Məhkəmə qərarları › İş №e-2(5-102)-478/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-478/2026

11.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-478/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizənin geri qaytarılmasına dair verilmiş ərizəyə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin və dövlət rüsumunun geri qaldırılmasını xahiş etmişdir. Hakim ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, ərizə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.9-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq hesab edir ki, ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 114, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki iş üzrə Ərizəçi tərəfindən “X1” vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizəyə görə ödənilmiş dövlət rüsumu – cəmi 100 (yüz) manat (ödəniş qəbzinin nömrəsi: **********) geri qaytarılsın. Qeyd: Ərizəçi bank hesabı rekvizitləri (Bank: "xxxx" ASC, Bank filialının kodu: 200004, Swıft kodu: AİİBAZ2X Hesab nömrəsi: AZ59AİİB********************, Vöen:**********). Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar