Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-424/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayıl Samir Neman oğlunun cavabdeh “xxxx” Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İsmayıl Samir Neman oğlunun cavabdeh “xxxx” Şirkətinə qarşı "müqavilənin ləğv edilməsi və vurulmuş zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İsmayıl Samir Neyman oğlu cavabdeh Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Şirkəti ilə bağladığı ##.##.2023-cü tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə dəyəri və ödəmiş olduğu 2000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, ##.##.2023-cü il tarixindən etibarən cavabdeh borcun icrasını gecikdirdiyinə görə ondan 510 gün üçün günlük xxxx məbləğinin 1% faizi qədər (510 gün x 20 manat= 10200) manat dəbbə pulunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı İsmayıl Samir Neyman oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53- cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin tələb hissəsinin 2-ci bəndində cavabdehin gecikməyə görə ona ödəməli olduğu kompensasiya məbləğinin ##.##.2023-cü ildən-510 günlük olaraq deyil, ##.##.2024-cü ildən-200 günlük hesablanmasını xahiş edir. Beləliklə, ##.##.2024-cü il tarixindən etibarən cavabdeh borcun icrasını gecikdirdiyinə görə 200 gün üçün, günlük xxxx məbləğinin 1% faizi qədər (200 gün x 20 manat ) 4000 manat dəbbə pulunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində onlara məxsus olan ünvan 2 ünvanda yerləşən mənzil üçün 5 ədəd iç qapısı xxxx vermişdir. X1 küçəsi 72 ünvanda yerləşən “Avropa Qapıları” adlı satış salonunda rəsmləşdirilmişdi. Sonradan bu əmtəə nişanının “xxxx” Şirkətinə məxsus olduğunu (DVX vasitəsilə) bilmişdir. 5 ədəd qapının quraşdırılması ilə birlikdə toplam dəyəri 2000 manat təşkil edib və həmin məbləğ əvvəlcədən kartdan karta köçürmə üsulu ilə tam ödənilmişdir. xxxxin 15 təqvim günə hazır olacağına dair yazılı öhdəlik olsa da, qapılar gecikmə ilə ##.##.2024-cü il tarixində, cavabdehin özünün göndərdiyi işçilər quraşdırmışdı. Qapının quraşdırılmasının gecikməsinə görə ailə üzvləri ##.##.2023-cü il – ##.##.2024-cü il tarixi aralığında başqa mənzillərdə qalmağa məcbur olmuşlar. Qeyd edir ki, 22-## ###### 2023-cü il tarixində ağır cərahiyyə əməliyyatı ilə əlaqədar xəstəxanada olmuşdur. “xxxx” Şirkətinin nümayəndələri pulu tam verilməyincə, qapıları quraşdırmayacaqlarını bildirmişlər. Vəsaiti tam ödəsə də, quraşdırma edilmədi. O, xəstəxanadan çıxdıqdan sonra, mənzillərdə qapılar quraşdırılmadığı üçün praktiki olaraq öz evinə gedə bilməmişdir. Qapıların quraşdırılması isə onlara yeni problemlər yaratdı. Qısa müddət sonra (1 ay keçmədən) qapının çərçivəsinin birləşmələri və onlara vurulan üzlüklər aralanmağa başladı, eyni zamanda qapının özündə də müəyyən çatlar üzə çıxmağa, qabarmağa və 1 boyası şişməyə başladı. Qapılar quraşdırıldıqdan cəmi iki gün sonra artıq problemləri görünməyə başladı və bu haqda satış salonunda alqı-satqı əqdini rəsmləşdirən Rəvanə Bədəlovaya ********** mobil nömrəsi vasitəsilə yazılı xəbər verildi. Qapılarda və onların aparıcı elementlərində görünən qüsurları foto şəkilləri qarşı tərəfə dəfələrlə təqdim edildi. Mülki Məcəllənin 595.1- ci maddəsinə uyğun olaraq zamanında və dəfələrcə cavabdehə bu qüsurların aradan qaldırılması ilə bağlı müraciət etsə də, çatışmazlıqlar aradan qaldırılmadı. Bundan sonra cavabdeh şirkətin Direktoru Vəzifəli şəxs ##.##.2023-cü il tarixində rəsmi məktubla müraciət etdilər, vəsaitin tam geri qaytarılmasını və deffektli qapıların sökülməsini tələb etdilər. Amma cavabdeh onların heç bir müraciətinə cavab vermirdi. Şirkətlə mübahisəni məhkəmə instansiyalarına daşımaq çətin oldu. Cavabdeh tərəf aldığı vəsaiti qanuna müvafiq formada mədaxil etməkdən imtina etdiyi üçün, onun rekvizitlərini, o cümlədən VÖEN-i müəyyən edə bilmirdilər. Bu səbəbdən bu iddia ərizəsini yazmazdan əvvəl müxtəlif inzibati instansiyalara da müraciət etdi. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətlərinə sorğular verdi. Dövlət Vergi Xidməti cavabdehi kassa əməliyyat qaydalarını pozduğu üçün cərimələdiyi haqda cavab verdi və şirkətin əsl adını və onun VÖEN-ni təqdim etdi. İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (AİBNDX) gəldikdə isə, cavabdeh ona şikayətinə cavab təşkil etməyən bir məktub və bir akt təqdim edərək, iddia etdi ki, şikayət etdiyi xüsus sadəcə ondan ibarətdir ki, divar kağızı qapının üzlüklərinə qədər uzanmır. Halbuki həm “xxxx” Şirkətinə, həm DVX, həm də AİBNDX-ə etdiyim müraciətlərdə qapı ətrafında olan divar kağızı ilə bağlı şikayət bildirməmişdir. Əslində üzlüklərin ensiz olması və onların divar kağızını örtməməsi ilə bağlı problemlər var, amma qapıların sadaladığı problemlərinin yanında bunlar ikincidərəcəli olduğu üçün o, öz şikayətlərində buna toxunmamışdır. Əsas problem qapı çərçivələrinin bir-birindən aralanması, çərçivələrdə və qapılarda çatların meydana gəlməsi, boyanın qabarması, rezinlərin qopması və s deffektlərdir. Onu da qeyd edir ki, işə əlavə etdiyi cavabdehin ona whatsApp vasitəsi ilə ##.##.2024-cü il tarixində təqdim etdiyi ##.##.2024-cü il tarixli aktı saxtadır. Belə ki, cavabdeh tərəf qapı quraşdırıldıqdan sonra bir dəfə belə onların mənzilinə baxış keçirməyib, yaranmış problemi əyani görmək istəməyib. İddianın sübutu kimi, qapılar taxılan mənzildən çəkilən foto şəkillləri, alqı-satqıya dair müvafiq sənədləri, habelə cavabdehə və müvafiq qurumlara ünvanladıqları müraciətləri və onların tarixini təqdim edir. Müqavilə kimi cavabdehlə “xxxx” sənədi imzalamış və onu şirkətin meneceri Rəsmiyyə Məhərrəmova imzalamışdır. Digər tərəfdən, cavabdehmüvafiq qurumlara verdiyi cavablarda qapıların taxıldığını inkar etməyib. Habelə qüsurların çox qısa müddət sonra əmələ gəlməsi, əşyanın və quraşdırmanın da qüsurlu olduğunu məntiqi olaraq izah edir. Mövcud qüsurlar, qapılara ya da birbaşa onun üzlüklərinə gələn zərbədən də irəli gəlməmişdir. Belə olsaydı, cavabdeh Dövlət Xidmətinə yazdığı cavabda bu xüsusa toxunardı. Habelə zərbə izləri fərqli olur və onlar rahatlıqla başa düşülür. Qapı və üzlüklərdə olan çatlar adi aşınma ilə izah oluna bilməz, çünki quraşdırmadan qısa müddət sonra yaranmışdır. Cavabdeh kassa əməliyyatlarında pozuntuya görə cərimələndiyi kimi, dürüst bir sahibkara yaraşan şəkildə şikayətinin mahiyyəti ilə bağlı əlaqəsiz cavab vermişdir. Qapı üzlüklərində olan aralanmalara və çatlara dair hər hansı açıqlama gətirməmişdir. Satıcı icraçının qüsurlu əşya verməsi və ya xidmət göstərməsi halında, qanunvericilik zərərə məruz qalmış tərəfə müxtəlif hüquqbərpaedici vasitələr təmin edir. Qapılarda qüsuru aşkar etdikləri zaman, onlar əvvəlcə qapıların və üzlük dəyişdirilməsini tələb etmədilər, onun əvəzinə qüsurların təmir edilməsini xahiş etdilər. Lakin cavabdeh qüsurları ağlabatan müddət ərzində aradan qaldırmadığına görə, onlar bu müqaviləni ləğv edilərək ödənilən pulun geri qaytarılmasını və dəymiş zərərin kompensasiyasını istəyirlər. İstehlakçı hüquqlarının müdafiəsi haqqında Qanunun 26-cı maddəsi istehlakçı hüquqlarının müdafiəsini məhkəmə təminatına bağlamışdır. Həmin maddəyə görə istehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
4. Cavabdeh “xxxx” Şirkətinin direktoru Vəzifəli şəxs İmran oğlu tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının onlardan aldığı qapılarla bağlı iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, iddiaçının xxxx verdiyi qapıların müddətindən 1 ilə yaxın vaxt keçmişdir. İşin faktiki halı odur ki, iddiaçı şirkətdə 5 ədəd qapı xxxx vermişdir. Qapılar iddiaçı tərəfindən verilmiş ölçülərə əsasən xxxxə uyğun olaraq hazırlanıb iddiaçıya təhvil verilmişdir. İddiaçının problemi onların yox, öz təqsiri üzündəndir. Çünki, evində təmir işləri bitməmiş iddiaçının tələbi ilə qapılar onlar tərəfindən iddiaçının evində quraşdırmışdır. İndi isə divar kağızı qapının pərvazından 20 sm kənarda qalır, bunun da onların təhvil verdiyi qapıların keyfiyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Divar kağızının qapının pərvazından 20 sm kənarda qalmamasını aradan qaldırmaq üçün iddiaçı tərəfindən evində yenidən təmir işləri görüIməlidir. O, mövqeyini onların haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdikləri müraciətə cavab olaraq da bildirmişlər.
6. xxxxçi İsmayıl Samir Neyman oğlu ilə Cavabdeh arasında bağlanmış ##.##.2023cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İsmayıl Samir Neyman oğluna 5 ədəd qapını 15 günə hazırlayaraq təhvil verməyi, İsmayıl Samir Neyman oğlu isə qapıların dəyəri olan ümumilikdə 2000 manat məbləğində pulu Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən, İsmayıl Samir Neyman oğlu Cavabdeh depozit hesabına 40 manat ilkin ödəniş etmişdir.
7. Ödəniş qəbzlərindən göründüyü kimi İsmayıl Samir Neyman oğlu tərəfindən Cavabdeh məxsus bank kartına ##.##.2023-cü il tarixində 1000 manat, ##.##.2024- cü il tarixində isə 400 manat, 500 manat və 60 manat olmaqla, ümumilikdə 1960 manat ödəniş etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/***/**** saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə qoyulmuş “xxxx” şirkətinin istehsalı olan 5 ədəd qapı mövcud standartlara uyğun düzəldilibdüzəldilməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. İkinci sual üzrə Tədqiq olunan qapıların çərçivələrinin birləşmə hissələrinin birbirindən aralandığı, qapıların üzərində boya qatının şişməsi və taxta materialının şişməsi müşahidə edilmişdir. Tədqiq olunan qapılar üzrə aşkar edilmiş qüsurların qapıların istismarı, yoxsa istifadəsi, kənar müdaxilənin təsiri nəticəsində yarana bilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Üçüncü sual üzrə Tədqiq olunan qapıların quraşdırıldığı hissələrdə hər-hansı söküntü işləri aşkar edilmədiyindən sual üzrə tədqiqat aparılmadı.
9. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli rəydən görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251 A, ünvanında yerləşən *** saylı mənzildə quraşdırılmış “xxxx” şirkətinin istehsalı olan 5 ədəd daxili qapı və çərçivələri mövcud keyfiyyət və standartlara uyğun quraşdırılmadığı müəyyən edilmişdir. Ekspertiza baxışı zamanı mənzildə quraşdırılmış qapılarda və çərçivələrdə qüsurlar aşkar edildi. Belə ki, qapılarda çoxsaylı çatlar, yapışqan (kley) ləkələri, qapı örtüklərində qopmalar, qapı çərçivələrində çatlar və çərçivələrin birləşmə hissələrində məsamələr, yataq otağında quraşdırılan qapı çərçivəsinin açar yuvası quraşdırılan zaman çərçivəyə verilmiş zərər kimi qüsurlar mövcuddur. Bu qüsurların müəyyən hissəsi istehsal prosesi zamanı yaranmış qüsurlar kimi qiymətləndirilə bilər. Çünki istehsal prosesi zamanı qapılar düzgün qaydada hazırlanmadığından müəyyən vaxtdan sonra qapılarda problemlər üzə çıxmağa başlamışdır. Bununla yanaşı quraşdınlma zamanı da müəyyən nöqsanlara yol verilmişdir. Yataq otağının qapı çərçivəsində açar yuvası açılarkən və vintlər quraşdırılarkən düzgün bərkidilməmiş, nəticədə həmin hissədə çatlar əmələ gəlmişdir. Qeyd edilənlər nəzərə alınaraq, qapılardakı aşkar edilmiş qüsurlar istehsal və quraşdırma qüsurları olduğu müəyyən edilmişdir. 3-cü sual üzrə araşdırma zamanı (mənzilə baxış zamanı) müəyyən olundu ki, qapıların ölçüsünün uyğunsuzluğuna görə hər hansı bir tikinti-söküntü işlərinin aparıldığını müəyyən etmək mümkün olmamışdır. Çünki həmin hissələrin bir qismi divar kağızları ilə, bir qismi isə kafel ilə örtülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2000 (iki min) manat məbləğində pulun tutularaq iddiaçı İsmayıl Samir Neyman oğluna ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) ödənilməsi, “xxxx” MMC-yə ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin cavabdeh Cavabdeh tutulub iddiaçı İsmayıl Samir Neyman oğluna ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 755, 571.1, 581.1, 581.2, 581.3, 581.4, 582.1, 582.2, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 588.2, 589.1 və 589.2-ci maddələri, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 6 maddəsinin 3-cü bəndi, 7 maddəsinin 1 və 2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 14.2, 217.3, 217.4, 218.3, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
12. İddiaçı İsmayıl Samir Neman oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəbbə pulunun tutulmamasına dair hissədə ləğv edilməsi və cavabdeh Cavabdeh iddiaçıya alqı-satqı müqaviləsi üzrə ödənilən 2000 manat, habelə öhdəliyini gecikdirdiyinə görə də dəbbə pulu olan 4000 manat, habelə dövlət rüsumu üçün ödənilən 40 manat məbləğində pulun tutularaq iddiaçı Samir İsmayıla ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan hissədə gəldiyi nəticələr əsassızdır və işin faktiki hallarına, habelə maddi hüquq normalarına ziddir. Fikrincə, istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunun 7.6. və 9.5-ci maddəsində və MM 464-cü maddəsində nəzərdə tutulan dəbbə pulunun ödənilməsinə dair norma imperativdir bu da iddiaçının dəbbə pulunun tutulması üçün əsasların mövcudluğunu təsdiq edir, digər tərəfdən də iddiaçı müxtəlif tarixlərdə cavabdehə müqavilənin ləğvi və zərərin qaytarılması ilə bağlı bildirişlər vermişdir və bunlar da zəruri və kifayət sübutetmə vasitəsidir; bu səbəblə də məhkəmə qərarı dəbbə pulunun tutulmasından imtina hissəsində yenidən baxılmalıdır. Baxmayaraq ki, iddiaçı vaxtında və dəfələrlə cavabdehdən yaranmış qüsurların aradan qaldırılmasını tələb etmişdir, həmin qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Müqavilədə qüsurların aradan qaldırılmasının gecikdirilməsinə görə nəzərdə tutulmuş dəbbə pulu faktiki olaraq iddiaçıya cavabdehin öhdəliklərini düzgün yerinə yetirməməsi nəticəsində yaranan potensial xərcləri kompensasiya edir. Beləliklə, dəbbə pulunun tutulması müqavilə ilə bağlı xərclərin ödənilməsinin qanuni vasitəsi hesab olunur. Qapıların # ###### 2024-cü il tarixində quraşdırılmasından sonra aşkar edilmiş qüsurlar nəticəsində iddiaçı cavabdehdən bu qüsurların aradan qaldırılmasını vaxtında və dəfələrlə tələb etmişdir. Əvvəlcə iddiaçı alqı-satqı əməliyyatını ticarət zalında həyata keçirən Rəvanə Bədəlova ilə yazılı formada, ********** mobil nömrəsi vasitəsilə əlaqə saxlamış və qapılarda və onların aparıcı elementlərində mövcud olan qüsurların şəkillərini təqdim etmişdir. Lakin buna baxmayaraq, qüsurlar aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı cavabdeh şirkətin direktoru Vəzifəli şəxs ## ###### 2023-cü il tarixli rəsmi məktubla müraciət edərək, vəsaitin tam qaytarılmasını və qüsurlu qapıların sökülməsini tələb etmişdir. Cavabdeh bu tələbə münasibətdə lazımi reaksiyanı göstərməmişdir. Qüsurların aradan qaldırılmasına dair rəsmi tələb ## ###### 2024-cü il tarixində göndərildiyindən və qüsurlar qanunla müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığından, icraçı ## ###### 2024-cü ildən etibarən öhdəliyini gecikdirmiş hesab olunur. İddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etmişdir. Müqavilənin ümumi məbləği 2000 manat təşkil etdiyinə görə və bu məbləğin ödənilməsi müvafiq bank çıxarışları ilə təsdiq edildiyinə görə, hər gecikmə günü üçün dəbbə pulu 20 manat (2000 manatın 1%) təşkil edir. ## ###### 2024-cü ildən iddia ərizəsinin təqdim olunduğu tarixə qədər gecikmə 200 gün təşkil edir. Beləliklə, ümumi dəbbə pulu: 20 manat × 200 gün = 4000 manat təşkil edir. Tələb olunan dəbbə pulu İstehlakçi hüquqlarının müdafiəsi haqqında Qanun tərəfindən nəzərdə tutulub və tərəflər arasında bağlanan müqavilədə bunun əksinə hər hansı şərt mövcud deyil. Göstərilən dəbbə pulunun tutulması tamamilə qanuna uyğundur və qüsurların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclərin kompensasiyasını təmin etmək məqsədi daşıyır. Beləliklə, 4000 manat məbləğində dəbbə pulunun tutulması qanuni hesab olunur və cavabdehin öhdəliklərini düzgün yerinə yetirməməsi nəticəsində yaranmış xərclərin kompensasiyasını təmin etmək məqsədini daşıyır. Birinci instansiya məhkəməsi quraşdırılmış qapılarda qüsurların mövcudluğunu müəyyən etməklə və müqavilə dəyərinin tutulması ilə kifayətlənmiş, lakin cavabdehə göndərilən tələblərin tarixini və cavabdehin aşkar edilmiş qüsurların aradan qaldırılmasını gecikdirməsi ilə bağlı hallara lazımi hüquqi qiymət verməmişdir. İş materiallarında iddiaçının ## ###### 2024-cü il tarixli, qüsurların aradan qaldırılması, o cümlədən qüsurlu qapıların sökülməsi tələbi ilə rəsmi müraciəti mövcuddur. Bu hal mühüm əhəmiyyət kəsb edir, çünki qüsurların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş müddətin bitməsi ilə cavabdehin qanuni dəbbə pulu ödəmək öhdəliyi yaranır. Məhkəmə cavabdehin qüsurların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş müddətə riayət edibetməməsi və bu müddətin pozulmasının hüquqi nəticələrini araşdırmamışdır ki, bu da işin düzgün həlli üçün əhəmiyyətli olan halların natamam müəyyən edilməsinə səbəb olmuşdur. Məhkəmənin iddiaçının dəbbə pulunu istəməsi ilə ortaya qoyduğu mövqeyi hüquqi dəlillərlə dəstəklənmir. İddiaçının sübutetmə öhdəliyi cavabdehə bildiriş verməklə bitir və əgər iddiaçının tələbi əsaslıdırsa, bildirişin cavabdehə çatdığı andan o icranı gecikdirmiş sayılır. Birinci instansiya məhkəməsinin müqavilə dəyərinin tutulmasının kifayət hesab edilməsi barədə gəldiyi nəticə, və iş materialları arasında olan sənədləri sübut qismində qəbul etməməsi işin faktiki hallarına uyğun deyildir, belə ki, həmin nəticə cavabdehin öhdəliyin icrasını gecikdirməsi faktına lazımi hüquqi qiymət verilmədən qəbul edilmişdir. İşdə mövcud olan sübutlar göstərir ki, iddiaçının yazılı tələbini aldıqdan sonra cavabdeh qüsurları qanunla müəyyən edilmiş müddətdə aradan qaldırmamışdır ki, bu da cavabdehin öhdəliyin icrasını gecikdirməsinin sübutu kimi götürülməlidir və qanuni dəbbə pulunun ödənilməsi öhdəliyini yaradır. Beləliklə, gecikməyə görə məsuliyyət nəzərə alınmadan mübahisənin tam həll edilməsi barədə məhkəmə nəticəsi müəyyən edilmiş hallara və maddi hüquq normalarına ziddir.
14. Cavabdeh “xxxx” Şirkəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qapıları iddiaçıya xxxxdə qeyd olunan vəziyyətdə təhvil vermişdir. Qapılar təhvil verildikdən sonra yararsız hala əgər düşübsə iddiaçının təqsiri nəticəsində baş veribdir. Bütün bunları aydınlaşdırmaq üçün iş üzrə ekspertiza təyin edilməli bu işlə bağlı xüsusi bilik tələb olunan ekspert rəyi alınmalı idi. Lakin, məhkəmə tərəfindən təyin olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndiricisi Fərid İbadovun və Şükür Hüseynovun məhkəmə tərəfindən qoyulmuş sualları cavablandırmaq səlahiyyətləri yox idi. Belə ki, həmin şəxslər yalnız daşınar əmlaklarla bağlı qiymətləndirmə apara bilər. Bu məlumat Azərbaycan Qiymətləndiriciləri Palatasının veb saytında qeyd olunubdur. Buna görə də Fərid İbadovun və Şükür Hüseynovun mütəxəssis kimi hazırkı iş üzrə rəy bildirməsi əsassız olmuş və məhkəmə tərəfindən qəbul edilməli deyildir. Çünki həmin ekspertlərin qapının rəngi, qüsurlu olub-olmaması barədə ümumiyyətlə qeyd etdiyi kimi rəy bildirmək təcrübəsi yoxdur. Bunu yalnız bu sahə ilə məşğul olan mütəxəssis və ya onlar kimi fəaliyyət göstərən fabrik və istehsalat sahələrinin mütəxəssisləri tərəfindən müəyyən edilməsi mümkündür. Çox təəssüf ki, məhkəmə iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Məhkəmə işi tam və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Məhkəmə qətnaməsi işdə olan sübutlara əsasən əsaslandırılmamışdır. İş üzrə ən vacib digər məsələ budur ki, məhkəmə qətnaməsində qeyd edir ki, cavabdeh Cavabdeh 2.000 manat məbləğində pul tutularaq iddiaçı İsmayıl Samir Neyman oğluna ödənilsin. Bu məntiqlə belə çıxır ki, məhkəmə iddiaçıya qapıları da hədiyyə edir. Təbii ki, bütün bunlar obyektiv ədalətli araşdırılması tələb olunan hallardır. Qeyd etdiyi kimi önəmli məsələ iş üzrə ekspertizanın keçilməsi bu işlə bağlı olan mütəxəssis rəyinin verilməsidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, xxxxçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti xxxxçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
Maddə 753. Muzd barəsində razılaşma 753.1. xxxxçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra xxxxçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər xxxxçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər xxxxçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və xxxxçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, xxxxçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün xxxxçi qarşısında məsuliyyət daşıyır.
Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı xxxxçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının xxxx edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər xxxxçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.
Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, xxxxçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, xxxxçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.
Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, xxxxçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini xxxxçiyə ödəməyə borcludur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqavilə münasibətləri yaranmış, iddiaçı cavabdeh şirkətə 5 ədəd qapı xxxx vermiş və bu qapılara görə ümumilikdə 2000 manat məbləğində ödəniş etmişdir. Qapılar quraşdırıldıqdan sonra iddiaçı qapıların qüsurlu olduğunu görmüşdür. İddiaçı qapıların dəyişdirilməsini cavabdeh şirkətdən tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsi, vurulmuş zərərin ödənilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi qət edilmişdir /bax bənd 10 /.
25. Məhkəmə gəldiyi nəticəyə dair mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli müqavilədən və ödəniş qəbzlərindən göründüyü kimi İsmayıl Samir Neyman oğlu tərəfindən Cavabdeh 5 ədəd qapıya görə ümumilikdə 2000 manat ödəniş edilmişdir. «xxxx» MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli rəydən göründüyü kimi cavabdeh şirkət tərəfindən iddiaçıya verilmiş qapılar qüsurlu olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya qüsurlu mallar verdildiyindən, iddiaçının ödəmiş olduğu 2000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.
26. Bundan əlavə iddiaçı tələbində ##.##.2024-cü il tarixindən etibarən cavabdeh borcun icrasını gecikdirdiyinə görə 200 gün üçün, günlük xxxx məbləğinin 1% faizi qədər (200 gün x 20 manat ) 4000 manat dəbbə pulunun cavabdehdən alınaraq ona ödənilməsin xahiş etmişdir. Lakin iddiaçı 4000 manat məbləğində dəbbə pulunun hansı əsasla və hansı qaydada hesablanmasına dair sübutları məhkəmə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
27. İddiaçı İsmayıl Samir Neman oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini dəbbə pulunun tutulmamasına dair hissədə mübahisələndirmişdir.
28. Cavabdeh “xxxx” Şirkəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, üzərinə sübutetmə yükü düşən iddiaçı məmulatın qüsurlu olması və bu qüsurun cavabdeh tərəfindən aradan qaldırılmadığını sübuta yetirmişdir. Həmçinin iş materialına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, iddaçı cavabdeh şirkətə 2000 manat ödəniş etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar hazırkı işin halları üzrə sübut olunmur. Eyni zamanda iş materiallarına əlavə edilmiş rəyi təkzib edən, onun əsassız olmasına dəlalət edən hər hansı sübut növü cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də əlavə ekspertizanın keçirilməsinə kollegiya zərurət görməmişdir.
31. İddiaçının kompensasiya olaraq dəbbə pulunun tutulmasına dair tələbinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinin qanuni əsası məhkəmədə sübuta yetirilmədiyindən iddia bu hissədə təmin oluna bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İsmayıl Samir Neman oğlu və cavabdeh “xxxx” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.