Məhkəmə qərarları › İş №e-2(5-104)-453/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-453/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-104)-453/2026 18.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqavilə üzrə 2852,91 (iki min səkkiz yüz əlli iki manat doxsan bir qəpik) manat ödənilməmiş hissə, 285,29 (iki yüz səksən beş manat iyirmi doqquz qəpik) manat dəbbə; ##.##.2025-cü il tarixli müqavilə üzrə 2534,94 (iki min beş yüz otuz dörd manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 253,49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat dəbbə olmaqla, Ümumilikdə 5926,64 manat borc, 79,27 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod 351486002558019 İphone 16 Pro Max, İmei kod 355506723940919 İphone 16 Pro Max almış və nəticədə 5926,64 (beş min doqquz yüz iyirmi altı manat altmış dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3520,04 (üç min beş yüz iyirmi manat dörd qəpik) manat (12 ay x 251.67 manat + 500 manat ilkin ödəniş) olan İmei kod 351486002558019 İphone 16 Pro Max üçün ümumilikdə, 3138,20 (üç min yüz otuz səkkiz manat iyirmi qəpik) manat olmaqla ondan, 2852,91 (iki min səkkiz yüz əlli iki manat doxsan bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 285,29 (iki yüz səksən beş manat iyirmi doqquz qəpik) manat dəbbə; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3644,94 (üç min altı yüz qırx dörd manat doxsan dörd qəpik) manat (18 ay x 140.83 manat + 1110 manat ilkin ödəniş) olan İmei kod 355506723940919 İphone 16 Pro Max üçün ümumilikdə, 2788,43 (iki min yeddi yüz səksən səkkiz manat qırx üç qəpik) manat olmaqla ondan, 2534,94 (iki min beş yüz otuz dörd manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 253,49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1777,13 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəklərdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, ilkin ödənişi etmişdir. İşə başlayacaqdır və aylıq ödənişləri qaydasında edəcəkdir. Onu da bildirdi ki, əsas və cərimə borcuna görə ondan 300 manat tutulmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onların iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxx” MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış ##.##.2025-ci il tarixli, ****** saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Müştəri bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “xxxx” MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)i “xxxx” MMC-yə sifariş verir. “xxxx” MMC həmin Mal'ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, Müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “xxxx” MMC-yə ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində "Müştəri'nin bu Müqavilədə nazərdə tutulmuş şərtlərlə “xxxx” MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. “xxxx” MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış ##.##.2025-ci il tarixli, ****** saylı nisyə alğı-satqı müqaviləsinə ##.##.2025-ci il tarixli əlavədən görünür ki, “xxxx” MMC ümumi dəyəri 3520,04 manat olan İmei kod 351486002558019 olan İphone 16 Pro Max markalı mobil telefonu alıcıya verməyi, alıcı isə 500 manat ilkin ödəniş etməyi və hər ay 251,67 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən ****** nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kod 351486002558019 olan İphone 16 Pro Max markalı mobil telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. “xxxx” MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış ##.##.2025-ci il tarixli, ****** saylı nisyə alğı-satqı müqaviləsinə ##.##.2025-ci il tarixli əlavədən görünür ki, “xxxx” MMC ümumi dəyəri 3644,94 manat olan İmei kod 355506723940919 olan İphone 16 Pro Max markalı mobil telefonu alıcıya verməyi, alıcı isə 1110 manat ilkin ödəniş etməyi və hər ay 140,83 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən ********** nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kod 355506723940919 olan İphone 16 Pro Max markalı mobil telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. ##.##.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 2852,91 manat, dəbbə pulu 285,29 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 2534,94 manat, dəbbə pulu 253,49 manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 1ci müqavilə üzrə 2567,62 manatı, 2-ci müqavilə üzrə 2281,45 manatı müştəriyə güzəşt edilmişdir. ##.##.2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 79,27 (yetmiş doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 2852,91 manat, dəbbə pulu 285,29 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 2534,94 manat, dəbbə pulu 253,49 manat təşkil edir. Bu baxımdan iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 285,29 manat və 253,49 məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, məhkəmə dəbbə pulunu azaldaraq ##.##.2025-ci il tarixli müqavilə üzrə 50 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 74,88 (yetmiş dörd manat səksən səkkiz qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə 2852,91 (iki min səkkiz yüz əlli iki manat doxsan bir qəpik) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqavilə üzrə 2534,94 (iki min beş yüz otuz dörd manat doxsan dörd qəpik) əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə iki müqavilə üzrə 5487,85 (beş min dörd yüz səksən yeddi manat) pul və ödənilmiş dövlət rüsumunun 74,88 (yetmiş dörd manat səksən səkkiz qəpik) manat hissəsi tutularaq iddiaçı “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə 2852,91 (iki min səkkiz yüz əlli iki manat doxsan bir qəpik) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu, ##.##.2025-ci il tarixli müqavilə üzrə 2534,94 (iki min beş yüz otuz dörd manat doxsan dörd qəpik) əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə iki müqavilə üzrə 5487,85 (beş min dörd yüz səksən yeddi manat) pul və ödənilmiş dövlət rüsumunun 74,88 (yetmiş dörd manat səksən səkkiz qəpik) manat hissəsi tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar