Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-61/2026 28.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Soyuducu HİSENSE, zəmanət +2 il Xidməti, Qəhvəüyüdən Daewoo, fen Rowenta, Blender Bosch, qızıl zmanət ultra 2 il xidməti, 2 ədəd qızıl zəmanət ultra 1 il xidməti, HUAWEİ qulaqlıq, Borofone Powerbank almış və nəticədə 1636,45 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1415,88 manat (18 ay x 78,66 manat +0 manat ilkin ödəniş) olan soyuducu HİSENSE, zəmanət + 2 il xidməti üçün ümumilikdə, 1557,47 manat olmaqla ondan, 1415,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 141,59 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsa əssən, alqı-satqı qiyməti 172,8 manat (12 ay x 14,4 manat + 0 manat ilkin ödəniş) olan Qəhvəüyüdən Daewoo, en Rowenta, Blender Bosch, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə, 42,90 manat olmaqla ondan, 39 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,9 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 230,4 manat (12 ay x 19,2 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ qulaqlıq, Borofone Powerbank üçün ümumilikdə, 36,08 manat olmaqla ondan, 32,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,28 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 331,4 manat təşkil edir.Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Soyuducu HİSENSE, zəmanət +2 il xidməti üçün 1415,88 manat ödənilməmiş hissə, 141,59 manat cərimə, xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, Qəhvəüyüdən Daewoo, Fen Rowenta, Blender Bosch, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd qızıl zəmanət ultra 1 il xidməti üçün 39 manat ödənilməmiş hissə, 3.9 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ qulaqlıq, Borofone Powerbank üçün 32,8 manat ödənilməmiş hissə, 3,28 manat cərimə, ümumilikdə 1636,45 manat borc, 36,37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Soyuducu HİSENSE 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 78,66 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1415,88 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC N.X1, Rowenta, Blender Bosch, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd qızıl zəmanət ultra 1 il xidməti 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 14,4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 172,8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh HUAWEİ qulaqlıq, Borofone Powerbank üçün 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 19,2 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 230,40 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1415,88 manat əsas, 141,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 39 manat əsas, 3,9 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 32,8 manat əsas, 3,28 manat cərimə, cəmi 1636,45 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixldə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1415,88 manat olan “Soyuducu HİSENSE”, alqı-satqı qiyməti 172,8 manat olan “Qəhvəüyüdən Daewoo, Rowenta, Blender Bosch, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd qızıl zəmanət ultra 1 il xidməti” və alqı-satqı qiyməti 230,40 manat olan “HUAWEİ qulaqlıq, Borofone Powerbank“ pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış telefonlar, qulaqlıq cavabdeh A.Həsənov təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2025ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1415,88 manat əsas borc, 141,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 39 manat əsas borc, 3,9 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 32,8 manat əsas borc, 3,28 manat cərimə, cəmi 1636,45 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixə yaranmış 1415,88 manat borc, 141,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixə yaranmış 39 manat borc, 3,90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixə yaranmış 32,80 manat borc, 3,28 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,37 manat, cəmi 1672,82 (bir min altı yüz yetmiş iki manat səksən iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(5-102)-61/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-61/2026
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver