Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-644/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maraqlarına toxunan şəxs hesab olunma) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı mülki iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb olunmağa dair ərizəsi üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş ünvan 2 məhəllə ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, ünvan 2 məhəllə ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı təhvil verilməsi, ödənilmiş 100 məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
3. ##.##.2026-cı il tarixdə ərizəçi Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi üzrə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasına dair ərizə ilə müraciət edərək, onun hüquq və vəzifələrinə toxunan şəxs kimi Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun tanınmasını xahiş etmişdir.
4. Həmçinin ##.##.2026-cı il tarixdə ərizəçi Maraqlı şəxs vəkilinümayəndəsi Xəlilov İlkin Ələkbər oğlu Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi və iddiaçının cavabdehlə bağladığı ##.##.2021-ci il tarixli əqdin etibarsız hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasına dair Maraqlı şəxs tərəfindən verilmiş ərizə təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən Maraqlı şəxs vəkilinümayəndəsi Xəlilov İlkin Ələkbər oğlu tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Maraqlı şəxs tərəfindən ##.##.2026-cı il tarixdə (Hökümət ödəniş portalında ödənilmiş qəbzin nömrəsi 1941737507) Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50.60 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin vəsaiti hesabından Maraqlı şəxs geri qaytarılması qərara alınmışdır.
6. Maraqlı şəxs elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından şikayət verərək, şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026, e-2(012)- ****/**** saylı qərardadının ləğv edilərək, onun hüquq və vəzifələrinə toxunan şəxs kimi Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət vermək hüququnun tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən, Maraqlı şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının tam, bununla bağlı ##.##.2026-ci il tarixli qərardadının isə qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
9. İcraçı Cavabdeh MMC ilə payçı İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** saylı müqavilədən görünür ki, ünvan 2 məhəllə ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr sahəni pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyri-yaşayış sahəsinin dəyəri hər m2 üçün 1800 manat olmaqla, ümumilikdə 100 m2 üçün 180000 manat təşkil edir.
10. İcraçı Cavabdeh MMC ilə payçı Maraqlı şəxs arasında bağlanmış ##.##.2021-ci il tarixli, *-** saylı müqavilədən görünür ki, ünvan 2 məhəllə ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 33 kvadrat metr sahəni pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyri-yaşayış sahəsinin dəyəri hər m2 üçün 2000 manat olmaqla, ümumilikdə 33 m2 üçün 66000 manat təşkil edir.
11. Abşeron rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində qeyd olunan tələb borclu Cavabdeh MMC tərəfindən tam şəkil təmin edildiyindən (yəni tələbkar Maraqlı şəxs ##.##.2026-cı il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllə ünvanında 1-ci blok, 1cui mərtəbədə yerləşən ümumi sahəsi 33 kvm olan qeyriyaşayış sahəsini təhvil aldığından) icra sənədinə xitam verilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Maraqlı şəxs iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı mülki iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab olunması, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. İddiaçı İddiaçı vəkili-nümayəndəsi nümayəndə1 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından şikayət verərək, sözügedən qərardadın tamamilə ləğv edilməsi, ərizəçi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasına dair ərizəsinin təmin olunmaması barədə qərardad qəbul edilməsi, əks halda hazırkı şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı vəkilinümayəndəsi nümayəndə1 tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
15. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə Maraqlı şəxs iddiaçı İddiaçı cavabdeh CavabdehMMC-yə qarşıqeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair Abşeron RayonMəhkəməsinin e-*(***)-****/**** saylı mülki iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab olunmuş və Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-****/**** saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxsNizaməddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş ünvan 2 məhəllə ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qiyabi qətnaməsi ilə ünvan 1 məhəllə ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı İddiaçıla Maraqlı şəxs arasında həmin qeyri-yaşayış sahəsinə dair digər bir iddia - “maneələrə son qoyulması, müqavilənin etibarsız hesab edilməsi, qeyriyaşayış sahəsində özbaşına hörülmüş şüşəbəndin sökülməsi, 100 kv.m hissədən 33 kv.m hissəsinin naturada ayrılması və s, ilk və qarşılıqlı iddia tələbləri üzrə mülki iş olmuş, həmin iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli,e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının iddiasının təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almamış, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir. Ərizəçinin əlaqəli işlər üzrə bir neçə işdə tərəf olması, mübahisəsi gedən əmlakların ünvanının eyni olmaqla, ərizəçinin də eyni binanın eyni mərtəbəsində qeyri-yaşayış sahəsinə məxsus olmasını nəzərə alınaraq, ədalətli məhkəmə mühakiməsi üçün sonuncu, iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi işə cəlb olunmalıdır. Məhkəmənin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də hesab edirik ki, qərardad ləğv edilməli, əks halda baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
16. Şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
19. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2021- ci il tarixli, ** nömrəli müqaviləyə əsasən, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş ünvan 2 məhəllə ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyriyaşayış sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qiyabi qətnaməsi ilə ünvan 1 məhəllə ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır.
22. Bundan əlavə müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı İddiaçıla Maraqlı şəxs arasında həmin qeyri-yaşayış sahəsinə dair digər bir iddia - “maneələrə son qoyulması, müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsində özbaşına hörülmüş şüşəbəndin sökülməsi, 100 kv.m hissədən 33 kv.m hissəsinin naturada ayrılması və s” ilk və qarşılıqlı iddia tələbləri üzrə mülki iş olmuş, həmin iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının iddiasının təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almamış, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, ərizəçinin əlaqəli işlər üzrə bir neçə işdə tərəf olması, mübahisəsi gedən əmlakların ünvanının eyni olmaqla, ərizəçinin də eyni binanın eyni mərtəbəsində qeyri-yaşayış sahəsinə məxsus olmasını nəzərə alınaraq, ədalətli məhkəmə mühakiməsi üçün sonuncu, iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi işə cəlb olunmalıdır.
24. Məhkəmə qərardadından narazı qalan iddiaçı İddiaçı vəkili-nümayəndəsi nümayəndə1 şikayət vermişdir.
25. Qeyd olunmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir.
26. Mülki Prosessual Məcəllədə məhkəmə aktlarından şikayət verilməsinin prosessual qaydası, müddətləri, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. məsələlər dəqiqliklə tənzimlənmişdir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma, qanuni maraqlarına toxunulma ehtimalından çıxış edərək şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətləri nəzərə alınmaqla onların da işə cəlb edilməsinin mümkünlüyünü müəyyən etmişdir.
27. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə uyğun olaraq, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda, digər şəxslərin də apellyasiya şikayəti vermək hüququ vardır.
28. Şikayətin dəlillərini iş materialları ilə müqaisəli araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
qərara a l d ı:
İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.