Məhkəmə qərarları › İş №e-2(5-100)-15/2026

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-100)-15/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-100)-15/2026 24.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən soyuducu BEKO, HOFFMAN TV, İmei kod **********83304 XİAOMİ REDMİ NOTE 14 markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq, tozsoran SAMSUNG, fen-daraq PHİLİPS, Zəmanət + 3 İL xidməti, BLENDER BRAUN almış və nəticədə 2230,92 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 658,98 manat (6 ay x 109,83 manat + 0,0 manat ilkin ödəniş) olan soyuducu BEKO üçün ümumilikdə 603 manat olmaqla ondan 548,18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54,82 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 550,08 manat (yəni 24 ay x 22,92 manat + 0,0 manat ilkin ödəniş) olan HOFFMAN TV üçün ümumilikdə 579,11 manat olmaqla ondan 526,46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52,65 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 539,01 manat (yəni 18 ay x 36,06 manat + 0,0 manat ilkin ödəniş) olan İMEİ KOD **********83304 XİAOMİ REDMİ NOTE 14 markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq üçün ümumilikdə 484,51 manat olmaqla omdam 419,01 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 41,90 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 282 manat (yəni 24 ay x 11,75 manat + 0,0 manat ilkin ödəniş) olan tozsoran SAMSUNG üçün ümumilikdə 271,43 manat olmaqla ondan 246,75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,68 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 210 manat (yəni 24 ay x 8,75 manat + 0,0 manat ilkin ödəniş) olan fen-daraq PHİLİPS, Zəmanət + 3 İL xidməti üçün ümumilikdə 202,13 manat olmaqla ondan 185,75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18,38 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 99 manat (yəni 18 ay x 5,5 manat + 0,0 manat ilkin ödəniş) olan BLENDER BRAUN üçün ümumilikdə 90,75 manat olmaqla ondan 82,50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,25 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 332,42 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 658,98 manat olan soyuducu BEKO üçün ümumilikdə 603 manat olmaqla ondan 548,18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54,82 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 550,08 manat olan HOFFMAN TV üçün ümumilikdə 579,11 manat olmaqla ondan 526,46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52,65 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 539,01 manat olan İMEİ KOD **********83304 XİAOMİ REDMİ NOTE 14 markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq üçün ümumilikdə 484,51 manat olmaqla ondam 419,01 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 41,90 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 282 manat olan tozsoran SAMSUNG üçün ümumilikdə 271,43 manat olmaqla ondan 246,75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,68 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 210 manat olan fen-daraq PHİLİPS, Zəmanət + 3 İL xidməti üçün ümumilikdə 202,13 manat olmaqla ondan 185,75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18,38 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 99 manat olan BLENDER BRAUN üçün ümumilikdə 90,75 manat olmaqla ondan 82,50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,25 manat cərimə olmaqla, cəmi 2230,92 manat borcu və ödənilmiş dövlət rüsumuna görə 42,31 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, soyuducu BEKO üçün hər ay nağd qaydada 109,83 manat ödəməklə, 6 ay müddətinə, 658,98 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, soyuducu HOFFMAN üçün hər ay nağd qaydada 22,92 manat ödəməklə, 24 ay müddətinə, 550,08 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, İMEİ KOD **********83304 XİAOMİ REDMİ NOTE 14 markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq üçün hər ay nağd qaydada 59,89 manat ödəməklə, 9 ay müddətinə, 539,01 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, tozsoran SAMSUNG üçün hər ay nağd qaydada 11,75 manat ödəməklə, 24 ay müddətinə 282 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, fen-daraq PHİLİPS, Zəmanət + 3 İL üçün hər ay nağd qaydada 8,75 manat ödəməklə, 24 ay müddətinə 282 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, BLENDER BRAUN üçün hər ay nağd qaydada 5,5 manat ödəməklə, 18 ay müddətinə 99 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 548,18 manat əsas, 54,82 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 603 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 526,46 manat əsas, 52,65 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 579,11 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 419,01 manat əsas, 41,90 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 484,51 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 246,75 manat əsas, 24,68 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 271,43 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 183,75 manat əsas, 18,38 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 102,13 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 82,50 manat əsas, 8,25 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 90,75 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,39 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 658,98 manat dəyərində olan soyuducu BEKO 6 ay müddətinə, hər ay 109,83 manat, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 550,08 manat dəyərində olan HOFFMAN TV-ni 24 ay müddətinə, hər ay 22,92 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 539,01 manat dəyərində olan İMEİ KOD **********83304 XİAOMİ REDMİ NOTE 14 markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq 9 ay müddətinə, hər ay 59,89 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 282 manat tozsoran SAMSUNG 24 ay müddətinə hər ay 11,75 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 210 manat fen-daraq PHİLİPS, Zəmanət+3İL 24 ay müddətinə hər ay 8,75 manat, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 99 manat BLENDER BRAUN 18 ay müddətinə hər ay 5,5 manat ödəmək şərti ilə almışdır. O, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlığı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 548,18 manat məbləğində əsas borca münasibətdə 54,82 manat cərimə pulunun, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 526,46 manat məbləğində əsas borca münasibətdə 52,65 manat cərimə pulunun, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 419,01 manat məbləğində əsas borca münasibətdə 41,90 manat cərimə pulunun, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 246,75 manat məbləğində əsas borca münasibətdə 24,68 manat cərimə pulunun, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 183,75 manat məbləğində əsas borca münasibətdə 18,38 manat cərimə pulunun, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 82,50 manat məbləğində əsas borca münasibətdə 18,38 manat cərimə pulunun, cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə üzrə 5,0 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 5,0 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 0 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 0 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 0 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 0 manat, məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 -ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000,0 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 42,31 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 548,18 manat borc, 5,0 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 526,46 manat borc, 5,0 manat cərimə, xx.xx.2025-ci il tarixli müqailə üzrə 419,01 manat əsas borc, İnnovativ Layihələr Mərkzinə ödənilən 23,60 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 246,75 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 183,75 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 82,5 manat əsas borc və 42,31 manat dövlət rüsumu olmaqla, cəmi 2082,56 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2648,8, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 548,18 manat borc, 5,0 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 526,46 manat borc, 5,0 manat cərimə, xx.xx.2025-ci il tarixli müqailə üzrə 419,01 manat əsas borc, İnnovativ Layihələr Mərkzinə ödənilən 23,60 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 246,75 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 183,75 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 82,5 manat əsas borc və 42,31 manat dövlət rüsumu olmaqla, cəmi 2082,56 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar