Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-101)-70/2026 26.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı “İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İRŞAD-ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025ci il tarixinə yaranmış ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas, 19 manat cərimə, cəmi 145,90 manat borc, ##.##.2024cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 493,90 manat əsas, 74 manat cərimə, cəmi 567,90 manat borc, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 237,90 manat əsas, 35,60 manat cərimə, cəmi 273,50 manat borc, ümumilikdə üç müqavilə üzrə 858,70 manat əsas, 128,60 manat cərimə, cəmi 987,30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdehdan tutularaq «İRŞAD-ELECTRONİCS» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh “İRŞAD-ELECTRONİCS” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı honor markalı telefona görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 32 manat, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı İphone markalı telefon, xarici akumlyator, qulaqcıq və təraş alətinə görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 102 manat, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı honor markalı mobil telefona görə 18 aylıq ödəniş cədvəli üzrə 48 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə ##.##.2025-ci il tarixində 16 manat, ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə ##.##.2025-ci il tarixində 714 manat, ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə ##.##.2025-ci il tarixində 48 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin * nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minumum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin ##.##.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 190 manat, ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 740 manat, ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 356 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğlərinin 90 %-i güzəşt edilmişdir və cavabdeh tərəfindən 128,60 manat, “İRŞAD ELECTRONİCS” MMC-yə ödənilməlidir Beləliklə, cavabdehin “İRŞAD-ELECTRONİCS”-ə olan borcu müqavilə üzrə üç müqavilə üzrə 858,70 manat əsas, 128,60 manat cərimə, ümumilikdə 987,30 manat borc təşkil etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan cavabdeh Cavabdeh “İRŞAD-ELECTRONİCS” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, o aldığı honor markalı telefona görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 32 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh Cavabdeh “İRŞAD-ELECTRONİCS” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, o aldığı İphone markalı telefon, xarici akumlyator, qulaqcıq və təraş alətinə görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 102 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh Cavabdeh “İRŞAD-ELECTRONİCS” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, o aldığı honor markalı mobil telefona görə 18 aylıq ödəniş cədvəli üzrə 48 manat ödəniş etməyi öhdəsinə götürmüşdür İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin “İRŞAD-ELECTRONİCS” MMC-yə ##.##.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 126,90 manat əsas, 190 manat cərimə, cəmi 316,90 manat məbləğində borcu vardır. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin “İRŞAD-ELECTRONİCS” MMC-yə ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə, 493,90 manat əsas, 740 manat cərimə, ümumilikdə 1233,90 manat borcu vardır. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin “İRŞAD-ELECTRONİCS” MMC-yə ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə, 237,90 manat əsas, 356 manat cərimə, ümumilikdə 593,90 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən ##.##.2024-cü il tarixli ********* nömrəli, ##.##.2024-cü il tarixli ********* nömrəli, ##.##.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə əsas və cərimə borcunu nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslıdır. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh “İRŞAD-ELECTRONİCS” MMC-nin xeyrinə xeyrinə ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas, 19 manat cərimə, cəmi 145,90 manat borc, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 493,90 manat əsas, 74 manat cərimə, cəmi 567,90 manat borc, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 237,90 manat əsas, 35,60 manat cərimə, cəmi 273,50 manat borc, ümumilikdə üç müqavilə üzrə 858,70 manat əsas, 128,60 manat cərimə, cəmi 987,30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı “İRŞAD-ELECTRONİCS” MMC-nin xeyrinə ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 126,90 manat əsas, 19 manat cərimə, cəmi 145,90 manat borc, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 493,90 manat əsas, 74 manat cərimə, cəmi 567,90 manat borc, ##.##.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 237,90 manat əsas, 35,60 manat cərimə, cəmi 273,50 manat borc, ümumilikdə üç müqavilə üzrə 858,70 manat əsas, 128,60 manat cərimə, cəmi 987,30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(5-101)-70/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-101)-70/2026
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver