Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-769/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ## ##### 2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1290 manat borcu yaranmışdır.
3. “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanmış ## ###### 2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcu ödəmək tklif olunmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında ## ##### 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən şirkət tərəfindən 1890 manat dəyərində “Ocean” markalı su təmizləmə sistemi yoxlanılaraq Cavabdeh təhvil verilmişdir. Eləcədə tərəflər arasında müqaviləyə * saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Cavabdeh ilkin olaraq 100 manat ödəniş etmiş, qalan məbləği isə 24 ay müddətinə hər ayın 25-dən gec olmayaraq, 75 manat, sonuncu ay isə 65 manat olmaqla ödəniş etməyi öhtəsinə götürmüşdür.Buna baxmayaraq cavabdeh götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və ## ##### 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 1290 manatborcu yaranmışdır.
6. Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2(042)- ***/**** nömrəli qətnaməsi (hakim H.Qəniyev) ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 1290 (bir min iki yüz doxsan) manat borc və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 1323 (bir min üç yüz iyirmi üç) manat tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 465.1, 467, 598.1, 600.1, 600.4-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 284, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, 2023-cü ildə şirkət tərəfindən məhsul ona 1890 manata satmışdır. Sonradan apardığı araşdırmalar nəticəsində isə məhsulun real qiymətinin 1090 manat olmasını müəyyən etmişdir. Bundan əlavə şirkətə indiyədək 600 manat ödəniş etmişdir.
10. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir.
12. Yaranmış zərurətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Iddiaçı “xxxx” MMC apellyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh Cavabdeh hər hay 75 manat ödəməsi barədə öhdəlik götürsədə, lakin ödənişləri 50 manatda etmiş , ## #### 2023-cü il tarixdə isə 100 manat ödəmişdir. ## ### 2024-cü il tarixdən isə ödənişləri dayandırmışdır. Qrafik üzrə 1890 manat ödənməli olduğu halda cavabdeh cəmi 600 manat ödəniş etmişdir. Nümayəndə sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında ## ##### 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncu 100 manat ilkin ödəniş etməklə, qalan məbləği isə 24 ay müddətində hissə-hissə, yəni hər ay 75 manat, sonuncu ay isə 65 manat ödəmək şərti ilə ümumi dəyəri 1890 manat olan məişət avadanlığını şirkətdən əldə etmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə götürmüş olduğu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən ödənilməmiş 1290 manat borcu yaranmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
36. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan qətnamənin ləğv olunması üçün əsaslar yoxdur.
37. Belə ki, cavabdeh Cavabdeh apellyasiya şikayətində əslində alqı-satqı müqaviləsi üzrə ona satılan məhsulun 2023-cü ildə bazar qiymətinin 1090 manat olduğu halda, şirkət tərəfindən aldadaraq həmin məhsulun 1890 manata ona satıldığını bildirsədə, kollegiya şikayətin həmin dəlilini qətnamənin ləğvi üçün əsas saymır.
38. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1. maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
39. Həmin Məcəllənin 390.1. maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Qeyd olunan Məcəllənin 390.3. maddəsində isə göstərilmişdir ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
41. Göründyü kimi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məcburetmə yolu ilə əqd bağlanmasına yol verilmir.
42. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh tərəf müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün məhkəməyə müraciət olunmuşdur. Iddia qaldırılan müddətə, yəni ## ###### 2025-ci il tarixədək cavabdeh nisya satılmış məsulun dəyərini mübahisələndirməmişdir. Bu da onu deməyə əsas verir ki, ## ##### 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə şərtlər (xüsusəndə satılan məsulun qiyməti) tərəflərin iradəsinə uyğun müəyyən edilmişdir.
43. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab veribvermədiyinin yoxlanılması başa düşülür.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Işdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.