Məhkəmə qərarları › İş №e-2(3-8)-1115/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1115/2026

08.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2(3-8)-1115/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı abonent kodunun ləğv edilməsi, sayğacların çıxarılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Məmmədov Fuad Əli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yә qarşı abonent kodunun lәğv edilmәsi, sayğacların çıxarılması vә onun adına rәsmilәşdirilmәsi vәzifәsinin cavabdehin üzәrinә qoyulması tәlәbinә dair mülki iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e- *(*-***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı iddia әrizәsi ilә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk, mülkiyyәtindә olan Sumqayıt şәhәri, Kotec qәsәbәsi,22-ci mәhәllә, ev 50-yә aid *************** saylı abonent kodu( X3 adına olan), *************** saylı abonent kodu (mәrhum X4 adına olan) vә *************** saylı abonent kodunun (kodun sahibi X2) lәğv edilmәsi vә bu kodlar üzrә quraşdırılmış 3 әdәd sayğacların bu ünvandan çıxarılması vә istifadәsindә olan *************** saylı abonent kodunun ( X1 adına olan) onun adına rәsmilәşdirilmәsi vәzifәsinin cavabdeh «xxxx» ASC-nin üzәrinә qoyulması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

2. Iddiaçı әrizә ilә mәhkәmәyә müraciәt edәrәk mәhkәmә prosesinin onun iştirakı olmadan keçirmәklә iddia tәlәbinin tәmin olunması barәdә qәtnamә qәt edilmәsini xahiş etmişdir.

3. Mәhkәmә iclasında iştirak edәn cavabdehin nümayәndәsi iddia tәlәbini qәbul etmәyәrәk bildirmişdir ki, iddiaçının tәlәbi üzrә abonent kodunun lәğv edilmәsi, sayğacların çıxarılması vә onun adına rәsmilәşdirilmәsi mәhkәmә qaydasında hәll olunacaq bir mәsәlә deyil. Abonent kodunun lәğv edilmәsi, sayğacların çıxarılması vә onun adına rәsmilәşdirilmәsi üçün iddiaçı “Asan Xidmәt” mәrkәzinә müraciәt etmәlidir.

4. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrәli qәrardadı ilә (hakim Elçin Kazımov) iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yә qarşı abonent kodunun lәğv edilmәsi, sayğacların çıxarılması vә onun adına rәsmilәşdirilmәsi vәzifәsinin cavabdehin üzәrinә qoyulması tәlәbinә dair iddia әrizәsi baxılmamış saxlanılmışdır.

5. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 259.0.1-ci maddәsinә әsasәn, mәhkәmәyә müraciәt etmiş iddiaçı mübahisәnin qabaqcadan mәhkәmәdәn kәnar (pretenziya qaydasında) hәll edilmәsi barәsindә müәyyәn kateqoriyadan olan işlәr üçün qanunla müәyyәn edilmiş, yaxud tәrәflәr arasında müqavilә ilә nәzәrdә tutulmuş qaydaya әmәl etmәmişsә vә bu qaydanı tәtbiq etmәk imkanı itirilmәmişsә mәhkәmә әrizәni baxılmamış saxlayır. Belә ki, abonent kodlarının dәyişdirilmәsi vә ya lәğvi prosedurlarının hәyata keçirilmәsi barәdә iddia tәlәbinә cavabdehin dә qeyd etdiyi kimi mәhkәmә qaydasında baxılması mümkün deyildir. Belәliklә, mәhkәmә hesab edir ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yә qarşı abonent kodunun lәğv edilmәsi, sayğacların çıxarılması vә onun adına rәsmilәşdirilmәsi vәzifәsinin cavabdehin üzәrinә qoyulması tәlәbinә dair iddia әrizәsi baxılmamış saxlanılmalıdır.

6. Hәmin qәrardaddan narazı qalan iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdә şikayәt ilә mәhkәmәyә müraciәt edәrәk Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrәli qәrardadının lәğv olunması, iddia tәlәbi üzrә icraatın tәzәlәnәrәk iddia tәlәbinә mahiyyәti üzrә baxılması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.

7. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrәli qәrardadı ilә (hakim Elçin Kazımov) Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e- *(*-***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, şikayәt baxılması üçün mülki işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

8. Şikayәt onunla әsaslandırılmışdır ki, mәhkәmәnin yanaşması tam әsassızdır. Belә ki, o, hazırki iddia ilә mәhkәmәyә müraciәt etmәmişdәn qabaq Sumqayıt Asan Xidmәt Mәrkәzinә vә Sumqayıt Işıq Idarәsinә dәfәlәrlә müraciәt etmiş, rәsmi mәktub göndәrmiş, bu barәdә poct qәbzinin surәtini vә göndәrdiyi әrizәnin surәtini dә hazırki iddia tәlәbinә әlavә olaraq mәhkәmәyә tәqdim etmişdir. Cavabdeh bu vaxta kimi onun mәktubunu cavablandırmamışdır. Lakin cavabdeh orqanın nümayәndәsinin borcu idi ki, onun şikayәtlәrinin onlara daxıl olması, hansı sәbәbdәn cavablandırmaması ilә baglı mәhkәmәyә mәlumat versin vә mәhkәmә dә işdә cavabdehә mәktub gördәrmәyi barәdә poct qәbzinә istinad etmәklә bu mәsәlәni araşdırmalı oldugu halda onun iddia tәlәbini guya mәn pretenziya qaydasına әmәl etmәmәyi sәbәbi ilә baxılmamış saxlamışdır. Halbuki işdә olan sәnәdlәrlә onun pretenziya qaydasına әmәl etmәyi tam tәsdiq olunur.

b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10.Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri Maddә 372.7. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

11. Maddә 397. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn şikayәtә baxılması müddәti vә qaydası 397.2. Apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Mәhkәmә işdә iştirak edәn şәxsin bu barәdә verdiyi vәsatәti әsaslı hesab etdikdә vә ya öz tәşәbbüsü ilә şikayәt üzrә işә mәhkәmә iclasında baxa bilәr. Bu barәdә mәhkәmә tәrәfindәn müvafiq qәrardad qәbul edilmәklә işdә iştirak edәn şәxslәrә mәlumat verilir.

12. Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; (...)

13. Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

14. Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

16. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

18. Mülki Prosessual Mәcәllәnin (MPM) 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr.

19. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin iddia әrizәsini baxılmamış saxlaması barәdә gәldiyi nәticә iş materiallarına vә prosessual qanunvericiliyin tәlәblәrinә uyğun olmamışdır.

20. Belә ki, birinci instansiya mәhkәmәsi iddia әrizәsinin baxılmamış saxlanılmasını Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 259.0.1-ci maddәsi ilә әsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mübahisәnin mәhkәmәdәnkәnar, pretenziya qaydasında hәll edilmәsi üçün qanunla müәyyәn edilmiş qaydaya әmәl etmәmişdir.

21. Lakin mәhkәmә kollegiyası iş materiallarını araşdırarkәn müәyyәn etmişdir ki, mülki işin 4-cü vәrәqindә iddiaçının hazırkı iddia tәlәbindә göstәrilәn mәsәlәlәrlә, yәni mübahisәli abonent kodlarının lәğv edilmәsi, hәmin kodlar üzrә quraşdırılmış sayğacların ünvandan çıxarılması vә abonent kodlarından birinin iddiaçının adına rәsmilәşdirilmәsi ilә әlaqәdar “xxxx” ASC-nin Sumqayıt şәhәr şöbәsinә müraciәt etdiyini tәsdiq edәn әrizә vә onun göndәrilmәsi barәdә poçt qәbzi mövcuddur.

22. Birinci instansiya mәhkәmәsi hәmin sәnәdi, onun mәzmununu vә hazırkı iddia tәlәbi ilә әlaqәsini lazımi qaydada qiymәtlәndirmәmiş, bununla da iddiaçının pretenziya qaydasına әmәl edib-etmәdiyi mәsәlәsini tam vә hәrtәrәfli araşdırmadan iddia әrizәsini baxılmamış saxlamışdır.

23. Belәliklә, iddiaçının mәhkәmәyә müraciәt etmәzdәn әvvәl mübahisәnin predmeti ilә bilavasitә bağlı mәsәlә üzrә cavabdehә müraciәt etdiyi iş materialları ilә tәsdiq olunur. Bu hal birinci instansiya mәhkәmәsinin iddiaçının pretenziya qaydasına әmәl etmәdiyi barәdә nәticәsi ilә uzlaşmır.

24. Digәr tәrәfdәn, cavabdehin nümayәndәsinin iddiaçı tәrәfindәn “Asan Xidmәt” mәrkәzinә müraciәt edilmәli olması barәdә bildirdiyi xüsusat iddia әrizәsinin prosessual әsaslarla baxılmamış saxlanılması üçün әsas tәşkil etmir. Çünki iddiaçının mәhkәmәyә müraciәt etmәsindәn әvvәl cavabdehin aidiyyәti strukturuna mәhz mübahisәnin predmetinә dair müraciәt edib-etmәmәsi iş üzrә müәyyәn edilmәli olan әsas mәsәlә olmuşdur. Iş materiallarında belә müraciәtin olmasını tәsdiq edәn sәnәdin mövcudluğu isә hәmin mәsәlәnin birinci instansiya mәhkәmәsi tәrәfindәn yenidәn vә düzgün qiymәtlәndirilmәsini zәruri edir.

25. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı:

Şikayәt tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yә qarşı abonent kodunun lәğv edilmәsi, sayğacların çıxarılması vә onun adına rәsmilәşdirilmәsi vәzifәsinin cavabdehin üzәrinә qoyulması tәlәbinә dair mülki iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar