Məhkəmə qərarları › İş №e-2(3-8)-620/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-620/2026

04.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-620/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X1 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı «evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı cavabdeh Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddiasının rədd edilməsi qət edilmişdir.

2. İddiaçı İbayeva Sara İbrahim qızının vəkili-nümayəndəsi İsgəndərli Könül Teyyub qızı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ##.##.2025-ci il tarixində apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İş ##.##.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İbayeva Sara İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

5. İddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının vəkilinümayəndəsi İsgəndərli Könül Teyyub qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən ##.##.2025-ci il tarixdə kassasiya şikayəti verərək, kassasiya şikayətinin tam təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin qəbul olunması ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. İş ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025- ci il 1 sentyabr tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin ona aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. İş ##.##.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025- ci il 1 sentyabr tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən digər iddiaçı İbayeva Sara İbrahim qızı tərəfindən verilən kassasiya şikayətinin MPM-in tələblərinə uyğun hesab edilərək, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İş ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı İbayeva Sara İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- ***/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. İş ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə, ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə geri qaytarılmışdır.

13. İddiaçı iddiaçı1 İbrahim qızı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin məhkəməyə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ünvanlayaraq, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilməsinə və müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin icraatında onun və digər iddiaçı İbayeva Sara İbrahim qızının cavabdeh Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair *(***)-***/**** saylı mülki iş olmuşdur. Həmin iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəlisürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı cavabdeh Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamədən ##.##.2025ci il tarixdə iddiaçı İbayeva Sara İbrahim qızı və o, yəni iddiaçı1 İbrahim qızı birlikdə apellyasiya şikayəti vermişdirlər. Lakin texniki səbəblərdən apellyasiya şikayəti yalnız bacısı — iddiaçı İbayeva Sara İbrahim qızının adı ilə təqdim olunmuşdur. Tərəflərindən verilmiş etibarnamədə və vəkil orderində onların hər ikisinin (İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının) adının yazılmasına baxmayaraq, texniki səhv ucbatından onun adı apellyasiya şikayətinin rekvizitlərində əksini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayətində hər iki iddiaçının maraqlarına aid tələblər irəli sürülmüşdür və işin mahiyyyəti etibarilə hər iki iddiaçı eyni hüquqi mövqedən çıxış edir. Bundan əlavə nəzərə çatdırmaq istəyir ki, apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra o, iclaslarda iştirak etmişdir. Məhkəmə tərəfindən onun apellyasiya şikayətini müdafiə etməsi barədə sual verilmiş və o, şikayəti müdafiə etdiyini söyləmiş, tərəfindən verilmiş apellyasiya şikayəti üzrə izahat vermiş və dəlil gətirmişdir. Habelə o, məhkəmə tərəfindən tələb edilmiş sənədləri, qəsəbə nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi arayışları da həmin məhkəməyə təqdim etmişdir. Məhkəmədə o, bacısı ilə birgə aktiv iştirak etmiş və prosessual hüquqlarından istifadə etmişdir. Qeyd edir ki, sözügedən texniki yanlışlıq da məhz Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kasassiya şikayəti verildikdən sonra müəyyən edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən narazı qalaraq ##.##.2025-ci il tarixdə bacısı İbayeva Sara İbrahim qızı və o, yəni iddiaçı1 İbrahim qızı tərəfindən kasassiya şikayəti verilmişdir. Bundan sonra Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardad qəbul etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş kasassiya şikayətini qeyrimümkün hesab etmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı iddiaçı1 İbrahim qızı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçı İbayeva Sara İbrahim qızının şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bu hal isə onun, yəni iddiaçı iddiaçı1 İbrahim qızının Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən şikayət vermək hüququnu istisna edir. Həmçinin bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən o, yəni iddiaçı iddiaçı1 apellyasiya şikayəti vermədiyinə görə həmin qətnamə üzrə onun apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona, yəni iddiaçı1 münasibətdə tələbinin təmin edilməməsi kimi hüquqi nəticənin olmadığını ehtiva edir və onun həmin qətnamədən kasassiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılması bildirilmişdir. Göründüyü kimi tərəflərindən verilmiş apellyasiya şikayəti o, yəni iddiaçı1 İbrahim qızı tərəfindən imzalanmadığından apellyasiya şikayəti icraata qəbul edilməmiş və beləliklə, apellyasiya şikayəti tərəfindən verilməmiş kimi hesab edilmişdir. Hazırda onun kasassiya şikayəti vermək hüququ istisna edilmişdir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür. Odur ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülmüş hesab edilməsinə və həmin müddətin bərpa edilməsinə zərurət yaranmışdır. Onu xüsusilə vurğulamaq istəyir ki, üzrlü səbəbdən ötürdüyü, qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinin onun üçün əhəmiyyəti çox mühümdür. Çünki burada mübahisələndirilən məqam onun konstitusion hüquqlarının təminatıdır. Buna görə də o, son ümidləri ilə məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab edir. Yuxarıda qeyd edilən səbəbləri üzrlü hesab edərək, şikayətinin verilməsi üçün ötürülmüş müddətinin üzrlü hesab edilməsini yeganə ümid yeri olaraq sosial ədalətin bərqərar olacağına, konstitusion hüquqlarının bərpa olacağına səmimi qəlbdən inanır. Qeyd edilənləri nəzərə alaraq o, Abşeron Rayon Məhkəməsinin 2(012)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) iddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı «evdən çıxarılma» tələbinə dair mülki iş üzrə iddiaçı iddiaçı1 İbrahim qızının Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır.

16. İddiaçı iddiaçı1 İbrahim qızının vəkili-nümayəndəsi İsgəndərli Könül Teyyub qızı ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət verərək, şikayətin tam təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı iddiaçı1 İbrahim qızının vəkili-nümayəndəsi İsgəndərli Könül Teyyub qızının Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından vermiş olduğu şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

18. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı cavabdeh Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını Abşeron Rayon Məhkəməsindən xahiş etmişdirlər. İddiaçı İbayeva Sara İbrahim qızının vəkilinümayəndəsi İsgəndərli Könül Teyyub qızı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ##.##.2025-ci il tarixində apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı,##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İbayeva Sara İbrahim qızıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İbayeva Sara İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının vəkili və nümayəndəsi İsgəndərli Könül Teyyub qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən ##.##.2025-ci il tarixdə kassasiya şikayəti verərək, kassasiya şikayətinin tam təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin qəbul olunması ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin ona aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən digər iddiaçı İbayeva Sara İbrahim qızı tərəfindən verilən kassasiya şikayətinin MPM-in tələblərinə uyğun hesab edilərək, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı İbayeva Sara İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə, ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə geri qaytarılmışdır. İddiaçı iddiaçı1 İbrahim qızı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin məhkəməyə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ünvanlayaraq Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsinə və müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir. Mülki hüquq subyektlərinin bərabərliyi norması məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, ərizəçi vətəndaş kimi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində şikayət vermək hüququndan məhrum edilərək bərabərlik hüququndan da məhrum edilmişdir. Pozulmuş hüquqların bərpasının təmin edilməsi maddəsinə müvafiq olaraq məhkəmə vətəndaşın hüquqlarını bərpa edilməsində birbaşa olaraq vəzifələndirilən dövlət orqanıdır. Vətəndaşın hüquqlarını bərpa etməli olan qurumunun belə bir qanunsuzluğa yol verməsi yüksək hüquqi qüvvəyə malik olan konstitusion normanın pozulmasının da əyani sübutdur. Məhkəmə isə hazırkı mübahisədə vətəndaşın mənafeyini nəzərə almamış, sanki bundan öncə qəbul etdiyi yekun aktın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi ehtimalından narahat olaraq qərəzli olaraq vətəndaşın hüququnu məhdudlaşdıran Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qəbul edərək əsassız olaraq şikayətin verilməsi müddətini bərpa etməmişdir. Məhz bütün bu hallar nəzərə alınmalı, vətəndaşın qanunla qorunan hüquqları ümdə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Sözügedən normanın tələbi kobud surətdə pozulmuş, məhkəmə tərəfindən işə ədalətli baxılmamışdır. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında qeyd edilmişdir ki, sözügedən qətnamə ##.##.2025-ci il tarixində qəbul edilmiş, ##.##.2025-ci il tarixində isə şikayət verilmişdir. Onu da əlavə edir ki, məhkəmə hazırkı mülki iş üzrə apellyasiya şikayəti verilməsi hüququnu məhdudlaşdırmaqla iddiaçı iddiaçı1 İbrahim qızının qanunla müəyyən edilmiş hüquqlarını kobud surətdə pozur. Sözügedən qətnamədən ##.##.2025-ci il tarixdə iddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızı birlikdə apellyasiya şikayəti vermişdirlər. Texniki səbəblərdən apellyasiya şikayəti yalnız iddiaçı İbayeva Sara İbrahim qızının adı ilə təqdim olunmuşdur. Tərəflərindən verilmiş etibarnamədə və vəkil orderində onların hər ikisinin (İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının) adının yazılmasına baxmayaraq, texniki səhv ucbatından onun adı apellyasiya şikayətinin rekvizitlərində əksini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayətində hər iki iddiaçının maraqlarına aid tələblər irəli sürülmüşdür və işin mahiyyəti etibarilə hər iki iddiaçı eyni hüquqi mövqedən çıxış edir. Bundan əlavə nəzərə çatdırılmalıdır ki, apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı iddiaçı1 İbrahim qızı iclaslarda iştirak etmişdir. Məhkəmə tərəfindən onun nümayəndəsi və vəkili olduğu iddiaçı1 İbrahim qızının apellyasiya şikayətini müdafiə etməsi barədə sual verilmiş və iddiaçı şikayəti müdafiə etdiyini söyləmiş, onun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə izahat vermiş və dəlil gətirmişdir. Habelə iddiaçı iddiaçı1 məhkəmə tərəfindən tələb edilmiş sənədləri qəsəbə nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi arayışları da həmin məhkəməyə təqdim etmişdir. Məhkəmədə iddiaçı iddiaçı1 İbrahim qızı bacısı ilə birgə aktiv iştirak etmiş və prosessual hüquqlarından istifadə etmişdir. Sözügedən texniki yanlışlıq da məhz Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kasassiya şikayəti verildikdən sonra müəyyən edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən narazı qalaraq, ##.##.2025-ci il tarixdə İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Bundan sonra Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı qərardad qəbul etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası qərardadda əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 İbrahim qızı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçı İbayeva Sara İbrahim qızının şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bu hal isə iddiaçı iddiaçı1 İbrahim qızının Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən şikayət vermək hüququnu istisna edir. Həmçinin bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı1 İbrahim qızı apellyasiya şikayəti vermədiyinə görə həmin qətnamə üzrə onun apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı1 İbrahim qızına münasibətdə tələbinin təmin edilməməsi kimi hüquqi nəticənin olmadığını ehtiva edir və onun həmin qətnamədən kasassiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası MPMin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılması bildirilmişdir. Göründüyü kimi tərəflərindən verilmiş apellyasiya şikayəti iddiaçı1 İbrahim qızı tərəfindən imzalanmadığından apellyasiya şikayəti icraata qəbul edilməmiş və beləliklə, apellyasiya şikayəti tərəfindən verilməmiş kimi hesab edilmişdir. Şikayət verilməsinin qeyri-mümkünlüyü məhz bu zaman məlum olmuşdur. Hazırda iddiaçının kasassiya şikayəti vermək hüququ istisna edilmişdir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür. Odur ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülmüş hesab edilməsinə və həmin müddətin bərpa edilməsinə zərurət yaranmışdır. Onu xüsusilə vurğulamaq istəyir ki, üzrlü səbəbdən ötürdüyü, qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinin iddiaçı iddiaçı1 İbrahim qızı üçün əhəmiyyəti çox mühümdür. Çünki burada mübahisələndirilən məqam iddiaçının konstitusion hüquqlarının təminatıdır. Buna görə də iddiaçı iddiaçı1 son ümidləri ilə məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab edir. Yuxarıda qeyd edilən səbəbləri üzrlü hesab edərək, şikayətinin verilməsi üçün ötürülmüş müddətinin üzrlü hesab edilməsini yeganə ümid yeri olaraq sosial ədalətin bərqərar olacağına, konstitusion hüquqlarının bərpa olacağına səmimi qəlbdən inanır. Belə olan təqdirdə *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi qanunauyğundur. Beləliklə, ədalət mühakiməsini həyata keçirməli olan məhkəmə bu halları nəzərə almayaraq apellyasiya şikayətinin verilməsi müddətini bərpa etməmiş, bu addımı atarkən vətəndaşın mənafeyini nəzərə almamış, əsassız olaraq Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını qəbul etmişdir. Məhz bu xüsusatlar vətəndaşın hüququnu məhdudlaşdıran Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə əsas verir. Odur ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və tərəflərindən verilmiş şikayətə baxılmasını qanunauyğun hesab edirlər.

Şikayətə qarşı etirazın dəlilləri

19. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

22. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən, iddiaçılar İbayeva Sara İbrahim qızı və iddiaçı1 İbrahim qızının cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1yə qarşı «evdən çıxarılma» tələbinə dair mülki iş üzrə iddiaçı iddiaçı1 İbrahim qızının Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır.

25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş və müşayiət məktubu ilə tərəflərə, o cümlədən, iddiaçı iddiaçı1 İbrahim qızının ünvanına göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, iddiaçı iddiaçı1 İbrahim qızının adından Əli Qulamov adlı şəxs sözügedən qətnaməni ##.##.2025-ci il tarixdə xəbərnaməyə imza etməklə rəsmi qaydada almış, iddiaçının apellyasiya şikayəti vermə müddətinin axımı elə həmin tarixdən, yəni ##.##.2025- ci il tarixdən başlamış, həmin müddət ##.##.2025-ci ildə qurtarmış, iddiaçı iddiaçı1 İbrahim qızı isə qeyd olunan qətnamədən apellyasiya şikayətini ##.##.2025-ci il tarixdə verməklə şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı onun tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. Ona görə də məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

26. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı iddiaçı1 İbrahim qızının vəkilinümayəndəsi İsgəndərli Könül Teyyub qızı ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət vermişdir.

27. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.

28. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:

29. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı ## ###### 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

32. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

qərara a l d ı:

İddiaçı iddiaçı1 İbrahim qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar