Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-1032/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən IMEI kod 860962065263360 X1 12, paket L xidməti üçün 606 manat ödənilməmiş hissə, 60,6 manat cərimə, cəmi ümumilikdə 666,6 manat borc və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh “xxxx” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən IMEI kod 860962065263360 X1 12, paket L xidməti almış və nəticədə 666,6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 606 manat (yəni 12 ay x 50,5 manat + 0 manat ilkin ödəniş) olan 666,6 manat olmaqla ondan 606 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60,6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə bağlanılmış ##.##.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.
3. Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən IMEI kod 860962065263360 X1 12, paket L xidməti üçün 606 manat ödənilməmiş hissə, 60,6 manat cərimə borcu, cəmi 666,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə verməsi, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə ******** saylı müqavilə ilə “xxxx” MMC-nin Inşaatçılar fililından “X1” modelli mobil telefonu kreditlə almışdır. Telefonun məbləği ilkin ödəniş daxil olmaqla 605,99 manat təşkil edəcəyini bildirmişlər. O, telefonu evə gətirdikdən sonra telefonu şarja qoymuş və telefonu sarjdan çıxarandan sonra özözünə əyilmişdir. Səhəri gün həmin mağazaya gedib telefonu təqdim etmişdir. Ona bildirmişlər ki, telefonu aparıb servisə versin, o da telefonu aparıb servisə vermişdir. Bir necə gündən sonra ona zəng etdilər və gedərkən ona rəyi təqdim etdilər ki, telefona mexaniki təsir olubdur. Lakin onun tərəfindən telefona heç bir təsir olmamış və o rəylə razı olmadığını bildirmiş, telefonu qəbul etməmişdir. Bundan sonra servis tərəfindən telefon mağazaya qaytarılmışdır. Halhazırda telefon mağazada olmasına baxmayaraq ondan kredit pulunun ödənilməsini tələb edirlər. Dəfələrlə tələb etməyinə baxmayaraq telefonu dəyişmək istəmirlər. Hazırda telefon cavabdeh təşkilatda olsa da, əsassız olaraq ondan həmin məhsulun pulunu tələb edirlər. Pul hazırda işlədiyi müəssisədə əmək haqqından tutulur. Hal-hazırda telefon mağazada olmasına baxmayaraq ondan kredit pulunun ödənilməsini tələb edirlər. Dəfələrlə tələb etməyinə baxmayaraq telefonu dəyişmək istəmirlər. Hazırda telefonun cavabdeh təşkilatda olmaqla bir istehlakçı kimi onun hüquqlarını pozmuşdur. Onun istifadəsində olmayan məhsula görə ondan pulun tutulması qanunsuz və əsassızdır. MPM-nin 9, 14, 78, 77, 87 və 88-ci maddələrinin tələblərini pozmuşdur. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsindən bəhs edilir. Lakin bu tələblərə əməl edilməmişdir. Məhkəmə prosesində onun iştirakı təmin edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. MPM-nin 14-cü maddəsində iş üzrə məhkəmə baxışının prinsiplərindən danışılsa da, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. MPM-nin 77-ci maddəsinin tələbinə görə sübut etmə vəzifəsi kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməlidir. Telefon iddiaçı təşkilatın özündə olsa da əsassız olaraq ondan həmin malın pulunu tələb etmişlər. Məhsulun onda olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bu da iddianın təmin edilməsinin əsassız olduğunu, hüquqdan sui-istifadə edilməsini, habelə MM-nin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanmağa yönəlməsini təsdiq edir. MPM-nin 88-ci maddəsində sübutların qiymətləndirilməsindən bəhs edilir. Lakin məhkəmə maddənin tələblərini yerinə yetirməmiş, iddiaçının heç bir sübut təqdim etməməsinə baxmayaraq iddiaçının mülahizələrinə əsaslanmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, malın iddiaçı təşkilatda olması nəzərə alınmamışdır. Hal-hazırda telefon mağazada olmasına baxmayaraq ondan kredit pulunun ödənilməsi tamamilə qanunsuz və əsassızdır. Bütün bunlar məhkəmədə aydınlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak etmədiyinə görə sübutları təqdim edə bilməmişdir. Hazırda məhsulun mağazada olmasına dair sənədləri təqdim edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun Maddə 7. Istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində malda qüsur aşkar edildikdə istehlakçının qanunla nəzərdə tutulmuş tələbləri irəli sürmək hüququ vardır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə verməsi, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışdır.
15. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Işdən müəyyən olunur ki, iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 606 manat ödənilməmiş əsas borc, 60,60 manat cərimə olmaqla, cəmi 666,60 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Iddiaçı tələbinin əsası kimi müqaviləni, ödəniş cədvəlini, əşyaların təhvil-təslim aktını və borcun hesablanmasına dair maliyyə sənədini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutlara əsaslanaraq cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyi qənaətinə gəlmişdir.
18. Cavabdeh apellyasiya şikayətində telefonu qəbul etdikdən sonra onun öz-özünə əyildiyini, növbəti gün telefonu satıcıya təqdim etdiyini, daha sonra servisə göndərildiyini və telefonun hazırda mağazada saxlanıldığını bildirmişdir. O, həmçinin telefonun onda olmamasına baxmayaraq həmin malın dəyərinin ondan tələb edilməsinin əsassız olduğunu göstərmişdir.
19. Apellyasiya instansiyasında işə baxılarkən cavabdehin telefonun istifadəyə verildikdən qısa müddət sonra öz-özünə əyilməsi barədə etirazlarının işin digər materialları ilə də təsdiq olunduğu müəyyən edilmişdir. Belə ki, işə əlavə edilmiş “xxxx” MMC-nin servis aktından görünür ki, mübahisəli cihaz ##.##.2024-cü il tarixində zəmanət üzrə servisə qəbul edilmiş, müştəri tərəfindən cihazın bu halın öz-özünə yarandığı bildirildiyi qeyd olunmuş, cihazın müayinəsi zamanı isə mexaniki əyrilik aşkar edilmişdir. Servis tərəfindən diaqnostikanın nəticəsi olaraq cihazın istismar qaydalarının pozulması səbəbindən təmirinin mümkün olmadığı göstərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, həmin servis aktında cihazda mexaniki əyriliyin müəyyən edilməsi və bunun istismar qaydalarının pozulması ilə əlaqələndirilməsi göstərilsə də, bu halın konkret olaraq cavabdehin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyi, habelə cavabdehin həmin qüsurun yaranmasında təqsirinin mövcudluğu barədə konkret və mötəbər məlumat əks etdirilmir.
21. Eyni zamanda, servis aktı telefonun cavabdeh tərəfindən qəbul edilməsindən cəmi üç gün sonra zəmanət üzrə servisə təqdim edildiyini təsdiq edir. Bu hal cavabdehin telefonun istifadəsində yaranmış qüsurla bağlı dərhal satıcıya müraciət etməsi barədə izahatının iş üzrə əhəmiyyətli hal olduğunu göstərir. Birinci instansiya məhkəməsi isə iddia tələbinə qiymət verərkən həmin halları araşdırmamış və qiymətləndirməmişdir.
22. Bundan əlavə, cavabdeh telefonu servisə təqdim etdikdən sonra onun faktiki olaraq satıcı təşkilatda qalmasını və öz istifadəsində olmamasını bildirmişdir. Apellyasiya şikayətində də cavabdeh məhz telefonun mağazada qalmasına baxmayaraq ondan həmin telefonun dəyərinin tələb edilməsini mübahisələndirmiş və bu hala dair sənədləri apellyasiya instansiyasına təqdim etdiyini göstərmişdir.
23. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 7-ci maddəsinə əsasən, zəmanət müddəti ərzində malda qüsur aşkar edildikdə istehlakçının qanunla nəzərdə tutulmuş tələbləri irəli sürmək hüququ vardır. Bu baxımdan, cavabdehin telefonu zəmanət üzrə servisə təqdim etməsi və həmin servisdə cihazın qüsurlu vəziyyətinin müəyyən edilməsi iddia tələbinin həlli zamanı nəzərə alınmalı olan mühüm haldır.
24. Belə olan halda, yalnız təhvil-təslim aktında telefonun qüsursuz vəziyyətdə qəbul edilməsi barədə qeydə və iddiaçının birtərəfli qaydada tərtib etdiyi borc hesablamasına əsaslanmaqla cavabdehin 606 manat borcunun yarandığı nəticəsinə gəlmək mümkün deyildir. Çünki sonrakı tarixdə telefonun zəmanət üzrə servisə təqdim edilməsi, cihazda mexaniki əyriliyin müəyyən edilməsi və onun təmirinin mümkün olmadığının göstərilməsi müqavilə üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin və istehlakçının qanunla qorunan hüquqlarının ayrıca qiymətləndirilməsini tələb edir.
25. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə, ödəniş cədvəli və maliyyə hesablaması tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu və müəyyən məbləğdə ödənişlərin nəzərdə tutulmasını təsdiq etsə də, cavabdehin malda qüsur yaranması ilə əlaqədar dərhal satıcıya müraciət etməsi, malın zəmanət üzrə servisə təqdim edilməsi, cihazda mexaniki əyriliyin müəyyən edilməsi və cihazın təmirinin mümkün olmadığının göstərilməsi nəzərə alınmaqla, məhz mübahisəli 606 manatın cavabdehdən tutulması üçün zəruri hüquqi və faktiki əsasların mövcudluğu kifayət qədər sübuta yetirilməmişdir.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı cavabdehdən tələb etdiyi əsas borcun mövcudluğunu təsdiq edən müqavilə və ödəniş sənədlərini təqdim etsə də, cavabdehin malın qüsurlu olması və malın servisə təqdim edilməsi ilə bağlı etirazlarını təkzib edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir.
27. Nəticə etibarilə, işin müəyyən edilmiş halları iddiaçının cavabdehdən 606 manat əsas borcun tutulması üçün zəruri əsasların mövcudluğunu təsdiq etmir. Əsas borcun tutulması üçün hüquqi əsas olmadığı üçün həmin borca bağlı tələb olunan 60,60 manat cərimənin də tutulması mümkün deyildir.
28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.