Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-658/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əliyev X2 Aytən Nazim qızından ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi ilə, Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏN ETDİ: “xxxx” MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu 354707572978205 olan “İphone 16 Pro”, “X1 2 il” xidməti üçün 2939,69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 293,97 (iki yüz doxsan üç manat doxsan yeddi qəpik) manat cərimə borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 350903438588791 olan “İphone 16 Pro”, “Apple Adapter” üçün 1974,05 (min doqquz yüz yetmiş dörd manat beş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 197,41 (yüz doxsan yeddi manat qırx bir qəpik) manat cərimə borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən “Apple Airpods” üçün 1472,2 (min dörd yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 147,22 (yüz qırx yeddi manat iyirmi iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7071,73 (yeddi min yetmiş bir manat yetmiş üç qəpik) manat borc və ödənilmiş 90,72 (doxsan manat yetmiş iki qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu 354707572978205 olan “İphone 16 Pro”, “X1 2 il” xidməti, İMEİ kodu 350903438588791 olan “İphone 16 Pro”, “Apple Adapter”, “Apple Airpods” almış və nəticədə 7071,73 (yeddi min yetmiş bir manat yetmiş üç qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4704 (dörd min yeddi yüz dörd) manat (24 ay x 196 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu 354707572978205 olan “İphone 16 Pro”, “X1 2 il” xidməti üçün ümumilikdə, 3257,26 (üç min iki yüz əlli yeddi manat iyirmi altı qəpik) manat olmaqla ondan 2939,69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 293,97 (iki yüz doxsan üç manat doxsan yeddi qəpik) manat cərimə borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı satqı qiyməti 3254,6 (üç min iki yüz əlli dörd manat altmış qəpik) manat (12 ay x 255,8 manat + 185 manat ilkin ödəniş) İMEİ kodu 350903438588791 olan “İphone 16 Pro”, “Apple Adapter” üçün ümumilikdə, 2195,06 (iki min yüz doxsan beş manat altmış qəpik) manat olmaqla ondan, 1974,05 (min doqquz yüz yetmiş dörd manat beş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 197,41 (yüz doxsan yeddi manat qırx bir qəpik) manat cərimə borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1773 (min yeddi yüz yetmiş üç) manat (12 ay x 147,75 manat + 0 manat ilkin ödəniş) “Apple Airpods” üçün ümumilikdə, 1619,42 (min altı yüz on doqquz manat qırx iki qəpik) manat olmaqla ondan, 1472,2 (min dörd yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 147,22 (yüz qırx yeddi manat iyirmi iki qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3345,66 (üç min üç yüz qırx beş manat altmış altı qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, göndərdikləri ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 2939,69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 150 (yüz əlli) manat cərimə borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 1974,05 (min doqquz yüz yetmiş dörd manat beş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 100 (yüz) manat cərimə borcu, ##.##.2025ci il tarixli müqaviləyə əsasən 1472,2 (min dörd yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 70 (yetmiş) manat cərimə borcu olmaqla, ümumilikdə 6753,14 (altı min yeddi yüz əlli üç manat on dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun 87,5 (səksən yeddi manat əlli qəpik) manat hissəsinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən “xxxx” MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda, “xxxx” MMC-nin məhkəmə qaydasında Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 2939,69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 1974,05 (min doqquz yüz yetmiş dörd manat beş qəpik) manat və ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 1472,2 (min dörd yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 600.1-ci, 600.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə görə məhkəmə nəzərə almamışdır ki, “xxxx” Cavabdeh ilə ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli müqavilələri ya birtərəfli qaydada ləğv edilmədən və ya dəyişdirilmədən həmin məbləglərin qaytarılmasını məhkəmə qaydasında tələb edə bilməzdilər. Eyni zamanda, göründüyü kimi Cavabdeh qeyd olunan müqavilələr üzrə öhdəliklərini icra etməkdən imtina etməmiş, tələb olunan borc məbləğinin 3345,66 manat hissəsini müqavilə tələblərinə uyğun ödəmişdir . MM-in 442-ci maddəsi müəyyən edir ki, Öhdəliyin icra edilməməsi dedikdə vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməməsi başa düşülür. Əgər öhdəlikdə ayrı qaydada nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyasızlıqdan edilmiş hərəkətlər nəticəsində zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclu öz qanuni təmsilcilərinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkətləri üçün özünün təqsirili hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. A MM-in 445.5-ci maddəsi müəyyən edir ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində baş vermişdə bu gecikdirmə sayılmır. Məhkəmə qaydasında cavabdehdən tutulmalı olan məbləğ 6753,14 manat təşkil etdiyi halda işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən alınmış kredit məbləğinin 3345,66 manat hissəsi vaxtında icra edilmişdir. İcra edilməyən hissə isə N.Nərimanovun qəsdən törədilən hərəkətlərinin yox, özündən asılı olmayan səbəblər dən irəli gəlməsi müqabilində məhkəmə tərəfindən qəsdən edilmiş hərəkətlər kimi qiymətləndirilə bilməzdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376cı maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. MM-in 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bundan əlavə, MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehin borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh məhkəmə tərəfindən yaradılmış prosessual imkanlardan istifadə etməmiş və məhkəmə iclaslarında fəallıq göstərməmiş, habelə apellyasiya şikayətində istinad etdiyi halları təsdiqləyən mötəbər və yol verilən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-658/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-658/2026
13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver