Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-269/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X1, Cavabdeh3, Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X1, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2025-ci il tarixli 06-2M4B saylı alqı-satqı müqaviləsinin bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlər qismində "xxxx" MMC-ni, X2, Cavabdeh3, Cavabdeh4 göstərsə də, xahiş etdim hissəsində xx.xx.2025-ci il tarixli 06-2M4B saylı alqı-satqı müqaviləsinin bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 06-2M4B saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilədə müqavilənin tərəfləri kimi İddiaçı, Cavabdeh4 və "xxxx" MMC göstərmişdir. İddiaçı isə cavabdeh qismində həmçinin X2, Cavabdeh3 göstərmiş, lakin onlara qarşı tələb irəli sürməmişdir. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia bir neçə cavabdehə qarşı qaldırıldıqda onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X1, Cavabdeh3, Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(5-102)-269/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-269/2026
11.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver