Məhkəmə qərarları › İş №e-2(3-8)-667/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-667/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-667/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı mülki iş üzrə (subroqasiya qaydasında pul tələbi-iddianın ona cavab verməli olan şəxsə qarşı qaldırılmaması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi Xəlilov İlkin Ələkbər oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları:

1. BA 666133 seriya nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X9 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, ** saylı mənzil ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək İddiaçı ASC-də sığortalanmışdır.

2. İddiaçı ASC tərəfindən tərtib edilmiş ****/FS/CFI-***/**** saylı sığorta aktından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən, ** saylı mənzilə subasma nəticəsində 1737,53 manat məbləğində zərər dəymiş, zərər məbləğindən 200 manat azadolma məbləği və 2,91 manat əlavə sığorta haqqı çıxılaraq İddiaçı ASC tərəfindən 1534,62 manat məbləğində sığorta ödənişi edilmişdir.

3. ** saylı MKS-nin mühəndisi ünvan 1 ünvanının sahibi Şəhrizad Mustafayeva, qonşu mənzil 44 ünvanının sahibi Valentina Həmidovanın iştirakı ilə tərtib edilmiş ##.##.2017-ci il tarixli aktın surətindən görünür ki, yazılı şikayət ərizəsi əsasında ev 34, mənzil 45 ünvanına baxış keçirilmiş, baxış zamanı aşkar edilmişdir ki, aprel ayının 9-dan 10-a keçən gecə yağan yağış nəticəsində mənzilin qonaq otağının, yataq otağının, uşaq otağının, yəni hər üç otağın tavanı, divar kağızları və işıq sistemi yağış suyundan islanaraq sıradan çıxmışdır. Mətbəxin tavanının sol hissəsində su axıtmış və işıq sistemi pozulmuşdur. Ümumiyyətlə mənzilə ziyan dəymişdir və yenidən təmirə ehtiyac duyulur.

4. X9, Mustafa İlkin Məstan oğlu, Həmidova Valentina İvanovna, X4 tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, 2017-ci ilin fevral ayının son dekadasında ** saylı binanın damında sakinlər tərəfindən quraşdırılmış dam örtüyü, o cümlədən də ** saylı mənzilin üstündəki dam örtüyü Sumqayıt Şəhər İcra Hakimiyyətinin işə cəlb etdiyi fəhlələr, briqadalar tərəfindən sökülmüşdür. Yeni dam örtüyünün quraşdırılmasına başlanmış, lakin mart ayının sonlarında işlər yarımçıq saxlanmışdır. Aprel ayının 9-dan 10-a keçən gecə yağanintensiv yağış nəticəsində ** saylı mənzilin qonaq otağının, yataq otağının, uşaq otağının tavanı, divar kağızları və işıq sistemi sıradan çıxmışdır. Həmçinin də mətbəxin tavanın sol hissəsindən də sızan yağış suyu nəticəsində divar kağızı və işıq sistemi pozulmuşdur. Bunun nəticəsində mənzilə xeyli miqdarda maddi ziyan dəymişdir. Binanın damında görülən işlər yarımçıq qalmış və hazırda da davam etmir. Səbəbini fəhlələr izah etdilər ki, icra hakimiyyəti materialların, fəhlələrin əmək haqlarını vermirlər.

5. **** saylı, ##.##.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X9 hesabına 1534,62 manat sığorta ödənişi edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 1534,62 manat məbləğində əsas və 35,35 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1569,97 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən sığortalı X9 məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2017-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə BA №****** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. İş materiallarında olan Sumqayıt şəhər ** saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ##.##.2017-ci il tarixində tərtib olunmuş akta əsasən, ünvan 2 ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, aprel ayının 9-dan 10-a keçən gecə yağan yağış nəticəsində mənzilin qonaq otağının, yataq otağının, uşaq otağının, hər üç otağın tavanı, divar kağızları və işıq sistemi yağış suyundan islanaraq sıradan çıxmışdır. Həmçinin iş materiallarında olan ##.##.2017ci il tarixində yağış suyundan zərər çəkmiş mənzillərin sakinlərinin (X9 (mənzil 45-in sahibi), Mustafayev İlkin Məstan oğlu (mənzil 45-in sakini), Həmidova Valentina İvanovna (mənzil 44-ün sakini), X5 (mənzil 42-nin sakini)) tərtib etdiyi ##.##.2017-ci il tarixli akta əsasən, 2017-ci ilin fevral ayının son dekadasında ** saylı binanın damında sakinlər tərəfindən quraşdırılmış dam örtüyü, o cümlədən də ** saylı mənzilin üstündəki dam örtüyü Sumqayıt şəhər İcra Hakimiyyətinin işə cəlb etdiyi fəhlələr, briqadalar tərəfindən sökülmüşdür. Yeni dam örtüyünün quraşdırılmasına başlanmış, lakin mart ayının sonlarında işlər yarımçıq saxlanmışdır. Aprel ayının 9dan 10-na keçən gecə yağan intensiv yağış nəticəsində ** saylı mənzilin qonaq otağının, yataq otağının, uşaq otağının tavanı, divar kağızları və işıq sistemi sıradan çıxmışdır. Beləliklə baş vermiş hadisə ilə bağlı ##.##.2017-ci il tarixli əmlaka dəyən ziyanın həcmi ilə bağlı *** saylı rəydən görünür ki, X11 məxsus Sumqayıt şəhəri, 12ci mikrorayon, ev 34-də yerləşən, ** saylı mənzilə subasma nəticəsində 1737,53 manat məbləğində zərər dəymişdir. Həmin zərərin əvəzi qismində 1534.62 manat pul vəsaiti iddiaçı tərəfindən mülkiyyətçiyə ödənilmişdir.

8. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 373.2ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. İddia ərizəsindən görünür ki, sığorta müqaviləsi (razılaşması) adında qeyd olunduğu kimi müqavilə öhdəliklərindən irəli gələn münasibətləri tənzimlədiyinə görə bu tələblər üzrə iddia müddəti qanunvericilikdə 3 il müəyyən olunmuşdur. İddia tələbinə əsasən sığorta hadisəsi ##.##.2017-ci il tarixində baş versə də, sığorta şirkəti hadisədən 8 ildən çox vaxt keçməsinə baxmayaraq, 2025-ci ildə məhkəməyə müraciət etmiş, beləliklə də, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia təmin edilməmişdir.

11. İşə baxan məhkəmə qeyd edib ki, hazırkı mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “subroqasiya hüququ” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (936.1) Belə olan halda məhkəmə tərəfindən ilk növbədə X9 məxsus ünvan 2 ünvanına yağış nəticəsində dəymiş ziyanın cavabdeh hərəkətləri və ya hərəkətsizliyi nəticəsində yaranıbyaranmaması halı müəyyən olunmalıdır.

12. Məhkəmə qeyd edib ki, göstərilən zərərin məhz cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarına sözügedən mənzilə ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində dəyməsinin göstərildiyi yeganə sənəd X9, Mustafa İlkin Məstan oğlu, Həmidova Valentina İvanovna, X4 tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli aktın surətidir ki, həmin akt surət olmaqla iş üzrə iddiaçının xeyrinə nəticəyə gəlmək üçün mötəbər sübut qismində nəzərə alına bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə qeyd edilən aktın əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, o, hazırkı mübahisə ilə bağlı bütün sənədlərin tərəflərindən məhkəməyə təqdim edildiyini, həmin aktın əslinin onlarda olmadığını, yalnız surətinin onlarda olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddia təmin edilməməlidir.

13. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin ötürülməsinə dair ərizəyə münasibətdə qeyd edib ki, hazırkı iddianın irəli sürülməsi üçün iddia müddəti 3 il deyil, 10 ildir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Hazırkı iddia zərərin əvəzinin ödənilməsi barədə iddia olduğuna görə ona 10 illik iddia müddəti tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 922.1, 922.2, 926.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət bildirilərək, iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir və həmin ərizədə iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi xahiş edilmişdir. Başqa sözlə, cavabdeh özü də zərərin onun təqsiri olmadan vurulmadığını mübahisələndirməməklə iddianı dolayı yolla etiraf etmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilən Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tərtib olunmuş ##.##.2017-ci il tarixli aktdan müəyyən olunur ki, yazılı şikayət ərizəsi əsasında ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı aşkar edilmişdir ki, aprel ayının 9-dan 10-a keçən gecə yağan yağış nəticəsində mənzilin qonaq otağının, yataq otağının, uşaq otağının, yəni hər üç otağın tavanı, divar kağızları və işıq sistemi yağış suyundan islanaraq sıradan çıxmışdır. Mətbəxin tavanının sol hissəsində su axıtmış və işıq sistemi pozulmuşdur. Ümumiyyətlə mənzilə ziyan dəymişdir və yenidən təmirə ehtiyac duyulur. X9, Mustafa İlkin Məstan oğlu, Həmidova Valentina İvanovna, X4 tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli aktdan müəyyən olunur ki, 2017-ci ilin fevral ayının son dekadasında ** saylı binanın damında sakinlər tərəfindən quraşdırılmış dam örtüyü, o cümlədən də, ** saylı mənzilin üstündəki dam örtüyü Sumqayıt Şəhər İcra Hakimiyyətinin işə cəlb etdiyi fəhlələr, briqadalar tərəfindən sökülmüşdür. Mənzilin sahibi X9 və yaşayış binasının sakinlərindən Həmidova Valentina İvanovna hər iki aktın tərtib edilməsində iştirak etmişlər. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli sərəncamından müəyyən olunur ki, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5.000000 (beş milyon) manat miqdarında vəsait ayrılmışdır. Məhz qeyd edilən sərəncamdan müəyyən olunur ki, sığorta hadisəsi baş verən vaxt binaların dam örtüklərinin dəyişdirilməsi bilavasitə Sumqayət Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin ##.##.2012 ci il tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin tələblərinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etmək, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin etmək, dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil etmək, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görmək yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmişdir (3.9.2, 3.9.6 və 3.9.7-ci bəndlər) Analoji iş üzrə qərarda da Ali Məhkəmə məsələyə məhz qeyd edilən mövqedən yanaşaraq, haqlı iddianı təmin etmişdir. (Ali Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qərarının surəti əlavə edilir) Məhkəmə qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş, işin hallarını hüquqi və məntiqi mühakimə əsasında qanunvericiliyin istinad edilən normaları ilə əlaqəli şəkildə araşdırmamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iddianın dəlillərini Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" 3.9.2, 3.9.6 və 3.9.7-ci bəndləri ilə əlaqəli şəkildə təhlil etməmiş, işin halları üzrə səhv nəticəyə gəlmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tərtib olunmuş ##.##.2017-ci il tarixli aktı sakinlər tərəfindən tərtib edilmiş aktla əlaqəli şəkildə təhlil etməmiş, sakinlər tərəfindən tərtib olunmuş aktın həqiqiliyi şübhə doğurduğu halda həmin şəxsləri şahid qismində məhkəməyə cəlb etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Xəlilov İlkin Ələkbər oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsini xahiş edib. Əslində bu hal cavabdehin baş vermiş subasma hadisəsinə görə təqsirini etiraf etməsi anlamına gəlir. Bundan başqa 2 akt tərtib olunmuşdur ki, onlardan birini İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərtib etmişdir. ## ##### 2017-ci il tarixli aktdan görünür ki, sığortalanmış ünvan 2 ünvanına baxış keçirilmiş və aprel ayının 9-dan 10-na keçən gecə yağış suları nəticəsində mənzilə zərər dəymişdir. Eyni zamanda ## ##### 2017ci il tarixli ikinci akt var ki, bu, həmin mənzilin sahibi və sakinlər tərəfindən tərtib olunmuşdur. Həmin aktdan da müəyyən olunur ki, 2017-ci ilin fevral ayının son dekadasında ** saylı binanın damında quraşdırılmış dam örtüyü məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin işə cəlb etdiyi fəhlələr tərəfindən sökülmüşdür. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Sumqayıt Şəhər İcra Hakimiyyətinə binaların dam örtüklərinin bərpa edilməsi üçün 5 milyon manat vəsait ayrılması haqqında Fərmanı var. Məhz sözügedən hadisə də həmin vaxt baş vermişdir. “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 3.2, 3.6 və 3.9.7-ci bəndlərində bilavasitə qəza vəziyyətində olan binaların təmir edilməsinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğu göstərilib. Əgər həmin dam örtüyü yerli icra hakimiyyəti tərəfindən sökülməyibsə də, qəzalı vəziyyətdədirsə, bilavasitə bərpası icra hakimiyyətinin səlahiyyətindədir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. İş üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınınzədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.1993-cü il tarixli Qanunu. Maddə 9. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.

22. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı. Bənd 4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.

23. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamə. Bənd 3.9. Yerli icra hakimiyyəti başçısının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində vəzifələrinə daxildir: 3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

28. Tələb baş vermiş hadisə (subasma) nəticəsində zərərçəkənə sığorta şirkəti tərəfindən ödənilmiş pulun subroqasiya qaydasında cavabdehdən tutulması barədədir.

29. İşin yuxarıda sadalanan hallarından belə qənaətə gəlinir ki, BA 666133 seriya nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən X9 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, ** saylı mənzil ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək İddiaçı ASC-də sığortalanmışdır.

30. İddiaçı ASC tərəfindən tərtib edilmiş ****/FS/CFI-***/**** saylı sığorta aktından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən, ** saylı mənzilə subasma nəticəsində 1737,53 manat məbləğində zərər dəymiş, zərər məbləğindən 200 manat azadolma məbləği və 2,91 manat əlavə sığorta haqqı çıxılaraq İddiaçı ASC tərəfindən 1534,62 manat məbləğində sığorta ödənişi edilmişdir.

31. Apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparan kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən sığorta ödənişi vermiş sığortaçının dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Lakin bu halda, iddiaçının tələbinə ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir.

32. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi).

33. İş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi isə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırki işdə isə tələb cavab verməli olan və konkret olaraq buna məsul olan şəxsə (mənzil-kommunal xidmətlərini həyata keçirən orqan) qarşı yönəlməmiş, həmin şəxs iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir.

34. İşin faktiki hallarından da müəyyən edildiyi kimi mübahisəsi gedən mənzil İcra Hakimiyyətinin balansında olsa da, yuxarıda qeyd olunan Əsasnaməyə görə Birlik təsərrüfat hesabı əsasında fəaliyyət göstərir (bənd 1.3), müstəqil balansa malik olan təsərrüfat subyektidir, onun ayrıca əmlakı, bank və kredit təşkilatlarında hesablaşma və digər hesabları var (bənd 1.7). Birliyin vəzifələri: əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin təşkili, keyfiyyətinin yüksəldilməsi üçün sakinlərin müraciətlərinə vaxtında və diqqətlə baxılması, tabeliyindəki struktur bölmələrinin bu sahədəki fəaliyyətinə nəzarət edilməsi (bənd 2.7), mənzil fondunun əsaslı və cari təmirinin təşkil edilməsi (bənd 2.13) və s.

35. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə müəyyən edilmişdir ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.

36. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ birinci instansiya məhkəməsində müzakirə predmeti olmamışdır.

37. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün deyildir. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üç pilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.

38. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən prosessual məsələyə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə düzgün əsaslandırılmamışdır.

39. Apellyasiya kollegiyası birinci insatansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır və belə qənaətə gəlir ki, hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmadığından, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia yeni əsasla rədd edilməlidir.

40. Kollegiya qeyd edir ki, hazırkı halda qətnamənin mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1, 54.2, 372-376, 378-382, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar