Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-778/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı «xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Cavabdeh qızının iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025ci il tarixli müqaviləyə əsasən İmei kodu 351421086063560 olan Iphone 16 Pro Max markalı telefon, ZƏMANƏT + 2 IL xidməti, PAKET XXXL xidməti üçün 3973,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 397,36 manat cərimə olmaqla, ümumilikdə, 4394,52 manat borcun və 63,95 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh «xxxx» MMC ilə bağlamış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu 351421086063560 olan Iphone 16 Pro Max markalı telefon, ZƏMANƏT + 2 IL xidməti, PAKET XXXL xidməti almış və nəticədə 4394,52 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4866 manat olan İmei kodu 351421086063560 olan Iphone 16 Pro Max markalı telefon, ZƏMANƏT + 2 IL xidməti, PAKET XXXL xidməti üçün 3973,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 397,36 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 892,44 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə aralarında bağlanılmış ilə ##.##.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu 351421086063560 olan Iphone 16 Pro Max markalı telefon, ZƏMANƏT + 2 IL xidməti, PAKET XXXL xidməti üçün 3973,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 20 manat cərimə olmaqla, ümumilikdə, 4017,16 manat borc və ödənilmiş 63,95 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında ##.##.2025ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdeh Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Lakin məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən hesablanmış 397,36 manat cərimə pulu 20 manat məbləğində olmalıdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1,739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edlməsi, borc məbləğinin dəqiq hesablanması, ödənişin hissə-hissə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyil, sözügedən qətnamə birbaşa iddiaçının maraqlarına xidmət etməkdədir. Belə ki, 2025-ci ildə 486,44 manat bir, 810,50 manat isə bir ödənilmişdir ki, bu da 1296,99 manat edir və bunu ödənilməli olan ümumi məbləğdən çıxdıqda isə 2800 manat ödəniləcək məbləğ qalır. İddiaçı isə ödəniləcək olan məbləğin 4017,16 manat olduğunu iddia edir. Qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəfindən ödənilməli olan məbləğin şişirdildiyini bildirsə də bununla bağlı heç bir araşdırılma aparılmamışdır. Məhkəmədə həmçinin obyektiv araşdırma nəticəsində müəyyən olunacaq ödənişin ondan hissə-hissə tutulmasını xahiş etsə də bunun da heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə qeyd edilən faktların heç birini araşdırmamış və cavabdehin şifahi izahatını əsas götürərək iddia tələbini təmin etmişdir. Həmçinin qeyd edir ki, əsəb xəstəliyindən əziyyət çəkir və xəstəliyi səbəbindən sonuncu məhkəmə iclasında iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsi çəkişmə prinsipinin təmin edilməsi üçün məhkəmə iclasını təxirə salıb onun da məhkəmə iclasında iştirak etməyini təmin etməli olduğu halda nədənsə bunu etməmiş və iddiaçının maraqlarına uyğun qətnamə qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edilərək şikayətin dəlilləri ilə razı olmadıqlarını qeyd edərək şikayətin təmin edilməməsi xahiş edilmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, telefon onun adına alınıb, telefonu alan şəxs kreditin bir ayını ödəmiş, sornadan ödəniş etməmişdir, iki aydan sonra ondan pulu tələb etmişlər. Telefonu alan şəxslə əlaqə saxlasa da nəticə olmamışdır. 810 manat borc taparaq ödəniş etmişdir. Lakin həmin məbləğin çox hissəsini faiz borcun çıxıblar. Özü işləmir. 515 manat birinci ay ödəniş edib. Telefonu alan şəxs yaxın rəfiqəsi olub. Az-az ödəniş edə bilər.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. ##.##.2025-ci il tarixli müqaviləyə dair bildirişdən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh İmei kodu 351421086063560 olan Iphone 16 Pro Max markalı telefon, ZƏMANƏT + 2 IL xidməti, PAKET XXXL xidməti almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
13. ## ###### 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 3973,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 397,36 manat cərimə olmaqla, ümumilikdə, 4394,52 manat borcu vardır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehdən tutulmuş boc məbləğinə dair hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirlməlidir.
18. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, ödəniş cədvəlinə müvafiq olaraq cavabdeh ##.##.2025-ci il tarixdə 406 manat ödəniş edilmiş, növbəti ödənişin müddəti isə ##.##.2025-ci il tarixə nəzərdə tutulsa da ödəniş 36 gün gecikdirilməklə, 810,50 manat ##.##.2025-ci il tarixdə həyata keçirilmişdir. Ödənilmiş 810,5 manatın 486,44 manatı əsas borc məbləğinə, 324,06 manatı isə cərimə məbləğinə silinmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən isə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində cərimə ödənilməsi şərtləndirilmişdir. Ödəniş cədvəli üzrə ödənilməli olan aylıq məbləğin 405,5 manat olması, gecikdirilən günlərin sayının 36 gün olması nəzərə alındıqda, həmin müddət üçün hesablanmalı olan cərimə məbləği 145,8 manat (405,5x1%=4,05 manat, 36 gün x 4,05 manat=145,8 manat) təşkil edir. Lakin, iddiaçı ##.##.2025-ci il tarixdə ödənilmiş 810,50 manatın 324,06 manatını cərimə məbləğinə silmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cərimə məbləğinə artıq silinmiş 178,26 manat (324,06- 145,8=178,26) əsas borc məbləğindən silinməlidir.
19. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, ##.##.2025-ci il tarixli müqavilə üzrə 3795,3 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 20 manat cərimə olmaqla, cəmi 3838,9 manat borc və ödənilmiş 63,95 manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq, iddiaçı «xxxx» MMC-yə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.3, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. ##.##.2025-ci il tarixli müqavilə üzrə 3795,3 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 20 manat cərimə olmaqla, cəmi 3838,9 manat borc və ödənilmiş 63,95 manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq, iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.