Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-101)-556/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Süleymanov Cavid Loğman oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********66075 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti üçün, 2807.84 (iki min səkkiz yüz yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 280.78 (iki yüz səksən manat, 78 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********11903 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti üçün, 2686.2 (iki min altı yüz səksən altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 268.62 (iki yüz altmış səkkiz manat, 62 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05893 iphone 16 üçün, 1713.58 (min yeddi yüz on üç manat, 58 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 171.36 (yüz yetmiş bir manat, 36 qəpik) manat dəbbə, ümumilikdə 7999.18 manat borc, 100 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********66075 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********11903 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********05893 iphone 16 almış və nəticədə 7999.18 (yeddi min doqquz yüz doxsan doqquz manat, 18 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2929.92 (iki min doqquz yüz iyirmi doqquz manat, 92 qəpik) manat (24 ay x 122.08 manat + 0 manat ilkin ödəniş) olan İmei Kod **********66075 İphone 16, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 3112.22 (üç min yüz on iki manat, 22 qəpik ) manat olmaqla ondan, 2807.84 (iki min səkkiz yüz yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 280.78 (iki yüz səksən manat, 78 qəpik) manat dəbbə. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2930.4(iki min doqquz yüz otuz manat, 40 qəpik) manat (24 ay x 122.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11903 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 2978.42 (ikii min doqquz yüz yetmiş səkkiz manat, 42 qəpik) manat olmaqla ondan, 2686.2 (iki min altı yüz səksən altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 268.62 (iki yüz altmış səkkiz manat, 62 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2804.04 (iki min səkkiz yüz dörd manat, 4 qəpik) manat (18 ay x 155.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********05893 iphone 16 üçün ümumilikdə, 1908.54 (min doqquz yüz səkkiz manat, 54 qəpik) manat olmaqla ondan, 1713.58 (min yeddi yüz on üç manat, 58 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 171.36 (yüz yetmiş bir manat, 36 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1456.74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2024 -cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı MMC Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, mülki işə onların iştirakı olamdan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, müəyyən problemləri olduğu üçün ödəniş edə bilməmişdir. Hesab edir ki, tədricən qalan borclarını ödəyəcəkdir. Ondan tələb olunan cərimələrin silinməsini xahiş etdi. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, “müştəri” müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün müəyyənləşdirilən məbləğ limiti həddində malları/xidmətləri İddiaçı MMC-yə sifariş verir, İddiaçı MMC isə həmin “mal”ı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ödəyir. Müqavilənin qüvvədə olma müddəti 10 il müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli əsas müqaviləyə əlavə formasında bağlanan xx.xx.2024-cü il tarixli müqavilənin (bildiriş və təhvil-təslim aktı) surətindən görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları (İmei kod **********05893 olan iphone 16) tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. - xx.xx.2024-cü il tarixli əsas müqaviləyə əlavə formasında bağlanan xx.xx.2025-ci il tarixli müqavilənin (bildiriş və təhvil-təslim aktı) surətindən görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları (İmei kod **********11903 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti) tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. - xx.xx.2024-cü il tarixli əsas müqaviləyə əlavə formasında bağlanan xx.xx.2025-ci il tarixli müqavilənin (bildiriş və təhvil-təslim aktı) surətindən görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları (İmei kodu **********66075 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti) tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. - xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə borcundan 122.08 manat ödəmiş, 2807.84 manat əsas borca görə ödənilməmiş məbləğ, 23.6 manat innovativ layihələr mərkəzi rüsumu, 280.78 manat cərimə olmaqla, cəmi 3112.22 manat məbləğində; xx.xx.2025-ci il tarixli müqavilə üzrə borcundan 244.22 manat ödəmiş, 2686.2 manat əsas borca görə ödənilməmiş məbləğ, 23.6 manat innovativ layihələr mərkəzi rüsumu, 268.62 manat cərimə olmaqla, cəmi 2978.42 manat məbləğində; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcundan 1090.46 manat ödəmiş, 1713.58 manat əsas borca görə ödənilməmiş məbləğ, 23.6 manat innovativ layihələr mərkəzi rüsumu, 171.36 manat cərimə olmaqla, cəmi 1908.54 manat məbləğində qalmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşin faktiki hallarında müəyyən olunur ki, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “müştəri” müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün müəyyənləşdirilən məbləğ limiti həddində malları/xidmətləri İddiaçı MMC-yə sifariş verir, İddiaçı MMC isə həmin “mal”ı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ödəyir. Müqavilənin qüvvədə olma müddəti 10 il müəyyən edilmişdir. Həmin müqaviləyə əlavə formasında bağlanan xx.xx.2024-cü il tarixli müqaviləyə (bildiriş və təhvil-təslim aktı) əsasən, cavabdeh müqavilədə göstərilən əşyaları (İmei kod **********05893 olan iphone 16) tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə formasında bağlanan xx.xx.2025-ci il tarixli müqaviləyə (bildiriş və təhvil-təslim aktı) əsasən, cavabdeh müqavilədə göstərilən əşyaları (İmei kod **********11903 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti) tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli əsas müqaviləyə əlavə formasında bağlanan xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən (bildiriş və təhvil-təslim aktı), cavabdeh müqavilədə göstərilən əşyaları (İmei kodu **********66075 iphone 16, qızıl zəmanət ultra 2 il xidməti) tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. Cavabdeh aldığı əşyaların pulunu müqavilədə göstərilən müddətə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında əsas müqavilə çərçivəsində bağlanmış hər üç müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alqı-satqı müqavilələri üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Odur ki, cavabdehdən hər üç alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 280.78 manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 268.62 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 171.36 manat məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğlər hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “innovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə hər üç müqavilə üzrə ayrı-ayrılıqda 23.6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 4.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək heç bir sübut əlavə edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2807.84 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2686.2 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1713.58 manat məbləğində əsas borc və 30 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7337,62 manat məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2807.84 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2686.2 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1713.58 manat məbləğində əsas borc və 30 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7337,62 (yeddi min üç yüz otuz yeddi manat altmış iki qəpik) manat məbləğində pul və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Süleymanov
Məhkəmə qərarları › İş №e-2(5-101)-556/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-101)-556/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver