Məhkəmə qərarları › İş №e-2(3-9)-897/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-897/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-897/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İntiqam oğluna qarşı ##.##.2023-cü il tarixli, ** nömrəli malların alqı-satqı müqaviləsi üzrə 14.000 manat borc pul və 3.500 manat cərimənin tutulması”na dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı QSC Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işАzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Anar Pənahov) apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı QSC şikayət verərək qərardadın ləğv edilərək apellyasiya şikayətinin mümkün hesab edilərək işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadından dərhal sonra, çatışmayan 5.00 (beş) AZN məbləğində dövlət rüsumu X2 (və ya AsanPay) vasitəsilə ************ nömrəli qəbzlə ##.##.2026-cı il tarixdə saat 16:23:56-da Şirvan Apelyasiya Məhkəməsinin hesabına tam olaraq ödənilmiş və apellyasiya şikayətinə əlavə edilərək sistemə yenidən yüklənmişdir. Bununla da ödənilmiş ümumi dövlət rüsumunun məbləği 72.50 AZN təşkil etmiş və tələb olunan 71.25 AZN rüsum öhdəliyi tam və artıqlaması ilə yerinə yetirilmişdir. Lakin məhkəmə tərəfindən elektron sistemin texniki xüsusiyyətləri və ya digər mexaniki səbəblərdən, apellyasiya şikayətinin əlavəsində birbaşa təqdim edilmiş 5.00 AZN məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən elektron qəbz (Sənəd nömrəsi: 276534173707) rüsumu təsdiq edən rəsmi sənəd kimi nəzərə alınmamışdır. Yəni, dövlət büdcəsi qarşısında rüsum öhdəliyi tam icra edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti ilk dəfə verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələblərinə uyğun olaraq dövlət rüsumu tam məbləğdə ödənilməmişdir. Lakin birinci instansiya məhkəməsi həmin çatışmazlığa diqqət yetirmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə bu prosessual pozuntunu müəyyən edərək apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş, MPM-in tələblərinə uyğun prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə işi birinci instansiya məhkəməsinə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi apellyasiya instansiyasının göstərişini icra edərək, MPMin 363.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun qanunla müəyyən edilmiş məbləğdə ödənilməməsi səbəbindən məhz ilk verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Bu halda məhkəmənin qəbul etdiyi qərardad prosessual qanunun imperativ tələblərinə tam uyğundur. Şikayət verən tərəfin qərardad qəbul edildikdən sonra çatışmayan 5 manat məbləğində dövlət rüsumunu ödəməsi həmin prosessual pozuntunu aradan qaldıran hal kimi qəbul edilə bilməz. Çünki sonradan əlavə dövlət rüsumunun ödənilməsi artıq qeyrimümkün hesab edilməsi (geri qaytarılması) barədə qərardad qəbul edilmiş apellyasiya şikayətini etibarlı vəziyyətə gətirməmişdir. Belə halda qanunvericilik tərəfə prosessual qaydada yeni apellyasiya şikayəti vermək və ona müvafiq sənədləri əlavə etmək imkanını tanıyır. Bundan başqa apellyatorun istinad etdiyi kimi, 5 manat məbləğində dövlət rüsumunun sonradan ödənilməsi faktı da mübahisələndirilmir. Lakin həmin ödəniş ilk apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın qanuniliyinə təsir göstərə bilməz. Çünki ilk dəfə ödənilmiş dövlət rüsumu tərəfə geri qaytarılmamışdır və dövlət büdcəsində saxlanılmışdır. Buna görə də sonradan ödənilmiş çatışmayan hissə əvvəlki ödənişlə birlikdə qiymətləndirilməli və bu ödəniş yalnız sonradan veriləcək yeni apellyasiya şikayətinin prosessual şərtlərinin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edə bilər. Bu hal isə geri qaytarılmış ilk apellyasiya şikayətinin sonradan verilmiş ödəniş əsasında mümkün hesab edilməsinə və ya geri qaytarılma haqqında qərardadın ləğvinə əsas verməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 363.1.2-ci maddəsinin tələblərini düzgün tətbiq etmiş, apellyasiya şikayətini qanuni əsaslarla geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(049)-4477/2025 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: İddiaçı İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(049)-4477/2025 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar