Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-828/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Həmidov (Gamidov) Allahverdi Allahverdiyeviçə qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ##.##.1988-ci il tarixdə Moskva şəhərində anadan olmuş övladı Cavabdeh Allahverdiyeviçin və ##.##.1990-ci il tarixdə Moskva şəhərində anadan olmuş övladı Həmidov (Gamidov) Allahverdi Allahverdiyeviçin vərəsəlik hüququndan və ondan sonra qalan miras paydan (həmçinin məcburi paydan) məhrumetməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) dair iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.012-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsindən görünür ki, cavabdehlər Rusiya Federasiyasında qeydiyyatdadırlar və onların Xaçmaz rayonuna hər hansı bir aidiyyətləri müəyyən edilməmişdir. Bu səbəbdən də mülki işə Xaçmaz rayon məhkəməsində baxılması iddiaçı tərəfindən əsaslandırılmamışdır. İddiaçı İddiaçı İddiaçı şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-*/**** saylı qərardadının ləğv edilməsi, ərizə üzrə mülki işin baxılmasına davam edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia cavabdeh üçün hər hansı öhdəlik yaradan tələblə bağlı iddia deyil. Gələcəkdə yəni iddiaçının ölümündən sonra yaranan, ona aid miras əmlaka yaranan qanun üzrə vərəsəlik hüququ və öhdəliklərə dair məsələdir. Bu tələb cavabdehin mövqeyindən asılı olan məsələ deyil, iddiaçının iradə ifadəsidir və ona aid hüquqdur. Vərəsəlik miras qoyanın yaşadığı, əmlakının olduğu və öldüyü yer üzrə müəyyən edildiyi bəllidir. Vərəsənin isə harada olmasının önəmi olmadığı da bəllidir. İddiaçı qeydiyyatda Xaçmaz rayonunda olmaqla, burada yaşayır və əmlakları da buradadır. Ona görə də hazırkı iddia ilə məhz Xaçmaz Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Məhkəmə iddianın Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmadığı ilə bağlı gəldiyi qənaətində haqlıdırsa, onda hazırkı iddia ilə hansı məhkəməyə müraciət edilməli olduğunu göstərməklə, işin baxılmasına mane olan halların necə aradan qaldırılması qərardadında şərh etməlidir. Lakin qərardadın məzmununda belə bir şərh verilməmişdir. Belə ki, ərizənin baxılmamış saxlanması qaydası və nəticələri təsbit olunmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.2-ci maddəsində qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Ona görə də qərardad hüquq baxımından əsaslı hesab edilə bilməz. Ləğv edilməli və ərizə üzrə mülki işin baxılmasına davam edilməsi barədə yeni qərardad çıxarılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehlərin Rusiya Federasiyasında qeydiyyatda olmaları, onların Xaçmaz rayonuna hər hansı bir aidiyyətləri müəyyən edilməməsini qeyd edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə nəticəyə gəlmiş, gəldiyi nəticə üçün Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsi iddia ərizəsinin forma və məzmununa riayət edilmədikə və müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsinin baxılmamış saxlanılması əsasını nəzərdə tutmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi isə cavabdehlərin iddia ərizəsinin verildiyi məhkəmənin yurisdiksiyasında yaşamaması və qeydiyyatda olmamasını, o cümlədən cavabdehlərin Xaçmaz rayonuna hər hansı bir aidiyyətinin olmamasını əsas gətirərək iddia ərizəsini baxılmamış saxlamışdır. Hərçənd ki, cavabdehlərin iddia ərizəsinin verildiyi məhkəmənin yurisdiksiyasında yaşamaması və qeydiyyatda olmaması əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinin tələbinə görə isə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0.11-ci maddəsinin tələbinə əsasən isə vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə baxmaqda səlahiyyətlidir. İş materiallarına əsasən cavabdehlər iddiaçının övladları olmaqla, onlar Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçının tələbi isə vərəsəlik hüquq münaibətlərindən irəli gəlməkdədir. Göründüyü kimi Xaşmaz rayonu cavabdehlərin adətən gəldiyi yer olmaqla, həmçinin mübahisə iddiaçının qeyd etdiyi kimi onun Xaçmaz rayonunda yerləşdiyi, gələcəkdə vərəsəliyin predmeti ola biləcək əmlakları ilə bağlıdır. Buna görə də iddiaçı Xaçmaz Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə icraata götürdüyü iddia ərizəsini sonradan aidiyyət pozuntusu əsaslandırması ilə, prosessual hüquq nomasının tələbini pozmaqla baxılmamış saxlamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-828/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-828/2026
14.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver