Məhkəmə qərarları › İş №e-2(3-9)-734/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-734/2026

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-734/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə; Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik mübahisələr üzrə iddia ərizəsi verərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, Imei kod SDGW96QLMQG IPAD planşet, X1 üçün 2477.43 (iki min dörd üyz yetmiş yeddi manat, 43 qəpik) manat ödənilməmiş hissə, 247.74 (iki yüz qırx yeddi manat, 74 qəpik) manat cərimə və ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, Imei kod 861746077032866 “Honor X7C”, “Paket L xidməti üçün, 409.91 (dörd yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 40.99 (qırx manat, 99 qəpik) manat cərimə olmaqla ümumilikdə 3199.67 manat borc, 52 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən Imei kod SDGW96QLMQG Ipad planşet, X1, Imei kod 861746077032866 Honor X7C, PAKET L xidməti almış və nəticədə 3199.67(üç min yüz doxsan doqquz manat, 67 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2787.12 (iki min yeddi yüz səksən yeddi manat, 12 qəpik) manat (18 ay x 154.84 manat + 0 manat ilkin ödəniş) olan Imei kod SDGW96QLMQG Ipad planşet, X1çün ümumilikdə, 2725.17 (iki min yeddi yüz iyirmi beş manat, 17 qəpik) manat olmaqla ondan, 2477.43 (iki min dörd yüz yetmiş yeddi manat, 43 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 247.74 (iki yüz qırx yeddi manat, 74 qəpik) manat cərimə və ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 551.04 (beş yüz əlli bir manat, 4 qəpik) manat (18 ay x 29.28 manat + 24 manat ilkin ödəniş) olan Imei kod 861746077032866 Honor X7C, PAKET L xidməti üçün ümumilikdə, 474.50 (dörd yüz yetmiş dörd manat, 50 qəpik) manat olmaqla ondan, 409.91 (dörd yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 40.99 (qırx manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 450.82 manat təşkil etmişdir. Iş üzrə cavabdeh Cavabdeh iddiaya qarşı etiraz ərizəsi təqdim edərək borc tələbinə dair mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı MMC-nin ona qarşı qaldırdığı iddia ilə bağlı aşağıdakıları bildirmişdir: 1) O, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə başlamışdır və ardıcıl olaraq 4 ay müddətində ödənişlərini tam həyata keçirmişdir. Bu hal onun borcunu ödəmək niyəti olduğunu sübut etmişdir. 2) Ödənişlərin sonradan dayanması yalnız səhətində yaranmış və uzunmüddətli müalicə tələb edən ciddi problemlərlə bağlıdır. Iddiaçı şirkət, ##.##.2026-cı il tarixli, № **/** saylı məktubunda onun bu ağır vəziyyətini etiraf etmişdir. 3) Şirkətin tətbiq etdiyi gündəlik yüksək faiz dərəcəsi Mülki Məcəllənin 448-ci maddəsinə əsasən qeyrimütənasibdir. Xəstəlik səbəbindən yaranmış gecikməyə görə bu qədər ağır cərimələrin hesablanması onu çıxılmaz vəziyyətə salmışdır. 4) O, hələ ##.##.2025-ci il tarixində şirkətə barışıq təklif etsə də, onlar bunu rədd edərək psixoloji təyziq göstərmişdirlər. Müqavilə üzrə hesablanmış bütün cərimə, faiz və dəbbə pulları (Mülki Məcəllənin 448-ci maddəsinə əsasən) tamamilə silinsin. Əsas borcun qalıq hissəsinin ödənilməsi üçün maddi vəziyyətinə və səhhətinə uyğun olaraq ödəniş qrafikinə yenidən baxılmasını (rekontruksasiya edilməsini) və aylıq ödəyə biləcəyi real məbləğlər əsasında yeni ödəniş cədvəlinin təmin edilməsini xahiş etmişdir. Iş üzrə cavabdeh Cavabdeh iddiaya qarşı vəsatət təqdim edərək bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı işin halları əlavə və ətraflı araşdırma tələb edir. Belə ki, onun ödəniş qabiliyyətinin pisləşməyinə səbəb olan ciddi sağlıq probleminin və müalicə prosesinin, həmçinin şirkət tərəfindən hesablanmış faizlərin qeyri-mütənasibliyi ilə bağlı deyəcəkləri və təqdim edəcəyi əlavə izahatlar mövcuddur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, işə sadələşdirilmiş icraat qaydasında deyil, tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iş iddia icraatına keçirilərək məhkəmənin hazırlıq iclası ## ##### 2026-cı il tarixinə təyin edilmişdir Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh bildirmişdir ki, o, “xxxx” MMC-dən 2 məhsul almışdır. ## ##### 2025-ci il tarixində Honor X7C markalı telefonu almışdır. Bu telefonu 18 ay müddətində hər ay 29,28 manat ödəniş təyin edilmişdir. Telefonun öz qiyməti isə 399,99 manatdır. Bağlanılan müqavilə zamanı proqram təminatı göstərilmişdir. Müqavilədə qiymət 551,04 manat kimi göstərilmişdir. Lakin 18 aylıq müddətdə hesabladıqda bu qiymət 524.04 manata gəlib çıxmışdır. Göründüyü kimi iki qiymət arasında 27 manatlıq bir fərq mövcuddur. Bu tamami ilə yanlışdır. ## ##### 2025-ci il tarixli müqavilə üzrə etdiyi ödəniş 141.13 manat kimi göstərilir. Tələbi adi riyazi hesablamalar zamanı səhv edən şirkətin iddiasının təmin edilməməsidir. Lakin ədalətlilik prinsipinin tələblərinə söykənərək qalan real məbləğin 18 ay müddətində düzgün bölünməklə ödənilməsinə razıdır. 2025-ci il tarixində həmin telefonun məbləği 399.99 manatdır. Həmin məbləğdən 141.13 manat çıxdıqda, qalan məbləğ 258,86 manatdır. Bu məbləğin hissələrə bölünməsini xahiş etmişdir. Eyni zamanda şirkət qanunsuz olaraq imei kodu əsasında həmin məhsulu bloklamışdır. Mülki Məcəllənin tələblərinə əsasən həmin dövrdə cərimə hesablaya bilməzdi. Lakin iddiaçı tərəfindən həmin cərimə hesablanmışdır. İddiaçı MMC ilə əlaqə saxlayan zaman həmin cəmiyyətin əməkdaşları tərəfindən ona psixoloji təsir olmuşdur. Danışıq zamanı ona cəmi cərimə miqdarı 1000 manat olduğu bildirilmişdir. Səbəbini soruşanda isə bağlanan müqavilədəki 2 faizlik günlük faiz borcu göstərilmişdir. Bu hal Mülki Məcəlləyə ziddir. “xxxx” MMC-nin göstərişinə uyğun olaraq ümumilikdə 3199,67 manat borcun olması müəyyən edilmişdir. Lakin onun öz hesablamaları ilə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 258,86 manat borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 1980,28 manat borcu, ümumilikdə 2239,14 manat borcunun olduğu müəyyən edilmişdir. 2025-ci ilin avqust ayından alqı-satqı müqaviləsi üzrə ödənişlər dayandırılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi (Hakim: Anar Pənahov) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən Imei kod SDGW96QLMQG IPAD planşet, X1 üçün 2477.43 (iki min dörd üyz yetmiş yeddi manat, 43 qəpik) manat ödənilməmiş hissə, 125 manat cərimə, ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən Imei kod 861746077032866 “Honor X7C”, “Paket L xidməti üçün, 409.91 (dörd yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 21 manat cərimə cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə əsas və faiz borcunu düzgün hesablamamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsin məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 2887,34 manat əsas və 288,73 manat cərimə olmaqla, cəmi 3.199,67 manat borcu yaranmışdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti “Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə” 52 mantat ödəmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixində İddiaçı MMC tərəfindən Cavabdeh “üzərinə düşən öhdəliyin yerinə yetirilməməsinə görə” xəbərdarlıq göndərilmişdir. Müqavilədən gələn öhdəlik 3 gün ərzində icra olunmasa məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, nisyə alqı-satqı müqaviləsi, həmin müqavilələrə əlavə edilmiş ödəniş cədvəli, təhvil-təslim aktları, maliyyə arayışı və bildirişdən müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən Imei kod SDGW96QLMQG Ipad planşet, X1, Imei kod 861746077032866 Honor X7C, PAKET L xidməti almış və nəticədə 3199.67(üç min yüz doxsan doqquz manat, 67 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2787.12 (iki min yeddi yüz səksən yeddi manat, 12 qəpik) manat (18 ay x 154.84 manat + 0 manat ilkin ödəniş) olan Imei kod SDGW96QLMQG Ipad planşet, X1çün ümumilikdə, 2725.17 (iki min yeddi yüz iyirmi beş manat, 17 qəpik) manat olmaqla ondan, 2477.43 (iki min dörd yüz yetmiş yeddi manat, 43 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 247.74 (iki yüz qırx yeddi manat, 74 qəpik) manat cərimə və ##.##.2025- ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 551.04 (beş yüz əlli bir manat, 4 qəpik) manat (18 ay x 29.28 manat + 24 manat ilkin ödəniş) olan Imei kod 861746077032866 Honor X7C, PAKET L xidməti üçün ümumilikdə, 474.50 (dörd yüz yetmiş dörd manat, 50 qəpik) manat olmaqla ondan, 409.91 (dörd yüz doqquz manat, 91 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 40.99 (qırx manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Kollegiya qeyd edir ki, sadalanan qanunvericilik aktı normalarına əsasən cavabdehin müqavilə əsasında əşyanı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın qiymətini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh alqı satqı müqaviləsi əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyanın qeyd olunan şərtlərlə qiymətinin qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində cərimə borcunu mübahisələndirərək, borcunun olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli müqaviləyə əsasən hesablanmış 247.74 manat cərimə borcunu azaldaraq 125 manat müəyyən etmişdir. Kollegiya hesab edir ki, cərimə borcunun silinməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla onu, müqavilə üzrə götürdüyü öhdəliyi icra etmək vəzifəsindən azad edə bilməz. Bu da onu deməyə əsas verir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iddia tələbi qiymətləndirilən iddiadır və iddianın qiyməti 3012 manat, yəni beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar