Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-558/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Abşeron, Xırdalan 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı “Abşeron, Xırdalan 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair ərizəsi üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı MMMC cavabdeh Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) iddiaçı İddiaçı MMMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. İddiaçı İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026cı il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(5-105)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və işin icraata götürülərək mahiyyəti üzrə baxılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı mülki iş üzrə ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı mülki iş üzrə ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. İddiaçı İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ASC-yə qarşı onlardan tələb etdiyi 3242,93 manat borc tələbinin əsassız hesab edilərək silinməsi tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmışdır. Onlar iddiaçı tərəf olaraq sözügedən qərardaddan narazıdırlar və hesab edirlər ki, həmin qərardad ləğv edilməli, iddia tələbləri Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilməli və mahiyyəti üzrə baxılmalıdır. Belə ki, onların tələbi cavabdeh orqanın istehlak edilmiş və pulu ödənilməmiş (onlar bunu qəbul etmirlər) elektrik enerjisinin dəyərinə qarşılıq tələb etdiyi borcun əsassız hesab edilərək silinməsi (istehlakçının hüququnun müdafiəsi haqqında iddialar) tələbi olsa da, məhkəmə mübahisələndirdikləri qərardadda onların tələbini “İddiaçı İddiaçı MMMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi” kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mübahisələndirdikləri qərardad isə onların sözügedən məhkəmə təminatlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi onlar hazırkı mülki işdə istehlakçıdırlar. Müqavilə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva 1 ünvanında yerləşən çoxmənzilli binada icra olunur. Belə olan təqdirdə, onlar mülki prosessual qanunvericiliyin onlara verdiyi “İddiaçının seçiminə görə aidiyyət” hüququndan istifadə etmişdirlər. Mübahisələndirilmiş qərardad isə prosessual qanunvericiliyin tələbini pozmaqla çıxarılmışdır.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırkı iş üzrə iddiaçı İddiaçı MMMC Cavabdeh ASC-ni cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş ********** nömrəli VÖEN-ə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 1 Odur ki, iddiaçı şirkət hazırkı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından şikayət verərək mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onların tələbi istehlakçının hüququnun müdafiəsi haqqındadır və bu növ iddialar iddiaçının seçiminə görə aiddiyat qaydalarına uyğun olaaq baxıla bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Kollegiya qeyd edir ki, məhkəmə iddiaçı tərəfin istehlakçı olub-olmamasını, tərəflər arasında müqavilə öhdəliyinin olub-olmamasını araşdırmadan qərar qəbul etmiş, bu barədə şikayətinə dəlilləri üzrə MPM-nin 36.9-cu maddəsinin tələblərinə əsasən qiymətləndirmə aparmamışdır. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Lakin, eləcə də Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir (Mülki Prosessual Məcəllənin 36 maddə) . Məhkəmə kollegiyası işin hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamış, qeyd olunan hallar üzrə qiymətləndirmə aparılmadan əsaslı olmayan qərardad qəbul edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv olunsun. İddiaçı “Abşeron, Xırdalan 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.