Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-11/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X24 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “şəhadətnamənin etibarsızlığı” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şəhadətnamənin etibarsızlığı” barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilmiş 3 saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 29 may 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2025-ci il tarixdə reyestr nömrəsi **********15-05101-093009, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesabsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, qardaşım X27 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İlkin iddia üzrə iddiaçı Cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisinə müraciət etmiş və 29 may 2025-ci il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, menzil 37-nin ¼ hissəsinə mülkiyyət hüququ əldə etmiş və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2025-ci il tarixdə reyestr nömrəsi **********15-05101-093009, qeydiyyat nömrəsi ********** olan Çıxarış almışdır. Lakin təqdim olunan sənədlərdən də məlum olur ki iddiaçının ata adı ilə miras qoyanın ata adı fərqlidir. Belə ki ilkin iddia üzrə iddiaçı Cavabdeh ata adı “Ağababa”, mərhum miras qoyan qardaşım Ağayev Rəsulun isə ata adı “Ağa”dır. Cavabdeh ilə X19 qardaş olmasını təsdiq edən hər hansı bir hüququi sənəd yoxdur. Elxan X20rdaş olması faktını məhkəmə qaydasında müəyyən etdirmədən mirası qəbul edərək mirasdan pay əldə etmişdi. Cavabdeh etirazda qeyd etmişdir ki, ilk öncə, məsələyə ailə şəcərəmizlə giriş etmək istəyirəm. Qeyd edim ki, Ağayev Ağababa mənim atamdır. O, 1919-cu ildə anadan olmuşdur. Atamın doğum haqqında şəhadətnaməsinin əldə edilməsi ilə bağlı həm Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinə, həm də X14 filialına müraciətlər etsəm də müsbət cavab əldə edə bilmədim. X30 xx.xx.1975-ci ildə serroz xəstəliyindən vəfat etmişdir. Atama dair ölüm haqqında arayışdan, eləcə də nikah haqqında şəhadətnamədən açıq-aydın görünür ki, ata qrafası boşdur, ölüm haqqında arayışda — qoyulsa da, nikah haqqında şəhadətnamədə isə ümumiyyətlə heçnə yazılmamışdır. Bu da onu deməyə əsas verir ki, atamın adı “Ağa” yox, “Ağababa”dır. Lakin, böyüklərimizin, eləcə də yaxınlarımızın verdiyi şifahi məlumata əsasən atam Ağababanın atasının, yəni babamın adı Rəsul olmuşdur. Bunu təsdiq edəcək tək sübut atamın məzar daşıdır. Məzar daşında da qeyd olunmuşdur ki, X9r. X4 isə mənim anamdır. O, 1935-ci ildə anadan olmuşdur. xx.xx.2001 -ci ildə isə kəskin ürək damar çatışmamazlığından vəfat etmişdir. Atamla anam xx.xx.1951-ci ildə Lənkəran Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşlar. Nikah haqqında şəhadətnaməyə diqqətlə fikir verdikdə görürük ki, həmin illərdə “Ağababa”, eləcə də “Hacıbaba” kimi adlar biri-birindən ayrı yazılmışdır. Belə ki, “Ağababa” adı “Ага баба”, “Hacıbaba” adı isə “Гаджи баба” kimi yazılmışdır. Atamla anamın birgə nikahından 5 uşaq doğulmuşdur:1. X10 - xx.xx.1953-cü ildə doğulmuşdur.2 X27 - xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir.3. İddiaçı -xx.xx.1960-cı ildə doğulmuşdur.4. X13 - xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.2024cü ildə vəfat etmişdir.5. Mən, Cavabdeh - xx.xx.1964-cü ildə doğulmuşam. Məhz yuxarıda qeyd etdiyim təhrif (texniki səhv) səbəbindəndir ki, Ağayev Rəsulun, İddiaçı və Ağayeva Sonaxanımın doğum məlumatlarında ata adı “Ağababa” deyil, ‘Ağa” olaraq qeyd edimişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində bildirdiynin əksinə bizlər bacı və qardaşıq. Bundan başqa, qardaşım X27 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Vəfat etdikdən bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixində vərəsəliyin qəbulu ilə bağlı notariusa müraciət edərək vərəsələr dairəsini müəyyənləşdirmişik. Sözügedən məsələnin üzərindən 1 ildən artıq müddət keçmişdir. Bu zaman sual olunur: notariusda vərəsələr dairəsi müəyyən edilərkən iddiaçının qardaşı olmadığıma, eləcə də mərhum X19 qardaşı olmadığıma niyə etirazını bildirməmişdir?. Bundan başqa, etiraza qoşma olaraq əlavə etdiyim sənədlərdən də görünür ki, atasının adı “Ağababa” olan təkcə mən deyiləm, bacım Ağayeva Fazilənin də atasının adı “Ağababa”dır. Həmin Fazilə ki, qardaşının ölümündən sonra özünə düşən paydan vəfat elmiş bacısı X6 övladı X5 xeyrinə imtina etmişdir. Məhz bu səbəbdəndir ki, şəhadətnamədə X7 vərəsə olaraq payı - 2/4’dir. Bu zaman sual olunur: niyə cavabdeh olaraq təkcə mən qoyulmuşam? Əgər mən iddiaçının qardaşı deyiləmsə, X10 da onun bacısı deyildir. Əgər bacısı deyilsə qardaşı X16 qalan paydan hansı əsasla imtina elmişdir? Ümumiyyətlə, hər ikimizin adı vərəsələr dairəsində hallanmamalı idi. İddiaçı niyə zamanında buna etirazını bildirməmişdir?. Bundan başqa, bildirmək istəyirəm ki, iddiaçının məqsədi mənimlə əsassız intriqa aparmaqdır. Məhz bu kimi əsassız, heç bir sübuta dayanmayan iddialarla məni yolumdan etmək istəyir. Hətta, tərəfimdən verilmiş "paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında onların paylarına mütənasib bölüşdürülməsi" tələbinə dair iddia üzrə İddiaçı qarşılıqlı iddia verərkən eyni məzmunlu tələblə çıxış etmişdi, lakin Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2710/2025 saylı qərardadına əsasən İddiaçı - Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair. qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmədə “məkrli planının işləmədiyini” anladıqdan sonra ayrıca olaraq mənə qarşı iddia qaldırmışdır. Yekunda, onu bildirmək istəyirəm ki, bu iddiaçının mənə qarşı qaldırdığı ilk iddia deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə iddiaçı mənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “atasından qalan evin vərəsələrin iştirakı olmadan necə satıldığının araşdırılması, ünvan 1 ünvanında ona aid hissəni söküb tikdirdiyi 4 mağazanın ona qaytarılması” haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 2358/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “mülkün qaytarılması” tələbi barədə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bundan başqa, İddiaçı mənə qarşı "dələduzları məsuliyyətə cəlb etmək” tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1503/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin icraata qəbulu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən yolverilməz hesab edilsin və iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən əsassız və heç bir sübuta dayanmayan iddia tələblərinin ardı-arası kəsilmək bilmir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X19 vərəsəsi olan bacısı qızı X11 2/4 hissədə pay almalıdır. xx.xx.2025-ci il tarixli tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X19 vərəsəsi olan bacısı qızı Cavabdeh 1/4 hissədə pay almalıdır. 3488 nömrəli arayışda qeyd edilir ki, X19 atası X29, anası X2r. 3492 nömrəli arayışda qeyd edilir ki, Ağayev Ağababa 18 noyabr 1975-ci il tarixdə vəfat etmişdir. X10 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilir ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş qardaşı X16 irs qalmış mirasın ona çatası hissəsindən X5 xeyrinə imtina etmişdir. AZ-T № 288744 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh atası Ağayev Ağababa, anası X3r. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilir ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş qardaşı X16 irs qalmış miras əmlakı qeyd edir. Ondan başqa digər vərəsələr olaraq X10 (bacısı), Cavabdeh (qardaşı) və X12 (bacısı qızı) vardır. A3 № 281479 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X33, anası X1r. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X27 xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmışdır. Miras qoyanın bacısı X10 irs qalmış mirasın ona çatası hissəsindən X5 xeyrinə imtina etmişdir. İddiaçı və Cavabdeh isə notariat ofisinə müraciət edərək, irs qalmış mirasın onlara çatası hissəsini qəbul etmişdirlər. İddiaçı hazırda cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddiasının əsası kimi cavabdehin mərhum X27 ilə ata adlarındakı fərqliliyə görə qardaş olmadığını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsiə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159-cu maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ölənin bacıları və qardaşları, həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, xalalar və bibilər, dayılar və əmilər, xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsə sayılırlar. “Notariat haqqında” Qanunun 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü maddəsinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiasının əsası kimi istinat etdiyi hal hazırki tələbin təmin edilməsi üçün əsas deyildir. Belə ki, notariat işində olan sənədlərdən də görünür ki, onlara məxsus şəxsiyyəti təsdiq edən sənədlərdə iddiaçının ata adı Ağa, cavabdehin ata adı isə Ağababa olaraq qeyd edildiyinə baxmayaraq, onlar ata eyni, ana eyni qardaşdırlar. Bu halı təsdiq edə bilən 3 əsasdan biri onların hər ikisinin anasının X8 olmasıdır ki, M.Ağayeva iddiaçının atası A.Ağayevlə nikahda olmuşdur. 2-ci əsas iş üzrə tərəflərin bacısı Fazilə Ağayevanın da atasının Ağayev Ağababa olması və onun da vərəsəlik açılan zaman Rəsul Ağayevin bacısı qismində qanun üzrə vərəsəsi tanınması və notariat ofisində miras əmlakdan ona düşən paydan bacısı qızının xeyrinə imtina etməsidir. 3-cü əsas isə miras əmlak qəbul edilərkən cavabdehin də mərhum Rəsul Ağayevin qardaşı qismində vərəsələr dairəsinə daxil olduğunu iddiaçının özünün etiraf etməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bununla bağlı etiraz etməməsidir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edildiyindən hazırki tələbin təmin olunması üçün heç bir qanuni əsas mövcud deyildir. Belə ki, vərəsəlik şəhadətnaməsi verilərkən və mirasda məcburi pay müəyyən edilərkən notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi tam yoxlanılmış və şəhadətnamə qanunvericiliyin tələbi gözlənilməklə verilmişdir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki işdə iddia tələbi təmin olunmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(5-102)-11/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-11/2026
16.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver