Məhkəmə qərarları › İş №e-2(3-8)-800/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-800/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-800/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İrşad Electronics” MMC-nin cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı “İrşad Electronics” MMC-nin nümayəndəsi nümayəndə1 İlqar qızının iştirakı ilə, İddiaçı “İrşad Electronics” MMC-nin cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.##.##.2025-ci il tarixli, ********* saylı (müddətli) nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı “Apple” markalı noutbuka görə 18 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 625 manat, hər ay 160 manat olmaqla,cəmi 2874,90 manat ödəməyi öhdəsinə götürmüşdür. 2.##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdehnın iddiaçı “İrşad Electronics” MMC-yə ##.##.2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə ##.##.2026-cı il tarixinə yaranmış 2234,9 manat əsas borc, 670,4 manat cərimə borcu olmaqla, cəmi 2905,3 manat ödənilməmiş borcu vardır. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı “İrşad Electronics” MMC cavabdeh Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixinə yaranmış ##.##.2025-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2234,9 manat əsas, 670,4 manat cərimə olmaqla, ümumilikdə 2905,3 manat borcun və 49,05 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq “İrşad Electronics” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, “İrşad Electronics” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Apple” markalı noutbuka görə 18 ay ödəniş cədvəli üzrə hər 160 manat olmaqla cəmi 2874,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №* saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirir ki, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 670,4 manat “İrşad Electronics” MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin ##.##.2026-cı il tarixədək “İrşad Electronics” MMC-yə olan borcu ##.##.2025-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2234,9 əsas, 670,4 manat cərimə, cəmi 2905,3 manat təşkil etmişdir. 5.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixinə yaranmış ##.##.2025-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2234,9 manat əsas, 223,49 manat cərimə olmaqla, cəmi 2458,39 manat borc və 44,60 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “İrşad Electronics” MMC-nin xeyrinə tutulması, ödənilmiş 4,45 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Elçin Kazımov) 6.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 442, 448.1, 567, 600.4 və 601.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 185.5 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 7.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsinin cərimənin tutulmasına dair hissədə dəyişdirilməsini, ondan tutulmuş 223,49 manat məbləğində cərimənin tamamilə ləğv edilməsini, alternativ olaraq əhəmiyyətli dərəcədə azaldılmasını, yekun müəyyən ediləcək borcun onun sosial və maddi vəziyyəti nəzərə alınmaqla aylıq hissələrlə ödənilməsinin müəyyən edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məcburi köçkün olduğuna görə dövlət rüsumundan azad edilməsini xahiş etmişdir. 8.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həmin arqumentlərə tam hüquqi qiymət verməmişdir. Cərimənin tətbiqi proporsionallıq prinsipinə zidd olmuşdur Birinci instansiya məhkəməsi özü də qətnamədə göstərmişdir ki: “dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir.” Məhkəmə bu nəticəyə gəldiyi halda, cərimənin tam saxlanılması deyil, tamamilə ləğv edilməsi və ya daha ciddi şəkildə azaldılması üçün hüquqi əsaslar mövcud olmuşdur. İş materiallarından görünür ki: borcdan yayınma niyyəti olmamışdır; müqavilə üzrə əvvəlki ödənişlər edilmişdir; gecikmə cavabdehin ağır tibbi vəziyyəti ilə bağlı olmuşdur; cavabdeh əsas borcu ödəməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən məhkəmə cərimənin açıq-aşkar həddindən artıq olduğu qənaətinə gəldikdə həmin məbləği azalda bilər. Hazırkı halda: gündəlik cərimə mexanizmi, istehlakçı münasibətinin mövcudluğu, cavabdehin sosial və tibbi vəziyyəti, borcdan yayınma niyyətinin olmaması nəzərə alınmaqla cərimənin tətbiq edilməməsi və ya minimum həddə endirilməsi daha ədalətli və hüquqa uyğun olardı. Cavabdehin sağlamlıq vəziyyəti məhkəmə tərəfindən yetərincə nəzərə alınmamışdır. Birinci instansiyaya təqdim edilmiş etirazda göstərilmişdir ki, cavabdeh: vestibulyar funksiyaların pozğunluğu, baş beynin xoşxassəli yenitörəməsi, baş beynin qeyri-müəyyən xarakterli yenitörəməsi kimi ciddi xəstəliklərdən əziyyət çəkir. Bu hallar əmək qabiliyyətinə və maliyyə imkanlarına ciddi təsir göstərmişdir. Mülki hüquqda vicdanlı davranış, sosial ədalət və proporsionallıq prinsipləri baxımından həmin hallar cərimənin tətbiq edilməməsini və yekun borcun hissə-hissə ödənilməsini zəruri edən mühüm hallardır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş etiraz ərizəsində açıq şəkildə göstərilmişdir ki, cavabdeh borcdan yayınmaq niyyətində deyil və əsas borcu imkan daxilində hissə-hissə ödəməyə hazırdır. Həmçinin məhkəmədən yekun borcun aylıq hissələrlə ödənilməsi üçün şərait yaradılması xahiş edilmişdir. Lakin məhkəmə qətnaməsində həmin tələbə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki məhkəmə tərəflərin bütün mühüm dəlil və vəsatətlərini araşdırmalı və onlara münasibət bildirməlidir. Hazırkı halda isə: cavabdehin ağır tibbi vəziyyəti, gəlir imkanlarının məhdud olması, sosial vəziyyəti, borcdan yayınma niyyətinin olmaması Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər nəzərə alınmadan yekun qərar qəbul edilmişdir. Cavabdehin real maliyyə imkanları nəzərə alınmaqla borcun aylıq hissələrlə ödənilməsi həm sosial ədalətə, həm də tərəflər arasında balans prinsipinə daha uyğun olardı. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququnun həyata keçirilməsi sosial ədalət prinsiplərinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Sporrong and Lönnroth v. Sweden işində də qeyd edilmişdir ki, şəxsin üzərinə həddindən artıq və qeyri-proporsional yük qoyulmamalıdır. Hazırkı işdə: cavabdeh istehlakçı statusundadır; ağır tibbi vəziyyətdə olmuşdur; ödənişlərdən tam yayınmamışdır; yekun maliyyə yükü sosial vəziyyətlə uyğunluq təşkil etmir. Bu səbəbdən cərimənin saxlanılması və hissə-hissə ödəmə məsələsinin nəzərə alınmaması proporsionallıq prinsipinə uyğun deyildir. Cavabdeh məcburi köçkün statusuna malik şəxs olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azaddır. Bu səbəbdən apellyasiya şikayəti üzrə dövlət rüsumunun ondan tələb edilməməsini məhkəmədən xahiş edir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 10.Məhkəmə iclasında iddiaçı “İrşad Electronics” MMC-nin nümayəndəsi nümayəndə1 İlqar qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 12.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 13.Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir. 14.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 16.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 17.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 19.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 20.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21.Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 22.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 23.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 24.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 30.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 31.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Apellyasiya şikayətində cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni cərimənin tutulması hissəsini mübahisələndirmişdir. 35.Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 37.Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 38.Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. 39.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş cərimənin məbləği iş üzrə əsas borca mütənasibdir. 40.Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 41.Belə olan halda kollegiya iddia tələbinin tamamilə rədd olunması üçün əsas görmür. 42.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 44.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. 45.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 46.Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 47.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 48.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar