Məhkəmə qərarları › İş №e-2(3-8)-764/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-764/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-764/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı «xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və cavabdeh Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı «xxxx» MMC cavabdeh Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2022-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı soyuducu üçün 506,06 manat ödənilməmiş hissə, 50,61 manat cərimə, ümumilikdə 556,67 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh «xxxx» MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı soyuducu almış və nəticədə 556,67 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 570,06 manat olan “HOFFMANN” markalı soyuducu üçün ümumilikdə 556,67 manat olmaqla, ondan 506,06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,61 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 64 manat təşkil edir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli, ******** saylı müqavilə üzrə 506,06 (beş yüz altı manat, altı qəpik) manat ödənilməmiş hissə, 10 (on manat) manat cərimə pulu olmaqla, ümumilikdə 516,06 (beş yüz on altı manat, altı qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq «xxxx» MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdeh Cavabdehnın iddiaçı «xxxx» MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

6. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxmış, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.2, 600.4, 600.5, 601.1, 601.2-ci maddələrinə, MPM-in 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci ildə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Kontakt home” mağazasından kreditlə cəmi qiyməti 570 manat olan “HOFFMANN DFTN-144W”markalı soyuducu almışdır. Soyuducunu istifadə etməyə başlayandan 5-6 gündən sonra, soyuducudan iy gəlməyə başlamışdır. Soyuducunun nöqsanı barədə dərhal mağazanı xəbərdar etmişdir. İy kəskinləşdiyində və bütün evə çökdüyündən soyuducunu söndürməyə məcbur olmuşdur. Cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Ona “Kontakt home” mağazasının Bakı şəhərində yerləşən Mərkəzi Bazasına müraciət etməyi xahiş etmiş və onların ona verdiyi ******-**-**; 051-206-94-22; 051-205-51-15; 051-215-16-85; 051-205- 51-284; 051-205-51-59 telefon nömrələri ilə əlaqə saxlamış, dəfələrlə xahiş etsə də anbar soyuducunu aparıb təmir etməmişdir. Kredit müqaviləsinin şərtlərinə riayət edərkən ardıcıl 2 ay cavabdehə 32 manat, cəmi 64 manat pul ödəmişdir. Məcburiyyət qarşısında qalıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Həmin quruma şikayətindən sonra Pərviz adlı şəxs /051-206-94-25/ evinə gələrək soyuducunu “Kontakt home” mağazasının Mərkəzi Bazasına aparmışdır. Pərviz adlı şəxs ona “408309” kodunu verərək, həmin kodla soyuducu barədə məlumat almağı bildirmişdir. Dəfələrlə zəng etmişdir. Bazadan soyuducunun yenə də iy verdiyini, nöqsanın düzəlmədiyini bildirmişlər. Mağaza müdirinin 2 dəfə yanında olmuş, soyuducudakı nöqsanı aradan qalıra bilmədikləri üçün soyuducudan imtina etdiyini bildirmişdir. Həmin vaxtdan 4 il keçməsinə baxmayaraq heç kim bu məsələ ilə əlaqədar onu narahat etməmişdir. ##.##.2026-cı il tarixdə Natiq adlı şəxs ona zəng edərək “Kontakt home” mağazasının hüquqşünası olduğunu bildirmiş və qətnamə haqqında ona məlumat vermişdir. O, hüquqşünasa iddiaçının nümayəndəsi tərəfindən soyuducunun 2022-ci ildə Mərkəzi Bazaya aparıldığını və soyuducunun ona qaytarılmadığını bildirmişdir. Məhkəmə tərəfindən ona bildiriş göndərilməmişdir. Alqı-satqı müqaviləsinin predmeti olan soyuducu iddiaçıdadır. O, iki ay ardıcıl krediti iddiaçıya ödəmişdir. Müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Soyuducu faktiki iddiaçının sərəncamındadır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ##.##.2022-ci ildə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Kontakt home” mağazasından kreditlə soyuducu almışdır. Soyuducunu istifadə etməyə başlayandan 3-4 gündən sonra soyuducu kəskin iy verməyə başladı. Mağazaya zəng edərək məlumat vermişdir. Bildirdilər ki, gəlib götürəcəklər. Lakin, 2 ay müddətinə gəlib götürmədilər. Həmin müddət ödənişi edib. Mağazadan gələn olmadığından 2 aydan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, bundan sonra Pərviz adlı şəxs /051- 206-94-25/ evinə gələrək soyuducunu “Kontakt home” mağazasının Mərkəzi Bazasına aparmışdır. Pərviz adlı şəxs ona “408309” kodunu verərək, həmin kodla soyuducu barədə məlumat almağı bildirmişdir. Dəfələrlə zəng etmişdir. Bazadan soyuducunun düzəlmədiyini bildirdilər, zavod nöqsanı olduğunu bildirdilər. Mağaza müdirinin 2 dəfə yanında olmuş, soyuducudakı nöqsanı aradan qalıra bilmədikləri üçün soyuducudan imtina etdiyini bildirmişdir. Həmin vaxtdan 4 il keçməsinə baxmayaraq heç kim bu məsələ ilə əlaqədar onu narahat etməmişdir. ##.##.2026-cı il tarixdə Natiq adlı şəxs ona zəng edərək “Kontakt home” mağazasının hüquqşünası olduğunu bildirmiş və qətnamə haqqında ona məlumat vermişdir. O, hüquqşünasa iddiaçının nümayəndəsi tərəfindən soyuducunun 2022-ci ildə Mərkəzi Bazaya aparıldığını və soyuducunun ona qaytarılmadığını bildirmişdir. Məhkəmə tərəfindən ona bildiriş göndərilməmişdir. Alqı-satqı müqaviləsinin predmeti olan soyuducu iddiaçıdadır. O, iki ay ardıcıl krediti iddiaçıya ödəmişdir. Müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Soyuducu faktiki iddiaçının sərəncamındadır. 4 il bundan əvvəl aparıblar. Soyuducunu təhvil alanda ona akt təqdim etməyiblər, sadəcə kod veriblər ki, məlumat alsın. Dəfələrlə mərkəzi bazaya zəng edib, soyuducunun düzəlməyəcəyi bildirilib. Soyuducudan turşu iyi gəlməyib, kəskin qoxu gəlirdi. Hadisədən sonra başqa birində soyuducu alıb, hazırki günədək işləyir. Qətnamənin ləğv edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlə müqavilə bağlanıb və soyuducu götürülüb. 4 ay sonra, ##.##.2022-ci ildə müracitə daxil olub, servis rəy verib ki, cihazın daxilində turşu qoxusu müşahidə olunur. Qoxunun istifadə nəticəsində yarandığı müəyyən edildi, istehlakçı qüsurudur. Servis tərəfindən təmizliyi mümkün deyil. Məhsul işlək vəziyyətdə olub, qüsuru olmayıb. Soyuducunun aparılması ilə bağlı sənəd yoxdur. Servis ilə əlaqə saxlamışdır, ##.##.2022-ci ildə ilk müracitə olub, cavabdeh bildirib ki, soyuducudan qaz iyi gəlir. Evə yaxınlaşaraq diaqnostika edilib, qüsur aşkar edilmiyib. Növbəti dəfə ##.##.2022-ci ildə müraciət edib ki, soyuducudan qoxu gəlir. Sonradan iki dəfə də müraciət olunmuş nəhayət soyuducu götürülüb servisə aparılıb, başqa usta diaqnostika edib və bildirilib ki, soyuducudan turşu iyi gəlir. Özünə də izah edlib ki, soyuducuya turşu dağılıb, onun iyidir. Məhsulda heç bir zavod qüsuru olmamıdşır. Hazırda da məhsul servisdədir. Qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

İşdə olan sübutlar

13. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ******** saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “HOFFMANN” markalı soyuducunu cavabdeh Cavabdeh satmış, cavabdeh Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş 570,06 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə, 31,67 manat aylıq ödəniş olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

14. İş materiallarında olan «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh «xxxx» MMC-yə ##.##.2022-ci il tarixli müqavilə üzrə 506,06 manat ödənilməmiş hissə, 50,61 manat cərimə pulu olmaqla, ümumilikdə 556,67 manat məbləğində borcu vardır.

15. İş materiallarında olan «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

17. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

20. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanaraq, 570,06 manat məbləğində “HOFFMANN” markalı soyuducunu cavabdeh tərəfindən alınmış, soyuducuda yaranmış qüsur səbəbindən soyuducu diaqnostika edilməsi üçün iddiaçının xidmət sahəsinə aparılmışdır. Soyuducunun hazırki gündə iddiaçının xidmət sahəsində olması iddiaçının inümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Soyuducu təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehə soyuducudakı qüsür və ya qüsursuzluq barədə hər hansı bir rəsmi etiraz göndərməyərək hərəkətsizlik etmiş, yalnız soyuducu geri qaytarıldıqdan 4 ilə yaxın müddət sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da məhkəmə kollegiyası iddiaçının cavabdehə bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya vermədiyi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 624.4-cü maddəsinin tələbinə uyğun olaraq, cavabdeh alıcı alğı-satqı müqaviləsinin icrasından haqlı olaraq imtina etmişdir. İşin qeyd edilən halları birinci instaniya məhkəməsi tərəfindən müəyyən edilmədiyindən, birinci birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsassız olmuşdur.

21. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir, qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar