Məhkəmə qərarları › İş №e-2(3-9)-1000/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1000/2026

10.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № e-2(3-9)-1000/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlәri Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi, Əsәdov İlham Qoşunәli oğlu vә Novruzova Aytәn Nazim qızından ibarәt tәrkibdә, Beylәqan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadından verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı mәhkәmәyә iddia әrizәsi ilә müraciәt edәrәk Beylәqan rayon * saylı notariat ofisinin üzәrinә Qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamәnin verilmәsi vәzifәsinin qoyulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Beylәqan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә iddia әrizәsinin geri qaytarılması qәrara alınmış, iddiaçıya hazırkı tәlәblә bağlı Şirvan İnzibati Mәhkәmәsinә müraciәt etmәk hüququ izah edilmişdir. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, iddia әrizәsinin müәyyәn olunmuş forma vә mәzmununa riayәt edilmәmişdir. İddiaçı Beylәqan rayon * saylı notariat ofisinin üzәrinә qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamәnin verilmәsi vәzifәsinin qoyulmasını tәlәb edir ki, hәmin iddiaya baxılması rayon mәhkәmәsinin sәlahiyyәtinә aid deyildir. İddiaçı qәrardaddan şikayәt verәrәk, onun lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, iddia tәlәbi üzrә notariat ofisinin münasibәti bәllidir. Digәrә tәrәfdәn iddia әrizәsindә cavabdehin adı vә ünvanı qeyd edilmiş, MPM-in 149-cu maddәsinin tәlәblәri üzrә iddia әrizәsi hazırlanmışdır. Beylәqan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәraradı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. MPM-in 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Mәhkәmә tәrkibi qeyd edir ki, “İnzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun ## ##### 2015-ci il tarixli 4№-li qәrarının 8-ci bәndinә әsasәn aparılmış notariat hәrәkәtlәrindәn vә ya notariat hәrәkәtlәrini aparmaqdan imtina edilmәsindәn şikayәt verilmәsi zamanı mübahisәyә mülki, yoxsa inzibati mәhkәmә icraatı qaydasında baxılması ilә bağlı mәsәlә qanunvericilikdә dәqiq tәnzimlәnmәmişdir. Əksinә, bu mәsәlә ilә bağlı qanunvericilikdә bir-biri ilә uyğunsuzluq halı yaradan bir sıra normalar vardır vә onların mәcmusunun qiymәtlәndirilmәsi әsasında hazırkı vәziyyәtdә qanunvericinin iradәsini dәqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Mәcәllәnin 445.0.6-cı, İnzibati Prosessual Mәcәllәnin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddәsindә vә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş “İnzibati orqanların Tәsnifatı”nda mövcud olan müddәalar aparılmış notariat hәrәkәtlәrindәn vә ya notariat hәrәkәtlәrini aparmaqdan imtina edilmәsindәn verilmiş şikayәtlәrin mәhkәmә aidiyyәtinin dәqiq müәyyәnlәşdirilmәsinә imkan vermir. Odur ki, müvafiq tәkmillәşdirilmәlәr aparılmaqla mümkün olan qısa müddәt әrzindә aidiyyәtlә bağlı mәsәlәnin qanunvericilik sәviyyәsindә hәll olunması üçün qanunvericilik tәşәbbüsü hüququndan istifadә olunmalı, eyni zamanda, mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini tәmin etmәk üçün mövcud mübahisәlәrә müvәqqәti baxılması qaydası ilә bağlı mәhkәmәlәrә izah verilmәlidir. Bu baxımdan, qanunvericilikdә müvafiq tәnzimlәmәlәr edilәnәdәk notariat hәrәkәtlәrindәn vә ya notariat hәrәkәtlәrini aparmaqdan imtinaya dair şikayәtlәrә mülki mәhkәmә icraatı qaydasında ümumi mәhkәmәlәrdә baxılması davam etdirilmәsi qәrara alınmışdır. Göründüyü kimi adıçәkilәn qәrarın 8-ci bәndindә, qanunvericilikdә müvafiq tәnzimlәmәlәr hәyata keçirilәnәdәk notariat hәrәkәtlәrindәn vә ya notariat hәrәkәtlәrinin aparılmasından imtina edilmәsindәn verilmiş şikayәtlәrә mülki mәhkәmә icraatı qaydasında ümumi mәhkәmәlәrdә baxılmasının davam etdirilmәsi müәyyәn edilmişdir. Odur ki, mәhkәmә tәrkibi hesab edir ki, hazırkı mübahisәyә yuxarıda qeyd olunan Plenum qәrarının tәlәblәrinә uyğun olaraq hüquqi qiymәt verilmәsi üçün iş materialları Beylәqan Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belәliklә, mәhkәmә tәrkibi yuxarıda qeyd edilәnlәri nәzәrә alaraq şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Beylәqan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, yenidәn baxılması üçün iş materialları Beylәqan Rayon Mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. MPM-in 399-cu maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә tәrkibi şәrh olunanlara әsasәn vә MPM-in 263, 264, 397.2, 398, 400 vә 402-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt qismәn tәmin edilsin. Beylәqan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı lәğv edilsin vә yenidәn baxılması üçün iş materialları Beylәqan Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar