Məhkəmə qərarları › İş №e-2(5-104)-399/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-399/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-399/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000,00 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,00 (yetmiş) manat dövlət rüsumunun və 0,70 (yetmiş) qəpik xidmət haqqınının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası” növü üzrə sığortalanmış “Hyundai Veloster” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlıavtomobil "xxxx" ASCdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz C220” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddizərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Mercedes Benz C220” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5050,00 (beş min əlli) manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən loto sistemi vasitəsilə "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına 5000,00 (beş min) manat sığorta ödənişi tutulmuşdur. "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta aktı tərtib edilməklə təqsirin dərəcəsinə uyğun olaraq “Mercedes Benz C220” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı dəymiş zərərə görə 5000,00 (beş min) manat sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə məhkəməyə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixində qızına məxsus maşınla qəza törətmişdir. Etibarnaməsi olmasa da qızının razılığı ilə avtombili idarə etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, barəsində protokol tərtib edilmişdir. 10 oktyabr 2025-ci il tarixində iddiaçı tərəfindən onun nömrəsinə mesaj göndərilmiş və dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, digər cavabdeh qızıdır. Hadisə zamanı maşınlar icbari sığortalı olmuşdur. Qızının razılığı ilə avtomobili idarə etdiyindən hesab edir ki iddiaçı subroqasiya qaydasında pul tələb edər, bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyib, izahatında bildirmişdir ki, digər cavabdeh atasıdır. Yol nəqlyyat hadisəsi atasının avtomobili idarə etməsi zamanı törədilmişdir. O, öz razılığı ilə avtomobili idarə etməsi üçün atasına vermişdir. Onun hazırki halda heç bir təqsiri yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə müvafiq yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari Sığorta şəhadətnaməsinə əsasən Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olmuş “Hyundai Veloster” markalı, **-EK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də PXA********** nömrəli icbari sığorta müqaviləsi əsasında 1 il müddətinə xx.xx.2024-cü il tarixinə qədər sığorta etdirmişdir. - Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində “Hyundai Veloster” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 AR İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati xəta törətmişdir. - "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mercedes Benz C220” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5050 (beş min beş) manat məbləğində ziyan dəymişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından müəyyən olunur ki, X5 “Mercedes Benz C220” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək 5000 manata sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Mercedes Benz C220” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomaşın “Hyundai Veloster” markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Ümumilikdə 5050 manat məbləğində ziyan dəymişdir. “Hyundai Veloster” markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh2 idarə etmişdir. - "xxxx" ASC-nin Cavabdeh2 ünvanladığı xx/xx-1909 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hadisə zamanı zərər çəkənin əmlakına dəymiş zərərə görə ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin ban hesabına 7 (yeddi) iş günü müddətində könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1, 936.2-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 3.4-cü maddəsinə əsasən mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda cavabdeh X1 avtomobili həyat yoldaşı (avtomobilin mülkiyyətçisi) X3 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin iş materiallarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, inzibati tənbeh tətbiq edilmişdir. Lakin sığorta münasibəti inzibati münasibətlə eynilik təşkil etmir, sığorta münasibəti mülki münasibətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə istinadən qeyd edilə bilər ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanır, avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu tərəflər arasında şifahi istifadə müqaviləsinin bağlanmasını təsdiq edir. Belə müqavilənin isə yazılı bağlanması kimi məcburi şərt yoxdur. Belə olan halda iddiaçının subraqasiya ilə bağlı tələb etmə hüququnun yaranması istisnadır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. (məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, 4 saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır.) Məhkəmə müəyyən edir ki, Cavabdeh2 avtomobili digər cavabdeh qızı olan Cavabdeh1 razılığı və iradəsinə uyğun olaraq idarə edib. Belə ki, bu faktın əksi iş materialları ilə müəyyən edilmir. Avtomobilin cavabdeh X4 tərəfindən idarə edilməsi zamanı mülkiyyətçi olan Cavabdeh1 razılığın olması aşkardır. Beləliklə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobili idarə edən Cavabdeh2 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmamışdır. Məhkəmə, iddia tələbi Cavabdeh1 dair hissədə də əsassızdır və rədd edilməlidir Belə ki, Cavabdeh1 yol nəqiyyat hadisəsi zamanı hər hansı təqsiri müəyyən edilmədiyindən, eləcə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən Cavabdeh1 dair hissədə də subroqasiya hüququ yaranmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar