Məhkəmə qərarları › İş №e-2(5-104)-374/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-374/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-374/2026 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, HİSENSE TV, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti 1857.59 manat ödənilməmiş hissə, 185.76 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ÜTÜ TEFAL İXEO ,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 568.63 manat ödənilməmiş hissə, 56.86 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən TAVA VƏ QAZAN DƏSTİ TEFAL İNGENİO üçün 191.11 manat ödənilməmiş hissə, 19.11 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, FRİTOZ TEFAL EASY FRY&GRİLL, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün 132.42 manat ödənilməmiş hissə, 13.24 manat cərimə, ümumilikdə 3024.73 manat borc və 50.25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrinə əsasən, HİSENSE TV, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti ÜTÜ TEFAL İXEO ,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TAVAVƏ QAZAN DƏSTİ TEFAL İNGENİO, FRİTOZ TEFAL EASY FRY&GRİLL, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti almış və nəticədə 3024.73 (üç min iyirmi dörd manat, 73 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2253.96 (iki min iki yüz əlli üç manat 96 qəpik) manat (12 ay x 172.83 manat + 180 manat ilkin ödəniş) olan HİSENSE TV, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 2043.35 (iki min qırx üç manat, 35 qəpik) manat olmaqla ondan, 1857.59 (min səkkiz yüz əlli yeddi manat 59 qəpik) manat ödənilməmiş hissə, 185.76 (yüz səksən beş manat, 76 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1140.12 (min yüz qırx manat 12 qəpik) manat (18 ay x 63.34 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ÜTÜ TEFAL İXEO,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 625.49 (altı yüz iyirmi beş manat, 49 qəpik) manat olmaqla ondan, 568.63 (beş yüz altmış səkkiz manat, 63 qəpik) manat ödənilməmiş hissə, 56.86 (əlli altı manat, 86 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 244.4 (iki yüz qırx dörd manat, 40 qəpik) manat (6 ay x 38.4 manat + 14 manat ilkin ödəniş) olan TAVA VƏ QAZAN DƏSTİ TEFAL İNGENİO 210.22 (iki yüz on manat 22 qəpik) manat olmaqla ondan 191.11 (yüz doxsan bir manat, 11 qəpik) manat ödənilməmiş hissə, 19.11 (on doqquz manat, 11 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 193.62 (yüz doxsan üç manat, 63 qəpik ) manat (6 ay x 22.07 manat + 61.2 manat ilkin ödəniş) olan FRİTOZ TEFAL EASY FRY&GRİLL, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün 145.66 (yüz qırx beş manat 66 qəpik) manat olmaqla, ondan 132.42 (yüz otuz iki manat, 42 qəpik) manat ödənilməmiş hissə, 13.24 (on üç manat, 24 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1082.35 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025 -ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 5.1-ci bəndində göstərilən müddət ərzində “Müştərinin” həyata keçirəcəyi növbəti sifarişlər (alışlar) zamanı hazırki müqavilə şərtləri eynilə tətbiq ediləcəkdir. “Mal”ın hansı formada (onlayn və ya mağazada) sifariş verilməsi “Müştərinin” seçimindən asılıdır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Müştəri” qəbul və bəyan edir ki, ********** mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər)dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. Müqavilənin 2.3-cü bəndinə əsasən “Müştəri” bu Müqavilənin qüvvədə olduğu müddət ərzində əldə etmək istədiyi hər sonrakı “Mal” ilə bağlı niyyətini və həmin “Mal”ı əldə etmə şərtlərini 2.2-ci bənddə göstərilən mobil nömrə(lər) üzərindən SMS vasitəsilə təsdiq edir. “Müştəri”nin təsdiqlədiyi həmin SMS nəticəsində onun “Mal”ın sifarişi (alışı) ilə bağlı müraciəti ABC tərəfindən icraya yönləndiriləcək. Müqavilənin 3.5-ci bəndinə əsasən “Müştəri” “Müqavilə” üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABCdən mal və (və ya) xidmət əldə etmək hüququ var. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02077995 nömrəli nisyə alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkin hissəsi olan Əlavəyə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 63.34 manat ödəmək şərtilə qiyməti 1140.08 manat olan ÜTÜ TEFAL İXEO ,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 114.01 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 02077995 nömrəli müqavilə üzrə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin xx.xx.2025-ci il tarixli Əlavəsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 180 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 172.83 manat ödəmək şərtilə qiyməti 2254 manat olan HİSENSE TV, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ********** nömrəli müqavilə üzrə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin xx.xx.2025-ci il tarixli Əlavəsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 14 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 38.4 manat ödəmək şərtilə qiyməti 244.4 manat olan TAVA VƏ QAZAN DƏSTİ TEFAL İNGENİO vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ********** nömrəli müqavilə üzrə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin xx.xx.2025-ci il tarixli Əlavəsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 61.2 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 22.07 manat ödəmək şərtilə qiyməti 193.6 manat olan FRİTOZ TEFAL EASY FRY&GRİLL, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ********** nömrəli müqavilə üzrə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə göndərilən malın tam saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməsini təklif etmiş, 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1857.59 manat əsas, 185.76 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 568.63 manat əsas, 56.86 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 191.11 manat əsas, 19.11 manat cərimə,xx.xx.2025-ci il tarixli müqavilə üzrə 132.42 manat əsas, 13.24 manat cərimə borcu olmaqla, cəmi 3024.73 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrdən irəli gəlir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının hər bir müqavilə üzrə ayrı-ayrılıqda 185.76 manat, 56.86 manat, 19.11 manat və 13.24 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və müvafiq olaraq 62.41 manat, 21.37 manat, 8.89 manat və 7.58 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də cavabdehin nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025 -ci il tarixli müqavilə üzrə 1857.59 manat əsas, 62.41 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 568.63 manat əsas, 21.37 manat cərimə, xx.xx.2025 -ci il tarixli müqavilə üzrə 191.11 manat əsas, 8.89 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 132.42 manat əsas, 7.58 manat cərimə borcu olmaqla, cəmi 2850 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50.25 manat məbləğində dövlət rüsumunun 48.5 cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025 -ci il tarixli müqavilə üzrə 1857.59 (bir min səkkiz yüz əlli yeddi manat əlli doqquz qəpik) manat əsas, 62.41 (altmış iki manat qırx bir qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 568.63 (beş yüz altmış səkkiz manat altmış üç qəpik) manat əsas, 21.37 (iyirmi bir manat otuz yeddi qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 191.11 (bir yüz doxsan bir manat on bir qəpik) manat əsas, 8.89 (səkkiz manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 132.42 (bir yüz otuz iki manat qırx iki qəpik) manat əsas, 7.58 (yeddi manat əlli səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2850 (iki min səkkiz yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 48.5 (qırx səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar