Məhkəmə qərarları › İş №e-2(5-104)-442/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-442/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-442/2026 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod 51523/65QR01566 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51546/65QM00651 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01839 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01043 XİAOMİ REDMİ PAD, İMEKod 51523/65QR00421 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00133 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01624 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00409 XİAOMİ REDMİ PAD üçün 3712.32 (üç min yeddi yüz on iki manat, 32 qəpik) manat ödənilməmiş hissə, 371.23 (üç yüz yetmiş bir manat, 23 qəpik) manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********71810 SAMSUNG GALAXY S25+, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 2684.06 (iki min altı yüz səksən dörd manat, 6 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 268.41(iki yüz altmış səkkiz manat, 41 qəpik manat dəbbə olmaqla, ümumilikdə 7059.62 manat borc, 90,60 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod 51523/65QR01566 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51546/65QM00651 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01839 XİAOMİREDMİ PAD, İMEİ Kod 51523/65QR01043 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00421 XİAOMİ REDMİ PAD, İMEİ Kod51523/65QR00133 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01624 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00409 XİAOMİREDMİ PAD İMEİ Kod **********71810 SAMSUNG GALAXY S25+, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA1 İL xidmətalmış və nəticədə 7059.62 (yeddi min əli doqquz manat, 62 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3712.32 (üç min yeddi yüz on iki manat, 32 qəpik) manat (18 ay x 206.24 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod 51523/65QR01566 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51546/65QM00651 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01839 XİAOMİ REDMİ PAD, İMEİ Kod51523/65QR01043 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00421 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00133 XİAOMİREDMİ PAD, İMEİ Kod 51523/65QR01624 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00409 XİAOMİ REDMİüPçAünDümumilikdə, 4083.55 (dörd min səksən üç manat, 55 qəpik) manat olmaqla ondan, 3712.32 (üç min yeddi yüz on iki manat, 32 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 371.23 (üç yüz yetmiş bir manat, 23 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2842.02 (iki min səkkiz yüz qırx iki manat, 2 qəpik) manat (18 ay x 157.89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********71810 SAMSUNG GALAXY S25+, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidmətiüçün ümumilikdə, 2976.07 (iki min doqquz yüz yetmiş altı manat, 7 qəpik) manat olmaqla ondan, 2684.06 (iki min altı yüz səksən dörd manat, 6 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 268.41(iki yüz altmış səkkiz manat, 41 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 157.96 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi 02 mart 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, əsas borc hissəsində iddia tələbini qəbul edir, lakin dəbbə pulunu yüksək hesab edir. O, borcu hissə-hissə ödəyə bilər. Hal-hazırda borcu ödəməyə imkanı yoxdur. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 754595 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ Kod **********71810 SAMSUNG GALAXY S25+, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidmətinin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 754595 saylı alqı-satqı müqaviləsinin əlavəsinə əsasən Əliyev X1 **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 157,89 (yüz əlli yeddi manat səksən doqquz qəpik) manat olmaqla, cəmi 2842,02 (iki min səkkiz yüz qırx iki manat iki qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edilə bilər. İş materiallarında olan xx.xx.2025-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ Kod 51523/65QR01566 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51546/65QM00651 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01839 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01043 XİAOMİ REDMİ PAD, İMEKod 51523/65QR00421 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00133 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01624 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00409 XİAOMİ REDMİ PAD –nın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsinə əsasən Əliyev X1 51523/65QR01566 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51546/65QM00651 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01839 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01043 XİAOMİ REDMİ PAD, İMEKod 51523/65QR00421 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00133 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR01624 XİAOMİ REDMİ PAD, İMEİ Kod 51523/65QR00409 XİAOMİ REDMİ PAD üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 206,24 (iki yüz altı manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 3712,32 (üç min yeddi yüz on iki manat otuz iki qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3712,32 (üç min yeddi yüz on iki manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 371.23 (üç yüz yetmiş bir manat, 23 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2684,06 (iki min altı yüz səksən dörd manat, 6 qəpik) manat ödənilməmiş hissə, 23,60 (iyirmi üç manat altmış qəpik) İnnovasiya rüsumu, 268,41 (iki yüz altmış səkkiz manat qırx bir qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7059,62 (yeddi min əlli doqquz manat altmış iki qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 90,60 (doxsan manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cərimə 200 (iki yüz) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cərimə 100 (bir yüz) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3712,32 (üç min yeddi yüz on iki manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2684,06 (iki min altı yüz səksən dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 6696,38 (altı min altı yüz doxsan altı manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCnə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 90,60 (doxsan manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3712,32 (üç min yeddi yüz on iki manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2684,06 (iki min altı yüz səksən dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 6696,38 (altı min altı yüz doxsan altı manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş 90,60 (doxsan manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar