Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-101)-186/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 fevral 2025-ci il tarixli AZL-6145 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 avqust 2025-ci il tarixə ödənilməmiş 313.83 manat gecikdirilmiş əsas, 394.12 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 382.77 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “X3 2” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 613.60 manat, ümumilikdə 1704.32 manat borc və ödənilmiş 37.05 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2025-ci il tarixli AZL-6145 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “X3 2” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 722.44 manat, ümumilikdə isə 47797 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 77797 manatın 32900 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “X3 2” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 avqust 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 613.60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda CavabdehAZL-6145 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 avqust 2025-ci il tarixə ümumilikdə 1122.10 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Guseinov Gasan iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan - İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (“X3 2” markalı, ağ rəngli, XWBSA6959RA150889 ban nömrəli 01 ədəd avtomobil) muzdla “Lizinq alan”ın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, “Lizinq alan” isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 32900 manat təşkil edir. “Lizinq alan” bu müqavilə imzalandığı gün 4450 manat məbləğində lizinq ödənişini “Lizinq verən”ə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 4450 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində, illik 18% həcmdə mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alqı-satqı qiyməti 32900 manat olan, “X3 2” markalı, ağ rəngli, XWBSA6959RA150889 ban nömrəli avtomobildir. - xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan “Lizinq alan”ın yekun sifarişindən görünür ki, “Lizinq alan” “Lizinq verən” tərəfindən lizinqə verilməsi üçün ümumi alğı-satqı qiyməti 32900 manat olan, “X3 2” markalı, ağ rəngli, XWBSA6959RA150889 ban nömrəli nəqliyyat vasitəsini şəxsi istifadə məqsədi üçün sifariş vermişdir. - xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, lizinq müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2025 – xx.xx.2030-cu il tarixləri arasında hər ay 722.44 manat (sonuncu ay 722.66 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. - xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı daxili lizinq müqaviləsinə əlavə olan təhviltəslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “X3 2” markalı, ağ rəngli, XWBSA6959RA150889 ban nömrəli nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmış, sonuncu nəqliyyat vasitəsi “Lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Chevrolet Onix” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 613.60 manat həcmində hesablanmışdır. - xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə məxsus, “Chevrolet Onix” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmış, nəqliyyat vasitəsinin əzilmiş hissələrinə dair məlumat qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli, 4661 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı “Daxili lizinq” müqaviləsi üzrə, həmçinin lizinq obyektinə vurulmuş zərərə görə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin məbləğin ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli, 5917 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə 313.83 manat əsas, 394.12 manat mükafat və 382.77 manat cərimə olmaqla, cəmi 1090.72 manat məbləğində borcu vardır. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında xx.xx.2025-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi əmlakı - “X3 2” markalı, ağ rəngli, XWBSA6959RA150889 ban nömrəli bir ədəd avtomobili - muzdla “Lizinq alan”ın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, “Lizinq alan” isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləğini 32900 manat təşkil etmişdir. “Lizinq alan” lizinq ödənişini 60 ay müddətində, illik 18% mükafat məbləği hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixdə lizinq obyekti olan avtomobil İddiaçı MMC tərəfindən cavabdehə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə lizinq obyekti olan avtomobil İddiaçı MMC tərəfindən təhvil alınmış və avtomobilin saxlanca qəbulu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh xx.xx.2025-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüş, bunun əvəzində lizinq obyekti olan avtomobil onun sahibliyinə və istifadəsinə verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtlıvaxtında ödəməmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçı lizinq müqaviləsi üzrə gecikmə vaxtı üçün (lizinq obyektinin iddiaçıya təhvil verildiyi xx.xx.2025-ci il tarixədək) əsas borcu (313.83 manat) və mükafat məbləğini (394.12 manat) cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələb edilən 382.77 manat məbləğində dəbbə puluna münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının cavabdehdən dəbbə pulu kimi tələb etdiyi məbləğ işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Bu baxımdan məhkəmə hesаb edir ki, cərimənin miqdаrı аzаldılаrаq 20 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin növbəti hissəsi lizinq obyekti olan avtomobilə dəymiş zərərlə bağlıdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan nəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, müvafiq avtomobil iddiaçıya xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir. Bu zaman lizinq obyektində “bəzi yerlərində cızıqlar var” qüsuru aktda qeyd edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş qüsur aktından görünür ki, “Chevrolet Onix” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 613.60 manat dəyərində təmir-bərpa işləri aparılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC həmin pulu Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli daxili lizinq müqaviləsinin 4.4.10cu bəndində deyilir ki: “Lizinq alan lizinq obyektinin qəbul aktını imzalandığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür”; 5.1-ci bəndində deyilir ki: “Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zaman buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır”; 5.4-cü bəndində deyilir ki: “Lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə lizinq alan bu hərəkətlərdən birini dərhal həyata keçirməlidir: 5.4.1. Bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 5.4.2. Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; 5.4.3. Öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək”; 6.1-ci bəndində deyilir ki: “Tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “daxili lizinq” müqaviləsi imzalandıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən “daxili lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır”. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsində lizinq obyekti lizinq alana təhvil verildikdən sonra lizinq obyektinə dəymiş istənilən növ zərərə görə lizinq alanın məsuliyyət daşıdığı müəyyən edilmişdir. Üstəlik, bu zaman zərərin lizinq alanın, yaxud üçüncü şəxslərin təqsirli hərəkətləri nəticəsində dəymiş olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər lizinq obyekti lizinq alana təhvil verilibsə, həmin obyektə dəyən istənilən zərərə görə məsuliyyəti lizinq alan daşıyır. Lizinq alanın bu öhdəliyi həm də qanundan irəli gəlir. Belə ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 748-7.1) Məhkəmə qeyd edir ki, lizinq obyekti lizinq alan tərəfindən sığortalanmışdırsa, yaxud lizinq obyektinə üçüncü şəxs(lər)in təqsirli hərəkətləri nəticəsində zərər dəymişdirsə, lizinq alan zərərin ödənilməsini müvafiq olaraq sığortaçıdan, yaxud təqsirli hərəkətləri ilə lizinq obyektinə birbaşa zərər vurmuş şəxslərdən tələb edə bilər. Lakin istənilən halda lizinq obyektinə dəymiş zərərə görə həmin obyektin mülkiyyətçisi – lizinq verən qarşısında məsuliyyət daşıyan yalnız lizinq alandır. Bununla belə lizinq alanın lizinq obyektinə dəymiş zərərə görə lizinq verənə ödədiyi vəsaiti sonradan təqsirli üçüncü şəxslərdən tələb etməsi istisna edilmir. Lakin təkrar qeyd edilməlidir ki, bu sonrakı məsələdir və lizinq alanı lizinq obyektinin mülkiyyətçisi olan lizinq verən qarşısındakı məsuliyyətindən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh lizinq obyekti olan “Chevrolet Onix” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verərkən avtomobildə aşkar olunan qüsurlara görə lizinq verən İddiaçı MMC qarşısında məsuliyyət daşıyır. Odur ki, iddiaçı avtomobilə dəymiş 613.60 manat məbləğində zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 37.05 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 313.83 manat əsas borc, 394.12 manat mükafat məbləği, 20 manat dəbbə pulu, 613.60 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 1341.55 manat və 37.05 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, AZL-6145 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 313.83 manat əsas borc, 394.12 manat mükafat məbləği, 20 manat dəbbə pulu, 613.60 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 1341.55 manat və 37.05 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Süleymanov
Məhkəmə qərarları › İş №e-2(5-101)-186/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-101)-186/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver