Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-758/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, cavabdeh2 və cavabdeh1 qarşı “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2, cavabdeh1 və Quba rayon İcra və Probasiya şöbəsinə qarşı “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadına əsasən, iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadın giriş, təsviriəsaslandırıcı və nəticə hissəsində cavabdeh “Quba rayon İcra və Probasiya şöbəsi” əlavə edilməklə, yanlışlıqlar düzəldilməsi və nəticə olaraq "İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2, cavabdeh1 və Quba rayon İcra və Probasiya şöbəsinə qarşı “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin" kimi oxunması qərara alınmışdır. İddiaçı İddiaçı ASC tərəfindən şikayət verərək qərardadın ləğv edilməklə ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinin icraata qəbulundan imtina ilə bağlı qənaətini məhz Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 87.1-ci maddənin tələbinə istinad etməklə əsaslandırmışdır. Həmin maddəyə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Həmin normanın məzmunundan aydın olur ki, icra məmurunun icra prosesi çərçivəsində qəbul etdiyi qərarlar, həyata keçirdiyi hərəkətlər və tərtib etdiyi sənədlərlə bağlı mübahisələrə baxılması üçün qanunvericilik xüsusi prosessual müdafiə mexanizmi müəyyən etmişdir. Hesab edir ki, məhkəmənin həmin mövqeyi səhvdir. Hazırkı iş üzrə İddiaçı ASC nə borclu, nə də tələbkar statusunda deyil. Ümumiyyətlə bankla bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinə dair ortada hər hansı rəsmi icra sənədi (icra vərəqəsi, məhkəmə əmri, qətnamə, icra qeydi və s.) yoxdur. Bankın tərəf olduğu icra sənədi olmayan halda isə məhkəmənin inzibati məhkəmə icraatından bəhs etməsi tamamilə absurddur, yolverilməzdir. Bu hal, həm də ona dəlalət edir ki, məhkəmə iddia ərizəsinin mahiyyəti ilə diqqətlə tanış olmamışdır. Çünki, iddia ərizəsinin təsviri hissəsindən məlum olur ki, Bankın tərəf olduğu hansısa icra sənədi yoxdur, Bank, ipoteka saxlayan olaraq, mülki hüquqları pozulduğu üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə sözügedən maddənin tələbini pozmuşdur. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, icra məmurunun icra prosesi çərçivəsində qəbul etdiyi qərarlar, həyata keçirdiyi hərəkətlər və tərtib etdiyi sənədlərlə bağlı mübahisələrə baxılması üçün qanunvericilik xüsusi prosessual müdafiə mexanizmi müəyyən etmişdir. İddiaçının mübahisələndirdiyi “təklif məktubu” və “protokol” da məhz icra sənədinin icrası ilə əlaqədar icra orqanı tərəfindən həyata keçirilmiş icra hərəkətlərinin nəticəsi olaraq tərtib edilmiş sənədlərdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ASC tərəfindən irəli sürülmüş “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair iddia ərizəsi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, birinci instansiya məhkəməsinin iddianın yolverilməzliyinə görə onun qəbul edilməsindən imtinasına dair gəldiyi nəticə düzgün olmuş, iddiaçıya icra məmurunun icra sənədi üzrə icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi qərardadında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılmasını səhv göstərsə də, kollegiya hesab edir ki, mahiyyət etibarı ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, hazırki qərardad formal əsaslarla ləğv oluna bilməz. Əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Odur ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də icra icraatı üzrə mülki məhkəmə nəzarəti qaydasında baxılmalı olan işə mülki qaydada, yəni iddia icraat qaydasında baxılmasıdır. Qeyd olunan halda verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddia məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. İcra məmuru ədalət mühakiməsinin iştirakçısı olmaqla məhkəmənin nəzarəti altında, qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin və icra edən müvafiq hüquq və vəzifələrə malik proses iştirakçısıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının tələbi icra məmurunun həyata keçirdiyi hərəkətlərin qanuniliyindən irəli gəlir. Məhkəmə kollegiyası ilk olaraq izah edir ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır, eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, iddiaçının tələbi faktiki olaraq qətnamənin icrası gedən müddət ərzində icra məmurunun hərəkətləri iə bağlıdır. Bu tələbə isə ümumi iddia icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz. Çünki mülki prosessual qanunvericilik qətnamənin icrasına nəzarət edilməsi ilə bağlı ayrıca icraat növü və prosessual qaydalar müəyyən etmişdir. Belə qaydanın müəyyən edilməsi isə qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə xidmət edir. Qanunvericiliyin şərtləşdirdiyi qaydada icra qaydasının müəyyən edilməsi, habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olur. Bu baxımdan, qüvvədə olan məhkəmə qətnaməsi ilə bağlı icra məmurun hərəkətlərinə dair müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-inin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-inin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-inin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395-396, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-758/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-758/2026
02.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver