Məhkəmə qərarları › İş №e-2(3-9)-498/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-498/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-498/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə İlham oğlunun iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 8304 (səkkiz min üç yüz sıfır dörd) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC (“Satıcı”) və cavabdeh Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alqı-satqısına dair ##.##.2024cü il tarixli, B-***-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1ci bəndinə əsasən cavabdeh tərəfindən dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilən avtomobil üçün ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə Alıcı ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüz əlli iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra iki ayın ödənişini gecikdirməklə ##.##.2024-cü il tarixli xəbərdarlıq nəticəsində ##.##.2024-cü il tarixində iki aylıq ödəniş etdikdən sonra (mart və aprel ayları üçün) heç bir ödəniş etməmişdir. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətində, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən ##.##.2024-cü il tarixli, B-***-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda cavabdehə “Skoda Kamiq 1.6 MPİ” markalı, ** YX *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X1 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan ##.##.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra ##.##.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Əsas borc, dəbbə məbləği və təmir aktının borcludan tutulması ilə bağlı Şirvan Şəhər Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə tələbin bir hissəsi təmin edilmişdir. Lakin Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tam olaraq rədd edilmiş və həmin qətnamədən şikayət verilməsi də mümkün olmamışdır. Bu səbəbdən Şirkətə dəymiş real zərər bağlanmamış və əksinə sonradan şirkətin daha yuxarı ziyanda olduğu tərəflərindən müəyyən edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixli, B ***-SA-** saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 15611 km yürüşü olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW6P3114860) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, C-***- SA-** nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 58,512.00 (əlli səkkiz min beş yüz on iki) manat müəyyən edilmişdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. ##.##.2024-cü il tarixli, B-***-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Odur ki, cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, B-***-SA-24 saylı müqavilənin dəyəri 70,548.00 (yetmiş min beş yüz qırx səkkiz) manat, ##.##.2024-cü il tarixli, C-***-SA-** nömrəli ikinci əqdin dəyəri isə 58,512.00 (əlli səkkiz min beş yüz on iki) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən ümumilikdə 3732 manat aylıq ödəniş edilmişdir. Cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 70548 manat-ikinci müqavilə dəyəri 58512 manat = 12036 manat– ümumi ödənişlər 3732 manat = 8304 manat) cavabdeh Cavabdeh İddiaçı MMC-yə 8304 (səkkiz min üç yüz sıfır dörd) manat borcu qalmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edir ki, cavabdeh Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (1-ci müqavilə dəyəri 70548 manatikinci müqavilə dəyəri 58512 manat = 12036 manat– ümumi ödənişlər 3732 manat = 8304 manat) 8304 (səkkiz min üç yüz sıfır dörd) manat iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia təmin edilmiş, cavabdeh Cavabdeh maddi zərərin əvəzi 8304 (səkkiz min üç yüz dörd) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı MMC-yə verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi və cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 103 (bir yüz üç) manat 10 (on) qəpik məbləğində pulun alınaraq iddiaçı İddiaçı MMCyə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materillarında olan: ##.##.2024-cü il tarixli, B-***-SA-** nömrəli avtomobilin alqı-satqısı üzrə müqavilədən görünür ki, İddiaçı MMC-nin müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini Cavabdeh satmışdır. Avtonəqliyyat vasitəsinin dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüz əlli iki) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İcra edilmiş xidmətlərə dair ##.##.2024-cü il tarixli aktdan görünür ki, satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil edir. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, B-***-SA-** nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə ##.##.2024-cü il tarixdə 1428 manat ilkin ödəniş, 580 manat DQN alınması və icbari sığorta ödənişi ödənilmişdir. ##.##.2024-cü il tarixi üçün gecikdirilmiş məbləğ 3456 manat, cərimə məbləği 1380 manat təşkil edir. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. ##.##.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 1428 manat ödəniş edilmişdir. ##.##.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 2304 manat ödəniş edilmişdir. ##.##.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil, (yürüş :0 km) qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. ##.##.2024-cü il tarixli, C-***-SA-** nömrəli avtomobil alqı-satqısı üzrə müqavilədən görünür ki, İddiaçı MMC-nin müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini alıcı “ xxxx” MMC (VÖEN : 2008545651) satmışdır. Avtonəqliyyat vasitəsinin dəyəri 58512 əlli səkkiz min neş yüz on iki) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 0 (sıfır) manat ödənilmiş, qalıq borc məbləği olan 58512 (əlli səkkiz min beş yüz on iki) manatı isə alıcı ##.##.2024-cü il tarixindən etibarən 48 (qərx səkkiz) ay müddətinə, ayda 1219 (bir min iki yüz on doqquz) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil (yürüş : 15.620 km) qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. ##.##.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, 103 manat 10 qəpik məbləğində dövlət rüsumu iddiaçı « xxxx” MMC tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, B-022 SA-** nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı İddiaçı MMC Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini Cavabdeh cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə avtonəqliyyat vasitəsinin dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilmiş, müqaviləyə əsasən ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı ##.##.2024cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə imzalandıqdan sonra yanlız iki ay (mart və aprel ayları) ödəniş etmiş, avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarılan tarixə (##.##.2025-cü il) kimi heç bir aylıq ödəniş etməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən, iddiaçı ##.##.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən ##.##.2024-cü il tarixli, B-***-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmiş, cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, ** YX *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X1 tərəfindən saxlanıldıqdan sonra nəqliyyat vasitəsi müvafiq duracaqdan ##.##.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmiş və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobilə servis-təmir mərkəzində baxış keçirilmiş, ilkin baxış aktına əsasən, avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün kimyəvi təmizləmə, mühərrik təmzilənmə və cilalanma işləri aparılmış və avtomobil yenidən satışa çıxarılmışdır. Qeyd olunan avtomobil ##.##.2024-cü il tarixli, C-***-SA-** nömrəli, alqı-satqı müqaviləsinə əsasən hissə-hissə ödənilməklə 58512 (əlli səkkiz min beş yüz on iki) manata satılmışdır. İddiaçı hazırkı tələblə müraciət edərək, cavabdeh Cavabdeh alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 8304 (1-ci müqavilə dəyəri 70548 manat- ikinci müqavilə dəyəri 58512 manat = 12036 manat–3732 manat (ümumi ödənişlər) = 8304 manat), 8304 manat pul vəsaitinin xeyrinə tutulmasını xahiş edir. Məhkəmə işin hallarını nəzərə alaraq, bu nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 8304 (səkkiz min üç yüz dörd) manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 103 (bir yüz üç) manat 10 (on) qəpik dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 421.2, 424.5, 600.1, 600.4, 601.1, 645.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinin ləgv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərardad və ya iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında eyni predmet barədə qaldırılmış əvvəlki iddia tələbində “avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün ##.##.2024-cü il tarixində faktiki təmir işləri icra edilməklə təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat məbləğində qaldırılmış ziyan tələbi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş Şirvan Apelyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim-Mirlətif Sadıqov) bu əsaslara münasibət bildirilib hüquqi qiymət verilməsinə baxmayaraq, iddiaçı tərəf təkrar eyni əsaslar, eyni predmet barədə eyni tərəfə iddia tələbi qaldırmış və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qarşı tərəfin əsassız varlanmasına şərait yaratmış və həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 261.0.2-ci maddəsinin (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;) tələblərini pozmuşdur. Qeyd edir ki, o, iki ay avtomobili idarə edib və bu müddət ərzində iddiaçıya ilkin ödəniş 1428 manat + iki aylıq ödəniş 2.304 manat=3.732 manat pul ödəmişdir. Avtomobilə dövlət qeydiyyat nişanının alınması üçün 580 manat pul və avtomobil üçün sıgorta ödənişini etmişdir. Ümumilikdə 4.400 manatdan çox xərci çıxmışdır. Müqavilənin pozulması halında ziyan çəkən iddiaçı deyil, əksinə cavabdeh olmuşdur. Qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsindən də görünür ki, o hələ cavabdehə qarşı birinci iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl artıq avtomobili başqa alıcıya, ”xxxx MMC”-nin direktoru X2. Bu alqı-satqıdan 10 ay sonra ##.##.2025-ci il tarixdə iddiaçı 1-ci dəfə cavabdehə qarşı iddia qaldırmış və həmin vaxt iddiaçı avtomobilin başqa alıcıya satmaq üçün avtomobilin zərəri barədə iddia qaldırmışdır. Bundan sonra təkrar eyni tələbin eyni cavabdehə qarşı qaldırılması qanunsuzluqdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı işdə tərəflər eyni olsa da iddianın predmeti və hüquqi əsası fərqlidir. İddia tələbinin predmetini qarşı tərəfin öz öhdəliklərini pozması nəticəsində avtomobilin yenidən satışı ilə iddiaçıya dəymiz ziyandan ibarətdir. Hüquqi əsas kimi Mülki Məcəllənin 645.2-ci maddəsi əsas götürülmüş və bu qanundan irəli gələn tələbdir. Formalaşmış məhkəmə təcrübəsinə və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə əsasən qeyd edilməlidir ki, mülki prosesdə iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsası dedikdə iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı hallar nəzərdə tutulur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə İlham oğlu apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 600.1-ci maddəsinə əssən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şirvan Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinin ləgv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərardad və ya iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində-iddianın təmin edilmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixli, B-***-SA-** nömrəli avtomobil alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı, 2023-cü il buraxılışlı nəqliyyat vasitəsi ilkin ödəniş və sonradan hissə-hissə ödənilmə şərti ilə cavabdehin istifadəsinə verilmişdir. Müqavilə şərtlərinə görə nəqliyyat vasitəsinin mülkiyyəti yalnız dəyərin tam ödənilməsindən sonra alıcıya keçməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliklərini lazımi qaydada icra etməmiş, yalnız ilkin ödənişi və iki aylıq ödənişi həyata keçirdikdən sonra sonrakı ödənişləri etməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıqlar edilmiş, lakin öhdəliklərin icrası təmin olunmamışdır. Müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilmiş, nəqliyyat vasitəsi isə ##.##.2024-cü il tarixdə iddiaçının sahibliyinə geri qaytarılmışdır. Avtomobilin geri qaytarılmasından sonra ona baxış keçirilmiş və texniki vəziyyətinin bərpası üçün müəyyən xidmət işləri aparılmışdır. Daha sonra həmin nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixli, C-***-SA-** nömrəli müqavilə əsasında üçüncü şəxsə daha aşağı qiymətə, 58512 manat məbləğində satılmışdır. Birinci müqavilə üzrə avtomobilin satış qiyməti 70548 manat təşkil etmiş, ikinci müqavilə üzrə isə bu məbləğ 58512 manat olmuş, cavabdeh tərəfindən isə ümumilikdə 3732 manat ödəniş edilmişdir. Bu hallar əsasında iddiaçı tərəfindən müqavilələr arasındakı fərq və edilmiş ödənişlər nəzərə alınmaqla 8304 manat məbləğində zərərin yarandığı iddia edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianı tam təmin etmişdir. Cavabdeh Cavabdeh eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə artıq məhkəmə tərəfindən baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu əsas gətirərək hazırkı iddianın təkrar xarakter daşıdığını iddia etmişdir. O, xüsusilə vurğulamışdır ki, əvvəlki məhkəmə mübahisəsi çərçivəsində avtomobilin təmir xərcləri və müqavilə pozuntusundan irəli gələn zərər məsələsinə hüquqi qiymət verilmişdir və bu səbəbdən həmin münasibətlərdən doğan iddia tələblərinin yenidən irəli sürülməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Belə ki, cavabdehin istinad etdiyi Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3456 manat əsas borc, 1380 manat cərimə borcu və 532,34 manat məbləğində avtomobilin təmir xərcləri olmaqla ümumilikdə 5368,34 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, apellyasiya instansiyası tərəfindən həmin qətnamə qismən ləğv edilərək iddianın təmin edilmiş hissəsində rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı avtomobili cavabdehdən geri qəbul etdiyindən, eyni zamanda həm əşyanın qaytarılması, həm də onun dəyərinin və ya istifadə müddətinə görə ödənişlərin tələb edilməsi yolverilməzdir. Bundan əlavə, müqavilə şərtlərində də satıcının avtomobili geri aldıqdan sonra alıcının istifadə etdiyi müddətə görə ödənilməmiş aylıq ödənişləri tələb etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən əsas borc tələbi əsassız hesab edilmiş, əsas borc tələbi əsassız olduğundan cərimə tələbi də təmin edilməmişdir. Eyni zamanda avtomobilə dair 532,34 manat məbləğində göstərilən xidmətlərin mühərrik yağının dəyişdirilməsi, filtrlərin yenilənməsi, kimyəvi təmizləmə və cilalanma kimi mütəmadi texniki xidmət xarakterli olması nəzərə alınaraq, həmin xərclər real zərər kimi qiymətləndirilməmişdir. Lakin hazırkı iş üzrə iddia tələbinin predmeti və hüquqi əsası fərqlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əvvəlki işdə olduğu kimi əsas borcun, cərimənin və ya cari xidmət xərclərinin tutulmasına deyil, müqavilənin pozulması nəticəsində yaranmış real zərərin, yəni avtomobilin daha aşağı qiymətə təkrar realizə edilməsi nəticəsində yaranan dəyər fərqinin əvəzinin ödənilməsinə yönəlmişdir. Bu tələb birbaşa olaraq tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, B-***-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” yarımbəndindən irəli gəlir və həmin müddəaya əsasən, Alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlandığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Məhkəmə tərkibi qeyd edir ki, ilkin müqavilə üzrə avtomobilin dəyəri 70548 manat, sonradan bağlanmış ikinci müqavilə üzrə isə 58512 manat təşkil etmiş, cavabdeh tərəfindən ümumilikdə 3732 manat ödəniş edilmişdir. Bu halda müqavilələr arasındakı 12036 manat fərqdən cavabdehin ödədiyi məbləğ çıxıldıqdan sonra 8304 manat həcmində zərərin yarandığı müəyyən edilir. Beləliklə, hazırkı tələb nə predmet, nə də hüquqi əsas baxımından əvvəlki iş üzrə baxılmış tələblə eyni olmadığından, onun eyni tərəf eyni predmet kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda, iş materialları ilə təsdiq olunur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı avtomobili daha aşağı qiymətə realizə etməyə məcbur olmuş və bu səbəbdən arada yaranmış dəyər fərqi həcmində real zərər formalaşmışdır. Bu zərər birbaşa müqavilə şərtlərindən irəli gəldiyindən və hesablanması iş üzrə sübutlarla təsdiq olunduğundan, iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar