Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-686/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi Kazımov İlqar Rizvan oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli alğı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən X3 Aparat Total nisyə almış və həmin əşyaya görə 18 ay müddətinə hər ay 21.12 manat olmaqla 402.96 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. ##.##.2026-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın ##.##.2024-cü il tarixli müqavilə üzrə X3 Aparat Total üçün ümumilikdə 393.76 manat borcu yaranmışdır.
3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı ##.##.2024-cü-ci-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasını gecikdirdiyi üçün müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
4. “Total” Texniki Xidmət Mərkəzinin ##.##.2026-cı il tarixli Aktdan görünür ki, ##.##.2024-cü il tarixdə setvisə qəbul edilmiş moyka cihazın qüsuru işləyən zaman suyun teztez dayanmasıdır. Təmir xərci 90 azn təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən X3 Aparat Total üçün 357.96 manat ödənilməmiş hissə, 35.80 manat cərimə borcu, olmaqla ümumilikdə 393.76 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən X3 Aparat Total almış, ödənişləri lazımınca etməmiş, nəticədə cəmi, 393.76 manat borcu yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Gədəbəy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026--cı il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 393.76 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, “xxxx” MMC-ə verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh ilə bağlanılmış ##.##.2024-cü il tarixli nisyə alğısatqı müqaviləsinə əsasən X3 Aparat Totaıl cavabdehə satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, müqavilə öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməmişdir. Nəticədə nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya cəmi, 393.76 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehdən, cəmi, 393.76 manat və 30 manat məhkəmə xərclərinin əvəzinin alınaraq, “xxxx” MMC-ə verilməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 427, 442, 449, 462.1, 600.1, 601.1, 600.4, 600.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək, Gədəbəy rayon Məhkəməsinin 2(5-120)-33/2026, ## ###### 2026-cı il tarixli saylı qətnaməsinin tam ləğv olunmasını, iddiaçının iddiasının təmin edilməsi hissəsində 393.76 manat borcun silinməsi barədə yeni qətnamə çxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ##.##.2024-cü il tarixdə bir həftədən sonra xxxx “Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə şəhər Heydər Əliyev prospekti *** №-li ünvanında yerləşən “Kontakt Home” mağazasına gedib, bildirmişdir ki, onlar cavabdehi aldadıb X3 aparatı “Total məhsulu” vermişdilər və məhsulun təzyiqi zəifdir. Cihaz işləyən zaman su tez-tez dayanır. Bu səbəbdən də aldığı X3 aparatı Total cihazını geri qaytarıb özlərinə təhvil vermişdir. İndi isə X3 aparatı Total məhsulu qüsurlu olduğundan və işləmədiyi üçün özlərinə təhvil verdiyi halda iddiaçı “xxxx” MMC cavabdehə qarşı məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləyə əsasaən X3 aparatı Total üçün 393.96 ödənilməmiş hissə, 35.80 manat cərimə borcu olmaqla ümumillikdə 393.76 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb xxxx “Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq cihazı təhvil verdiyi günə qədər 3-4 dəqiqə işlətdiyini bildirmişdir. Həmin dövrdə Rusiyada olduğu üçün cihazı ger qaytara bilmədiyini qeyd etmişdir. Cihazı təxmini 1 ay sonra qaytarmışdır. Sədrlik edənin sualına cavab olaraq cihazın zəmanət talonu olduğunu bildirmişdir.
14. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Kazımov İlqar Rizvan oğlu izahatında ##.##.2024-cü il tarixdə cihazı təhvil aldığını bildirmişdir. Məhsulun zəmanət talonunun olmadığını qeyd etmişdir. Əgər cavabdeh 90 manat ödəniş edərsə, məhsulu cavabdehə geri qaytaracaqlarını bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
17. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğısatqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
18. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
19. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
26. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh ilə bağlanılmış ##.##.2024-cü il tarixli nisyə alğısatqı müqaviləsinə əsasən X3 Aparat Total cavabdehə satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, müqavilə öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməmişdir. Nəticədə nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya cəmi, 393.76 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehdən, cəmi, 393.76 manat və 30 manat məhkəmə xərclərinin əvəzinin alınaraq, “xxxx” MMC-ə verilməlidir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş Texniki Xidmət Mərkəzinin ##.##.2026-cı il tarixli aktından görünür ki, X3 aparatın qüsuru kimi cihazın işləyən zaman suyun tez-tez dayanması göstərilmiş və salnikin dəyişdirilməli olması qeyd edilmişdir. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Hazırki iş materialları ilə iddiaçı təşkilatın alqı-satqı müqaviləsinə uyğun olmayan əşya verməsi iş materialları ilə sübut olunmur. Belə ki işin halları ilə müəyyən edilir ki, ##.##.2024-cü il tarixdə satın almış, həmin tarixli təəhvil-təslim aktında malı tam qüsursuz vəziyyətdə təhvil aldığını qeyd etmiş və bir aya yaxın müddət ərzində istifadə etdikdən sonra cihazda yaranmış qüsur səbəbindən cihazı geri qaytarmışdır.
34. Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ya alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək ixtiyarı vardır. Lakin, hazırki iş üzrə alqı-satqının predmeti olan X3 aparatın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmir. Həmçinin satılmış cihazda olan qüsurun satıcının ucbatından baş verməsi təsdiqini tapmamışdır.
35. Nəzərə alınmalıdır ki, cavabdeh cavabdehin iddiaçı “xxxx” MMC-dən almış olduğu X3 aparatın dəyərini iddiaçıya ödəmək vəzifəsi daşıyır. Çünki alıcının öz vəsaiti hesabına əşyada olan qüsuru aradan qaldırması onun həmin əşyanın dəyərini satıcıya ödəmək vəfizəsindən azad etmir. Digər tərəfdən iş materialları ilə alqı-satqı predmeti olan X3 aparatın zəmanət talonun olması müəyyən edilmir.
36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul oldunduğu andan qanuni qüvvəyə minir.