Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-522/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “AAAF-İnşaat” MMC-yə qarşı (Açar sözlər: müqavilənin ləğv edilməsi və pulun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, cavabdeh “AAAF-İnşaat” MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştiakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh “AAAF-İnşaat” MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ####### 2020-ci il tarixli, Q-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə iddiaçının “AAAF-İnşaat” MMC-yə ödədiyi 900000 manat pul vəsaitinin, 1198 manat ödənilmiş dövlət rüsumunun və 320 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “AAAF-İnşaat” MMC-dən ## ####### 2020-ci il tarixli, Q\-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinə əsasən cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivinin ** saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı,mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini almışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən qaraj sahəsinin qiyməti 900000 (doqquz yüz min) manat müəyyən edilmişdir. İddiaçı ##.##.2020ci il tarixli, Q\-****-**-**** saylı maliyyə arayışına əsasən 900000 manat pulu cavabdehə tam ödəmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh 6390 kv.m ibarət qaraj sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı da razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsində də göstərilmişdir ki, müqavilə qiyməti 900000 manat tam ödənilmişdir. Müqavilənin 5.2-ci maddəsinə əsasən tikinti işləri başa şatdıqdan sonra cavabdeh qeyri-yaşayış sahəsini alıcıya təhvil verəcəkdir. Müqavilənin 5.3-cü maddəsinə əsasən yaşayış sahəsi qanunvericilik tələblərinə əsasən istismara qəbuldan sonra, qeyriyaşayış sahəsi olan qaraj sahəsi üzrə alıcının-yəni iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin verilməsi cavabdehsatıcı tərəfindən təmin olunacaqdır. Müqavilənin 5.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsi aktla alıcıya təhvil veriləcəkdir. Müqavilənin 10.2-ci maddəsinə əsasən müqavilə ləğv edildiyi halda, cavabdeh ödənilmiş pul vəsaitini 7 iş günü ərzində alıcıya-iddiaçıya qaytarmaq öhdəliyi götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuş, alqı-satqının predmeti olan qaraj sahəsi və müvafiq hüquqi sənədlər bu günə kimi iddiaçıya təhvil verilməmiş, nəticədə 2024-cü ilin yayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona satdığı qaraj sahəsini 2023-cü ildə başqasına satmış, onu aldadaraq 900000 manat pul vəsaitindən istifadə etməklə əsassız varlanmış və iddiaçıya xüsusilə külli miqdarda zərər vurmuşdur. İddiaçı artıq aldadıldığını bilib cavabdehdən pulunu tələb etmək istədikdə cavabdeh ölkədə olmadığından bu məsələni danışıqlar yolu ilə həll edə bilmədiyindən məhkəməyə müraciət etmək, cavabdehlə bağladığı müqavilənin ləğv edilməsi və ödədiyi pul vəsaitini geri tələb etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Cavabdeh “AAAF-İnşaat” MMC iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbində göstərilən məlumatlar təhrif edilmişdir. Belə ki, iddiaçı cavabdehə 900000 manat pul ödəməklə qaraj sahəsi əldə etməmişdir. Faktiki olaraq həmin qaraj sahəsi elə 2020-ci ildə də üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir. Bunun səbəbi isə cavabdeh "AAAF-İNŞAAT" MMC ilə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında uzun illər işgüzar münasibətlərin mövcud olması olmuşdur. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdehin təsisçisinə uzun illər boyunca pullar verilmiş, bunun əvəzində isə tikintisi həyata keçirilmiş mənzil və qeyri-yaşayış sahələrindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmlaklar verilmişdir. Həmin əmlaklar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istəyinə əsasən onun özünün və ya yaxın qohumlarının adına rəsmiləşdirilmişdir. Bu əmlaklardan biri də hazırda mübahisə predmetini təşkil edən qaraj sahəsidir. Həmin qaraj sahəsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xahişinə əsasən onunla yeznə-qayın qohumluq əlaqəsində olan hazırki iş üzrə iddiaçı İddiaçı adına ## ####### 2020-ci il tarixli, Q-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən rəsmi maliyyə arayışı verilsə də faktiki olaraq heç bir pul vəsaiti ödənilməmişdir. Bunu üçüncü şəxsin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatdan da görmək mümkündür. Üçüncü şəxs öz izahatında birbaşa göstərmişdir ki, həmin qeyri-yaşayış sahəsini 2020-ci ildə almışdır. Əmlak müqavilə əsasında Raidə verildikdən sonra icarəçi dəyişmədi və həmin şəxs 2023-cü ilə kimi həmin qeyriyaşayış sahəsindən icarə əsasında istifadə etmişdir. Məhz izahatdan göründüyü kimi üçüncü şəxs qeyri-yaşayış sahəsinin 2020-ci ildən müqavilə əsasında onun mülkiyyətində olduğunu göstərir (yəni 2020-ci il tarixli müqavilə faktiki olaraq onun qohumu İddiaçı adında olsa da, bunun formal xarakter daşıdığını, əmlakın ona məxsus olduğunu etiraf edir). Göstərilən daşınmaz əmlak Bakı şəhəri ** saylı notariat ofisində "formal əsaslarla bağlanmış ##.##.2022ci il tarixli, AN №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsin tələbinə əsasən elə onun öz adına rəsmiləşdirilmiş və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alınmışdır. Beləliklə, göründüyü kimi, 2020-ci il tarixli qaraj sahəsinin alqı-satqı müqaviləsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istəyinə əsasən iddiaçı İddiaçıla bağlanmış, yenə üçüncü şəxsin istəyinə əsasən 2022-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinə dair notarial alqı-satqı müqaviləsi bu dəfə üçüncü şəxsin öz adına bağlanmışdır. Faktiki olaraq isə qaraj sahəsi 2020-ci il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verilmişdir. Göstərilən halları təsdiq edən DİN Baş İstintaq və Təhqiqat İdarəsinin ##.##.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı və bütün materiallar, izahatlar da sübut kimi məhkəməyə təqdim edilir. İddiaçı həqiqətən də öz iddiasında səmimidirsə, o zaman haqlı olaraq sual meydana çıxır ki, necə olur ki, qaraj sahəsi üçün 2020-ci il tarixdə 900000 manat məbləğində pul ödəsin, sonra isə həmin obyektə dair öz mülkiyyət hüquqlarını həyata keçirməsin, obyektin vəziyyəti ilə maraqlanmasın?. Əlavə təzad da ondan ibarətdir ki, iddia tələbində iddiaçı göstərir ki, cavabdeh qaraj sahəsini 2023-cü ildə başqasına satmış, iddiaçının isə bundan 2024-cü ildə, yəni 1 il sonra məlumatı olmuşdur. 1 il ərzində iddiaçı ona məxsus obyektin başqası tərəfindən istifadə olunduğunu və gəlir əldə edildiyini necə bilə bilməzdi?. Təbii ki, elə bu hal özü də onu sübut edir ki, obyekt əvvəldən üçüncü şəxsin sahibliyində olmuşdur, iddiaçı onun yeznəsidir və müqavilə formal olaraq onun adına bağlanmışdır. İddiaçı ümumiyyətlə obyektin harada yerləşdiyini, nə fəaliyyət göstərdiyini, kimlərə icarəyə verildiyini, icarə haqqı məbləğini belə bilmir. İddiaçı İddiaçı onun adına formal qaydada bağlanmış başqa bir qeyri-yaşayış sahəsi ilə bağlı da analoji iddia ilə Abşeron Rayon Məhkəməsində iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Göstərilən qətnamə ilə iddiaçı İddiaçı razılaşmış və apellyasiya şikayəti verilməmişdir. Məlumat üçün həmin qətnamə də etiraz ərizəsinə əlavə olunur. İddia tələbinin əsasını təşkil edən daşınmaz əmlaka dair müqavilə notarial qaydada deyil, tərəflər arasında bağlanıb ki, bu da müqavilənin mötəbərliyini şübhə altına alır. Qanuna görə əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac yoxdur. Qanunvericiliyin imperativ tələblərinə zidd olan və etibarsız hesab edilməsi üçün əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmayaraq bağlandığı andan öz-özlüyündə etibarsızdır, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyil. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktı ilə bağlı mübahisə yaranarsa, əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmənin qərarı əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisəni aradan qaldırmaq məqsədi daşıyır. İddiaçı ilə "AAAFİnşaat" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında "AAAF-PARK" yaşayış massivinin ** saylı küçəsində inşa edilən 6390 kv.metrdən ibarət qaraj sahəsinin alqı-satqısı haqqında müqavilə bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarlı müqavilə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli obyekt faktiki olaraq 2020-ci ildə də üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdehin təsisçisinə uzun illər boyunca pullar verilmiş, bunun əvəzində isə tikintisi həyata keçirilmiş mənzil və qeyri-yaşayış sahələrindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmlaklar verilmişdir. Həmin əmlaklar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istəyinə əsasən, onun özünün və ya yaxın qohumlarının adına rəsmiləşdirilmişdir. Mübahisəli qaraj sahəsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xahişinə əsasən onunla yeznə-qayın qohumluq əlaqəsində olan hazırki iş üzrə iddiaçı İddiaçı adına ## ####### 2020-ci il tarixli Q-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi tərtib edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən maliyyə arayışı verilsə də faktiki olaraq heç bir pul vəsaiti ödənilməmişdir. Bu fakt hazırki iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatı ilə təsdiq edilmişdir. Belə ki, üçüncü şəxs qeyri-yaşayış sahəsinin 2020-ci ildən müqavilə əsasında onun mülkiyyətində olduğunu göstərmiş, yəni 2020-ci il tarixli müqavilə faktiki olaraq onun qohumu, hazırki iş üzrə iddiaçı İddiaçı adında olsa da bunun formal xarakter daşıdığını, əmlakın ona məxsus olduğunu etiraf etmişdir. Göstərilən daşınmaz əmlak ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyatda olmaqla, 2020-ci il tarixdən elə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi əvvəldən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahibliyində olmuşdur, iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yeznə-qayın olmaqla qohumdurlar və müqavilə iddiaçının adına formal olaraq tərtib edilmişdir. Bundan əlavə, iddiaçı İddiaçı onun adına formal qaydada bağlanmış başqa bir qeyri-yaşayış sahəsi ilə bağlı iddia ilə Abşeron Məhkəməsində iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, iddia tələbinin əsasını təşkil edən daşınmaz əmlaka dair müqavilə notarial qaydada deyil, tərəflər arasında formal olaraq bağlanmışdır. İddiaçı ilə "AAAF-İnşaat" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında "AAAF-PARK" yaşayış massivinin ** saylı küçəsində inşa edilən 6390 kv.metrdən ibarət qaraj sahəsinin alqı-satqısı haqqında müqavilə formal olaraq bağlandığından, həmin müqavilə bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarlı müqavilə kimi qiymətləndirilə bilməz. Belə ki, həmin müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır və bu müqavilə üzrə hər hansı məbləğ ödənilmədiyindən bu müqavilənin ləğv edilməsindən və bu müqavilə üzrə hər hansı məbləğin iddiaçıya qaytarılmasından söhbət gedə bilməz.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.1-ci maddələrinəı istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “AAAF- İnşaat”8.MMC-dən ## ####### 2020-ci il tarixli, Q\-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinə əsasən cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında AAAF PARK” yaşayış massivinin ** saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı,mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini almışdır. İddiaçı ##.##.2020-ci il tarixli, Q\****-**-**** saylı maliyyə arayışına əsasən 900000 manat pulu cavabdehə tam ödəmişdir. Cavabdeh “AAAF-İnşaat” MMC daha sonra həmin sahədən 3687,40 kv.m sahəni notarial qaydada Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Daşınmaz əmlakın alqı-satqısına dair ##.##.2022-ci il tarixli, AN-İ ******* saylı müqavilədən də görünür ki, “AAAF-İnşaat” MMC Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, *** saylı, ümumi sahəsi 3687,4 kv.m olan qeyri-yaşayış obyektini 490000 manata Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən, ümumi sahəsi 3687,40 kv.m olan ** saylı qeyriyaşayış sahəsi dövlət reyestrində ##.##.2022-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır. Cavabdeh “AAAF- İnşaat” MMC məhkəməni inandırmağa çalışıb ki, guya bu sahələr eynidir və məhkəmə də du əsassız dəlil ilə razılaşıb. Lakin, hətta sahələrin ölçülərinin birinin digərindən iki dəfə fərqlənməsi həmin əmlaklarının eyniliyini istisna edir. Bundan başqa, normal muhakiməyə görə cavabdeh iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni şəxs hesab edirdisə o zaman əmlakın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirilməsindən əvvəl iddiaçı ilə bağladığı müqavilənin ləğv edilməsi barədə razılaşma imzalamalı idi və yaxud iddiaçı ilə müqaviləni imzalamamalı idi və həmin müqavilənin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla bağlanmasını təklif etməli idi. Lakin, cavabdeh bunların heç birini etməmişdir. Buradan da görünür ki, cavabdehin həmin şəxslərin eyni şəxs olması haqqında dəlili əsassızdır, uydurmadır. İki şəxsin qohum olması səbəbindən onların ayrı-ayrılıqda aldıqları əmlakların bir şəxsə məxsus olması haqqında məhkəmənin qiymətləndirməsi qanunsuzdur. İddiaçı İddiaçı cavabdehlə bağladığı əqdə əsasən cavabdehə 900000 manat pulun ödənilməsi barədə rəsmi sənədləri-## ####### 2020-ci il tarixli, Q\-**** nömrəli müqaviləni və ##.##.2020-ci il tarixli, Q\-****-**-**** saylı maliyyə arayışı yazılı sübutlar kimi təqdim etmişdir. Cavabdeh “AAAF-İnşaat” MMC həmin sənədlərin onun tərəfindən imzalandığını mübahisələndirmir, lakin bu sənədləri imzalayıb, hüquqi şəxsin möhürü ilə təsdiq etməsinə baxmayaraq, sənədlərin yalandan tərtib olunması haqqında dəlil irəli sürür. Bu fakt normal mühakiməyə əsasən inandırıcı deyildir. Çünki həqiqətən belə hal olsaydı, cavabdeh “AAAF- İnşaat” MMC şirkətin rəhbərinin vəzifə saxtakarlığı törətməsi ilə bağlı prokurorluğa müraciət etməli idi, zəruri sübutları təqdim etməli idi və rəhbərin cinayət məsuliyyətə cəlb olunmasına nail olmalı idi. Cavabdehin bu hərəkətlərin heç birini etməməsi onun gətirdiyi dəlilin yalan, məsuliyyətdən yayınmaq üçün irəli sürüldüyünə dəlalət edir. Əqd etibarsız hesab edildikdə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Hazırki iş üzrə məhkəmə iddiaçı tərəfindən pulun cavabdehə ödənilməsi barədə mötəbər yazılı sübutlar olduğu halda resitusiyanı həyata keçirməmiş, cavabdeh iddiaçı tərəfindən ödənilən pulu ona geri qaytarmamış və faktiki olaraq cavabdehin əsassız varlanmışdır. Qarşı tərəf gətirdiyi dəlilləri müstəntiqin qərarı ilə və orada əks olunan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəntiqə verdiyi izahatı ilə əsaslandırıb. Birincisi, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş qərar preyudisiyal hüquqi qüvvəyə malik deyil, çünki cinayət işinə hələ məhkəmədə baxılmayıb və yekun qərar qəbul edilməyib. Bundan əlavə, qeyd edilən qərarlarda əks olunan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istintaqa verdiyi izahatın məzmunu barədə məlumatlarda hazırki məhkəmə mübahisəsisinin predmeti olan iddiaçı İddiaçıla cavabdeh “AAAF-İnşaat MMC” arasında bağlanmış ## ####### 2020-ci il tarixli Q-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinə dair heç bir məlumat əks olunmamış, ümumi formada onun cavabdehdən hansısa qeyri-yaşayış sahələrini alması qeyd olunmuşdur. Həmin qeyri-yaşayış sahələri arasında hazırki məhkəmə işinin predmeti olan və İddiaçı satılmış əmlakın olmasına dair heç bir qeyd yoxdur. Nəhayət, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cinayət muhakimə icraatında verdiyi izahat iddiaçı İddiaçı üçün heç bir öhdəlik, məsuliyyət yaratmır, iddiaçı İddiaçı cavabdehin uydurma dəlilinin etirafı kimi qiymətləndirilə bilməz. Dəlilin etirafı haqqında tərəf məhkəməyə ərizə verməlidir və yaxud onun etirafı məhkəmə iclası protokolunda yazılmalı və tərəf onu imzalamalıdır. Bunların heç biri mövcud deyil. Cavabdeh “AAAF-İnşaat” MMC etirazında bildirmişdir ki, iddiaçı cavabdehə 900000 manat pul ödəməklə qaraj sahəsi əldə etməmişdir. Müqavilə və maliyyə arayışı formal qaydada tərtib olunmuşdur. Cavabdeh iddiaya etirazının əsası olan tərəflər arasında bağlanmış müqavilənin və cavabdehin təsdiqlədiyi maliyyə arayışının yalandan tərtib edilməsi haqqında özünün dəlilini sübuta yetirməmişdir. Məhkəmə cavabdehin mülahizələrini, müstəntiqin qərarında əks olunan və hazırki işdə tərəf olmayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatına əsaslanaraq iddianı rədd etmişdir. Hazırki işdə məhkəmə sübutlara qərəzli qiymət vermişdir. Belə ki, cavabdehin heç bir mötəbər sübutla təsdiqlənməyən mülahizələrini qətnamənin əsaslandırmasına daxil etmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı sübutlar yalnız yazılı sübutlarla təkzib oluna bilərdi. Məhkəmə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istintaqa verdiyi izahata istinad edərək belə qənaətə gəlmişdir ki, guya Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldığı daşınmaz əmlak əvvəlcə görüntü üçün İddiaçı adına rəsmiləşdirilmiş və bunun müqabilində İddiaçı cavabdehə pul ödəməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DİN Baş İstintaq və təhqiqat İdarəsində verdiyi izahatında bildirmişdir ki, “Təxminən 2006-2007-ci illərdə Xırdalan şəhərində fərdi yaşayış evlərinin inşası ilə məşğul olan Tofiq Heydərovla tanış olmuş, Tofiq onun həmyerlisi olduğundan dostluq münasibətləri yaranmışdır. Tofiq Heydərov ilk dəfə yaşayış evlərini inşa edərkən o, Tofiq Heydərova torpaq sahəsi vermişdir ki, həmin sahənin üzərində yaşayış evləri inşa etsin. Tofiq həmin torpaq sahəsinin pulunu sonradan ona pul və əmlak formasında inşa etdiyi binalardan ödəmişdir. Bundan sonra Tofiq Xırdalan şəhərində AAAF Park yaşayış kompleksini inşa etməyə başlamışdır. Kompleksdə bir çox yaşayış binaları inşa edilirdi. O, əvvəlcə həmin şirkətdə qeyri-rəsmi fəaliyyət göstərmişdir. Belə ki, o, Tofiq Heydərova AAAF Park yaşayış kompleksində satışa çıxarılmış mənzilləri satmağa köməklik etmişdir. Bundan başqa isə bəzi vaxtlarda Tofiqə kompleksdə tikinti işləri üçün pul tapıb vermişdir. Tofiq isə həmin pul ilə bina inşa etmiş və pulun əvəzində ona ümumi satdığı qiymətdən ucuz qiymətə mənzil və ya qeyri-yaşayış sahələri vermişdir. Yəni o, həmin tikintiyə pul yatırtmaqla gəlir əldə etmiş, bu həm Tofiq Heydərova, həm də ona sərf etmişdir. Beləliklə, o, Tofiq Heydərovun inşa etdiyi AAAF Park yaşayış kompleksinin inşasında bu formada iştirak edib bir çox mənzil və qeyri-yaşayış sahələri almışdır. Həmin mənzillər onda toplanıb qalmışdır. 2016-cı ildə Tofiq ona toplanmış 72 ədəd mənzili yenidən şirkətə qaytarmasını, şirkət həmin mənzilləri sataraq onun pulunu hissə-hissə 3 il ərzində ödəməyi təklif etmişdir. Tofiq həmin mənzillərin pulunu yeni layihələrə sərf edib gəlir əldə etməli idi. Bundan sonra isə onun pulunu ödəməli idi. O, Tofiqlə razılaşmışdır. Bundan sonra Tofiqlə həmin 72 ədəd mənzili qaytarması barədə müqavilə bağlamışlar. Tofiq isə 72 ədəd mənzilin pulunu hissə-hissə 3 il ərzində ona ödəməli idi. Müqavilədən sonra o, mənzilləri şirkətə qaytarmış və mənzillər şirkət tərəfindən satışa çıxarılmışdır. Lakin onun pulu ödənilməmişdir. Buna baxmayaraq Tofiqlə münasibətləri yaxşı idi və Tofiqlə iş birliyi davam etmişdir. Buna görə də ## ######## 2018ci ildən ## ###### 2019-cu ilə kimi AAAF park şirkətinə satış təmsilçisi vəzifəsində, ## ###### 2020-ci il tarixdən ## ###### 2022-ci il tarixədək isə satış rəhbəri vəzifəsində çalışmışdır. Tofiq Heydərov 72 ədəd mənzilin pulunu ona ödəmədiyindən o da həmin mənzillərin müqavilələrini özündə saxlayıb şirkətə təhvil verməmişdir. 2016-cı ildən sonra həmin 72 ədəd mənzil şirkət tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır. Hazırda da həmin mənzillər ayrı-ayrı şəxslərə məxsusdur, Tofiq isə onun pulunu qaytarmamışdır.” Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlanması haqqında heç bir məlumat əks olunmamışdır. Həmin izahatda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehdən hansısa qeyri-yaşayış sahələri və 72 mənzili aldığını, sonradan həmin mənzilləri Tofiq Heydərova satması haqqında razılığa gəldiyini, lakin Tofiq Heydərovun öhdəliyini icra etmədiyini və alqı-satqı müqaviləsinə əsasən onun pulunu ödəmədiyini bildirmişdir. Bu məlumatlar hazırki işdə tərəflər arasında bağlanmış müqaviləyə heç bir aidiyyəti yoxdur. İzahatda qeyd edilən qeyri-yaşayış sahələri arasında hazırki işin mübahisə predmeti olan və İddiaçı satılan qeyri-yaşayış sahəsənin olması qeyd edilməmişdir. Deməli, məhkəmə yazılı sübuta qərəzli, qeyri-obyektiv qiymət vermişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bacısının əridir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə cavabdeh arasında münasibətlər pozulduqdan sonra məsələdən xəbərdar olmuşdur. Mübahisəli əmlakı, yəni qarajı özü almışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə əmlaklarla bağlı heç bir söhbəti olmayıb, ondan hər hansı məsləhət almamışdır. Raidlə “AAAF-İnşaat” MMC arasında münasibətlər pozulan zaman onunla danışmışdır, ona demişdir ki, o, da oradan əmlak almışdır. Məlum olub ki, hər ikisinə eyni yer satılmışdır. Bu danışıq 2026-nın əvvəlində olub. SPA mərkəzini öncə bir nəfər alıb, təmir etdirib, lakin əmlakın ödənişini edə bilməyib. Tofiq müəllim ona bildirib ki, aldığı qaraja görə 5 il gözləməlidir. Belə ki, həmin müddətdə kirayə pulu ilə təmir etdirən şəxsə verilməlidir. Həmin yerin qiyməti uyğun olduğundan oranı almaqda maraqlı olmuşdur. Yeznəsinin Tofiqgillə münasibətlərinin olduğunu bilirdi. Müqaviləni bağlayanda “AAAF-İnşaat” MMC ilə Raidin münasibətlərinin olduğunu bilirdi. Qaraj “Bazarstore”-nin altında yerləşir. Aldığı obyektin təyinatı qarajdır. Qarajın neçə maşınlıq olduğunu bilmir. Obyektə baxan zaman təmir olunduğunu görmüş, lakin hələ fəaliyyət göstərmirdi. Orada avtomobilyuma məntəqəsinin olub-olmadığını dəqiq xatırlamır. Obyekti 2020-ci ildə almış, alan ildə Raidin hansı vəzifədə çalışdığını bilmirdi. Kassaya 900000 manat məbləğində pul ödəmiş, kassa ofisdə yerləşir. Kassirin adını bilmir. Raidin orada çalışdığını bilsə idi, Tofiqlə yox elə Raidlə danışıqlar aparardı. Spa mərkəzinin kimin olması ilə bağlı suala cavab verməkdən imtina edir. Qarajın neçə bina altında yerləşdiyini dəqiq bilmir. Qarajın hazırki bazar dəyərini bilmir. Qarajın dəyəri artmışdır. Hazırda əmlakın dəyərini tələb etməyinin səbəbi həmin əmlakın mövcud olmamasıdır, əmlakı tələb etməmək onun öz işidir. Raidə satılan obyektin sahəsinin nə qədər olduğunu bilmir. Obyektə baxıb bəyənmiş, daha sonra almışdır, sahəsi 6000 kv.m olardı.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh “AAAF-İnşaat” MMC ilə müqavilə bağlayaraq 6390 kv.m sahəti əhatə edən qaraj almış, lakin cavabdeh müqavilə öhdəliyini icra etməyərək qarajı iddiaçıya təhvil verməmişdir. İşə məhkəmədə baxılarkən həmin sahənin təxminən 3000 kv.m hissəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satıldığı məlum olmuşdur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin uydurma əqd olmasına istinad etmiş, həqiqətən alqı-satqı müqaviləsi bağlanmadığı, 900000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsini sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki 900000 manatın verilməsinə dair maliyyə arayışı mövcuddur, cavabdeh isə həmin arayışı mübahisələndirməmişdir. Yeganə istinad edilən sübut isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəntiqə verdiyi izahatdır. Məhkəmə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında əmlakın onun tərəfindən alındığını etiraf etməsi qənaətinə gəlmişdir. Lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs konkret olaraq hansı əmlakı aldığını bildirməmiş, sadəcə müəyyən qeyri-yaşayış sahələri aldığını qeyd etmişdir. İddiaçının aldığı qeyri-yaşayış sahəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldığı qeyri-yaşayış sahələrinin ölçüləri arasına kifayət qədər fərq var və bu sahələri eyniləşdirmək doğru deyil. Cavabdeh “AAAF-İnşaat” MMC-nin məhkəmə mübahisələri çoxdur, hər birində əsassız olaraq maliyyə arayışın bilmədən imzaladıqlarını əslində isə pul almadıqlarını bildirirlər. Cavabdeh şirkət bildirir ki, müdir və mühasib pul almadan sənədlərə imza atmışlar. İddiaçılə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qohumdurlar, lakin bu o demək deyil ki, onların əmlakları eynidir. İddiaçının aldığı qeyriyaşayış sahəsi sonradan cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. 2025-ci ildə “AAAF- İnşaat” MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla bağladığı müqavilənin ləğvi tələbi ilə Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, iddia rədd edilmişdir. Birinci dəfə obyektin təhvil verilməsi barədə iddia qaldırsalar da məhkəmənin izahı ilə sonradan müqavilənin ləğvi və pul tələbi ilə bağlı iddia qaldırmışlar. Hüquqlarını müdafiə etdiyi şəxs ##.##.2021-ci il tarixdə cavabdeh “AAAF-İnşaat” MMC ilə qaraj barədə alqı-satqı müqaviləsi bağlamış, lakin cavabdeh qarajı təhvil verməkdən boyun qaçırmışdır. Eyni zamanda, ##.##.2025-ci il tarixdə cavabdeh Bakı Kommersiya Məhkəməsində iddia qaldıraraq cavabdehlər İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağladığı bir sıra alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən cavabdehin iddiaçıya satdığı və təhvil verəcəyini vəd etdiyi qeyri-yaşayış sahəsinin təxminən 3687 kv.m hissəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial qaydada təsdiqlənmiş müqavilə ilə satıldığı məlum olmuşdur. Bundan sonra isə İddiaçı məhkəmədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinə bundan öncə iddia ərizəsilə müraciət etmişlər, həmin ərizəyə etirazda cavabdeh bildirmişdir ki, məhkəmədən öncə pretenziya qaydasında mübahisənin həlli üçün addım atılmayıb, bununla bağlı məhkəmənin qərardadı var, Pretenziya məktubuna isə cavabdeh tərəfdən heç bir münasibət bildirilməmiş, bundan sonra yenidən iddia qaldırılmışdır. Cavabdeh, Bakı Kommersiya Məhkəməsində baxılan işdə, hazirki iş üzrə mötəbər sübut olaraq istinad etdiyi müqaviləni mübahisələndirərək, onun əhəmiyyətsiz əqd olduğunu bildirmiş və müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin iş üzrə mübahisələndirilən müqavilə 3687 kv.m qeyri-yaşayış sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılması barədə notarial qaydada təsdiq edilmiş müqavilədir. Hazırki iş üzrə cavabdeh iddiaya etirazında mübahisəli qeyriyaşayış sahəsinin həqiqi alıcısının İddiaçı deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğunu bildirir, bununla da iddiaçının hər hansı pul tələb etmək hüququnun olmadığını bildirərək, maliyyə arayışını qəbul etmir. Bakı Kommersiya Məhkəməsində cavabdeh 15 müqaviləni mübahisələndirmiş, hazırda həmin iş Ali Məhkəmədədir. Qarşı tərəf Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istintaq zamanı verdiyi izahata sübut kimi istinad edir. Halbuki həmin istintaq tamamilə başqa qeyri-yaşayış sahəsi ilə bağlı aparılmış, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsinin ödənişini özü edib, lakin müqavilə İddiaçı adına bağlanmışdır. İzahatda tamamilə başqa əqddən söhbət gedir. Məlumdur ki, çıxarış olmadıqda şirkət əmlakı satarkən notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi əldə edir. Müqavilə və maliyyə arayışının əsli alındıqdan sonra artıq notarial qaydada alqı-satqı edilir və əmlak yeni sahibin adına sənədləşdirilir. Cavabdeh bunu etmədən artıq alqı-satqı edir və əmlakı İddiaçı adına rəsmiləşdirirsə, demək, aldığı 900000 manatı geri qaytarmaq riskini öz üzərinə götürmüşdür. T.Heydərov digər qeyriyaşayış sahəsinin satışından əldə olunan vəsaiti mənimsədiyinə görə ona ittiham elan olunub, axtarışa verilib. Bununla bağlı sənədləri sistemə əlavə etmişdir. “AAAF-İnşaat” MMC təkcə hüquqlarını müdafiə etdiyi şəxslə deyil başqa şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini icra etməmiş, eyni müdafiə üsulunu seçərək, müqavilənin əhəmiyyətsiz olduğunu, müqavilə və maliyyə arayışlarının onlar tərəfindən yalandan imzalandığını irəli sürmüşlər. Hesab edir ki şirkətin direktoru pul almadan maliyyə arayışları və müqavilələri imzalamışdırsa, o zaman təsisçi direktorun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli idi, belə bir tədbirin görülməməsi hazırda cavabdehin etirazının əsassız və uydurma olduğunu göstərir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanmış müqavilə ##.##.2022-ci il tarixlidir. 2025-ci ildə cavabdeh iddia qaldıraraq qarajın böyük hissəsini Raidə satıldığını bildirmiş, müqaviləni məhkəməyə təqdim etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vicdanlı əldə edəndir, çünki cavabdeh şirkətin mübahisəli əmlakın İddiaçı satılmasından xəbərdar olmayıb. Raid və Namiq hər ikisi “AAAF-İnşaat” MMC ilə əməkdaşlıq edib, pul yatırıblar ki, əmlak hazır olduqdan sonra daha baha qiymətə satsınlar. Qarşı tərəfin vəkilinin haqqında danışdığı razılaşma 1 səhifəlik razılaşmadır, bütün məhkəmə proseslərində həmin razılaşmaya istinad edirlər, Bakı Kommersiya Məhkəməsində həmin razılaşmaya münasibətdə qeyd olunur ki, razılaşma Tofiq Heydərov tərəfindən icra olunmamışdır. Vicdanlı alıcının müqaviləsi məhkəmələrdə ləğv edilmir. İddiaçı artıq pul tələb etdiyi təqdirdə daha çox rüsum ödəməli idi, risklər daha çox olardı. Hazırda bu məbləği tələb edir, ehtiyac olsa qalanını da tələb edə bilərlər. Raidə 3000 kv.m satılıb, qalanı isə başqa şəxslərə satılıb. Mütəxəssis qarajı ölçsə 6000 kv.m olması öz təsdiqini tapar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çıxarışı var, texniki pasportunun olub-olmamasını dəqqiq bilmir. Notarial qaydada təsdiqlənmiş müqaviləni “AZEMİS” EMİS vasitəsilə təqdim etmiş, onlar birinci çıxarışı öz adlarına alıb, daha sonra Raidə satıblar.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh “AAAF-İnşaat” MMC-nin nümayəndə və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, əmlak hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir. İddiaçı İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Hazırki iş üzrə iddiaçı Bakı Şəhər Nəsimi Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli baxış iclasında iştirak edərək şahid qismində ifadə vermişdir. İddiaçı həmin iclasda yalan ifadə vermiş, məhkəmə onun ifadəsini sübut kimi qiymətləndirməmişdir. İfadəsindən sonra ona hazırki mübahisə ilə bağlı suallar vermişdir, suallara cavablarından, qarajla bağlı məhkəmə proseslərindən, qətnamə qəbul edilməsindən və apellyasiya şikayəti verilməsindən xəbəri olmadığı və gedişatla maraqlanmadığı məlum olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Heydərov Tofiqin işçisi olmuş, satış müdiri vəzifəsində çalışmışdır, müqavilə bağlanan zaman da həmin vəzifədə işləmiş, eyni zamanda şirkətə faizlə pul verərək, əmlaklar alıb sataraq bizneslə məşğul olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2016-cı ildə layihəsi batdığından, Heydərov Tofiqdən faizlə borcunu geri qaytarmasını istəmişdir. Bundan sonra Heydərov Tofiq həmin borcu əmlaklar vasitəsilə geri qaytarmağa başlamışdır. Bir müddətdən sonra 10000000 manat dəyərində əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirilib. Bundan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tofiqin ona hələ də borclu olduğunu bildirdikdə tərəflər arasında mübahisə yaranmış, Heydərov Tofiq pulu qaytaracağının bildirmiş, Raidin adına rəsmiləşdirilən əmlakları geri istəmişdir. Cinayət işinin materiallarında şikayət verən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Tərəf Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olub, sadəcə əmlakı İddiaçı adına rəsmiləşdirib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətdə satış müdiri vəzifəsində işlədiyinə görə əmlakı Namiqin adına rəsmiləşdirib. Raid istintaqda yalnız “SPA” mərkəzi haqda deyil, ümumi bütün mübahisələrlə bağlı izahat vermişdir. Müqavilənin əsl tərəfi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Müqavilənin əsl tərəfi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğu halda, müqavilənin İddiaçı adına bağlanmasının səbəbini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təsisçiyə bildirmişdir ki, müvafiq əmlakı öz adına keçirir, müqavilənin əvvəl qaynının adına almışdır. Müqaviləni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərtib etməmişdir. Heydərov Tofiqin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcu olduğundan Tofiq ona pul əvəzində əmlak verir, Raid isə əmlakı qaynı Namiqin adına sənədləşdirərək götürdüyünü bildirir, sonradan isə təsisçiyə müraciət edərək öz adına rəsmiləşdirir. Heydərov Tofiq hazırki iş üzrə şahid qismində ifadə verməmişdir, lakin istintaq zamanı izahat verib.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanan müqaviləni iddiaçı özün birinci instansiya məhkəməsində “AZEMİS” EMİS vasitəsilə təqdim edib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla müqavilə bağlanan zaman İddiaçı adına bağlanmış müqavilə və maliyyə arayışının tələb edilməməsi səhv olub, həmin vaxtlar şirkətin idarəetməsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məşğul idi, orada satış müdiri vəzifəsində çalışıb. İddiaçıdan 900000 manat pul alınmayıb, maliyyə arayışını qəbul etmirlər, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çıxarışın qaynının adına alınmasını istəməyib, demək ki, ona etibar etməmişdir. Sahədə olan fərq sadəcə olaraq texniki yanlışlıqdır. Heydərov Tofiq və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış * saylı razılaşmada borc məsələsi öz əksini tapmışdır, həmin müqaviləyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF-İnşaat” MMC-dən aldığı 72 mənzilin hüququnu Tofiq Heydərova başqa bir layihəyə qoymasını üçün satmış, lakin layihə uğursuz olmuş, bundan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tofiq Heydərovdan pulunu tələb etmişdir. “SPA” mərkəzi barədə müqavilə məhkəmə tərəfindən etibarsız sayılıb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1000000 manat əsas, 250000 manat faiz borcu olmaqla T.Heydərova pul vermiş, 1 il müddətində qaytarılması barədə razılığa gəlmişlər, “SPA” mərkəzi barədə bağlanmış müqavilə isə bir növ girov kimi nəzərdə tutulmuşdur, digər obyekt isə borc qarşılığında Raidə verilmişdir. SPA mərkəzi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına sadəcə girov olaraq yazılmışdır. Heydərov Tofiqə inşaatın tamamlanması üçün 1000000 manat borc vermiş, 250000 manat borc qalmış, X2 əmlak və pul qarışıq 300000 manat almışdır. Qaraj Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsindədir, “SPA” mərkəzi bankın mülkiyyətindədir. Qaraj binanın altında 6000 kv.m sahəni əhatə edir, lakin “SPA” mərkəzi isə ayrıca qeyri-yaşayış sahəsidir. Ümumiyyətlə müqavilədə nəzərdə tutulmuş qaraj 6000 kv.m deyil, 3000 kv.m olmuşdur, sadəcə müqavilə tərtib olunan zaman ola bilsin, səhvən 2 qatı yazılıb. Əgər qarajın sahəsi 6000 kv.m-dirsə, 3000 kv.m Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədirsə, iddiaçı niyə qalan 3000 kv.m sahiblik hüququn tanınmasını tələb etmir.
13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirdi ki, iddiaçı İddiaçı arvadının qardaşıdır. Obyekti 2022-ci ildə almışdır. 2022-ci ildən obyekti almazdan qabaq əmlak “AAAF- İNŞAAT” MMC-nin olmuşdur. Həmin obyektin İddiaçı məxsus olmasından xəbəri olmamışdır. Qaynı ilə “AAAF-İNŞAAT” MMC arasında münasibətlərin olmasından xəbəri olmamışdır. 2020ci ilin mart ayınadək rəsmi qaydada “AAAF-İNŞAAT” MMC satış təmsilçisi vəzifəsində işləmişdir. “AAAF-İNŞAAT” MMC-də satış təmsilçisi kimi mənzillərin satışı ilə məşğul olmuşdur. “AAAF-İNŞAAT” MMC-nin binasında 72 mənzili olmuşdur. Qeyri-yaşayış sahəsi də olmuşdur. İddiaçı və qardaşı Rusiyada yaşayır, orada pul qazanır, Azərbaycana gəlib əmlak alırdı. İddiaçı “AAAF-İNŞAAT” MMC-dən əmlak aldığını sonradan bilmişdir. 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində Tofiqlə münasibətləri korlanmışdır. İddiaçılə görüşmüş, görüş zamanı Tofiqlə münasibətlərinin korlanmasının səbəbi olaraq bildirmişdir ki, Tofiqdən aldığı obyekti başqasına satmışdır, Namiq bunu eşidəndə “Bazarstore”-un altındakı qaraj aldığını bildirmiş, o da demişdir ki, həmin yeri çıxarışla almışdır. Onunla məsləhət etməməsinin səbəbini soruşduqda bildirmişdir ki, qiyməti münasib olduğuna görə ona deməmiş, düşünmüşdür ki, birdən həmin yeri o alar. Obyekti ümumilikdə 490000 manata almışdır. Yalnız 130 ədəd qarajın yerini almış, lakin Namiq həm qarajı, həm də yolu almışdır. Namiq ona həmin yerin kvadratından danışanda anlamışdır ki, ona yalnız qaraj deyil, həm də yol satılmışdır. Qaynının “AAAF-İNŞAAT” MMC-dən obyekt aldığını bilməmiş, bilsə idi, ona istiqamət verərdi. Bu məsələni öyrənəndə İddiaçı bildirmişdir ki, obyekti çıxarışla almışdır. Buna görə də də o “AAAF-İNŞAAT” MMC-dən pulunu tələb etsin. Qaynı “AAAF-İNŞAAT” MMC-dən işdən çıxdıqdan sonra obyekti almışdır. İddiaçı onun AAAF-İnşaatla münasibətlərimin olduğunu bilirdi, lakin oradan aldığı əmlaklarla bağlı ona hesabat verməmişdir. İddiaçı ondan xəbərsiz AAAF-İnşaatdan əmlak almış, onunla məsləhət etməməsinin səbəbini ondan soruşanda bildirmişdir ki, əmlakın qiyməti ucuz olmuş, ondan qabaq əmlakı alacağımdan ehtiyat etdiyindən ona deməmişdir. İddiaçı savadı olmadığından onu aldatmışdırlar, onun yerinə olsa idi, həmin məbləğə obyekti almazdım. İddiaçı həmin yeri almış, oraya pul vermiş, çünki ortada maliyyə arayışı və müqavilə var. İddiaçı həmin yeri aldığını bilməmiş, müqavilə və maliyyə arayışını gördükdən sonra əmin olmuşdur. Qarajı alanda təmirli idi, lakin görünürdü ki, təmirdən uzun zaman keçmişdir. Qarajın kim tərəfindən təmir olunması barədə məlumatı yoxdur, sadəcə eşitmişdir ki, qarajı vaxtilə almaq istəyən biri olmuş, pulu tam ödəməsə belə oranı təmir etdirmiş, ödənişi edə bilmədiyinə görə ala bilməmiş, təmirə xərclənən pulun əvəzinə qarajın icarə haqqının ona ödənilməsi ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. Həmin qarajları ümumu olaraq aylıq 2000 manat icarə haqqı olmaqla icarəyə vermişdir. Çıxarış əvvəl “AAAF-İNŞAAT” MMC-nin adına olmuş, daha sonra onun adına rəsmiləşdirilmişdir. Namiqə izah etmişdir ki, əmlakı rəsmi qaydada, çıxarışla almış, ona qalib gələ bilməz, ona görə də “AAAF-İNŞAAT” MMC-dən pulunu geri tələb etməlidir. “AAAF-İNŞAAT” MMC-də 2020-ci ilin martınadək işləmişdir. Qeyri-yaşayış sahəsini 2022-ci ildə almış, rəsmi 2020-ci ilədək çalışmış, qeyri-rəsmi nə vaxta qədər çalışdığını xatırlamır. Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatı ola bilsin ki, qeydə alınarkən obyekti aldığı ilin yazılışında texniki səhvə yol verilərək 2020-ci ildə aldığını qeyd etmişdir. 2023-cü ildə qaynı SPA mərkəzini almaq istədiyini bildirmiş, obyekti onun adına, öz hesabına almağını, daha sonra artıqlaması ilə ödəniş etməyi təklif etmişdir. 1250000 manat ödəniş etmiş, Namiq bir müddət keçdikdən sonra Rusiyadakı işlərinin qaydasında getmədiyini ödəniş edə bilmədiyini bildirmiş, obyekt ona qalmışdır. Sonra məlum olmuşdur ki, həmin obyekt çıxarışla başqa şəxsə satılmışdır. Qarajda 130 avtomobil saxlamağa yer var. Çıxarışda 3687 kv.m sahəni əhatə etdiyi göstərilmişdir. Qaraj sahəsini ölçmüş, aradakı yolları hesablamadan 3600 kv.m-dən çoxdur. Aradakı yollarla birgə ümumi sahə 6390 kv.m-dir.
14. İddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil/Nümayəndə yazılı izahatını məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, cavabdeh “AAAF-İnşaat” MMC-nin nümayəndəsi ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sual verərək ondan soruşmuşdur ki, hansı səbəbə görə o polisdə izahat verərkən zirzəmidəki qaraj sahəsini 2020-ci ildə aldığını demişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da cavab vermişdir ki, ola bilsin müstəntiq rəqəm səhvinə yol verib və 2022 əvəzinə 2020 yazıb. Bu zaman sədrlik edən hakim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs soruşmuşdur ki, onda niyə izahatı imzalayıb və düzəliş etməyib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatı niyə oxumadığını əsaslandırmayıb. Lakin, bildirmək istəyir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında rəqəm səhvinə yol verməsi faktı iddiaçı İddiaçı üçün heç bir öhdəlik yaratmır. Ümumiyyətlə izahatda 2022 əvəzinə 2020 rəqəminin yazılması hazırki iş üzrə əhəmiyyətli və mötəbər sübut kimi qəbul edilə bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs açıq məhkəmə iclasında bildirdi ki, o qaraj sahəsini 2022-ci ildə notariusda rəsmiləşdirilmiş müqaviləyə əsasən almışdır. İddiaçı 2020-ci ildə eyni qaraj sahəsini almasından yalnız 2025-ci ilin əvvəlində Namiqin özündən xəbər tutmuşdur. İddiaçı heç bir izahatında mübahisəli sahənin əsl sahibinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğunu deməyib. Cavabdeh belə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh İddiaçıla bağlanan müqavilədə faydalanan şəxsin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğunu heç bir şahid ifadələri ilə təsdiqləyə bilməmişdir. Bundan başqa cavabdeh özü-özünü inkar edir. Belə ki, hazırki işdə cavabdeh bildirir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Çünki İddiaçıla bağlanan müqavilənin predmeti olan sahə faktiki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılıb və onun mülkiyyətindədir. Beləliklə, hazırki işdə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli sahə üçün pul ödədiyini qəbul edir, lakin İddiaçı pul ödəməsini qəbul etmir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026 tarixli qətnaməsinin 3-cü səhifəsində 6-cı bənddə hazırki iş üzrə də mübahisə predmeti olan qaraj sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh tərəfindən satılması barədə müqavilənin mübahisələndirildiyi görünür. Həmin bənddə mübahisə predmeti belə təsvir olunmuşdur: “##.##.2022-ci tarixli, ****** saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı “AAAF-İnşaat” MMC tərəfindən alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3687.40 kvm. olan qeyri-yaşayış sahəsi 490000 manat qiymətinə satılmışdır. Həmin işdə “AAAF-İnşaat” MMC iddiaçı kimi bildirmişdir ki, guya Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla bağladığı müqavilə əhəmiyyətsiz əqddir və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin müqaviləyə əsasən onlara pul ödəməyib. Beləliklə, hazırki işdə “AAAF-İnşaat” MMC bildirir ki, guya qarajın əsl alıcısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdur, digər məhkəmə çəkişməsində isə o bildirir ki, qarajı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da almayıb və pulunu ödəməyib. Faktiki olaraq, “AAAF-İnşaat” MMCnin *-*(***)-****/**** saylı işdə gətirdiyi dəlil hazırki işdə gətirdiyi dəlili inkar edir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən “AAAF İnşaat” MMC kassasiya şikayəti verib və kassasiya şikayətinə Ali Məhkəmədə 2-2(1-8)-360/2026 nömrəsi ilə baxılır. İş Ali Məhkəmədə icraata ##.##.2026 tarixli qərardadla qəbul edilmişdir. Bundan başqa ##.##.2026 tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməni inandırmağa çalışmışdır ki, guya satılan qaraj sahəsinin ümumi ölçüsü 3687.40 kvm təşkil edir və İddiaçıla bağlanan müqavilədə qaraj sahəsinin ölçüsü düzgün göstərilməyib. Lakin, “AAAF-İnşaat” MMC qaraj sahəsinin ümumi çizgisini məhkəməyə təqdim etməmişdir. 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, 3687.40 kvm sahə 130 ədəd parkinq yerlərinin ölçüsüdür və o həmin parkinq yerlərini satın almışdır. Bundan başqa, həmin parkinq ərazisində bir neçə yollar vardır. “AAAF İnşaat” MMC qaraj sahəsini İddiaçı satanda həmin yollarıda ümumi sahəyə daxil etmişdir. Halbuki, yollar ümumi istifadədə olan sahələrdir və alqı-satqı predmeti olmamalıydı. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2026 tarixli məhkəmə iclasında bildirmişdir ki, onun mülkiyyətində olan qaraj sahəsindəki hər parkinq yerinin ölçüsü təxminən 28 kvm təşkil edir. Buna cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, guya maşın saxlamaq üçün 28 kvm çox böyük sahədir və parkinq üçün 5-6 kvm sahə kifayət edir. Bu məlumatın absurd, yalan olduğunu müəyyən etmək üçün internetdə sadə araşdırma aparmaq kifayətdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01. 06. 2010 tarixli ** №-li əmri ilə təsdiq edilmiş və ##.##.2010-cu il tarixdən qüvvəyə minmiş AzDTN 2.*-* nömrəli “Avtomobil dayanacaqları” Azərbaycan Respublikasının Dövlət Tikinti Normasının 5.25-ci bəndinə əsasən, “Saxlanma yerlərinin minimal ölçülərini bu cür götürmək lazımdır: saxlanma yerinin uzunluğu - 5,0 m, eni - 2,3 m (əlil arabasından istifadə edən əlillər üçün - 3,5 m).” 5*3.5=17,5 kvm təşkil edir. Buradan görünür ki, cavabdehin məhkəmədə səsləndirdiyi 5-6 kvm ölşüsü heç bir standarta uyğun deyil, uydurmadır. 17,5 kvm minimal ölçüdür və avtomobili daha rahat saxlamaq üçün 28 kvm sahənin ayrılması tamamilə normaldır
15. Cavabdeh “AAAF-İnşaat” MMC-nin nümayəndə və vəkili vəkil1 yazılı izahatını məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, *(*-*)-***/**** nömrəli mülki işdə 3-cü şəxs olan, amma əslində isə əsl iddiaçı olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ## #### 2026-cı il tarixində məhkəmədə verdiyi izahatlarda onun və qaynı İddiaçı tərəfndən verilən məlumatların nə qədər yalan və məhkəməni aldatmağa bir cəhd olduğu gün kimi aydın olaraq ortaya çıxmışdır. Belə ki, iş üzrə iddiaçı olan İddiaçı vəkili və nümayəndəsinin məhkəməyə ünvanladığı izahat və vəsatətin nə qədər absurd olduğu və tərəfin həqiqətən də məhkəmə iclasında hər şeyin açıq ortaya çıxdığını anladığı üçün işdə uğursuzluğa düçar olmamaq üçün icraatın dayandırılmasını xahiş edir. Sual olunur ki, əgər tərəf həqiqətən öz vəsatətində səmimidirsə və hazırkı işin mahiyyətinə uyğun olaraq qeyd etdiyi bir sıra məhkəmələ proseslərinin yekunlaşmağnın lazım olduğunu düşünürsə, nəyə görə belə bir vəsatəti məhkəmənin əvvəlki mərhələlərində verməmişdir? Qeyd etdiyi və uğursuzca hazırki məhkəmə prosesinə bağlamağa cəhd etdiyi məhkəmə qərarları işə baxmaqdan əvvəlki vaxtlarda da tərəfə məlum idi. Sadəcə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə dediyi yalan məlumatların aşkar olunmasından sonra tərəfdə şikayətinin təmin olunmayacağı düçüncəsi əmələ gəlib və buna görə də icraatı dayandırmağa cəhd edir. Məhkəməyə bildirir ki, iddiaçı İddiaçı tərəfindən təqdim edilən formal alğı-satqı müqaviləsi (## ####### 2020-ci il tarixli Q-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi) digər məhkəmələrin icraatında deyildir. İddiaçının nümayənədəsinin əlavə etdiyi Bakı Kommersiya və Bakı Apellyasiya Məhkəməsinin baxdığı proseslərdə ilkin iddia ərizəsində İddiaçı tərəfindən təqdim edilən formal alğı-satqı müqaviləsi (## ####### 2020-ci il tarixli, Q- **** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi) qeyd olunsa da sonradan Abşeron Rayon Məhkəməsinin icraatında olan, hazırda icraatda olan iş daha əvvəlki tarixə aid olduğuna görə həmin müqavilənin etibarsız olub-olmadığına Abşeron Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilməli olması ilə bağlı olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən e-*-*(***)- ****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərardadla iddia həmin hissədə baxılmamış saxlanmışdır. Bununlada hazırda icraatda olan bu işdə baxılan müqavilə başqa heç bir məhkəmənin icraatında qalmamışdır. Dolayısı ilə hazırki iş üzrə icraatın dayandırılmasına heç bir əsas yoxdur. İş üzrə iddiaçının vəkili və nümayəndəsinin yazmış olduğu izahatda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında dediyi aşkar yalana bəraət qazandırmağa çalışması və sanki həqiqətən istintaq orqanlarında verilən ifadələrdə də 2022-ci il yerinə 2020-nin səhfən yazılma ehtimalını müdafiə etməsi mövqeyinin nə qədər qeyri-səmimi olduğunu bir daha sübut edir. Məhkəmə iclasında da qeyd etdiyi kimi istintaqda verilən ifadənin axrasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öz əl yazısı ilə qeyd edib ki, “İzahat sözlərilə düzgün yazılıb, oxudu, əlavəsi yoxdur, doğruluğunu imzası ilə təsdiq edir”. Demək ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməni aldatmağa cəhd etmişdir. Bundan başqa Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dəfələrlə sual verilmişdir ki, “AAAF İnşaat” MMC-də hansı vaxtlarda işləyib? O da dəfələrlə şifahi cavab verdib, hətta məhkəməyə elektron qaydada əlavə etdiyi izahatda da qeyd edib ki, “Mən “AAAF-İnşaat” MMC-də satış şöbəsinin rəhbəri vəzifəsində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək çalışmışam. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada təqdim edilən əmək müqavilələri məlumatlarından çıxarış bu faktı təsdiq edir. İddiaçı ilə alqı-satqı müqaviləsi ##.##.2020-ci il tarixdə bağlanmışdır, həmin tarixdə mən “AAAF-İnşaat” MMC-də satış şöbəsinin rəhbəri vəzifəsində artıq çalışmırdım." İstintaq orqanına verdiyi ifadədə isə bildirib ki, “Buna baxmayaraq, Tofiqlə münasibətlərimiz yaxşı idi və Tofiqlə işbirliyimiz davam edirdi. Buna görə də ## ######## 2018-ci ildən ## ###### 2019-cu il tarixinə kimi AAAF Park şirkətinə satış təmsilçisi vəzifəsində ## ###### 2020-ci il tarixindən ## ###### 2022-ci il tarixinədək isə satış rəhbəri vəzifəsində çalışam.” Buradan da aydın olur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yenə də məhkəməni aldatmağa cəhd edir. 2022-ci il tarixinə kimi satış rəhbəri vəzifəsində çalışan bir şəxsin, işlədiyi müddət ərzində şirkətdə böyük sayılan sahələrdən birinin kiməsə “satılmasından” - əlavə olaraq bu şəxs onun qaynıdırsa - xəbərinin olmamağı aşkar yalandır!! Eyni qaydada da iddiaçı İddiaçı məhkəməyə vermiş olduğu yalan ifadədən biri də odur ki, bacısının yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satış rəhbəri işlədiyi bir şirkətdən 900000 (doqquz yüz min) manatlıq əmlak alır və bunu ona bildirmir. Halbuki, həmin vaxt şirkətin satışlarına Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəhbərlik edirdi və onun məlumatı olmadan belə bir satışın edilməsi mümkün deyildi. İddiaçının nümayəndəsi və vəkilinin səsləndirdiyi və izahatda qeyd etdiyi başqa bir yalan isə tərəfindən qaraj sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılaraq ondan pul alındığını deməyi iddia etməsidir. Bu yalandır və tərəfindən hər dəfə həmin yerlərin formal alğı-satqı müqavilələri ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə keçdiyi bildirilmişdir. Sadəcə bu məsələnin icraatda olan işə aidiyyəti olmadığına görə tərəfindən təfərrüata gedilməmişdir. Hazırkı iş üzrə aşkardır ki, iddiaçı yalan danışır və təqdim etdiyi müqavilə yalan əqddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan və e-*(*-**)-***/**** saylı işin nəticəsinin isə hazırkı prosesə ümumiyyətlə heçbir adiyyatı yoxdur, iddiaçının nümayəndəsinin həmin prosesi və ## #### 2016-cı il tarixli * saylı Razılaşma müqaviləsini hazırkı işə bağlaması onun şüuraltı olaraq əslində bu proseslərin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla “AAAF İnşaat” MMC arasında gedən münasibətlərin bir parçası olduğunu qəbul etməsindən irəli gəlir. Ancaq iddiada təqdim etdiyi ## ####### 2020-ci il tarixli, Q-**** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinin real alğısatqı müqaviləsi olduğunu bildirir. Əgər iddiaçı İddiaçılə bağlanan müqavilə həqiqi və qanuni alğı-satqı müqaviləsidirsə, nəyə görə iddiaçının nümayəndəsi və vəkili düşünür ki, bu müqavilənin müqəddəratına ## #### 2016-cı il tarixli * saylı Razılaşma müqaviləsinin etibarsız saylıb sayılmaması təsir edəcək? Yox əgər həqiqətən də ## #### 2016-cı il tarixli * saylı Razılaşma müqaviləsinin yaratdığı münasibətlərə görə hazırkı iş üzrə qaraj sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmək üçün İddiaçı adına rəsmiləşdirilibsə, nəyə görə iddiaçı iddiasında həqiqi alğı-satqı müqaviləsinin olduğunu idda edir? Hər iki halda da İddiaçı müqaviləsi yalan əqddir və etibarsızdır. İddiaçı tərəf, sadəcə məntiqi aldanmalar yaradaraq işin mahiyyət üzrə baxılmasını uzatmaq istəyir. Qeyd etmək istəyir ki, həmin ## #### 2016-cı il tarixli * saylı Razılaşma müqavilənin nəticəsi iddiaçı İddiaçılə “AAAF İnşaat” MMC arasındakı bu formal alğı-satqı müqaviləsinə heç bir təsir etməyəcək. Çünki, əgər İddiaçılə müqavilə həmin qaraj sahəsini faktiki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verməyə görə (fərqi yoxdur borc qarşılığı vermə və ya real satış) bağlanıbsa, (işin gedişatında iddiaçının və 3-cü şəxsin yalan məlumatlar verdiyi bilindi və açıq aydın ortaya çıxdı ki, yer əslində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilib) ## ####### 2020-ci il tarixli, Q- **** nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi yalan əqddir. Yekun cari nəticə odur ki, həmin sahə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki mülkiyyətindədir. ## #### 2016-cı il tarixli * saylı Razılaşma müqaviləsin etibarsız sayılıbsayılmamasından asılı olmayaraq hüquqi nəticə iddiaçı İddiaçı üçün dəyişməz olaraq qalacaqdır. İcraatınızda olan iş üzrə müqavilənin yalan əqd olması iddiaçı və 3-cü şəxsin verdiyi ifadələrdən aşkar şəkildə ortaya çıxmışdır. İşdə olan sübutlar
16. ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin ** saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini 900000 manata “AAAF-İnşaat” MMC-dən almışdır.
17. ##.##.2020-ci il tarixli maliyyə arayışından görünür ki, “AAAFİnşaat” MMC tərəfindən alqı-satqısı haqqında müqaviləsinə əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin ** saylı küçəsində inşa edilən ümumi sahəsi 6390 kv.metrdən ibarət qaraj sahəsinə görə Cəmiyyətə ümumilikdə 900000 manat ödəniş edilmişdir.
18. Daşınmaz əmlakın alqı-satqısına dair ##.##.2022-ci il tarixli, AN-İ ******* saylı müqavilədən görünür ki, “AAAF-İnşaat” MMC Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, *** saylı, ümumi sahəsi 3687,4 kv.m olan qeyri-yaşayış obyektini 490000 manata Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır.
19. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən, ümumi sahəsi 3687,40 kv.m olan ** saylı qeyriyaşayış sahəsi dövlət reyestrində ##.##.2022-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır.
20. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e*(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh “AAAF-İnşaat” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC BOKT) qarşı müqavilənin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
21. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
22. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə ## ### 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə X3 barəsində ittiham elan olunması üçün şübhəli şəxsin axtarışı elan edilmişdir.
23. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında ## ### 2025ci il tarixli qərardan görünür ki, əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.4-cü maddəsinə tövsif edilmişdir. Həmin qərarlardan daha sonra görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, X3 tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksinin daxilində yerləşən 0,3 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 2326 kv.metrdən ibarət qeyri-yaşayış binasını 1.250.000 manata satacağına dair yalan vəd verib aldadaraq, həmin tarixdə "AAAF-İNŞAAT" MMC qeyri-yaşayış sahəsinin alqı-satqısına dair ***** nömrəli müqavilə tərtib edilmiş, bundan sonra qeyd olunan qeyri-yaşayış binası ##.##.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla «xxxx» STK Xaçmaz filialının adına keçirirək 1.250.000 manat pulu ələ keçirib Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı və həmin faktla bağlı toplanmış ilkin araşdırma materialı olmuşdur.
24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DİN Baş İstintaq və təhqiqat İdarəsində vermiş olduğu izahatdan görünür ki, təxminən 2006-2007-ci illərdə Xırdalan şəhərində fərdi yaşayış evlərinin inşası ilə məşğul olan Tofiq Heydərovla tanış olmuş, Tofiq onun həmyerlisi olduğundan dostluq münasibətləri yaranmışdır. Tofiq Heydərov ilk dəfə yaşayış evlərini inşa edərkən o, Tofiq Heydərova torpaq sahəsi vermişdir ki, həmin sahənin üzərində yaşayış evləri inşa etsin. Tofiq həmin torpaq sahəsinin pulunu sonradan ona pul və əmlak formasında inşa etdiyi binalardan ödəmişdir. Bundan sonra Tofiq Xırdalan şəhərində AAAF Park yaşayış kompleksini inşa etməyə başlamışdır. Kompleksdə bir çox yaşayış binaları inşa edilirdi. O, əvvəlcə həmin şirkətdə qeyri-rəsmi fəaliyyət göstərmişdir. Belə ki, o, Tofiq Heydərova AAAF Park yaşayış kompleksində satışa çıxarılmış mənzilləri satmağa köməklik etmişdir. Bundan başqa isə bəzi vaxtlarda Tofiqə kompleksdə tikinti işləri üçün pul tapıb vermişdir. Tofiq isə həmin pul ilə bina inşa etmiş və pulun əvəzində ona ümumi satdığı qiymətdən ucuz qiymətə mənzil və ya qeyri-yaşayış sahələri vermişdir. Yəni o, həmin tikintiyə pul yatırtmaqla gəlir əldə etmiş, bu həm Tofiq Heydərova, həm də ona sərf etmişdir. Beləliklə, o, Tofiq Heydərovun inşa etdiyi AAAF Park yaşayış kompleksinin inşasında bu formada iştirak edib bir çox mənzil və qeyri-yaşayış sahələri almışdır. Həmin mənzillər onda toplanıb qalmışdır. 2016-cı ildə Tofiq ona toplanmış 72 ədəd mənzili yenidən şirkətə qaytarmasını, şirkət həmin mənzilləri sataraq onun pulunu hissə-hissə 3 il ərzində ödəməyi təklif etmişdir. Tofiq həmin mənzillərin pulunu yeni layihələrə sərf edib gəlir əldə etməli idi. Bundan sonra isə onun pulunu ödəməli idi. O, Tofiqlə razılaşmışdır. Bundan sonra Tofiqlə həmin 72 ədəd mənzili qaytarması barədə müqavilə bağlamışlar. Tofiq isə 72 ədəd mənzilin pulunu hissə-hissə 3 il ərzində ona ödəməli idi. Müqavilədən sonra o, mənzilləri şirkətə qaytarmış və mənzillər şirkət tərəfindən satışa çıxarılmışdır. Lakin onun pulu ödənilməmişdir. Buna baxmayaraq Tofiqlə münasibətləri yaxşı idi və Tofiqlə iş birliyi davam etmişdir. Buna görə də ## ######## 2018-ci ildən ## ###### 2019-cu ilə kimi AAAF park şirkətinə satış təmsilçisi vəzifəsində, ## ###### 2020-ci il tarixdən ## ###### 2022-ci il tarixədək isə satış rəhbəri vəzifəsində çalışmışdır. Tofiq Heydərov 72 ədəd mənzilin pulunu ona ödəmədiyindən o da həmin mənzillərin müqavilələrini özündə saxlayıb şirkətə təhvil verməmişdir. 2016-cı ildən sonra həmin 72 ədəd mənzil şirkət tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır. Hazırda da həmin mənzillər ayrı-ayrı şəxslərə məxsusdur, Tofiq isə onun pulunu qaytarmamışdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DİN Baş İstintaq və təhqiqat İdarəsində vermiş olduğu izahatındakı bəhs etdiyi qeyriyaşayış sahəsinin hazırki məhkəmə mübahisəsinin predmeti olan və İddiaçı satılmış qeyriyaşayış sahəsi olmasına dair heç bir qeyd olmadığını qeyd etsə də iddiaçının şikayətinin həmin dəlili əsassız olmuşdur. Belə ki, mülki işin birinci cildinin 115-ci səhifəsində olan “AAAF-İnşaat” MMC-nin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı şikayət ərizəsindən və direktorunun izaharından görünür ki, AAAF Park yaşayış kompleksinin ** saylı küçəsində yerləşən binanın zirzəmisində yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus qeyri-yaşayış sahəsindəki kommersiya obyektlərində elektrik şəbəkəsinə, həmçinin həmin binada yerləşən “Bazarstore” kommersiya obyektinə məxusus elektrik şəbəkəsinə qanunsuz qoşulmalardan bəhs edilmişdir. İş materiallarında olan iddiaçının iddia etdiyi ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən isə görünür ki, İddiaçı məhz “AAAF-PARK” yaşayış massivinin ** saylı küçəsində inşa edilən ümumi sahəsi 6390 kv.metrdən ibarət qaraj sahəsini “AAAF-İnşaat” MMC-dən almışdır. Müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin üzərində “Bazarstore” kommersiya obyektinin yerləşməsi isə işin mübahisəsiz halı olmuşdur. Həmçinin, həmin şikayət ərizəsi ilə əlaqədar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DİN Baş İstintaq və təhqiqat İdarəsində vermiş olduğu izahatdan isə görünür ki, müstəntiq tərəfindən məhz həmin şikayətlə bağlı verilmiş suala münasibətdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin qeyri-yaşayış sahəsini 2020-ci ildə aldığını və 2023-cü ilə kimi icarəyə verməsinə dair izahat vermişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd edilən şikayətinin dəlilini əsassız hesab etmişdir.
30. Bundan başqa məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF-İnşaat MMC”-də qeyri-rəsmi olaraq hansı tarixədək işləməsini xatırlamamasına dair izahat versə də DİN Baş İstintaq və təhqiqat İdarəsində vermiş olduğu izahatlardan görünür ki, o, ## ######## 2018-ci ildən ## ###### 2019-cu il tarixinə kimi şirkətdə satış təmsilçisi, ## ###### 2020-ci il tarixindən ## ###### 2022-ci il tarixinədək isə satış rəhbəri vəzifəsində işləməsinə dair izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçı İddiaçı 6390 kv.metrdən ibarət qaraj sahəsinin əldə edilməsinə dair ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsini bağlayarkən bu barədə yeznə-qayın qismində qohumu olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər hansı bir məlumat verməməsinə dair izahat vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da bu müqavilədən xəbərinin olmadığını bildirməklə, eyni qeyri-yaşayış sahəsinin hər ikisi tərəfindən alınmasını 2025-ci ilin əvvəlində aşkara çıxmasını bildirmişlər. Bu iddiaçının yazılı izahatında da öz əksini tapmışdır. İddiaçı İddiaçı işlədiyi və kommerisya əlaqələri olan qaynı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldığı əmlak barədə məlumat verməməsinin səbəbi kimi əmlakın qiymətinin ucuz olması, bunu bildiyi təqdirdə isə Raidin həmin əmlakı özünün ala biləcəyindən ehtiyyatlanmasına dair izahat vermişdir ki, iddiaçı və üçüncü şəxsin qeyd edilən izahatları qeyri-səmimi olmaqla, inandırıcı və ağılabatan da olmamışdır. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DİN Baş İstintaq və təhqiqat İdarəsində vermiş olduğu izahatında dəqiq tarix göstərməklə, yəni ## ###### 2022-ci il tarixinədək “AAAF-İnşaat MMC”-də rəsmi və ya qeyri-rəsmi olaraq satış rəhbəri vəzifəsində işlədiyini bildirmişdir ki, 2022-ci il tarixinə kimi satış rəhbəri vəzifəsində çalışan bir şəxsin, işlədiyi müddət ərzində 6390 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin qaynı olan qohumuna satılmasından xəbərinin olmaması inandırıcı və ağlabatan olmamışdır. Həmçinin, iddiaçı İddiaçı aldığı əmlak barədə qohumu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məlumat verməməsinin səbəbi kimi kommersiya marağı baxımından əmlakın qiymətinin ucuz olması, bunu bildiyi təqdirdə isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin əmlakı özünün ala biləcəyindən ehtiyyatlanmasına dair izahat vermişdir ki, ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə aldığı əmlakın sonradan qohmuna satılmasını bildiyi təqdirdə, həmin əmlakın geri qaytarılmasına dair iddia deyil, müqavilənin ləğv edilərək pulun geri qaytarılması ilə bağlı iddia qaldırması da təəccüb doğurmuşdur. Belə ki, iddiaçının aldığı daşınmaz əmlakın 5 il ərzində dəyərinin artması nəzərə alındıqda, əvvəlki kommersiya marağını nəzərə almadan yalnız müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb etməsini hər hansı bir inandırıcı arqumentlə əsaslandıra bilməmişdir.
31. Bundan başqa iş materiallarında olan ##.##.2023-cü il tarixli, ***** saylı alqı-satqı müqaviləyə əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivində 0,3 ha torpaq sahəsində, ümumi sahəsi 2326 kv.m olan SPA mərkəzini də 1250000 “AAAF-İnşaat” MMC-dən almışdır ki, iş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” ##.##.2025-ci il tarixli, “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” ## ### 2025-ci il tarixli və “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” ## ### 2025-ci il tarixli qərarlardan göründüyü kimi cinayət işinin başlanmasına səbəb və əsas Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şikayəti olmuş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhz İddiaçı ilə “AAAF-İnşaat” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***** saylı müqavilənin predmeti olan ümumi sahəsi 2326 kv.metrdən ibarət qeyri-yaşayış binasının 1.250.000 manata satılacağı adı ilə ona qarşı dələduzluq edildiyini iddia etmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında isə üçüncü şəxs iddiaçı qaynının 2023-cü ildə SPA mərkəzini almaq istədiyini ona bildirməsinə dair izahat verməklə, əmlakı iddiaçının adına alındığını, lakin pulunun onun verdiyini etiraf etmişdir.
32. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı qeyri-yaşayış sahəsini aldıqdan sonra 5 il ərzində həmin sahəni istifadə etmədiyini bilirmişdir ki, bunu da “AAAF- İnşaat” MMC rəhbərinin həmin yerin icarədə olması və icarə haqqı ilə həmin sahəni təmir etdirmiş şəxsə təmir pulunun verməli olmasını, buna görə də 5 il gözləməli olmasını deməsi, onun da bu rəkliflə razılşaması ilə əlaqələndirmiş, lakin buna dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hərçənd ki, yuxarıda qeyd olunduğu kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baş İstintaq və Təhqiqat İdarəsində vermiş olduğu izahatında həmin qeyri-yaşayış sahəsinin 2023-cü ilə kimi onun tərəfindən icarəyə verildiyini bildirmişdir.
33. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(*-**)- ***/**** saylı iş üzrə iddiaçı İddiaçı şahid qismində dindirildiyi məhkəmə iclasının audio-video yazısından görünür ki, hazırkı iş üzrə cavabdehin vəkili və nümayəndəsi tərəfindən İddiaçı hazırkı mübahisə üzrə müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinə dair mübahisənin olub-olmaması sualı ünvandıqdan sonra İddiaçı ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddialarının yarandığını, bunula bağlı məhkəmə prosesslərinin başqa yerdə olacağını bildirməkdədir. Vəkil şahid İddiaçı məhkəmə proseslərinin gələcək zamanda baş verəcəyi ilə bağlı cavaba münasibətdə Abşeron Rayon Məhkəməsində iddiasının rədd olunduğunu və apellyasiya şikayətinin verildiyini, bu proseslərdən xəbərinin olmadığına dair etirazını bildirdikdə isə İddiaçı həmin proseslərdən xəbərdar olduğunu və sualın hazrkı işə aidiyyətinin olmadığını bildirmişdir ki, həmin vaxt iddiaçının hazırkı işin vəziyyətindən tam məlumatlı olması qənaətinə də gəlmək mümkün olmamışdır.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, işin qeyd edilən halları ilə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF-İnşaat” MMC-də satış təmsilçisi, satış rəhbəri vəzifəsində işləməklə yanaşı “AAAF-İnşaat” MMC-nin təsisçisi ilə qeyri-rəsmi birgə fəaliyyət göstərmiş, birgə fəaliyyətlə əlaqədar çox sayda əmlaklara sahib olmuş, həmçinin “AAAF-İnşaat” MMC tərəfindən inşa edilmiş AAAF Park yaşayış kompleksinin ** saylı küçəsində yerləşən binanın zirzəmisində yerləşən tikintisi başa çatmamış binanın qeyri-yaşayış sahəsini qohumu İddiaçı adına rəsmiləşdirilməsi üçün ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuşdur. Əslində isə İddiaçı həmin qeyri-yaşayış sahəsini almaq və mülkiyyətinə keçirmək niyyəti olmamışdır. Bununla yanaşı qeyd olunan müqavilə Mülki Məcəllənin 144-1.4-cü maddəsinin tələbinə müvafiq olaraq notariat qaydasında bağlanmamış və tikintisi başa çatmayan binanın həmin hissəsinə dair təminat qeydi aparılmamışdır. Qeyd olunan müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından eitbarsız əqd olmuşdur. Lakin, sonradan iddiaçı İddiaçı müqavilə üzrə əsl tərəf olmasını bildiyindən hər hansı bir etirazı olmadan, ##.##.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsinə əsasən həmin əmlak qohumu olan üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə verilmişdir ki, bununla da iddiaçı ilə cavabbeh arasında bağlanmış müqavilə və 900000 manat pulun ödənilməsinə dair sənədlərin formal olaraq tərtib edilməsi təsdiq olunmuşdur. Buna görə də etibarsız müqavilənin ləğv edilməsinə dair iddia əsassız olmaqla yanaşı, iddiaçı İddiaçı tərəfindən 900000 manat pulun cavabdehə verilməsi də təsdiq olunmadığından, etibarsız əqd üzrə pulun qaytarılması tələbinə dair iddia da əsassız olmuşdur.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392,393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası.
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.