Məhkəmə qərarları › İş №e-2(5-104)-595/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-595/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-595/2026 13.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün, 793.18 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 79.32 manat cərimə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 483.95 manat ödənilməmiş hissə, 48.40 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, olan ÇAYDAN RAF, BLENDER DAEWOO üçün 28.02 manat ödənilməmiş hissə, 2.80 manat cərimə Ümumilikdə 3366.90 manat borc, 53.67 manat ödənilmiş dövlət rüsumu xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO üçün 459.81 manat ödənilməmiş hissə, 45.98 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 837.88 manat ödənilməmiş hissə, 83.79 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PAD üçün, 436.52 manat ödənilməmiş hissə, 43.65 manat cərimə Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2025-ci il, tarixli müqavilələrə əsasən, İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, ÇAYDAN RAF, BLENDER DAEWOO, İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO, PLAYSTATİON 5, İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PAD, almış və nəticədə 3366.90 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1431 manat (18 ay x 64.5 manat + 270 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 921.67 manat olmaqla ondan, 837.88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.79 manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1299.96 manat (18 ay x 72.22 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün ümumilikdə, 896.10 manat olmaqla ondan, 793.18 (yeddi yüz doxsan üç manat, 18 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 79.32 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 725.94 manat (18 ay x 40.33 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün ümumilikdə, 532.35 manat olmaqla ondan, 483.95 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.40 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 637.02 manat (18 ay x 35.39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO üçün ümumilikdə, 505.79 manat olmaqla ondan, 459.81 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.98 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 523.98 manat (18 ay x 29.11 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PADüçün ümumilikdə, 480.17 manat olmaqla ondan, 436.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.65 manat cərimə xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 45.12 manat (18 ay x 2.34 manat + 3 manat ilkin ödəniş) olan ÇAYDAN RAF, BLENDER DAEWOüOçün ümumilikdə, 30.82 manat olmaqla ondan, 28.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.80 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1623.66 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1300 manat olan İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 725.94 manat olan PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı 45.06 dəyəri manat olan ÇAYDAN RAF, BLENDER DAEWOO alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ÇAYDAN RAF, BLENDER DAEWOO tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, satıcı 637.02 dəyəri manat olan İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1431 manat olan PLAYSTATİON 5 alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 524.04 manat olan İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PAD alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PAD tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 793.18 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 79.32 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 483.95 manat ödənilməmiş hissə, 48.40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, olan ÇAYDAN RAF, BLENDER DAEWOO üçün 28.02 manat ödənilməmiş hissə, 2.80 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO üçün 459.81 manat ödənilməmiş hissə, 45.98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 837.88 manat ödənilməmiş hissə, 83.79 manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PAD üçün, 436.52 manat ödənilməmiş hissə, 43.65 manat cərimə olmaqla, ümumilikdə hər altı müqavilə üzrə cəmi 3366.90 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 53.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********39834 İPHONE 11, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 793.18 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 79.32 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 483.95 manat ödənilməmiş hissə, 48.40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, olan ÇAYDAN RAF, BLENDER DAEWOO üçün 28.02 manat ödənilməmiş hissə, 2.80 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ Kod 56220/64V600298 XİAOMİ REDMİ PAD PRO üçün 459.81 manat ödənilməmiş hissə, 45.98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 837.88 manat ödənilməmiş hissə, 83.79 manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod 51518/64YQ05347 XİAOMİ REDMİ PAD üçün, 436.52 manat ödənilməmiş hissə, 43.65 manat cərimə olmaqla, ümumilikdə hər altı müqavilə üzrə cəmi 3366.90 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bu baxımdan iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 79.32 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 48.40 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.80 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 45.98 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 83.79 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 43.65 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2024-ci il tarixli müqavilə üzrə 31 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 19 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 1 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 18 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 33 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 17 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli müqavilə üzrə 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı tərəfindən həqiqətən 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməklə müqavilə üzrə alınmış telefonun Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasını (İMEİ kodu deaktiv etmək) təmin etməklə əlavə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu hissədə iddiasını əsaslı edən sübutu, yəni İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməsini təsdiq edən qəbzi və ya digər sənədi iş materiallarına əlavə etməmişdir. Ona görə də məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddiaçının pul tələbi əsas borc hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin olunmalı, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 793.18 (yeddi yüz doxsan üç manat on səkkiz qəpik) manat, cərimə borcu üzrə 31 (otuz bir) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 483.95 (dörd yüz səksən üç manat doxsan beş qəpik) manat, cərimə borcu üzrə 19 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 28.02 (iyirmi səkkiz manat iki qəpik) manat, cərimə borcu üzrə 1 (bir) manat; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 459.81 (dörd yüz əlli doqquz manat səksən bir qəpik) manat, cərimə borcu üzrə 18 (on səkkiz) manat; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 837.88 (səkkiz yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat, cərimə borcu üzrə 33 (otuz üç) manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 436.52 (dörd yüz otuz altı manat əlli iki qəpik) manat, cərimə borcu üzrə 17 (on yeddi) manat olmaqla, ümumilikdə altı müqavilə üzrə 3158.36 (üç min yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50.34 manat pul cavabdehdən tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 3.33 (üç manat otuz üç qəpik) manat (53.67-50.34=3.33) iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 793.18 (yeddi yüz doxsan üç manat on səkkiz qəpik) manat, cərimə borcu üzrə 31 (otuz bir) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 483.95 (dörd yüz səksən üç manat doxsan beş qəpik) manat, cərimə borcu üzrə 19 (on doqquz) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 28.02 (iyirmi səkkiz manat iki qəpik) manat, cərimə borcu üzrə 1 (bir) manat; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 459.81 (dörd yüz əlli doqquz manat səksən bir qəpik) manat, cərimə borcu üzrə 18 (on səkkiz) manat; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 837.88 (səkkiz yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat, cərimə borcu üzrə 33 (otuz üç) manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 436.52 (dörd yüz otuz altı manat əlli iki qəpik) manat, cərimə borcu üzrə 17 (on yeddi) manat olmaqla, ümumilikdə altı müqavilə üzrə 3158.36 (üç min yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50.34 (əlli manat otuz dörd qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 3.33 (üç manat otuz üç qəpik) manat (53.67-50.34=3.33) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar