Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-821/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2025ci il tarixli müqaviləyə əsasən, “Playstatıon 5” üçün 1219.14 manat ödənilməmiş hissə, 121.91 manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, “Playstatıon 5” üçün 1219.2 manat ödənilməmiş hissə, 121.92 manat dəbbə pulu, ##.##.2025ci il tarixli müqaviləyə əsasən, “Lenovo Komputer” üçün 1726.05 manat ödənilməmiş hissə, 172.6 manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən “Hisense TV” üçün 975.03 manat ödənilməmiş hissə, 97.50 manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən “Samsung TV” üçün 994.72 manat ödənilməmiş hissə, 99.47 manat dəbbə pulu olmaqla, ümumilikdə 6747.55 manat məbləğində borcun və 87,48 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən 2 ədəd “Playstatıon 5”, “Lenovo Komputer”, “Hisense TV” almış və nəticədə 6747.55 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1463.04 manat (18 ay x 81.28 manat + 0 manat ilkin ödəniş) olan “Playstatıon 5” üçün ümumilikdə 1341.05 manat olmaqla, ondan 1219.14 manat ödənilməmiş hissə, 121.91 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1463.04 manat 18 ay x 81.28 manat + 0 manat ilkin ödəniş) olan “Playstatıon 5” üçün ümumilikdə 1341.12 manat olmaqla ondan 1219.2 manat ödənilməmiş hissə, 121.92 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2071.98 manat (18 ay x 115.11 manat + 0 manat ilkin ödəniş) olan “Lenovo Komputer” üçün 1898.7 manat olmaqla, ondan 1726.05 manat ödənilməmiş hissə, 172.6 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1096.92 manat (18 ay x 60.94 manat + 0 manat ilkin ödəniş) olan “Hisense TV” üçün 1072.5 manat olmaqla, ondan 975.03 manat ödənilməmiş hissə, 97.50 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1539.06 manat (18 ay x 62.17 manat + 420 manat ilkin ödəniş) olan “Samsung TV” üçün 1094.19 manat olmaqla, ondan 994.72 manat ödənilməmiş hissə, 99.47 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1499.9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025 -ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərnin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə 1219.14 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1219.2 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1726.05 manat ödənilməmiş hissə, 10, manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqavilə üzrə 975.03 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqavilə üzrə 994.72 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 6184,14 manat məbləğində borc və ödənilmiş 87,48 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki,iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən 2 ədəd “Playstatıon 5”, “Lenovo Komputer”, “Hisense TV” almış və nəticədə 6747.55 manat borc yaranmışdır. Belə ki, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1463.04 manat (18 ay x 81.28 manat + 0 manat ilkin ödəniş) olan “Playstatıon 5” üçün ümumilikdə 1341.05 manat olmaqla, ondan 1219.14 manat ödənilməmiş hissə, 121.91 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1463.04 manat 18 ay x 81.28 manat + 0 manat ilkin ödəniş) olan “Playstatıon 5” üçün ümumilikdə 1341.12 manat olmaqla ondan 1219.2 manat ödənilməmiş hissə, 121.92 manat dəbbə pulu; ##.##.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2071.98 manat (18 ay x 115.11 manat + 0 manat ilkin ödəniş) olan “Lenovo Komputer” üçün 1898.7 manat olmaqla, ondan 1726.05 manat ödənilməmiş hissə, 172.6 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1096.92 manat (18 ay x 60.94 manat + 0 manat ilkin ödəniş) olan “Hisense TV” üçün 1072.5 manat olmaqla, ondan 975.03 manat ödənilməmiş hissə, 97.50 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1539.06 manat (18 ay x 62.17 manat + 420 manat ilkin ödəniş) olan “Samsung TV” üçün 1094.19 manat olmaqla, ondan 994.72 manat ödənilməmiş hissə, 99.47 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1499.9 manat təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etmiş və məhkədən onun digər bankalara borcu olmasınında nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Lakin, MMC-ti ##.##.2025-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1219,14 manat məbləğində borc üçün tələb etdiyi 121,91 manat məbləğində, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1219,2 manat məbləğində borc üçün tələb etdiyi 121,92 manat məbləğində, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1726,05 manat məbləğində borc üçün tələb etdiyi 172,6 manat məbləğində, ##.##.2025ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 975,03 manat məbləğində borc üçün tələb etdiyi 97,50 manat məbləğində, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 994,72 manat məbləğində borc üçün tələb etdiyi 99,47 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 600, 601, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilməsi, iddiaçıya qaytardığı məbləğ nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanmış müqavilələr üzrə ümumi məbləği əsas götürməklə böyük məbləğdə ödənişlər etmişdir. Belə ki, bağlanmış müqavilələr üzrə - ##.##.2025-ci il tarixli qəbzlə 66 manat, ##.##.2025-ci il tarixli qəbzlə- 63 manat,##.##.2025-ci il tarixli qəbzlə 3 manat 50 qəpik, ##.##.2026-cı il tarixli qəbzlə 2000 (iki min) manat, ##.##.2026-cı il tarixli qəbzlə 50 manat, ##.##.2026-cı il tarixli qəbzlə 400 manat, ##.##.2025-ci il tarixli qəbzlə 100 manat, 02.2026-cı il tarixli qəbzlə 500 manat olmaqla, cəmi 3182,5 (üç min yüz səksən iki manat, 50 qəpik) manat ödənişlər etmişdir. Birinci instansiya məhkəməsində dəfələrlə bildirmişdir ki, iddiaçıya borcu tələb olunan məbləğin yarısı həddində olmuşdur. Lakin buna baxmayaraq məhkəmə ödədiyi vəsaiti nəzərə almamış və iddiaçıdan ödənilən məbləğin qəbzlərini və ödəniş cədvəllərini məhkəməyə təqdim edilməsini tələb etməmişdir. Hal-hazırda iddiaçıya 3000 manat həddində borcu qalmasına baxmayaraq, lakin məhkəmə tərəfindən ondan 6184 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi qanunsuz olduğundan ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti verilməsinin məqsədi məhkəmə qətnaməsinin icrasını yubatmaq olub. Birinci instansiya məhkəməsi cərimə borcunu azaldaraq 5 müqavilə üzrə 50 manat müəyyən edib. 1499,90 manat ümumi ödənişi olub. Əlavə edilmiş qəbzlərdə qeyd edilən məbləğlərdə ödənişlər olmayıb. Digər kartlara mədaxil olan məbləğlərdir, həmin məbləğlər kreditin ödənişinə aid deyil. Birinci instansiya məhkəməsində cavabdeh iştirak edib, iddia tələbini qəbul edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən 2 ədəd “Playstatıon 5”, “Lenovo Komputer”, “Hisense TV” almışdır.
13. İş materiallarında olan ## ###### 2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən iddiaçıya cəmi 6747,55 manat ödənilməmiş borcu var.
14. İş materiallarında olan və iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağrışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, razılaşmanın 4.1-ci maddəsinə əsasən tərəflərindən adiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən 6747.55 manat məbləğində əşya alınmış, aldığı məhsullara görə qismən ödəniş etsə də müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, iddiaçı iddia tələbində alınmış məhsullar ilə əlaqədar cavabdeh tərəfindən 1499,9 manat ümumi ödəniş etdiyini, 6747,55 manat borc qaldığını qeyd etmiş, cavabdeh isə birinci instansiya məhkəməsində iddia tələbini qəbul etmişdir.
20. Cavabdeh apellyasiya şikayətində müqavilələr üzrə iddiaçıya 3182,5 manat ödəniş etdiyini iddia edərək, şikayətinə müvafiq qəbzlər əlavə etmişdir. Məhkəmə kollegiyası əlavə edilmiş qəbzlərə münasibətdə ilk öncə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı təşkilat ## ###### 2026-cı il tarixli maliyyə arayışı üzrə borcun 6747,55 manat olmasını iddia etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 500, 400, 50 və 2000 manatlıq qəbzlərdən ödənişin məhz hazırkı mübahisənin preldmeti olan alqısatqı müqavilələri üzrə edilməsi müəyyən edilməməklə, pulların müxtəlif şəxslərin hesabına köçürməsi görünməkdədir. Həmçinin, həmin pul köçürmələri ## ###### 2026cı il tarixdən sonra edilmişdir ki, iddiaçı ## ###### 2026-cı il tarixdən sonrakı dövr üzrə hər hansı bir ödəniş etdiyi təqdirdə icra icraatı zamanı həmin ödənişin nəzərə alınmasını tələb etmək hüququna da malikdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
21. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.