Məhkəmə qərarları › İş №e-2(5-102)-255/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-255/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-255/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********07195 İphone 14 markalı telefon üçün 1724,51 (bir min yeddi yüz iyirmi dörd manat, 51 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60) manat rüsum, 172,45 ( yüz yetmiş iki manat, 45 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Urbanısta qulaqlıq üçün, 86,58 (səksən altı manat, 58 qəpik) manat ödənilməmiş hissə, 8,66. (səkkiz manat, 66 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Huaweı qulaqlıq üçün 49,62 (qırx doqquz manat, 62 qəpik) manat ödənilməmiş hissə, 4,96 (dörd manat, 96 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Devıa qulaqlıq üçün 39,96 (otuz doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilikdə 2114,34 manat borc və 41.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********07195 İphone 14 markalı telefon, Urbanısta qulaqlıq, Huaweı qulaqlıq, Devıa qulaqlıq almış və nəticədə 2114,34 (iki min yüz on dörd manat, 34 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1788,12 (min yeddi yüz səkisən səkkiz manat,12 qəpik) manat (18 ay x 99,34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********07195 İPHONE 14 markalı telefonüçün ümumilikdə, 1920,56 (min doqquz yüz iyitıri manat, 56 qəpik) manat olmaqla ondan, 1724,51 (min yeddi yüz iyimi dörd manat, 51 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 172,45 (yüz yetmiş iki manat,45 qəpik) manat cərimə. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 125,88 (yüz iyirmi beş amnat, 88 qəpik) manat (18 ay x 6,66 manat + 6 manat ilkin ödəniş) olan Urbanısta qulaqlıq üçün ümumilikdə, 95,24 (doxsan beş manat, 24 qəpik) manat olmaqla ondan 86,58 (səksən altı manat, 58 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,66 (səkkiz manat, 66 qəpik) manat cərimə; xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 75,2 (yetmiş beş manat, 20 qəpik) manat (18 ay x 3,9 manat + 5 manat ilkin ödəniş) olan Huaweı qulaqlıq üçün ümumilikdə, 54,58 (əlli dörd manat,58 qəpik) manat olmaqla ondan, 49,62 (qırx doqquz manat, 62 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,96 (dörd manat, 96 qəpik) manat cərimə. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 54,96 (əlli dörd manat,96 qəpik) manat (6 ay x 6,66 manat + 15 manat ilkin ödəniş) olan Devıa Qulaqlıq üçün ümumilikdə, 43,96 (qırx üç manat, 96 qəpik) rranat olmaqla ondan, 39,96 (otuz doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 143,49 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********07195 İphone 14 markalı telefon, Urbanısta qulaqlıq, Huaweı qulaqlıq, Devıa qulaqlıq almış və nəticədə 2114,34 (iki min yüz on dörd manat, 34 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1788,12 (min yeddi yüz səkisən səkkiz manat,12 qəpik) manat (18 ay x 99,34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********07195 İPHONE 14 markalı telefonüçün ümumilikdə, 1920,56 (min doqquz yüz iyitıri manat, 56 qəpik) manat olmaqla ondan, 1724,51 (min yeddi yüz iyimi dörd manat, 51 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 172,45 (yüz yetmiş iki manat,45 qəpik) manat cərimə. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 125,88 (yüz iyirmi beş amnat, 88 qəpik) manat (18 ay x 6,66 manat + 6 manat ilkin ödəniş) olan Urbanısta qulaqlıq üçün ümumilikdə, 95,24 (doxsan beş manat, 24 qəpik) manat olmaqla ondan 86,58 (səksən altı manat, 58 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,66 (səkkiz manat, 66 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 75,2 (yetmiş beş manat, 20 qəpik) manat (18 ay x 3,9 manat + 5 manat ilkin ödəniş) olan Huaweı qulaqlıq üçün ümumilikdə, 54,58 (əlli dörd manat,58 qəpik) manat olmaqla ondan, 49,62 (qırx doqquz manat, 62 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,96 (dörd manat, 96 qəpik) manat cərimə. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 54,96 (əlli dörd manat,96 qəpik) manat (6 ay x 6,66 manat + 15 manat ilkin ödəniş) olan Devıa Qulaqlıq üçün ümumilikdə, 43,96 (qırx üç manat, 96 qəpik) rranat olmaqla ondan, 39,96 (otuz doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 143,49 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********07195 İphone 14 markalı telefon, Urbanısta qulaqlıq, Huaweı qulaqlıq, Devıa qulaqlıq almış, lakin müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh müqavilələrə əsasən ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 172,45 (yüz yetmiş iki manat qırx beş qəpik) manat cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1724,51 (bir min yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və 172,45 (yüz yetmiş iki manat qırx beş qəpik) manat dəbbə pulunun azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********07195 İphone 14 markalı telefon üçün 1724,51 (bir min yeddi yüz iyirmi dörd manat, 51 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60) manat rüsum, 30 (otuz) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Urbanısta qulaqlıq üçün, 86,58 (səksən altı manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 8,66 (səkkiz manat, altmış altı qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Huaweı qulaqlıq üçün 49,62 (qırx doqquz manat, altmış iki qəpik) manat ödənilməmiş hissə, 4,96 (dörd manat, doxsan altı qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Devıa qulaqlıq üçün 39,96 (otuz doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 1971.89 (bir min doqquz yüz yetmiş bir manat səksən doqquz qəpik) manat və 39.72 (otuz doqquz manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********07195 İphone 14 markalı telefon üçün 1724,51 (bir min yeddi yüz iyirmi dörd manat, 51 qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60) manat rüsum, 30 (otuz) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Urbanısta qulaqlıq üçün, 86,58 (səksən altı manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 8,66. (səkkiz manat, altmış altı qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən,Huaweı qulaqlıq üçün 49,62 (qırx doqquz manat, altmış iki qəpik) manat ödənilməmiş hissə, 4,96 (dörd manat, doxsan altı qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Devıa qulaqlıq üçün 39,96 (otuz doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə 1971.89 (bir min doqquz yüz yetmiş bir manat səksən doqquz qəpik) manat və 39.72 (otuz doqquz manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar