Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № e-2(3-9)-572/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının hakimlәri İmanov Cahid Fehruz oğlu (sәdrlik edәn, mәruzәçi), Əsәdov İlham Qoşunәli oğlu vә Kәrimov Tale Suliddin oğlundan ibarәt tәrkibdә, Əhmәdli Murad İlham oğlunun katibliyi ilә, İddiaçı “URAL İ” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin cavabdeh Abbasov Hәsrәt Araz oğluna qarşı “alqı-satqı müqavilәsi üzrә pul” tәlәbinә dair mülki iş üzrә Astara Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsindәn (hakim M.Şәfiqә) iddiaçı “URAL İ” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası müəyyən etdi : İddiaçı "URAL İ" Mәhdud Mәsuliyyәtli Cәmiyyәti cavabdeh Abbasov Hәsrәt Araz oğluna qarşı “alqı-satqı müqavilәsi üzrә pul” tәlәbinә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Abbasov Hәsrәt Araz oğlu ilә ##.##.2024-ci il tarixdә bağlanmış VIP ***** saylı nisyә alqı-satqı müqavilәsi üzrә ödәnilmәmiş 82.08 ABŞ dolları (ekvivalenti ödәniş gününә Mәrkәzi bankın kursuna müvafiq olaraq manatla) әsas (qalıq) borcun vә ödәnişin gecikdirildiyi hәr gün üçün mәcmu borcun 1% (bir)-i hәcmindә 21 ABŞ dolları (ekvivalenti ödәniş gününә Mәrkәzi bankın kursuna müvafiq olaraq manatla) cәrimә, cәmi 103.08 ABŞ dolları ödәniş gününә olan mәzәnnә üzrә manatla vә ödәnilmiş dövlәt rüsumunun әvәzi kimi 30 manat pulun «URAL İ» MMC-nin xeyrinә tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Astara Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, e-2(018)-1998/2025 saylı qәtnamәsi ilә iddiaçı “URAL İ” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin cavabdeh Abbasov Hәsrәt Araz oğluna qarşı “alqı-satqı müqavilәsi üzrә pul” tәlәbinә dair iddiası tәmin edilmәmişdir. Qәtnamәdәn iddiaçı apellyasiya şikayәti verәrәk, Astara Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsinin tamamilә lәğv edilәrәk iş üzrә Cavabdeh Cavabdeh hәqiqәtәndә vәfat edib-etmәdiyinin rәsmi qaydada müәyyәn edilmәsi, vәfat etdiyi tәqdirdә, onun hüquqi varislәrinin dairәsini müәyyәn etmәk üçün müvafiq dövlәt orqanlarına sorğu göndәrilmәsi, müәyyәn edilәcәk hüquqi varislәrin işә cavabdeh qismindә cәlb edilmәsi mәsәlәsinin hәll edilmәsi, mübahisәyә dair bütün faktiki halları tam, hәrtәrәfli vә obyektiv araşdıraraq, maddi vә prosessual hüquq normalarını düzgün tәtbiq etmәklә qanuni vә әsaslandırılmış yeni qәtnamә çıxarılmasında kömәklik göstәrilmәsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı # #### 2026-cı il tarixindә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk apellyasiya şikayәtindәn imtina etdiyini, qarşı tәrәf borcu tam ödәdiyi üçün *(*-*)-***/**** saylı iş üzrә icraata xitam verilmәsini mәhkәmәdәn xahiş etmişdir. Mәhkәmә iclasının keçirilmәsinin vaxtı vә yeri barәdә mәlumatlandırılmış tәrәflәr hәr hansı bir üzürlü sәbәbini bildirmәdәn mәhkәmәdә iştirak etmәmişlәr. Kollegiya MPM-in 376.2-ci maddәsinә müvafiq olaraq cavabdehlәrin iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәtindәn imtina qәbul edilmәli vә apellyasiya şikayәti üzrә icraata xitam verilmәlidir. Belә ki, iddiaçının apellyasiya şikayәtindәn imtina etmәsi qanuna zidd deyildir vә hәr hansı bir şәxsin hüquqlarını vә qanunla qorunan mәnafeyini pozmur. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 369.1-ci maddәsinә әsasәn işdә iştirak edәn şәxsin apellyasiya şikayәtindәn imtina etmәsi birinci instansiya mәhkәmәsi qәtnamәsinin qanuni qüvvәyә minmәsinә sәbәb olur. Hәmin Mәcәllәnin 369.2-ci maddәsinә әsasәn apellyasiya şikayәti verәn şәxs apellyasiya instansiyası mәhkәmәsindә qәtnamә qәbul edilәnә kimi yazılı formada ondan imtina edә bilәr. Hәmin Mәcәllәnin 369.3-cü mәhkәmә bu Mәcәllәnin 191-ci maddәsindә nәzәrdә tutulan әsaslar olduqda şikayәtdәn imtinanı rәdd edә vә işә apellyasiya qaydasında baxa bilәr. Hәmin Mәcәllәnin 369.4-cü maddәsinә әsasәn şikayәtdәn imtinanın qәbul edilmәsi haqqında mәhkәmә qәrardad qәbul edir vә bu qәrardadla apellyasiya şikayәtindәn imtina etmiş şәxslәrә münasibәtdә apellyasiya icraatına xitam verir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 402.2-ci maddәsinә әsasәn apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında. 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında. 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә. 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә. 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyә әsasәn apellyasiya şikayәtindәn imtina edilmәsi әsası ilә apellyasiya şikayәti üzrә icraata xitam verilmәsi barәdә qәrardaddan kassasiya şikayәti verilmir. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 369, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası q ә r a r a a l d ı: İddiaçının apellyasiya şikayәtindәn imtinası qәbul edilsin. Astara Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsindәn iddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә münasibәtdә apellyasiya icraatına xitam verilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-572/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-572/2026
11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver