobilin alınaraq qaytarılmasını, eyni zamanda isə ödəniş üzrə qalan borcu tələb etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 1940,50 manat məbləğində əsas borcu və 106,77 manat gecikdirilmiş mükafat borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh Cavabdeh da məhkəmə iclasında verdiyi izahatında iddiaçıya qeyd olunan məbləğdə borcunun olduğunu etiraf etmişdir. İddiaçının lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh 10190 manata lizinqə götürdüyü avtomobilin lizinq ödənişinin çox hissəsini ödəmiş, əsas məbləğdən cəmi 1940,50 manat olmaqla az miqdarda borcu qalmışdır. Qalan az məbləğdə lizinq ödənişi borcuna görə həm qalan məbləğin tələb edilərək alınması, eyni zamanda lizinq obyektinin cavabdehdən geri alınması ədalətsizlik olardı. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi lizinq predmetinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair hissədə təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il ## #### tarixli Qərardadı)
41. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarından göründüyü kimi tərəflər arasında lizinq müqaviləsi bağlanmış və onlar müqavilə üzrə öz hüquq və öhdəliklərini müəyyən etmişlər. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli ALY-**** nömrəli X3nin 2.1-ci bəndinə görə bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə ilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan tərəfdən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Həmin müqavilənin 2.4-cü bəndinə görə bu müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. İş materialları və cavabdeh tərəfin izahatı ilə müəyyən olunur ki, lizinq alan Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir və lizinq alanın lizinq obyektinin onun sahiblik və istifadəsinə qaytarılması, sahiblik və istifadə hüquqlarına birtərəfli qaydada xitam verilməsi ilə bağlı lizinq verənin müqaviləyə əsaslanan subyektiv hüququ yaranmışdır.
42. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
43. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəbbə pulu hissəsində tələbin tam təmin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. İşin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi haqlı olaraq cərimənin məbləğini azaltmış, 100 manat məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
47. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə “lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasının təmin edilməməsi” hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Buna görə də, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasının təmin edilməməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbin təmin edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi qismən, yəni “lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasının təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edisin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil cavabdeh Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirdilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.