Məhkəmə qərarları › İş №e-2(3-7)-731/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-731/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-731/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı «İRŞAD Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X2 qızının katibliyi ilə, İddiaçı «İRŞAD Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İRŞAD Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. «İRŞAD Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsindən və həmin müqaviləyə * nömrəli Əlavədən görünür ki, «İRŞAD Electronics» MMC tərəfindən 1059.90 manat dəyərində əşya aylıq ödənişi 59 manat, müddəti 18 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmişdir.

2. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsi üzrə «İRŞAD Electronics» MMC tərəfindən 1059.90 manat dəyərində əşya aylıq ödənişi 39 manat, müddəti 18 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmiş, cavabdehin 410.60 manat əsas, 61.5 manat cərimə borcu vardır.

3. «İRŞAD Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsindən və həmin müqaviləyə * nömrəli Əlavədən görünür ki, «İRŞAD Electronics» MMC tərəfindən 249.40 manat dəyərində əşya , müqavilənin aylıq ödənişi 21 manat, müddəti 12 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmişdir.

4. ##.##.2025-ci il tarixli maliyyə Arayışından görünür ki, ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsi üzrə «İRŞAD Electronics» MMC tərəfindən 249.40 manat, müqavilənin aylıq ödənişi 21 manat, müddəti 12 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmiş, cavabdehin 18.40 manat əsas, 2.7 manat cərimə borcu vardır.

5. «İRŞAD Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsindən və həmin müqaviləyə * nömrəli Əlavədən görünür ki, «İRŞAD Electronics» MMC tərəfindən 759.90 manat dəyərində, müqavilənin aylıq ödənişi 43 manat, müddəti 18 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmişdir.

6. ##.##.2025-ci il tarixli maliyyə Arayışından görünür ki, ##.##.2023-cü il tarixli ********* saylı (Nisyə) Alqı-Satqı Müqaviləsi üzrə «İRŞAD Electronics» MMC tərəfindən 759.90 manat dəyərində əşya , müqavilənin aylıq ödənişi 43 manat, müddəti 18 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmiş, cavabdehin 286.70 manat əsas, 43 manat cərimə borcu vardır.

7. «İRŞAD Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsindən və həmin müqaviləyə * nömrəli Əlavədən görünür ki, «İRŞAD Electronics» MMC tərəfindən 969.90 manat dəyərində, müqavilənin aylıq ödənişi 54 manat, müddəti 18 ay olmaqla, ödənilməsi şərti ilə Cavabdeh verilmişdir.

8. ##.##.2025-ci il tarixli maliyyə Arayışından görünür ki, ##.##.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqaviləsi üzrə «İRŞAD Electronics» MMC tərəfindən 969.90 manat dəyərində əşya , müqavilənin aylıq ödənişi 54 manat, müddəti 18 ay müddətinə ödənilməsi şərti ilə Cavabdeh verilmiş, cavabdehin 375.90 manat əsas, 56.30 manat cərimə borcu vardır.

9. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «İRŞAD Electronics» MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32.55 manat dövlət rüsumu ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı «İRŞAD Electronics» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixinə yaranmış ##.##.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə 410.6 manat əsas 61.5 manat cərimə , cəmi 472.1 manat borc, ##.##.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqımüqaviləsi üzrə 18.4 manat əsas 2.7 manat cərimə cəmi 21.1 manat borc, ##.##.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 286.7 manat əsas, 43 manat cərimə, cəmi 329.7 manat borc, ##.##.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 375.90 manat əsas, 56.3 manat cərimə, cəmi 432.2 manat borcun və 32.55 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq «İRŞAD ELECTRONİCS» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «İRŞAD-ELECTRONİCS» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Müqavilənin nömrəsi və tarixi: ##.##.2023-cü il tarixli № ********* saylı Müddətli Müqavilə məbləği: 1059.90 manat, müqavilənin aylıq ödənişi 59 manat, müddəti 18 ay: Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul üçün son ödəniş məbləği və tarixi: 59 manat, ##.##.2025-ci il, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində «İRŞAD-ELECTRONİCS» MMC qarşısında yaranmış borc öhdəliyi mövcuddur: Ödənilməmiş əsas borc məbləği: 410.60 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 61.5 manat təşkil edir. Müqavilənin nömrəsi və tarixi: ##.##.2023-cü il tarixli № ********* saylı Müddətli Müqavilə məbləği: 249.40 manat, müqavilənin aylıq ödənişi 21 manat, müddəti 12 ay: Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul üçün son ödəniş məbləği və tarixi: 21 manat, ##.##.2025-ci il, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində «İRŞAD-ELECTRONİCS» MMC qarşısında yaranmış borc öhdəliyi mövcuddur: Ödənilməmiş əsas borc məbləği: 18.4 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 2.7 manat təşkil edir. Müqavilənin nömrəsi və tarixi: ##.##.2023-ci il tarixli № ********* saylı Müddətli Müqavilə məbləği: 759.90 manat, müqavilənin aylıq ödənişi 43 manat, müddəti 18 ay: Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul üçün son ödəniş məbləği və tarixi: 43 manat, ##.##.2025-ci il, Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsinin şərtlərini pozması nəticəsində «İRŞAD-ELECTRONİCS» MMC qarşısında yaranmış borc öhdəliyi mövcuddur: Ödənilməmiş əsas borc məbləği: 286.70 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 43 manat təşkil edir. Müqavilənin nömrəsi və tarixi: ##.##.2023-ci il tarixli № ********* saylı Müddətli Müqavilə məbləği: 969.90 manat, müqavilənin aylıq ödənişi 54 manat, müddəti 18 ay: müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul üçün son ödəniş məbləği və tarixi: 54 manat, ##.##.2025-ci il, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində «İRŞAD- ELECTRONİCS» MMC qarşısında yaranmış borc öhdəliyi mövcuddur: Ödənilməmiş əsas borc məbləği: 375.90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 56.30 manat təşkil edir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

3. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli,e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.Y.Abdullayev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 410.60 manat əsas, 6 manat cərimə borcu olmaqla, ümumilikdə 416.60 (dörd yüz on altı manat 60 qəpik) manat tutularaq iddiaçı «İRŞAD Electronics» MMC-nin xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 18.4 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 19.40 (on doqquz manat 40 qəpik) manat tutularaq iddiaçı «İRŞAD Electronics» MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 286.7 manat əsas, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 291.7 manat (iki yüz doxsan bir manat 70 qəpik) manat tutularaq iddiaçı «İRŞAD Electronics» MMC-nin xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 375.90 manat əsas, 26 manat cərimə borcu olmaqla, ümumilikdə 401.90 (dörd yüz bir manat 90 qəpik) manat tutularaq iddiaçı «İRŞAD Electronics» MMC-nin xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh iş üzrə ödənilmiş 32.55 manat dövlət rüsumu tutularaq iddiaçı «İRŞAD Electronics» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, «İRŞAD Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli № ********* saylı, ##.##.2023-cü il tarixli № ********* saylı, ##.##.2023-ci il tarixli № ********* saylı, ##.##.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) Alqı-Satqı Müqavilələri bağlanmış, lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, dörd müqavilə üzrə borcu yaranmışdır. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır .

5. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur.

6. Məhkəmə iddiaçı «İrşad Electronics» MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq ##.##.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 6 manat, ##.##.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 1 manat, ##.##.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 5 manat, ##.##.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 26 manat, manat məbləğində pulun tutulması ədalətlidir.

7. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdirki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2023cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 410.60 manat əsas, 6 manat cərimə borcu olmaqla, ümumilikdə 416.60 manat, ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 18.4 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 19.40 manat, ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 286.7 manat əsas, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 291.7 manat, ##.##.2023-cü il tarixli ********* saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 375.90 manat əsas, 26 manat cərimə borcu olmaqla, ümumilikdə 401.90 manat cavabdeh Cavabdeh iddiaçı «İrşad Electronics» MMC-nin xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2, 600.1, 600.4, 600.5-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 23-1, 119.1, 284-5, 2251- 5.4 -cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli,e-*(***)-****/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçı “İrşad Electronics” MMC-nin cavabdeh Cavabdeh qarşı “borc ödənilmsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü hesab edilərək bərpa edilməsi, iddiaçı cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yuxarı instansiya məhkəməsində baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, satılmış məhsul nasaz və yararsız vəziyyətdə olduğundan qanunvericiliyin tələbi pozulub. Məhsulu mağazaya qaytarmış və müqavilə faktiki olaraq ləğv edilib. Lakin mağaza bu barədə heç bir rəsmi tədbir görməyib və geri qaytarma aktı tərtib etməyib. məhsulu mağazaya qaytarmışam və müqavilə faktiki olaraq ləğv edilib. Lakin mağaza bu barədə heç bir rəsmi tədbir görməyib və geri qaytarma aktı tərtib etməyib. Məhsulun geri qaytarılması zamanı mağaza əməkdaşları təmir və ya dəyişdirilmə vədi vermiş, təxminən 10-15 gün ərzində məsələ həll olunacağı bildirilib. Lakin həmin tarixdən bu günədək nə məhsul geri qaytarılıb, nə də dəyəri ödənilib. Mağazadan dəfələrlə məlumat almağa çalışsa da, müxtəlif bəhanələrlə vaxt uzadılıb. Eyni zamanda, 2024cü ilin əvvəllərindən etibarən səhhətində yaranan ciddi problemlər səbəbindən uzun müddət müalicə almış, bu dövrdə gəlir mənbəyi olmadığı üçün ödənişləri vaxtında edə bilməmişdir. Bu barədə mağaza rəhbərliyinə və onların borc şöbəsinə məlumat verərək, müvəqqəti ödəniş möhləti istəmiş, lakin bu müraciətlərinə baxılmayıb, əksinə, “İrşad” tərəfindən əsassız və qeyriobyektiv borc tələbləri irəli sürülüb. Mağazanın təqdim etdiyi “borc siyahısında” göstərilən əsas borclar və cərimələr faktiki olaraq etibarsızdır, çünki məhsulu qaytardıqdan sonra tələb olunan ödənişin predmeti qalmayıb, müqavilə üzrə öhdəlik malın geri qaytarılması ilə bitmiş hesab edilməlidir, cərimələr yalnız etibarlı borc münasibəti mövcud olduqda tətbiq oluna bilər, halbuki bu münasibət məhsulun geri qaytarılması ilə faktiki olaraq bitib, mağazanın vəziyyəti ilə bağlı rəsmi xəbərdarlığa baxmayaraq, cərimə hesablaması insani və hüquqi prinsiplərə ziddir. Bundan əlavə, mən mağaza əməkdaşlarından dəfələrlə nasaz məhsulun aqibəti və geri qaytarılması barədə yazılı cavab istəmiş, lakin heç bir rəsmi cavab verilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «İRŞAD Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin məhsulun təhvil verilməsi ilə bağlı aktın olmamasını, məhsulun cavabdehdə olduğunu bildirdi.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

1. Azərbaycana Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə cavabdeh apellyasiya şikayətində qətnaməni tam hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.

18. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.

19. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin.

20. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır.

21. Göründüyü kimi, iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar